Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə74/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   70   71   72   73   74   75   76   77   ...   327

mündən sonra, imperiya, xalqın öz hüquqları uğrunda mübarizəsi və köhnə irsi 

aristokratiyanın  keçmiş  qaydaları  yenidən  bərpa  etmək  cəhdi  ilə  əhəmiyyətli 

dərəcədə şərtlənən böhran vəziyyətinə düşdü.

Antisin  üsyanlar  nəticəsində  b.e.ə.  202-ci  ildə  Qədim  Çinin  ərazisində, 

əsası  keçmiş  xırda  məmur,  Hao-tszu  imperatoru  titulunu  qəbul  edən  Lyu 

Bann tərəfindən  qoyulmuş yeni  -  Xan  imperiyası yarandı.  Daxili  siyasi  sa- 

bitlik  və  ölkə  iqtisadiyyatının bərpası  məqsədilə  imperator  Hao-tszu  aşağı- 

lara  güzəşt  etmək,  vergi  mükəlləfiyyətini  azaltmaq  siyasətini  həyata keçir- 

məyə başladı, həmçinin Sin inzibati sistemindən əhəmiyyətli dərəcədə fərq- 

lənən,  lakin müəyyən  ikitərəflilik büruzə  verən yeni  dövlət idarəçilik  siste- 

mini  tətbiq etdi.  İdarəetmə yeniliklərindən biri, yeddi  iri  sərkərdəyə van ti- 

tulunun,  və  özünün  -   “xou”  adlandırılmağa  başlanan  130  arxadaşına  irsi 

mülklərin  verilməsi  idi.  Bununla yanaşı  Sin  inzibati  sistemi  bərpa  olundu. 

Nəticədə bir tərəfdən  Sin zamanı mövcud olan, yenidən bərpa edilmiş mər- 

kəzi  inzibati  aparat fəaliyyət göstərirdi,  digər tərəfdən isə  - birlikdə imperi- 

yanın yarısını təşkil edən irsi mülkiyyətin hər biri öz xüsusi hakimiyyət oq- 

ranlarına malik  idilər.  Vanlara  (baş nazir üstisna olmaqla)  məmurları  təyin 

etmək və  vəzifədən kənarlaşdırmaq,  əhalidən vergi  toplamaq və  öz mükəl- 

ləfiyyət sistemini  qurmaq hüququ verilmişdi.  Bu, mərkəzi hakimiyyətin zə- 

ifləməsinə və separatçılıq tendensiyalarının inkişafına səbəb oldu.

Bu dağıdıcı proseslərin öhdəsindən gəlmək -  idarəçiliyi Xan imperiyası- 

nın ən yüksək tərəqqi dövrü hesab edilən imperator U-diyə (b.e.ə.  140-67-ci 

illər) müyəssər oldu.  Xan  quldarlıq cəmiyyəti hakim  sinfinin  ali  təbəqəsini 

titullu  əyanlar  təşkil  edirdilər.  Ölkədə  zadəganlığın,  dövlət  imtiyazlarının 

uyğun səviyyələri ilə təmin olunan 20 dərəcəsi var idi.  Bu sistemin xüsusiy- 

yəti ondan ibarət idi ki, zadəganlıq titulu xidmətlərinə görə yalnız imperator 

tərəfindən verilmirdi, onu həm də satın almaq olurdu, bunun sayəsində  sadə 

insanlar özlərinin  sosial  statusunu dəyişə  və  cəmiyyətin imtiyazlı  təbəqələ- 

rinin tərkibinə daxil ola bilərdilər.  Bununla yanaşı imperatorun narazılığına 

səbəb  olan  əyanlar və  onların  qohumları  qullara  döndərilə  bilərdilər.  Döv- 

lətçiliyin möhkəmləndirilməsi və hakimiyyətin mərkəzləşdirilməsi məqsədi 

ilə U-di vanların və xouların irsi  statusunun yeni  qaydasını tətbiq etdi, nəti- 

cədə  vərəsəlik  mülklərinin  ölçüsü  kəskin  şəkildə  azaldı  və  vanlar,  praktik 

olaraq,  real  hakimiyyətdən məhrum  oldular.  Eyni  zamanda imperator  döv- 

lət  idarəçilik  aparatının  mərkəzləşdirilməsini  asanlaşdıran,  müfəttişlik  ida- 

rəsinin bərpası kimi bir sıra digər islahatlar tətbiq etdi.  Çox güman ki, başlı- 

ca “demokratik” yenilik məmurların vəzifəyə  təyin edilməsi  sisteminin dəyiş- 

dirilməsi oldu.  Yeni qaydaya görə məmur vəzifələrinin əvəz edilməsi daha qa- 

biliyyətli  gənclərin içərisindən namizədlərin tövsiyə  edilməsi  əsasında həyata 

keçirilməyə başladı.  Paytaxtda başlıca olaraq məmur kadrların hazırlanmasının



Fuad Məmmədov

154



həyata  keçirildiyi  Akademiya yaradıldı.  Dövlət  idarəçiliyi  aparatının  yüksək 

vəzifəli şəxslərinin səlahiyyətlərinə, baş məsləhətçinin hüququnu məhdudlaşdı- 

ran  dəyişikliklər  daxil  edildi.  Xüsusi  imperator  dəftərxanasının  yaradılması, 

dövlət başçısına, ölkənin inzibati idarəçilik sistemi idarəsinin müxtəlif subyekt- 

lərinin fəaliyyətinə şəxsən özünün nəzarət etməsi imkanını verdi. Hakimiyyətin 

mərkəzləşdirilməsi məqsədilə,  həmçinin  dövlət  idarəçiliyinin mühüm  vasitəsi 

olan ideologiyanın unifikasiyası cəhdinə təşəbbüs edilmişdir. Vahid dövlət ide- 

ologiyası  kimi  konfutsiçilik  qəbul  edilmişdir.  Xüsusilə,  “idarəetmə  birliyini, 

qanunların  şəffaflığını  və  onun  vəzifələrinin  xalq  üçün  aydınlığını”  ehtimal 

edən “altı incəsənət” konfusiya konsepsiyasından istifadə edilirdi.  Bununla bə- 

rabər  ölkəni  idarəetmə  vasitəsi  kimi,  qanunun  əhəmiyyəti  haqqında  legizmin 

bəzi müddəaları tətbiq edilmişdir.  Daxili siyasətdəki nailiyyətlərə baxmayaraq 

qonşularla uzunsürən müharibələr iqtisadiyyata mənfi təsir göstərirdi.  Özünün 

siyasi  və  iqtisadi  qüdrətinin  apogeyini  yaşayan  Xan  imperiyası  b.e.ə.  I  əsrin 

ikinci yarısında böhran vəziyyəti qarşısında qaldı.

Qədim Çin dövlətçiliyinin inkişafında elm, texnika, ədəbiyyat və incəsə- 

nət  sahəsində  əldə  edilən  nailiyyətlərlə  zənginləşən  ruhi  mədəniyyət  mü- 

hüm rol oynamışdı.  Artıq b.e.ə.  XIV-XI əsrlərdə məlum olan, b.e.ə.  II-I əsr- 

lərdə  Xan  yazısına  dəyişdirilmiş  İn  yazısı,  prinsipcə,  müasir  yazıdan  az 

fərqlənirdi.  Yeni  eranın  hüdudunda  kəşf edilən  və  istifadəyə  daxil  edilən 

kağız  -  təhsilin,  təsərrüfat  həyatının  və  dövlət  kargüzarlığının  imkanlarını 

xeyli  genişləndirdi.  İdarəetmənin  mühüm  ideoloji  aləti  konfutsiçilik,  bud- 

dizm və daosizm,  Səma sitayişinə dəyişdirilmiş  ali  səcdəgah Diyə inam idi. 

Xüsusən  riyaziyyatın  inkişafında böyük  nailiyyətlər var  idi.  B.e.ə.  II  əsrdə 

tərtib  edilmiş  “Riyaziyyat doqquz kitabda”  elmi  əsəri  riyazi biliklərin  zən- 

gin  xülasəsini  təşkil  edirdi.  Astronomiya,  təqvim  tərtibi  və  tibbin  inkişafı 

sahəsində  əhəmiyyətli  müvəffəqiyyətlər  əldə  edilmişdi.  Hələ  b.e.ə.  IV-III 

əsrlərdə Çin təbibləri ənənəvi Çin təbabətinin məhək daşı olan iynəbatırma- 

nı tətbiq etməyə başladılar.

Baxmayaraq ki, ilk Qədim Koreya dövləti b.e.ə.  III əsrdə formalaşmışdı, 

b.e.ə. V-I əsrlərə aid olan Koqure,  Stilla və Pyakçe dövlətləri daha çox inki- 

şaf əldə  etmişdilər.  B.e.ə.  II-I  əsrlərdə  Koqure  dövlətində  idarə,  cəmiyyətin 

siniflərə bölünməsini və xüsusi mülkiyyəti müdafiə edən hakim sinfin imti- 

yazlarını  möhkəmlədən  qanunlara  əsaslanmışdı.  Van  hökmdarın  bütün  ha- 

kimiyyətindən  faydalanırdı.  Cəmiyyətdə  qəbilə  cəmiyyəti  sonunun  hərbi 

demokratiya  ənənələri  aradan  qaldırılmışdı.  Dövlətin  bürokratik  aparatını

12 dərəcəyə bölünən hərbi-xidməti zadəganlar təşkil edirdi.

İdarəetmə mədəniyyəti

155



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə