Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə77/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   73   74   75   76   77   78   79   80   ...   327

demokratik dövlətçilik inkişafında əhəmiyyətli nailiyyətlər əldə edə bilmiş- 

di.  B.e.ə.  V  əsrin  əvvəllərində  yaradılmış  Afina  ittifaqı  Afina  “arxesinə”  - 

ilahə Afinanın şəhərinin hakimiyyəti altında polislər birliyinə çevrildi.  B.e.ə. 

462-461-ci  illərdə Afinada islahat keçirildi,  ona uyğun olaraq,  əsilzadə  are- 

opaqın (ali məhkəmənin)  siyasi rolu Beşyüzlərin şurasına və gelieyə verildi. 

Areopaqın  ixtiyarında  yalnız  kriminal  və  dini  cinayətlərlə  bağlı  bir  neçə 

məhkəmə  fonksiyası  qaldı.  B.e.ə.  V  əsrdə,  Periklin  hakimiyyəti  dövründə 

Afina demokratiya mədəniyyəti əsaslarının formalaşdırılmasının ən yüksək 

tərəqqisinə  nail  oldu.  Beşyüzlər  şurasının  vasitəsi  ilə  dövlət  idarəçiliyinə 

azad insanların ən yoxsul təbəqələri  cəlb edilmişdi,  şəhər əhalisinin orta tə- 

bəqələri  isə  arxont vəzifəsinə  seçilməyə  imkan  əldə  etmişdilər.  Bu  dövrdə 

xalq yığıncaqlarında dövlətin taleyini müəyyən edən tacirlər,  sənətkarlar və 

dənizçilər dövlət idarəçiliyində aparıcı mövqe tutmuşdular.

Məlum olduğu kimi, Afina demokratiyası yalnız dövlət əhalisinin azlığı- 

nı  təşkil  edən,  tam  hüquqlu  Afina  vətəndaşları  sayılan,  azad  doğulmuş  20 

yaşdan  yuxarı  kişilərin  demokratiyası  idi.  İcra  hakimiyyəti  -  bütün  dövlət 

qərarlarını qəbul edən xalq yığıncağı, məhz bu vətəndaşlardan formalaşırdı. 

Bütün vəzifəli  şəxslərin  funksiyasına yalnız,  yığıncaqda ifadə  olunmuş  qa- 

nunun və xalqın iradəsinin tələblərinin həyata keçirilməsi daxil idi.  Arxont- 

ların  hakimiyyəti  ailə  və  irsi  hüququn  gözlənilməsinə  nəzarət,  dini  mahiy- 

yətli  funksiyaların  yerinə  yetirilməsi  və  məhkəmə  proseslərində  sədrliklə 

məhdudlaşırdı.  Silahlı orduya rəhbərlik  -  seçilmiş  10  strateq (mahir  sərkər- 

də,  komandan)  tərəfindən həyata keçirilirdi.  Vəzifəli  adamların  səlahiyyət- 

lərinin məhdudluğu həm də  onda ifadə  olunurdu ki,  başlarındakı mərsin ta- 

cından başqa, onlar öz hakimiyyətlərinin heç bir nişanəsinə malik deyildilər. 

Vəzifədən  sui-istifadəyə  yol  verməmək  üçün  eyni  bir  adamın  ikinci  dəfə 

həmin vəzifəyə seçilməsi qanunla qadağan edilirdi.  Bu dövrün dövlət idarə- 

çiliyi mədəniyyətinin ən başlıca xüsusiyyətlərindən biri  -  Xalq Yığıncağın- 

da filaların proporsional  nümayəndəliyində  ifadə  olunan  idarəetmənin kol- 

legiallığı  idi.  Beşyüzlər  şurası  dövlət həyatının  ən  mühüm  məsələləri  üzrə 

qərarlar qəbul edən Xalq yığıncağının müzakirəsinə çıxarılacaq qanun layi- 

hələrini  hazırlayırdı.  O,  həmçinin  vəzifəli  şəxslərin  köməyi  ilə  icra  orqanı 

rolunu həyata keçirirdi.  Şuranın vəzifələrinə,  həm  də  ictimai  işlərin təşkili, 

dövlət maliyyəsi üzərində nəzarət, beynəlxalq münasibətlərin tənzimlənmə- 

si,  vətəndaşlığın  verilməsi,  daimi  Afina  ordusunun  döyüş  qabiliyyəti  haq- 

qında  qayğısı  da  daxil  idi.  Beşyüzlərin  şurasına  daxil  olan  filalar,  dövləti 

növbə  ilə,  ilin müəyyən vaxtında,  hər bir filadan  50 nümayəndə  olmaqla -  

“printanlar”  vasitəsi  ilə  idarə  edirdilər.Vətəndaşların  siyasi  hüquqlarının 

əsasını  “ekklesiyalarda”  (yığıncaqlarda)  ciddi  şəkildə  riayət  edilən  üç  əsas 

prinsip təşkil edirdi:  “iseqoriya” prinsipi -  söz azadlığı, “isotimiya” prinsipi



Fuad Məmmədov

160



İdarəetmə mədəniyyəti

-   vəzifə  tutmaqda  bərabərlik  və  “isonomiya”  prinsipi  -   qanun  qarşısında 

bərabərlik.  Təkhakimiyyətliliyin  qurulması  üçün  öz nüfuzundan  istfadə  et- 

məyə  can  atan tanınmış  və  mötəbər  afinalılar  demokratik  ölkə  üçün  təhlü- 

kəli elan olunurdular və yığıncaq tərəfindən sürgünə məhkum edilə bilərdi- 

lər.  Yığıncaqlarda danışmağı bacaran və xalqı bu və ya digər qanunu  qəbul 

etməyə və ya qəbul etməməyə inandıra bilən istedadlı natiqlər -  “demaqoq- 

lar”  böyük  şöhrətə  malik  idilər.  Onlardan  ən  məşhurları  -  Perikl,  Kleon 

(b.e.ə.V əsr) və Demosfen (b.e.ə.  IV əsr) idi.

İdarəetmənin əsas vasitələri  azad inkişaf və yaradıcı əmək üçün əlverişli 

şərait yaradılmasına istiqamətlənmiş hüquqi və etik sosial təsisatlar idi.  De- 

mokratik  idarəetmə  mədəniyyəti  sayəsində,  təqribən,  b.e.ə.  V  əsrin  ortala- 

rından  Afina  cəmiyyətində  “attik  maarifçilik”  adı  almış  mədəni  yüksəliş 

qeyd edilirdi.  Cəmiyyətin demokratlaşması vətəndaş  özünüdərkinin və şəx- 

siyyətin  hərtərəfli  inkişafının  formalaşdırılması  üçün  böyük  imkanlar  açan 

əlverişli  mühit oldu.  Öz  demokratik  institutlarının  inkişaf etdirilməsi  məq- 

sədi ilə  afinalılar cismani mədəniyyəti də, zadəganların imtiyazlarından bü- 

tün  vətəndaşlarının  hüququna  çevirdilər.  Cismani  mədəniyyətin  inkişaf et- 

dirilməsi  məqsədi  şəxsiyyətin  hərtərəfli  inkişafı  və  yaxşı  döyüşçülərin  ha- 

zırlanması  idi.  Afinada  idman -   insanın  özünü  idarə  etməyə,  düzgün  oyun 

qaydalarına  riayət  etməyə,  öz  ruhunu  yüksəltməyə  öyrətmək  vasitəsi  kimi 

nəzərdən  keçirilirdi.  Bu  dövrdə  digər  xalqlarda  mədəni  mübadilənin  təsiri 

altında mədəniyyətlərin müqayisəli təhlili, bəzi dünyagörüşü müəyyənliklə- 

rinin yenidən qiymətləndirilməsi, ənənəvi yunan dininə tənqidi münasibətin 

formalaşması baş  verir,  bunda  Sokrat və  sofistlər də mühüm rol  oynayırdı- 

lar.  Qanunların və dövlət qaydalarının “allahların iradəsi ilə müqəddəsləşdi- 

rilməsi” haqqındakı  təsəvvürlərdən imtina edilməsi, vətəndaşların teokratik 

dünyagörüşündən dünyəvi dünyagörüşünə tədrici keçidinə səbəb oldu.

Sofistlər təhsil sisteminə cəmiyyətin siyasiləşdirilməsi və dövlət idarəçi- 

liyi vərdişlərinin inkişafında böyük rol oynayan yeni tədris  fənni  -  ritorika- 



 daxil etdilər.  İdarəetmə elminin vacib komponenti və demokratik idarəet- 

mə  üsulunun  formalaşdırılması  vasitəsi  olan  ritorika  xalq  yığıncaqlarında 

kütlənin əhval-ruhiyyəsini  idarə  etmək,  insanları  inandırmaq bacarığını,  in- 

sanları  bu  və ya  digər  qərara meylləndirmək  məharətini  yetişdirirdi.  Lakin 

ritorika yalnız  zəngin  insanlar üçün  əlçatan  idi.  Yalnız  imkanlı  gənclər  adi 

məktəb  fənlərindən -  oxu, yazı,  hesab,  musiqi və  gimnastikadan əlavə,  dü- 

şünmək bacarığını, natiqlik istedadını,  etika və fəlsəfəni,  qədim ədəbi  əsər- 

lərin məzmununun tənqidi  təhlili  əsasında  onların  elmi  izahını  sofistlərdən 

pulunu ödəməklə öyrənə bilərdilər.  Belə təhsilli insanlar vacib insan kapita- 

lı  olurdular,  onlardan  düzgün  istifadə  dövlətçiliyin  demokratik mədəniyyə- 

tinin  inkişafına  və  cəmiyyətin  sosial  həyatının  demokratlaşmasına  xidmət

161



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə