Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə86/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   82   83   84   85   86   87   88   89   ...   327

kəndlilərin tədricən yox olmasına və şəhərlərdə yoxsul təbəqənin -  proleta- 

riatın  yüksəlişinə  səbəb  olurdu.  Müxtəlif  sosial  təbəqələrin  maraqlarının 

harmonizasiyası,  Roma  cəmiyyətinin  demokratlaşdırılması  və  kəndlilərin 

dirçəldilməsi  məqsədi  ilə  Tiberi  və  Qay  Semproni  Qrakxi  qardaşları  yeni 

aqrar qanun layihəsini  irəli  sürdülər,  onun  qəbul edilməsi b.e.ə.  133-cü ildə 

dövlət  torpaqları  hesabına  yaranmış  ayrı-ayrı  ailələrin  torpaq  mülklərinin 

ölçülərini  məhdudlaşdırırdı.  Nəticədə  yaranan,  yenidən  dövlət  mülkiyyəti 

olan  torpaq  qalıqlarından  kasıb  və  yoxsul  vətəndaşlar,  irsən  ötürülə  bilən, 

lakin  satmaq  qadağan  olunan  torpaq  sahələri  əldə  edirdilər.  Lakin  tezliklə 

varlı  mülkədarlar  tərəfindən,  onların  hakimiyyətinin  ənənəvi  dayaqlarına 

qəsd  hesab  edilən  islahat  dayandırıldı.  Öz  qarşısına  Roma  cəmiyyətini  de- 

mokratlaşdırmaq məqsədini  qoyan  Tiberi  öldürüldükdən  sonra,  Qay  Qrakx 

dövlət anbarlarından çörəyin ucuz qiymətə  satılması və yoxsulların həyatını 

xeyli yüngülləşdirən qanun tətbiq etdi.  Eyni zamanda o,  Tiberinin aqrar qa- 

nununu  yenidən  canlandırdı,  bunun  nəticəsində  b.e.ə.  122-123-cü  illərdə 

aztorpaqlılara  torpaq  sahələrinin  paylanması  işi  davam  etdirildi.  Bununla 

yanaşı  senatın  kompetensiyasına  daxil  olan  zorakılıq  işləri  üzrə  məhkəmə 

işini  onlara  vermək  yolu  ilə  atlıların  hüquqları  onun  tərəfindən  müdafiə 

olundu.  Qrakx qardaşlarının islahatlarının demokratik xarakteri  onda idi ki, 

onlar köhnə  senator qəbilələrinin dövlətdə hakimiyyət monopoliyasının da- 

ğıdılmasına  istiqamətlənmişdi.  Lakin  Qay  tərəfindən  təklif  edilən,  bütün 

İtaliya  əhalisinə  Roma  vətəndaşlığı  hüququnun  verilməsini  nəzərdə  tutan 

yeni demokratik qanun tribunun nüfozunu sarsıtdı və b.e.ə.  121-ci ildə onun 

öldürülməsi  ilə  nəticələndi.  Qrakxın aqrar qanunvericiliyi  ləğv edildi,  lakin 

çörək  qanunu və  atlıların məhkəmə  hüquqları  qüvvədə  qaldı.  Torpağın ye- 

nidən bölüşdürülməsinə  son qoyuldu, xüsusi  sahibliyə malik dövlət torpaq- 

ları bölüşdürülməyən şəxsi mülkiyyət elan olundu.

Buna baxmayaraq  islahatlar  atlıların  mövqeyinin  möhkəmlənməsinə  və 

dövlət  idarəçiliyində  senatın  hakimiyyətinin  zəifləməsinə  səbəb  oldu.  Ro- 

manın  siyasi  hakim  qrupunda  -  nobilitetdə  iki  qruplaşma  yarandı:  torpaq 

zadəganlarının maraqlarının və  senatın mütləq hakimiyyətinin müdafiəçilə- 

ri  olan  “optimatlar”  və  demokratik  şüarlardan  istifadə  edən,  xalq yığınca- 

ğından  dəstək  gözləyən  “populyarlar”.  Tezliklə,  əsasən  proletarlardan  for- 

malaşan,  ənənəvi  polis  yığma  qoşunundan  peşəkar  qoşuna  çevrilən  ordu 

Roma  dövlətçiliyinin  mühüm  siyasi  amilinə  çevrildi.  B.e.ə.  I  əsrin  əvvəli 

üçün  konsul  kimi  populyar  Marinin  dəfələrlə  seçilməsi  ilə  Romada  hərbi 

diktatura və  vətəndaş  müharibələri  dövrü  başlandı.  Biz  burada  da  Marinin 

simasında  populyarlarla  və  Lusi  Korneliya  Sullanın  simasında  optimatlar 

arasında  siyasi  rəqabət  görürük.  Özünü  qeyri-müəyyən  müddətə  diktator 

elan  etməyə nail  olan  aristokrat  Sulla öz hakimiyyətindən  senatın,  bununla



Fuad Məmmədov

178



İdarəetmə mədəniyyəti

isə nobilitetin aristokrat təbəqəsinin keçmiş tam hakimiyyətinin qaytarılma- 

sı üçün istifadə  etdi.  Atlılar məhkəmə  işlərində  iştirak etməkdən uzaqlaşdı- 

rıldılar,  canişinlərin  sui-istifadələri  haqqında  işlər  üzrə  məhkəmə  hüququ 

isə  yenidən  senata  verildi.  Xalq tribunlarının  hakimiyyəti  onunla  məhdud- 

laşdırılırdı ki,  onların hazırladıqları  qanun layihələri  əvvəlcə  senatda nəzər- 

dən keçirilməsi  idi.  Nəhayət, tribunlara başqa vəzifəni tutmaq qadağan edi- 

lirdi  ki,  bu  da  daha yüksək  karyeraya  onların yolunu  bağlayırdı.  Bütün  bu 

yeniliklər Roma respublikasının süqutuna gətirib çıxaran böyük sosial-siya- 

si sarsıntıların əsasını qoydu.  Həyat göstərdi ki, cəmiyyətin, həyatın reallıq- 

larının və zamanın çağırışlarının tələbatları və maraqlarının bütün spektrlə- 

rini  lazımınca nəzərə  almayan birtərəfli  qanunlarla dövlətçiliyə  dağıdıcı tə- 

sir göstərən ziddiyyətləri və münaqişələri aradan qaldırmaq mümkün deyil.

Bu  dövrdə  Romada intellektual,  etik və  idarəetmə  mədəniyyətinə,  həm- 

çinin vətəndaş hüquqları sisteminin inkişafına və dini təsəvvürlərin təkamü- 

lünə, tərəfdarları ənənəvi  dini, kütlələri idarəetmə  aləti kimi nəzərdən keçi- 

rən stoiklərin fəlsəfəsi böyük təsir göstərirdi.  Belə ki, b.e.ə.  95-ci ildə Roma 

konsulu,  stoisizm ideyalarının tərəfdarı Kvint Musi  Stsevola dinin iki növü- 

nü:  fəlsəfi dini  (rasional və ya stoik) və  - dövlətin idarə edilməsinə və xalqı 

itaətdə  saxlamağa kömək edən ənənəvi  (xalq)  dini  ayırd edirdi. Dövlət ida- 



rəçiliyində,  siyasi  institutların  da  nəzərdən  keçirildiyi  istorioqrafik  əsərlər 

dəyərli yardım  idi,  qədim miflər isə rasional  tənqidə məruz  qalırdılar.  Belə 

ki,  Publi  Semproni  Azellionun  “Əməllər kitabı”nı hadisələrin  daxili  əlaqə- 

lərinin, motiv və səbəblərinin izahı ilə Roma dövlətçiliyi haqqında praqma- 

tik hekayətlər təşkil edirdi. İdarəetmənin  digər mühüm  mənbəyi hüquq elmi 



idi.  Hüquqi  terminologiyanın  işlənməsinə  və  hüquqi  normaların  sistemləş- 

dirilməsinə  -  anlayış,  mülahizə və nəticələr haqqında elm  -  stoik dialektika 

bir  çox  cəhətdən  kömək  edirdi.  Roma vətəndaş  hüququnun yaradıcıları  və 

onun  görkəmli  nümayəndələri,  stoisizm  tərəfdarları  Publi  Lusi  Stsevola, 

onun oğlu -  Kvint, Mark Yuni Brut və Mani Manili hesab olunurdular.

Bu  arada  Sullanın  ölümündən  sonra  hakimiyyət  uğrunda  mübarizə  da- 

vam  edirdi.  B.e.ə.  70-ci  ildə konsullar Mark Lisini  Krass  və  Qney  Pompey 

populyarlar  qrupu  ilə  birlikdə  senatın tam hakimiyyətinə  qarşı  çıxış  etdilər 

və  Sullanın dövründə  qoyulmuş  siyasi  qaydaları ləğv etdilər.  Xalq tribunla- 

rının hüquqları  tam həcmdə  bərpa  olundu,  atlılar  isə yenidən  cinayət  işləri 

üzrə mühakimə  üsuluna buraxıldılar.  Pompey  tərəfindən istila edilmiş,  Ro- 

manın yeni  əyalətləri  olan  dövlətlərin  (Vifiniya,  Pont,  Suriya,  Qalatiya  və 

Kappadokiya)  idarə  edilməsi  nominal  olaraq  “Roma  xalqının  dostları  və 

müttəfiqləri”  adlandırılan yerli  şahlar tərəfindən  həyata  keçirilirdi.  Bu  ida- 

rəetmə faktik olaraq Roma maliyyəçilərinin və sələmçilərinin əlində idi.

179



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə