Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə75/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   71   72   73   74   75   76   77   78   ...   327

Fuad Məmmədov

Qədim  Yunanıstan

Balkanlarda ilk dövlətçilik mərkəzləri b.e.ə.  III minilliyin sonu - II minil- 

liyin  əvvəlinə  aiddir.  Onlar  pelasqların  yunan  mədəniyyətinə  qədər  olan 

mədəniyyəti  ilə,  Krit  (Minoy)  mədəniyyəti,  Kiklad  (ada)  mədəniyyəti  və 

Ellada (əslində yunan) mədəniyyəti ilə bağlıdırlar.  Dunayın o tayından Bal- 

kanlara  girən  axey-yunanlar,  Kritin  Minoy  mədəniyyətini  mənimsəyib  və 

yaradıcılıqla  inkişaf etdirib,  artıq b.e.ə.  II  minillikdə  Miken  mədəniyyətini 

yaratdılar.  Orta minoy dövründə Kritdə siyasi birliklər strukturu öz xarakte- 

rinə  görə  böyük  Şərq  istibdad  hakimiyyətlərini  xatırladırdı.  Ehtimala  görə 

baş  kahin  vəzifəsini  şahın  özü  həyata  keçirirdi,  amma  müəyyən  mərasim 

funksiyalarını həm də kahin “iyerurq” və kahinə “kla-vi-fo-ros” yerinə yeti- 

rirdi.  Məbədlərin  və  dini  birliklərin  maddi  əsasını  onların  sərəncamında 

olan torpaq və qullar təşkil edirdi.

B.e.ə.  1700-cü  ilə  yaxın  Krit mədəniyyətinin  təsiri  altında  axeylər tərə- 

findən  miken  dövlətçilik mədəniyyəti  təşəkkül  tapmağa başladı.  Miken  gil 

lövhələri  təsdiq  edir  ki,  dövlətin  başında,  eyni  zamanda  iri  mülkədar  olan 

“va-na-ka” titulunu daşıyan hökmdar dururdu.  Var-dövlətin mənbəyi torpaq 

və əhalidən toplanan natural vergilər idi.  İdarəetmə kifayət qədər inkişaf et- 

miş  administrasiya və  saray  bürokratiyası  tərəfindən həyata keçirilirdi.  İrsi 

torpaq  mülkiyyətinə,  ehtimal  ki,  ordu  komandanı  olan  “la-va-ge-tas”  da 

malik  idi.  İmtiyazlı  yuxarı  təbəqənin  tərkibinə  müxtəlif statuslu  torpaq  sa- 

hələrinə  malik  “te-re-ta”lar  da  daxil  idilər.  Daha  bir  imtiyazlı  qrup  (yəqin 

ki,  şahın yaxın  əhatəsi,  onun  svita üzvləri  (müşayiətçiləri)  “e-kve-ta”  (yol- 

daşlar)  adlanırdı.  Paytaxtdan  uzaqda  olan  rayonlar  canişinlər  və  yerli  mə- 

murlar tərəfindən idarə  edilirdi,  bəzi vilayətlərdə  isə hökmdarlara tabe olan 

kiçik xanlar mövcud idi ki,  onların yanında “ke-ro-siya”  (Ağsaqqallar şura- 

sı) fəaliyyət göstərirdi.

B.e.ə.  XII-VIII  əsrlərdə  Yunanıstanda  qəbilə  quruluşundan  polis  tipli 

dövlət təşkilatına keçid  baş  verdi.  Bu  dövrün  əvvəlindən yunan  qəbilələri- 

nin başında  seçkili başçıla  -  basilevslər dururdu.  F.  Engels  hesab  edirdi ki, 

qədim  Yunanıstandakı  basilevslər hökumət  səlahiyyətinə,  bu  sözün  müasir 

mənasında, malik deyildilər.  Qəhrəmanlıq dövründə,  hərbi  demokratiya şə- 

raitində Basilevs sərkərdə, hakim və ali kahin idi.  Qəbilə  (fratriyalar) və qə- 

bilə  (filalar)  birlikləri,  basilevslərin  öz  hakimiyyətlərinin  bir  hissəsini  gü- 

zəştə  getdikləri  filobasilevslər  tərəfindən  idarə  edilirdi.  Şəhərlərin  əmələ 

gəlməsi,  sosial təbəqələşmə və  şəxsi mülkiyyətin inkişafı ilə  əlaqədar tədri- 

cən  qəbilə  hakimiyyətindən  azad  olmuş,  filobasilevslərin  hakimiyyətini 

məhdudlaşdırmağa  və  idarəni  öz  əllərinə  almağa  cəhd  edən  yeni  zadəgan 

nümayəndələri  meydana  çıxdı.  Ali  hökmdarın  irsi  üstünlüklərini  məhdud-

156



İdarəetmə mədəniyyəti

laşdıran  aristokratiya  irsi  monarxiyanı  seçkili  ilə  əvəz  etməyə  can  atırdı. 

Məsələn,  Afinada,  dövlət  idarəçiliyində  basilevslərlə  yanaşı  ali  sərkərdə  -  

“polemarx”,  regent -  “arxont”  və  altı  hakim -  “fesmofetlər”  iştirak  edirdi- 

lər.  Bir müddətdən  sonra irsi  hökmdarın hakimiyyəti  “arxont-basilevs”  ad- 

landırılan seçkili vəzifəli şəxsin hakimiyyəti ilə əvəz edildi.

B.e.ə.  I  minilliyin əvvəlindən etibarən  aristokratiya tərəfindən idarə  edi- 

lən  şəhər-dövlətlər  (polislər)  Qədim  Yunanıstanda əsas  dövlətçilik  forması 

oldu.  Artıq  bu  dövrdə  yunan  mədəniyyətinin  səciyyəvi  xüsusiyyəti  müəy- 

yən rasional təfəkkür idi.  Onun əsası yunanların bütpərəstlik dini idi, təsəv- 

vürlərə  görə, yunan  allahları  insanları  öz əmrlərini kor-koranə yerinə yetir- 

məyə məcbur etmirdilər,  əməl etməyə inandıraraq,  onları dərrakəyə çağırır- 

dılar.  Bu, xalqın təfəkküründə rasionallığın formalaşdırılması üçün ilkin şə- 

rait yaradırdı və intellektual mədəniyyətin inkişafının əsasını qoyurdu.

B.e.ə.  VIII-VI  əsrləri  əhatə  edən  arxaik  dövrdə  təsərrüfat  sistemindəki 

dəyişikliklər  şəraitində  yunan  cəmiyyətində  maraqların  ziddiyyətləri  və 

konfliktlər kəskinləşdi.  Çox vaxt inqilabi xarakter alan sosial-siyasi mübari- 

zə,  xalqın  çiyinlərində  qaldırılan  diktator-tiranlar  tərəfindən  hakimiyyətin 

tutulmasına  gətirib  çıxardı.  Köhnə  nəsli  əyanları  hakimiyyətdən  sıxışdırıb 

çıxarmağa və siyasi həyatın başında durmağa cəhd edən varlı tacir və sənət- 

karların yeni təbəqəsinin təşəbbüsləri  aristokratik idarə sistemindən,  əslza- 

də  mənşəyi  üstünlüklərini  zənginlik  üstünlükləri  ilə  əvəz  edən  timokratik 



idarə  sisteminə  keçidə  gətirib  çıxardı.  Aristokrat oliqarxiya idarəetmə  ixti- 

yarını  tiranlara güzəştə getməyə məcbur oldu.  Aristokratiya mühitindən çı- 

xanlar,  tiranlar ənənəvi  zadəganların və xalq nümayəndələri  idarəsinin  qəti 

əleyhdarları kimi  çıxış  edirdilər.  Tiranlar öz hakimiyyətinin  sosial bazasını 

yaratmaq  üçün  müflis  olmuş  əhaliyə  qazanmağa  imkan  verən  ictimai  işlər 

proqramları yaradırdılar, rifah halının əsasını təşkil edən ticarətin,  sənətkar- 

lığın və kənd təsərrüfatının inkişafına yardım edirdilər.  İdarəçiliyin mühüm 

aləti tiranlar tərəfindən xalqın yaradıcı enerjisini  stimullaşdıran xalq ayinlə- 

rinin tanınması və rəğbətləndirilməsi idi.

Tiranlar  siyasi və mədəni həyatın təşkilatçıları rolunda çıxış  edir və  çox 

vaxt  Qədim  Yunanıstanın  dövlətçilik  mədəniyyətinin  inkişafında yenilikçi 

olurdular.  Belə  ki,  b.e.ə.  VII  əsrdə  tiran  Periandrın  hakimiyyəti  dövründə 

Korinf ən yüksək tərəqqiyə  çatdı.  Periandr nəsli  qəbilə  əyanlarının nüfozu- 

nu  sarsıtmaqdan  ötrü,  onlar  üçün  əvvəlki  qəbilə  filalarına  bölgünü  əvəzlə- 

yərək,  şəhərin  ərazi  bölgüsünü  tətbiq  etdi.  Əldə  edilmiş  rifah  səviyyəsi  və 

sosial münasibətlərin effektiv tənzimlənməsinin saxlanılması üçün onun tə- 

rəfindən,  kənd əhalisinin şəhərə köçməsini,  şəhər əhalisinin məsrəfini məh- 

dudlaşdıran yeniliklər həyata keçirildi,  istifadəsi  kəndlilərin  şəxsi  əməyinə 

rəqabət  təhlükəsi  törədə  biləcək  qulların  alınmasına  qadağa  qoyuldu.  Bu-

157



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə