Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə80/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   76   77   78   79   80   81   82   83   ...   327

Aristotelə  görə  imkan  hərəkət  sayəsində  gerçəkliyə  çevrilir:  ideya  (forma) 

maddiləşir,  materiya formalaşır.  Hərəkəti  bilməmək təbiəti  bilməməklə  nə- 

ticələnir.  Təmiz, yəni materiyadan ideya ilə  ayrılan -  (bütün şeylərin forma- 

sı)  fikirdir,  şüurdur.  “Öz-özünü  düşünən”  şüur  -   allahdır.  Allah  -   tək  və 

əbədi  olan, hərəkətsiz təkanverici  qüvvə rolunu oynayır.  Aristotelin entele- 

xiya (“bütün formaların forması”) haqqında təlimi bütün varlıqların başlan- 

ğıc  məqsədəuyğunluğunun etirafına əsaslanır.  Ona uyğun olaraq,  bütün ha- 

disələrin son səbəbi və eyni zamanda onların məqsədi “ilk təkanverici  qüv- 

və” -  hərəkətsiz,  dəyişməz, mükəmməl, materiya ilə bağlı olmayan Dünyə- 

vi  Şüurdur.  Maddi  dünyanın dərk edilməsinin mümkünlüyü haqqında danı- 

şarkən,  Aristotel  qeyd  edir  ki,  ümuminin  ayrı-ayrı  şeylərdə  dərk  edilməsi 

təfəkkür sayəsində, empirik duygulara əsaslanan nəzəri  anlayışların köməyi 

ilə əldə edilir.  Xoşbəxtliyə nail olma ilə bağlı Aristotelin ideal dövlət quru- 

luşu konsepsiyası düşünülmüş yanaşma və realizmi ilə fərqlənir.  Xoşbəxtlik

-  insanın bütün  səylərinin məqsədidir.  Xoşbəxtliyə  aparan yol  - xeyirxahlı- 

ğa  əməl  etməkdən  ibarət olan  şüurlu  fəaliyyətdən keçir.  Yaxşılıq -  ifratlar 

arasında orta vəziyyətdir.  Onun dövlətçilik modelinin əsasını  qədim dünya- 

da  mövcud  olan  hakimiyyət  formalarının  və  onların  həyata  keçirildiyi 

konkret tarixi şəraitlərin ciddi təhlili təşkil edirdi.  Özünün məşhur “Siyasət” 

elmi  əsərində  alim yunan  dövlətlərinin hakimiyyət formalarını  və  qanunla- 

rını tənqid etmişdir.  Onun tərəfindən dünyanın  158 dövlətinin siyasi təşkilat 

tipləri tədqiq edilmişdir ki, onların müqayisəli təhlili əsasında alim,  aristok- 

ratik, müstəbid və demokratik quruluşdan azad, dövlət quruluşunun ən yax- 

şı forması kimi “politiyanı” - orta qızıl həddi təklif etmişdir.

Uzunsürən  müharibələr  nəticəsində  yaranan  böhranla  şərtlənən,  torpaq 

mülkiyyətinin,  sənətin və ticarətin azsaylı varlı təbəqənin əlində cəmləşmə- 

si,  istehsalatda  əməyin  bölünməsi,  uzunmüddətli  müharibələr  nəticəsində 

yaranan böhran b.e.ə.  V  əsrin  sonu  -  IV  əsrin birinci yarısında  azad vətən- 

daşlar  arasında  artan  sosial  təbəqələşməyə  səbəb  oldu.  B.e.ə.  IV  əsrin  so- 

nunda tarixin  səhnəsində yeni  fəaliyyət göstərən  sima -  Makedoniya mey- 

dana çıxdı.  Bacarıqlı hökmdar kimi  şöhrət qazanmış  II  Filippin,  İskəndərin 

atasının dövründə, Makedoniya - öz siyasi və ictimai qaydalarına görə arxa- 

ik,  güclü iqtisadi əsasını  Frakiyadakı  qızıl mədənlərinin təşkil etdiyi yarım- 

barbar ölkə  idi.  II  Filippə,  Fars  dövlətinə  qarşı  onun tərəfindən formal  ola- 

raq yaradılmış yunan  şəhər-dövlətlərinin  Korinf ittifaqının  köməyi  ilə  Yu- 

nanıstanda  öz  hegemonluğunu  təsdiqləmək  müyəssər  oldu.  Bu  dövrdə  de- 

mokratik  idarə  etməyə  düşmən  münasibətində  olan  aristokratiya,  II  Filipp 

Makedoniyalını  öz  siyasi  mövqelərinin  və  bütün  Yunanıstanın  sabitliyinin 

siyasi dayağı kimi görərək, ümidlə nəzərlərini ona yönəltdilər.  Məlum oldu- 

ğu  kimi,  Yunanıstan,  Makedoniya  və  Fars  dövlətini  özündə  birləşdirən



Fuad Məmmədov

166



İdarəetmə mədəniyyəti

ümumdünya monarxiyası yaratmağa can atan Makedoniyalı İsgəndərin ölü- 

mündən və  iyirmi  illik daxili müharibələrdən  sonra İsgəndərin  sərkərdələri 

b.e.ə.  IV-III  əsrlərin  hüdudunda,  onun  keçmiş  imperiyasının  ərazisində  öz 

padşahlıqlarının  əsasını  qoydular.  Bu,  Ptolemeylərin  -   Misirdəki,  Selevki- 

lərin  -   Suriyadakı,  Antiqonidlərin  -   Makedoniya  və  Yunanıstandakı  elli- 

nizm şahlıqları, Frakiyada və Kiçik Asiyanın şimal hissəsində özünüidarəni 

saxlayan  Lisimax  dövlətləri  idi.  Yunanıstanın  siyasi  müstəqilliyinin  itiril- 

məsi  dövlətçiliyin və  siyasi  quruluşun polis  formasının mövcudluğuna  son 

qoydu.  Şəhər-dövlətlər  yerli  özünüidarə  vahidlərinə  çevrildilər.  Ellin  dün- 

yasının  mərkəzləri  yeni  ellinizm  şahlıqlarının  mərkəzləri  oldu.  Bu  dövrdə 

yeni,  şərq  elementlərini  mənimsəyən  yunan  mədəniyyəti  kosmopolit  ellin 

mədəniyyətinə  çevrilirdi.  B.e.ə.  III  əsrdə  Misirdəki  İsgəndəriyyə,  b.e.ə.  II 

əsrdə  isə Perqam da mədəni fəaliyyət mərkəzi oldu.  Ellin dünyasında yara- 

nan  elmi  müəssisələrin  örnəyi  Aristotelin  məktəbi  idi.  III  əsrin  əvvəlində 

Aristotelin  şagirdi  Demetri  Falerskinin  təklifi  ilə  Ptolemey  Soter  İsgəndə- 

riyyədə  Museyonun  (muzalar məbədi)  -   antik  dünyada  altı yüz  il  mövcud 

olmuş,  ən  iri  elmi-təhsil  mərkəzinin  əsasını  qoydu.  Museyonun  tərkibinə: 

alimlərin yığıncağı üçün çox geniş iclas zalı, unikal kitabxana, nəbatat bağı, 

zoopark,  astronomiya  rəsədxanaları,  cərrahiyyə  laboratoriyaları  daxil  idi. 

Museyonun  tərkibində  fəaliyyət  göstərən  kitabxanada  100-dən  700  minə 

qədər əl yazması kitabları  sayılırdı.  Burada alimlərin işi üçün çox gözəl  şə- 

rait, həmçinin onlara verilən təqaüdlər bir çox təhsil  almış yunanları, fizika, 

riyaziyyat,  astronomiya, tarix, coğrafiya, filologiya sahəsindəki mütəxəssis- 

ləri İsgəndəriyyəyə cəlb edirdi.

Bu  dövrdə  Afina  elm,  təhsil,  incəsənət  mərkəzi  kimi  öz  əhəmiyyətini 

saxlamışdı.  Mədəni  həyatda  özünün  natiqlik  məktəbi,  həkimlərin  “Kos 

məktəbi”, yerli heykəltəraşlıq məktəbi  ilə  məşhur olan Rodos  adası  da mü- 

hüm rol  oynayırdı.  Lakin ellinizm  dövründəki  demokratik dövlətçilik mək- 

təbi  həmişəlik  itirilmişdi.  Yerli  əhalinin  sosial  idarə  edilməsinin  başlıca 

mənbəyi din oldu ki, onun vasitəsi ilə ellin hökmdarları xalqın psixologiya- 

sına və  şüuruna təsir  göstərirdilər.  Avtoritar  idarəetmə  üslubuna  görə  ellin 

dövlətlərinin hökmdarları şərq müstəbid ölkələrinin şahlarını xatırladırdılar. 

Makedoniyalı İskəndərin artıq özü üçün ilahi ehtiram müəyyən etməsini xa- 

tırlamaq kifayətdir.  “Proskünesis” yeniliyinə  görə rəiyyətlər öz hökmdarla- 

rının  qarşısında  səcdə  etməli  idilər.  Ellinistik  Misirdə  Ptolemey  II  Filadelf 

ailə  sitayişi və öz şəxsi  adamlarının ilahiləşdirilməsini tətbiq etməklə,  istila 

edilmiş  ölkə  üzərində  ptolemeylər  sülaləsinin  hakimiyyətinə  dini  sanksiya 

verməyə can atırdı.  III Ptolemey və onun həyat yoldaşı Berenika da özlərini 

“Allahlar-xeyirxahlar”  elan  etmişdilər.  Şərq  ayinlərinin  təşviqi  siyasətini 

yeridərək,  selevkilər  özlərini  Babilistan  və  digər  dövlətlərin  qədim  hökm-

167



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə