Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə76/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   72   73   74   75   76   77   78   79   ...   327

nunla  belə,  tiranlar  respublika  quruluşunun  zahiri  formasını  saxlasalar  da, 

qədim yunanlar onlara hakimiyyət qəsbkarları kimi baxırdılar.  Yeni hökmdar- 

lar bütün vəzifələrə  özlərinin  qohumlarını  və  dostlarını  keçirmək  istəyirdi- 

lər.  Onların hakimiyyət  dayağı  muzdlu  ordu  idi.  İrsi  aristokratiya oliqarxi- 

yasını  hakimiyyətdən  uzaqlaşdıraraq,  onlar  öz  şəxsi  hakimiyyətlərini  irsi 

hakimiyyətə  çevirməyə  çalışırdılar.  Buna görə  Yunanıstanda öz banisindən 

çox yaşayan tiran hökuməti  azdır.  İki  əsr sonra tiranların dövlət idarəçiliyi- 

nin avtoritar üslubunu tənqid edən Aristotel yazırdı:  “Öz iradəsi ilə belə ha- 

kimiyyətə  dözə  biləcək  azad  insan  yoxdur.”  Qədim  Yunanıstanda  tiranlar 

və aristokratiya arasında gedən mübarizə nəticəsində tez-tez hakimiyyət də- 

yişmələri  baş  verirdi.  Tiranlar  mesenatlıqla  məşğul  olurdular,  şairləri,  rəs- 

samları, həkimləri, memarları  -  onlardan bəzilərinə xüsusi təqaüdlər ödəyə- 

rək  dəstəkləyirdilər.  Tiranlardan  bəziləri,  məsələn,  Lesbosda  Pittak  kimi, 

yeni qanunlar tətbiq edərək, könüllü olaraq hakimiyyətdən imtina edirdilər.

Bu  dövrdə  Yunanıstanda  dövlət  idarəçiliyinin  inkişafında  hüquqi  isla- 

hatlar mühüm rol oynamışdı.  Onlar sosial həyatın tənzimlənməsində dövlə- 

tin rolunun yüksəlməsinə yardım edirdilər.  Dövlət vətəndaşların təhlükəsiz- 

liyinin və hüquqlarının təmin edilməsini öz əlinə  almışdı.  Yaxşı bilənləri və 

qoruyanları  zadəgan nəsilləri  başçıları  olan yazılmamış  qanunların əvəzinə 

yazılı  qanunlar gəldi.  Polis  təşkilatı  məhkəmə  funksiyalarını  dövlət hakim- 

lərinin  əlində  cəmləşdirərək,  onları  qəbilələrdən  aldı.  Adi  hüququn  yazıl- 

ması və kodifikasiyası yeni  sosial münasibətləri tənzimləyən və  aristokrati- 

ya hakimlərinin özbaşınalığına son qoymağa iqtidarı olan məcburi normalar 

sisteminin  işlənib  hazırlanması  ilə  müşayiət olunurdu.  Yeni  qanunvericilik 

yunanların  real  həyat  şəraitinə  cavab  verirdi.  Adi  hüququn  yazılmasını  və 

yeniləşdirilməsini  yunan  polislərinin  sakinləri  ümumi  hörmət  qazanmış  və 

ədalətliliyi ilə fərqlənən müdrik hökmdarlara etibar edirdilər.  Arxaik Yuna- 

nıstanın  ən  nüfuzlu  qanunvericiləri  Afina  arxontları  (yüksək  vəzifəli  şəxs) 

Drakont (b.e.ə.  VII  əsr) və  Solon (b.e.ə.  VI əsr) hesab  olunurdular.  Hakim- 

lərdən bəziləri bütün polis vətəndaşlarının ümumi  səsverməsi yolu ilə  seçi- 

lirdi.  Xüsusi hallarda xalq yığıncağına apellyasiya verərək,  çıxarılmış  qəra- 

ra görə etiraz etmək olardı.

Arxaik Yunanıstanda dövlət idarəçiliyi mədəniyyətinin ən parlaq nümu- 

nəsi  Solonun dövlətçilik fəaliyyətidir.  B.e.ə.  594-cü ildə  Solon Afinanın ar- 

xontu  seçilmiş  və  dövlət  islahatları  keçirmək  üçün  qeyri-məhdud  səlahiy- 

yətlər  almışdı.  Bu  hökmdar  qədim  yunan  dövlətçiliyi  tarixinə  demokratik 

idarəetmənin  əsaslarının  təşəkkülünə  yardım  edən  islahatçı  kimi  daxil  ol- 

muşdur.  Attikada  siyasi  həyatın  demokratlaşmasına doğru  atılan  zəruri  ad- 

dımlar kimi baxılan  -  attika əhalisinin borclarının  silinməsi, borc  əsarətinin 

ləğvi,  iri  mülkədarlığın  məhdudlaşdırılması,  “geliyeyanın”  -   prisyajnılar

Fuad Məmmədov

158



İdarəetmə mədəniyyəti

məhkəməsinin tətbiqi  onun  adı  ilə  bağlıdır.  Dövlətin məhkəmə  funksiyala- 

rının bir hissəsinin geniş xalq təbəqələrinə verilməsini ifadə edən məhkəmə 

iclasçılarının tətbiqi, yeni yaranmaqda olan Afina demokratiyası üçün xüsu- 

si əhəmiyyətə malik idi.  Solon dövründə Afinanın siyasi quruluşu əmlak tə- 

bəqələşməsi üzərində  qurulmuşdu.  Cəmiyyət dörd sinfə bölünmüşdü:  “pen- 

takosiomedimnlər”  -  daha  varlı  vətəndaşlar,  “hippeylər”  -  atlılar,  “zevgit- 

lər”  -  ağir  silahlı piyada döyüşçüləri,  “fetlər”-  sənətkarlar.  Yalnız ilk üç  si- 

nif dövlət vəzifələrinə  keçə  bilərdilər,  birinci  sinif isə  arxont vəzifəsinə  id- 

dia edə bilərdi.  Bununla yanaşı  dördüncü  sinif də  siyasi hüquqlar əldə  etdi. 

Xalq yığıncağı  -  “ekklesiyada”,  əhalinin  aşağı  təbəqələri  vəzifəli  şəxslərin 

seçilməsinə  və  dövlət siyasətinin ümumi  kursunun müəyyən edilməsinə  tə- 

sir göstərə  bilərdilər.  Nəhayət,  məhkəmə  iclaslarında  iştirak  etməklə,  xırda 

sənətkarlar və  tacirlər vəzifəli  şəxslərin  sui-istifadə  hallarını  təcrid  edə  bi- 

lərdilər.  Solonun dövründə  dövlətçilik mədəniyyəti özündə  ənənəvi mədəni 

qaydaları  və  adətlərlərinin  gələcək  Afina  demokratiyasının yeni  idarəetmə 

formaları  ilə  sintezini  ifadə  edirdi.  Solonun islahatları  kompromis  xarakter 

daşıyırdı və heç bir sosial problemi həll etmirdi.  Buna baxmayaraq zadəgan 

institutlarının  rolu,  polislərin  qəbilə  filalarına  köhnə  bölgüsü  saxlansa  da, 

Solonun bir sıra yeni  qanunları  qəbilə hüququnun əsaslarını  sarsıtdı,  sənət- 

karlığın və ticarətin inkişafını  stimullaşdırdı.  Klisfenin dövründə  siyasi isla- 

hatlar,  demokratik elementlərin inkişafına və  siyasi sabitləşməyə imkan verən 

yeni  inzibati  bölgü  hesabına  davam  etdi.  Buna baxmayaraq  ali  inzibati  or- 

qan  -  şura  islahat  yolu  ilə  dəyişdirildi.  Klisfen  islahatlarının  əhəmiyyətini 

qiymətləndirən Herodot,  afinalıların farslar üzərindəki  qələbəsini demokra- 

tik ruhun təsiri  ilə  izah edirdi,  çünki  ordu tiran uğrunda deyil,  öz vətəndaş- 

larının azadlığı uğrunda döyüşməsi ilə ruhlanırdı.

İdarəetmə  mədəniyyətində  dinə  və  etikaya  mühüm  əhəmiyyət  verilirdi. 

Dövlətin  siyasi  quruluşundakı  dəyişikliklər  köhnə  qəbilə  təşkilatına  xas 

olan  qanunçuluq,  ədalətlik  və  mənəviyyat prinsiplərinin  itirilməsinə  səbəb 

oldu.  Rasional təfəkkürün formalaşması  ilə  sıx bağlı  olan,  dinin və  allahla- 

rın missiyalarının yeni görmə imkanı yaranır.  Əgər Olimpin Homer allahla- 

rı mənəviyyat prinsiplərilə əlaqəli deyildilərsə,  artıq Zelevkin hüquq kodek- 

sində deyilirdi ki,  allahlara qurbanlar deyil, yaxşılıq və ədalət əzmi gərəkdir. 

Məlum  olduğu  kimi,  Yunanıstanda  rasional  təfəkkürün  inkişafına,  burada 

elmin  və  fəlsəfənin  dindən  ayrılması  prosesini  sürətləndirən  qapalı  kahin 

kastasının və sabit dini ehkamların olmaması da səbəb olmuşdur.

Cox güman ki,  Qədim  Yunanıstanda demokratik  idarəetmə  mədəniyyə- 

tinin  formalaşması  proseslərinin  başa  düşülməsi  üçün  daha maraqlı  dövr  - 

Afinanın qədim yunan sivilizasiyası mərkəzinin olduğu klassik dövrdür.  Bu 

dövrün  yunan-İran  müharibələrinə  baxmayaraq,  kontunental  Yunanıstan

159



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə