Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə79/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   75   76   77   78   79   80   81   82   ...   327

ların püşk atmaqla sadə vətəndaşlar arasından seçildiyi deyil, “anadangəlmə 

hökmranlıq etmək hüququna və  zəruri hakim  istedadı  və  bacarıqlarına ma- 

lik”  aristokratların  seçildiyi  dövlətçilik  mədəniyyətinin  üstünlüyünü  qeyd 

edirdi.  Məlum olduğu kimi,  Ksenofont qədim, hələ  Likurq tərəfindən yara- 

dılmış  Spartanın  aristokratiya  qaydalarını  dövlət  quruluşunun  idealı  hesab 

edirdi.  O hesab edirdi ki, dövlət iqtisadi həyata fəal müdaxilə etməlidir.  Za- 

dəganların pərəstiş  etdikləri  Sokratın təkzibedilməz  dəlillərinə  istinad edən 

Ksenofont,  özünün  “Gəlirlər  haqqında”  əsərində,  -  düzgün  təşkil  olunmuş 

dövlət necə olmalıdır, vətəndaşların məişətini necə qurmaq və onların həyat 

rifahını necə  təmin etməyin lazım olması haqqında tövsiyələr verir.  Periklə 

qədərki Afinanın  aristokratiya quruluşunun siyasi təbliğini  aparan İsokratın 

əksinə  olaraq,  onun  şagirdi,  böyük natiq Demosfen  demokratik  Yunanısta- 

nın və onun Makedoniyadan asılı olmamasının müdafiəsinə çıxdı.

Görünür  ki,  antik  dövlət  idarəçiliyi  elminin  formalaşdırılmasına  gör- 

kəmli yunan  alimləri  Platon və Aristotel tərəfindən daha əhəmiyyətli töhvə 

verilmişdir.  Platon  Afinada  ilk  dəfə  “Akademiya”  -  qəhrəman  Akademin 

şərəfinə  belə  adlanan  -  fəlsəfə  məktəbini yaratdı.  O,  fəlsəfi  idealizm  siste- 

mini  işləyib  hazırladı  ki,  ona  uyğun  olaraq,  insanın  hissləri  ilə  qavranılan 

dünya,  -  bütün  şeylərin  hissən  duyulmaz,  dəyişməz,  təkcə  filosofun təfək- 

kürü  ilə  dərk  olunan  obrazların  -  sərbəst  surətdə  mövcud  olan  real  “ideya- 

lar” dünyasının yalnız  zəif inikasıdır.  Əsası bu konsepsiya üzərində  qoyul- 

muş  Platon  Akademiyası  Aralıq  dənizinin  hər  tərəfindən  alimləri  özünə 

cəlb edirdi və təqribən 900 il  - b.e.  VI əsrinə  qədər mövcud oldu.  Demokri- 

tin mexanistik materializminin əksinə olaraq,  Platon idealizminin etik siste- 

mi  insan həyatını  rifah və xeyirxahlıq  anlayışları  baxımından nəzərdən ke- 

çirərək,  dünyanı  şüurlu  başlanğıc  tərəfindən  nizamlanmış,  ruhlandırılmış 

(ruh  verilmiş)  təsəvvür edirdi.  Platon  etikası  onun  qəlbin üç  tərkib  hissəsi: 

ağıl,  iradə  və  hiss  haqqında təliminə  əsaslanır ki,  buna da üç  məziyyət uy- 

ğun gəlir:  ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiy- 

yatı cilovlama -  ağılın və ya özünü ələ almanın16 əsası kimi.  Bu məziyyətlə- 

rin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır.

Bu  dövrdə  Afina  demokratiyası,  idarəetmənin təlim  görməmiş  və  qabi- 

liyyəti  olmayan  adamlar  tərəfindən  həyata  keçirildiyi  dövlət  quruluşunu 

ağılsız hesab edən aristokratların tənqidinə məruz qaldı. Aristokratlar hesab 

edirdilər ki, belə rejimdə böyük azadlığa malik avam xalq gah cahillərin rə- 

yinə, gah qara camaata yaltaqlanmağı və ya onları pulla ələ  almağı bacaran 

mənfəətgüdən  demaqoqların  rəyinə  qulaq  asaraq,  dövlət  işlərini  kortəbii

Fuad Məmmədov

16  Ola  bilsin, Azərbaycan  dilində  “mənəvi  mədəniyyət”  kimi  öz  əksini  tapan,  ağıl  haqqında 

qəlbin komponenti kimi yayılan təəsəvvür ənənəsi başlanğıcını buradan götürüb.

164



İdarəetmə mədəniyyəti

həll  edir.  Belə  dövlət mükəmməl  deyil,  çünki  burada hər kəs  ümumi  fayda 

haqqında deyil,  şəxsi mənfəət barədə düşünür və “heç kəs idarəetmə elminə 

yiyələnməyə  can  atmır”.  Zamanın  tələblərinə  cavab  verərək,  Platon  ideal 

dövlətin utopik konsepsiyasını hazırladı.  O, xalq hakimiyyətinə deyil, müx- 

təlif  sosial  qrupların  maraqlarının  razılaşdırılması  və  bərabər  tabeliyi  ilə 

şərtlənən  “ədalətə”  əsaslanmanı  nəzərdə  tuturdu.  Filosofların  idarə  etməli 

olacaqları bu dövlətin iqtisadi əsası əkinçilikdən gələn gəlir ola bilərdi; o öz 

dövlət sistemindən ticarətin və pul tədavülünün çıxarılmasını nəzərdə tutur- 

du.  Cəmiyyətin  sosial  strukturu  üç  təbəqə  ilə  təqdim  olunurdu:  filosoflar, 

intizamı təmin edən hərbi-keşikçilər,  hərəsi  öz funksiyalarını yerinə yetirən 

əkinçilər və sənətkarlar.  Dövlətin ədalətli idarəsi filosof hökmdarların müd- 

rikliyi ilə təmin edilməli idi.  Belə dövlətdə filosoflar və keşikçilər  ayrı-ayrı 

bərabərhüquqlu  qruplarla  yaşayırlar  və  ümumi  əmlaka  malikdirlər,  çünki 

ailə  kimi  şəxsi  mülkiyyət  də  eqoizm  doğurur  və  ümumi  işə  zərər  yetirir. 

Buna görə də uşaqları  ailə  deyil,  Likurqun dövründə  Spartada qəbul edildi- 

yi kimi, dövlət tərbiyə edir.  Belə dövlətin məqsədinin elmlərin, xüsusilə də, 

fəlsəfənin  inkişafı  sayəsində  əldə  edilən  mənəvi  kamillik  haqqında  qayğı 

olduğu bildirilirdi.  Dövlət idarəçiliyi  iqtisadiyyatın,  incəsənətin,  hərbi  işin, 

gənclərin təlim və tərbiyəsinin inkişaf proseslərinin düşünülmüş təşkilini və 

dəqiq nizamlanmasını nəzərdə tuturdu.  Bununla bərabər Platonun konsepsi- 

yası  Yunanıstanın  aristokratiya  və  ya  monarxiya  quruluşu  ənənələrinə  qa- 

yıtmasını nəzərdə tuturdu ki, bu da azad vətəndaşların əksəriyyətinin öz si- 

yasi hüquqlarından məhrum olmalarına səbəb ola bilərdi.

Platon  Akademiyasından  gəlmə,  onun  çox  böyük  şagirdlərindən  biri  - 

Aristotel  idi.  Antik dünyanın universal biliklər sisteminin yaradılmasındakı 

böyük xidmət, yüksək mədəniyyət daşıyıcısı olan Aristotelə məxsusdur.  Öz 

dövrünün  fəlsəfi  biliklərinin  sistemləşdirilməsi  nəticəsində  Aristotel  fəlsə- 

fəni riyaziyyat,  fizika,  metafizikanı  da ona əlavə  etməklə  - nəzəri,  və etika- 

nı,  siyasəti,  ritorika,  iqtisadiyyat və  poetikanı  aid etdiyi  -  praktik  fəlsəfəyə 

ayırdı. Aristotelin hazırladığı elmi təfəkkürün qanunları və qaydaları, tədqi- 

qatlar  və  dəlillər  metodları,  məntiqin  müstəqil  elm  kimi  ayrılması,  nəzəri 

anlayışların və incəsənətlərin ümumi təsnifatı, heyvanların mənşəyi haqqın- 

da təlim  -  dünya mədəniyyəti  xəzinəsinə  daxil  olmuş  və  dünya xalqlarının 

çoxunun varına çevrilmiş antik Yunan ruhi mədəniyyətinin böyük elmi irsi- 

nin  yalnız  bir  hissəsidir.  Platonun  idealizm  sistemində  ümidi  boşa  çıxan 

Aristotel,  Likey  adlandırılan  (Apollon  Likeylinin  şərəfinə)  “peripatetik”  - 

yeni  elmi məktəbin əsasını  qoydu.  Platonun əksinə olaraq, Aristotel, “ideya- 

ların” müstəqil  mövcudluğunu  inkar  edirdi  və  empirik  dərk  olunan  “şeylə- 

rin” reallığını  təsdiq edirdi.  O,  ideya  (onun terminologiyasına görə,  forma) 

və  əşyanın  ayrılmazlığına,  biliklərin  hisslərdən  əmələ  gəlməsinə  inanırdı.

165



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə