Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə78/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   74   75   76   77   78   79   80   81   ...   327

edə bilərdi.  Konservativ  afinalıların müqavimətinə, həmçinin cahil və möv- 

humatçı  adamlar tərəfindən  izlənmələrə  və təqiblərə  baxmayaraq,  novator- 

filosoflara -   Sokrat,  Anaksaqor,  Demokrit və başqalarına,  son hesabda,  in- 

sanların təfəkkürünü dəyişmək və  aralarında -  Platon,  Ksenofont, Antisfen, 

Aristotel və qədim yunan mədəniyyətinin qürur obyektlərinin adı olan digər 

filosofların  elmi  elitasının  formalaşdırılmasına  imkan  yaratmaq  müyəssər 

oldu.  Filosofların  fəaliyyəti  Yunanıstanda  demokratik  dövlətçilik və  idarə- 

etmə  mədəniyyətinə  böyük  təsir  göstərən  intellektual  və  etik mədəniyyətin 

inkişafına  səbəb  oldu.  Məsələn,  universal  yunan  mütəfəkkiri,  “gülən  filo- 

sof”  Demokritin  etik  təlimi  izah  edirdi  ki,  ağlı  əldə  rəhbər tutaraq və  xoş- 

bəxtliyi dərk edərək,  insan məmnun olur və ruhi  sakitlik əldə  edir.  O yazır- 

dı:  “Demokratiyada yoxsulluq -  şahların dövründəki rifahdan,  azadlığın kö- 

ləlikdən  yaxşı  olduğu  qədər yaxşıdır”.  Sofistlərdən  fərqli  olaraq,  obyektiv 

həqiqətin  mövcudluğuna  inanan  Sokrat hesab  edirdi  ki,  yüksək  və  mütləq 

nemət - xeyirxahlıq,  insanın həyat məqsədinə  çevrilməlidir,  çünki yalnız  o, 

xoşbəxtliyə  aparır.  Xeyirxahlıq  bilik  tələb  edir,  onsuz  xeyrin  və  şərin  ma- 

hiyyətinin  dərk  edilməsi  mümkün  deyil.  Beləliklə,  Sokrat,  ləyaqətli  həyata 

və  rifaha  nail  olmanın  şərti  kimi  biliyin  və  etikanın  cəmi  olan  ruhi  mədə- 

niyyətin əsas mahiyyətini  açıqladı.  Bununla belə,  alimlər və  filosoflar döv- 

lət idarəçiliyi  sahəsində diqqəti peşəkar biliklərin zəruriliyinə yönəldirdilər. 

Belə ki, görünür,  oliqarxiya dövlət quruluşuna rəğbət bəsləyən  Sokrat, döv- 

ləti  idarə  etmək bacarığını  az  sayda bilikli  və  ləyaqətli  insanlar üçün müm- 

kün olan “şahlıq məharəti” adlandırırdı.15

Sofistlərin təbiətin  sirləri  və  insanın  inkişaf problemlərinin təhlili  ilə  bağlı 

intellektual  fəaliyyəti  mədəniyyətin  inkişafına inqilabi  təsir göstərdi, yunanla- 

rın  ənənəvi  təfəkkürünü  dəyişdi.  Protaqorun  “Hər  şeyin  meyarı  insandır... ” 

müddəasını yada salmaq kifayətdir.  Protaqor tərəfindən ifadə edilmiş idrak nə- 

zəriyyəsində nisbilik prinsipi düzgün, cəmiyyət üçün faydalı və həyatın tələblə- 

rinə  daha  çox  cavab  verən  qərarları  seçmək  bacarığının  təkmilləşdirilməsinə 

imkan verirdi ki, bu da şübhəsiz, demokratik idarəetmə mədəniyyətinin inkişafı 

üçün mühüm əhəmiyyətə  malik idi.  Demokratik dünyagörüşünün formalaşdı- 

rılmasına, Protaqor tərəfindən Abderadan olan yunanların dialektikaya - istəni- 

lən əşyanın müxtəlif tərəflərdən (o cümlədən əks tərəfdən) nəzərdən keçirilmə- 

si bacarığına öyrətməsi kömək etdi.  Sözləri düzgün işlətmək, yığıncaqda və ya 

məhkəmədə dəlillər və  sübutlar sistemini tərtib  etmək vərdişləri və bacarıqları 

vətəndaşların inkişafı və ictimai həyatın demokratlaşması üçün geniş imkanlar



Fuad Məmmədov

15  Onun sözlərini yada salaq:  “Əgər mən fleytanı düzəltdirmək istəyirəmsə, fleyta ustasının 

yanına gedirəm, gəmini təmir etdirmək istəyirəmsə, gəmiqayıranın yanına gedirəm, dövlətin 

düzəldilməsi  üçün isə hər kəs özünü yararlı hesab edir” .

162



İdarəetmə mədəniyyəti

açırdı.  Protaqorun  sayəsində  dövlətin və  hüququn,  allahların  iradəsinin  deyil, 

insanların arasında razılaşma nəticəsi kimi yeni, demokratik görmə imkanı ya- 

randı.  Əvvəllər ilahi qanun hesab edilən təbii və müqavilə hüququnun bir-birin- 

dən fərqləndirilməsi onun dərkinə gətirib çıxardı ki, təbiət heç kəsi kölə yarat- 

mayıb və insanlar bərabərdirlər, qul sahibliyi isə ədalətsizdir. Təbii hüquqa plü- 

ralistik  yanaşmadan  çıxış  edərək,  bəziləri  aristokratların  imtiyazlarına  qarşı 

mübarizənin mümkünlüyünü,  digərləri  -  daha güclünün daha zəiflər üzərində 

hakimiyyət və hökmranlıq hüququnu əsaslandırırdılar.

Yunanlara yeni  idrak,  təhlil  və tənqid metodları verən,  inqilabi təfəkkür 

daşıyıcıları olan sofistlər,  qanunların və dövlətin ilahi mənşəyini şübhə  altı- 

na  aldılar,  dinin  tarixi  mənşəyini  izah  etməyə  cəhd  etdilər.  Öz  tənqidi  və 

təhlili  təfəkkürünə  görə  Sokrat,  Anaksaqor və  Demokritə yaxın olan və  in- 

sanın  davranış  amillərini  dərindən  dərk  etməsi  ilə  fərqlənən,  b.e.ə.  V  əsr 

Afina tarixçisi Fukidid iddia edirdi ki, tarix allahlar tərəfindən deyil, öz ma- 

raqlarına  uyğun  hərəkət  edən  insanlar  tərəfindən  istiqamətləndirilir  və  in- 



sanların  təbiəti  həmişə  qanunlardan  və  müqavilələrdən  daha  güclü  olur. 

Buna  görə  də  Fukidid  belə  bir  nəticəyə  gəlir  ki,  cəmiyyətin  qanunlarının 



dərk edilməsi üçün  insanın  təbiətini və onun  təzahürlərini bilmək zəruridir. 

Bütövlükdə, yunan  alimlərinin cəmiyyətin  diaqnostikası  və  sosial terapiya- 

sına yol açan elmi-fəlsəfi müşahidələri və təcrübəsi insan həyatının qanuna- 

uyğunluqlarının düzgün başa düşülməsi,  sosial harmoniyanın əldə  edilməsi 

və  dövlət  idarəçiliyi  texnologiyalarının  təkmilləşdirilməsi  üçün  mühüm 

praktik əhəmiyyət daşıyırdı.

Dövlətin  daxilində  sosial  və  siyasi  mübarizə  ilə,  habelə  yunan  şəhər- 

dövlətləri  arasındakı müharibələrlə  şərtlənən ənənəvi polis təşkilatının böh- 

ranı,  antik  Yunanıstanda  dövlətçilik  və  dövlət  idarəçiliyi  mədəniyyətinin 

təkmilləşdirilməsi  zəruriliyini  yaratdı.  Yunanların  sosial-siyasi  həyatının 

mühüm  amillərindən  biri  natiqlik  sənəti  idi.  B.e.ə.  391-ci  ildə  Afinada  so- 

fistlərin  ənənələrinin  davamçısı  natiq  İsokrat  tərəfindən  mütəmadi  təlimli 

ilk  ritorik  məktəb  açıldı.  Məktəb  siyasi  hərəkatların  başında  durmağa  və 

xalqı  arxasınca  aparmağa  iqtidarlı  olan,  siyasi  həyatın  və  psixologiyanın 

yaxşı bilicilərini hazırlayırdı.  Məktəbdə insanların xarakterinin,  siyasi həya- 

ta təsir göstərmək, yunan hakimlərinə məsləhətlər hazırlamaq imkanı verən 

dövlət qanunlarının və natiqlik istedadı qaydalarının öyrənilməsi təşkil edil- 

mişdi.  Yunanıstanın  intellektual  elita nümayəndələri,  üzərində  yunan  döv- 

lətçiliyinin  qurulmalı  olduğu  məntiqi  və  elmi  prinsiplərə,  hökmdarların 

keyfiyyətlərinə  müəyyən diqqət ayırırdılar.  Sokratın  şagirdi,  tarixçi  Kseno- 

font Afinalı özünün “Kiropediya” əsərində  iran şahı Böyük Kiri monarxiya 

tipli  ideal  dövlət  quruluşu  yaradan  və  ölkəni  və  insanları  bacarıqla  idarə 

edən istedadlı hökmdar kimi xarakterizə etmişdir.  O, idarəetmə üçün adam-

163



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə