Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə73/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   69   70   71   72   73   74   75   76   ...   327

da  dövlət  idarəçiliyi  üçün  mühüm  əhəmiyyət  daşıyan  -   humanistlik  (jen), 

sədaqət  (çjun),  böyüklərə  hörmət (syao)  və  insanlar  arasında  qarşılıqlı mü- 

nasibət normalarına riayət etmə  (li)  kimi  bəşəri  dəyərlərin tərbiyə  edilməsi 

və  formalaşdırılmasını  zəruri  hesab  edir.  Köhnə  həyat  tərzinin  bərpa  edil- 

məsinin tərəfdarı olaraq,  Konfutsi dövlətlə  ailə  arasında prinsipial fərq gör- 

mürdü.  O, ailə üzvləri arasındakı “hökmdar -  atadır, oğul - oğuldur” formu- 

lu üzrə patriarxal  qarşılıqlı münasibətlər modelini dövlətə tətbiq etmək tək- 

lifini  irəli  sürürdü.  Konfutsinin əksinə  olaraq,  digər görkəmli  Çin mütəfək- 

kiri  Mo  Tszı  (  Mo  Di,  b.e.ə.  V-IV  əsrlərin hüdudu)  hesab  edirdi  ki,  bütün 

sosial bəlalar konfutsilər tərəfindən təbliğ  edilən “xüsusiləşmədən” törəyir. 

İdarəetmənin əsasında insanlar arasında qarşılıqlı məhəbbətin durmalı oldu- 

ğunu  güman  edən  Mo  Di,  Çində  nizam-intizam  yaratmağa  imkan  verən 

“ümumi məhəbbətin” zəruriliyi haqqında tezis  irəli  sürdü.  Mo Di cəmiyyə- 

tin  ailə-qohum  və  klan xüsusiləşməsinə  qarşı  çıxaraq,  “müdriklərə  ehtiram 

etməyə  çağıraraq” imtiyazların və vəzifələrin vərəsəliklə  ötürülməsi  adətini 

kəskin tənqid edirdi.  Cəmiyyətdə sosial etikanın təkmilləşdirilməsini uğurlu 

dövlət  idarəçiliyinin  mühüm  şərti  adlandıran  konfutsilərdən  fərqli  olaraq, 

”legistlərin”  Çin  fəlsəfə  məktəbi  qanunu  idarəetmənin  əsas  vasitəsi  hesab 

edirdi.  Legistlər  əmin  idilər  ki,  yalnız  mükafat  və  cəzada  özünü  göstərən 

qanun  nizam-intizamı  təmin  edə  və  hərc-mərcliyin  qarşısını  ala  bilər.  Bu 

zaman  onlar  qanunun  son məqsədini  xalqın  itaət  etməli  olduğu hökmdarın 

mütləq hakimiyyətinin təmin edilməsində görürdülər.  Birinci üç məktəbdən 

fərqli olaraq, banisinin Lao  Szı hesab edildiyi “daos məktəbinin” nümayən- 

dələri  aqnostisizm və əvvəlcədən müəyyənetmə mövqelərində  dayanırdılar. 

Onlar hesab edirdilər ki,  dünyada hər şey insanın iradəsindən asılı olmayan 

və onun tərəfindən dərk edilməsi mümkün olmayan nə isə bir “yolla” (dao) 

müəyyən edilir.  Buna görə daoçular hökmdarın “fəaliyyətsiliyini”, onun ge- 

dişatı  qabaqcadan müəyyən olunmuş tarixi hadisələrə fəal müdaxilədən im- 

tina  etməsini  dövlət  idarəçiliyində  səhvə  yol  verməməyin  ən  yaxşı  üsulu 

hesab edirdilər.

B.e.ə.  IV  əsrdə  öz  ideyalarının  əməli  tətbiqinə  can  atan  legistlər  dövrü 

keçmiş ictimai münasibətlər sisteminin dəyişdirilməsi yolu ilə  dövlət idarə- 

çiliyinin  effektivliyini yüksəltmək iqtidarında olan  sosial-siyasi  islahatların 

təşəbbüskarı  kimi  çıxış  edirdilər.  Sıma  Tsyanın  “Tarixi  qeydlər”inə  görə 

“Şan  hökmdarının  kitabı”  əsərinin  müəllifi  hesab  edilən  Şan  Yan  b.e.ə. 

359-cu  və  350-ci  illərdə  Sin  şahlığında  belə  bir  islahatların  keçirilməsinə 

nail  olmuşdur.  Şan  Yanın  ictimai  inkişafın tələblərinə  cavab  verən  islahat- 

ları dövlətin sosial iyerarxiyanın ənənəvi  sisteminin dəyişdirilməsi hesabına 

möhkəmləndirilməsinə yönəldilmişdir.  Şan Yan tərəfindən tətbiq edilən ye- 

ni dərəcələr sistemi  sosial dərəcələrin vərəsəlik hüququ əsasında deyil, hər-



Fuad Məmmədov

152



İdarəetmə mədəniyyəti

bi xidmətlərə görə verilməsini nəzərdən keçirirdi.  Sonralar dərəcələrin pulla 

əldə  edilməsinə  icazə  verildi.  Torpağın  alqı-satqısının  leqallaşdırılması,  re- 

allaşdırılması,  irsi  zadəganlıq imtiyazlarının  ləğvi,  böyük  ailələrin məcburi 

parçalanması və vahid inzibati bölgünün tətbiqi nəticəsində  Sin şahlığı  Qə- 

dim  Çinin  aparıcı  quldarlıq dövlətlərindən biri  oldu.  Köhnə  Çin aristokrati- 

yasının hökmranlığına birdəfəlik  son  qoyaraq və  şəxsi mülkiyyətin və  əm- 

təə-pul  münasibətlərinin  inkişafı  üçün  güclü  təkan  olaraq,  islahatlar,  əsilli 

olmayan,  lakin varlanmış insanlar üçün hakimiyyətə və yüksək  sosial möv- 

qeyə yol  açaraq,  əsillik və zənginlik  arasındakı  ziddiyyətlərin  aradan  qaldı- 

rılmasına imkan yaratdı.

B.e.ə.  221-ci il üçün Sin şahlığı digər altı şahlıqları darmadağın edərək, öl- 

kənin birləşməsi prosesini başa çatdırdı.  Sin  Şinxuan  (“Sin sülaləsinin Birinci 

imperatoru”) titulunu qəbul edən İn Çjen, imperiyanı  14 il idarə etdikdən sonra, 

onun yaratdığı imperiya xalq üsyanının həmlələri altında süqut etdi.  Buna bax- 

mayaraq,  Sin imperiyası qədim dövrün və orta əsrlərin sonrakı Çin imperiyala- 

rı üçün nümunə olaraq, tarixə ilk mərkəzləşdirilmiş müstəbid dövlət kimi daxil 

oldu. Yetərincə düzgün qurulmuş bürokratik struktura əsaslanan effektiv dövlət 

idarəçiliyi sisteminin yaradılması nəticəsində  Sin Şinxuan ölkənin siyasi və iq- 

tisadi parçalanmasının qarşısını  ala bildi.  Dövlət,  sərhədləri əvvəlki şahlıqların 

təbii-coğrafi sərhədləri ilə uyğun gəlməyən 36 iri inzibati dairələrə bölünürdü. 

Dairələr  qəzalara,  sonuncular  isə  -  bir  neçə  icmanın  daxil  olduğu  nahiyələrə 

bölünürdü.  Dairələrə birbaşa imperator tərəfindən təyin edilmiş rəislər başçılıq 

edirdilər.  Dairə  idarəçiliyinə  daxil  olan,  dairə  rəisi yanında  fəaliyyət göstərən 

məmurlar mərkəzi idarəyə tabe idilər.  Öz növbəsində dairə rəisinin səlahiyyəti- 

nə qəza rəislərinin və onların müavinlərinin təyin edilməsi daxil idi.  Ərazi böl- 

güsünün ilkin həlqələrində  inzibati hakimiyyət seçkili  ağsaqqallara məxsus idi 

ki, bu da icma özünüidarəsi ənənəsinin saxlanmasına imkan verirdi. İmperator 

ölkənin  tamhüquqlu  irsi  hökmdarı  idi.  İmperatorun  qərarları  və  fərmanları 

onun - hərbi, məhkəmə, maliyyə və digər mərkəzi idarələrin onlara tabe olduğu 

iki  məsləhətçisi  tərəfindən  həyata  keçirilirdi.  Dövlət  hakimiyyətinin  xüsusi 

mərkəzi aparat idarəsi imperatorun və onun ailəsinin şəxsi ehtiyaclarına xidmət 

edirdi.  Xüsusi  idarə  dövlət  arxivinin  qorunması  ilə  məşğul  olur  və  dairələrin 

yoxlanılmasını yerinə yetirirdi, bunun sayəsində imperator monitorinqi və yerli 

hakimiyyət  orqanlarının  qiymətləndirilməsini  həyata  keçirirdi.  İmperiyanın 

möhkəmlənməsinə  Sin  Şinxuanın  ölkənin  mədəni-iqtisadi  konsolidasiyasına 

yardım edən - dövlətçilik islahatı, vahid qanunçuluğun tətbiqi, yazının unifika- 

siyası, ölçülər və çəkilər, həmçinin pul islahatı kimi islahatları səbəb olmuşdur. 

Dövlətin xarici təhlükəsizliyini təmin etmək məqsədilə  Sin Şinxuan tərəfindən 

Böyük  Çin  səddinin  tikilməsi  haqqında  qərar  qəbul  edilmişdir.  Özünün həm 

təşkilatçılıq qabiliyyətləri və həm də  qəddarlığı  ilə  fərqlənən imperatorun ölü-

153



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə