Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə72/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   68   69   70   71   72   73   74   75   ...   327

Fuad Məmmədov

sab olunur.  B.e.ə.  XVII əsrdə  Sya sülaləsinin tiran hakimiyyəti yeni şan sü- 

laləsinin əsasını  qoyan,  sonralar İn  adını  alan, b.e.ə.  XIV əsrdə  adı  Şan-İnə 

dəyişdirilən şan tayfasının başçısı tərəfindən devrildi.  B.e.ə.  XIV-XI  əsrlər- 

də  Şan-İn  dövrünə  sivilizasiyanın  bütün  əsas  əlamətləri  xas  idi  -   yazının 

meydana  gəlməsi,  şəhərlərin  yaranması,  tuncun  istifadəsi,  sənətkarlığın 

əkinçilikdən  ayrılması,  ixtisaslaşdırılmış  istehsalın  yaranması,  cəmiyyətin 

mürəkkəb sosial strukturunun formalaşması.  Bu dövrdə “dövlətin əsas işləri 

qurbankəsmələr  və  müharibələr”  idi.  Hökmdarın  iqamətgahı  Çinin  mərkə- 

zində,  böyük  Şan  şəhərində  yerləşirdi.  Dövlətin  ərazi  bölgüsü  nəsli-tayfa 

xarakteri  daşıyırdı.  Dövlətin  hökmdarı  olan  van  -   inlərin  siyasi  birliyini 

təmsil  edirdi  və  eyni  zamanda  allahın iradəsini  müəyyənləşdirən baş  kahin 

idi.  O,  Çinin ali mülkiyyətçisi,  ölkənin bütün insanları  isə  -  onun xidmətçi- 

ləri idi.  Vanın təkbaşına hakimiyyətinin bərqərarlıq tendensiyasını İn vanla- 

rının  “Mən  insanlar  arasında yeganəyəm!”  ifadəsi  təsdiqləyir.  Vanın  haki- 

miyyəti onun torpaqlarında olan hər hansı bir insana əmr vermək hüququn- 

da ifadə  olunurdu.  Vanın hakimiyyətini  qəbul  edən tayfalar  İn koalisiyası- 

nın  üzvləri  olurdular  və  vanın  himayəsi  və  müdafiəsindən  faydalanırdılar. 

B.e.ə.  II minilliyin sonunda İn dövləti inlilərin mədəni nailiyyətlərini  sürət- 

lə  mənimsəyən  çjoustlar  tərəfindən  zəbt  edildi.  Çjou  cəmiyyətində  sözün 

müasir mənasında şəxsi mülkiyyət mövcud deyildi.  Dövlət idarəçiliyi sosial 

dərəcələr  sistemində  möhkəmləndirilmiş  cəmiyyətin  sosial  təbəqələşməsi 

ilə şərtlənirdi.  Bu sistemin mahiyyəti bütün azad əhalinin bölündüyü iyerar- 

xiya  cəhətdən  qarşılıqlı  əlaqəli  beş  sosial  qrupun  müəyyənləşdirilməsində 

idi.  Ali  pilləni  müstəbid hökmdar  - van  təmsil  edirdi.  İkinci  qrup  irsi  mül- 

kiyyət  hakimləri,  ali  çjou  aristokratiya  nümayəndələri  -  çjuxou  tərəfindən 

təmsil  olunurdu.  Üçüncü  -  dafu  -  çjuxounun  irsi  mülkünə  daxil  olan  nəsli- 

tayfa  qruplarının başçıları  (tszu)  ilə.  Dördüncü -  şi -  tszunun tərkibinə  da- 

xil  olan böyük  ailələrin başçıları  ilə.  Beşinci- rəiyyətlərlə.  Sosial  dərəcələ- 

rin iyerarxiya strukturları torpaq sahibliyi və torpaqdan istifadənin iyerarxi- 

ya  sistemi  ilə  sıx bağlı  idi.  Cəmiyyətin  sosial təşkilinin və  idarəetmə  siste- 

minin “hüquqi” əsası vanın “vərəsə bəxşişləri” idi ki, ona uyğun olaraq, ha- 

kimin  qohumları  və  bəzi  zadəgan  nümayəndələri  əhali  ilə  birlikdə  torpağa 

sahiblik  əldə  edirdilər.  Ona  daxil  olan nəsli-tayfaların  (szu)  sayı  ilə  müəy- 

yənləşdirilən bəxşişin böyüklüyündən  asılı  olaraq,  onların  sahiblərinə  (çju- 

xoy) uyğun gələn titul verilirdi.  Beləliklə, beş  ictimai  qruplardan birinə  aid 

olan sosial dərəcə həmin adamın faydalandığı maddi nemətlərin cəmini mü- 

əyyənləşdirirdi.  Əhalinin həyat fəaliyyətinin  sosial reqlamentə tabe  edilmə- 

si  tam mənası  ilə  hər  şeydə  özünü  büruzə  verirdi  -  geyimdə,  qidalanmada, 

evin ölçüləri və bəzəklərində və dəfndə.  Bu, Qədim Çin dilinin leksikasında 

da öz əksini tapmışdır,  çünki eyni bir anlayışın ifadə edilməsi üçün danışa-

150



İdarəetmə mədəniyyəti

nın bu və ya digər dərəcəyə aid olmasından asılı olaraq müxtəlif sözlər işlə- 

dilirdi.

B.e.ə.  VIII-VII  əsrlərdə  qədim  çinlilərin  cəmiyyətdə  mövqeyində  əhə- 

miyyətli dəyişikliklər baş verdi:  “biz-onlar” qarşıdurması mərkəzi hakimiy- 

yətin loyallığının siyasi meyarlarına deyil, yad etnos nümayəndələrini təm- 

sil  edən,  qohumluğa əsaslanan,  əslində  Çin  etnik birliyini  ifadə  edən  “bar- 

barlara”  -  “xuasa” yönəlməyə  başladı.  Paytaxtın  Şərqə  köçürülməsi,  b.e.ə. 

VII-VI  əsrlərdə  mərkəzi  hakimiyyətin  zəifləməsi  və  köçərilərin  təcavüzü 

ölkəyə hegemonluq uğrunda daha iri çjuxouların mübarizəsini  stimullaşdır- 

dı.  B.e.ə.  650-ci  ildə  Qədim  Çin şahlığının hakimi  Tsi  çjuxou hakimlərinin 

qurultayında orta çin düzənliyində hegemon elan edildi.  Tezliklə Szin şahlı- 

ğı  belə  bir  hegemon  oldu,  o  da  b.e.ə.  403-cü  ildə,  hegemonluq  üğrunda 

uzunmüddətli  mübarizədən  sonra,  döyüşən  şahlıqlar  (Çjanqo)  dövrünün 

əsasını qoyan üç müstəqil  şahlığa bölündü:  Çjao, Vey, Xan.  Dəmirin və ye- 

ni  kənd  təsərrüfatı  texnologiyalarının  inkişafı  ilə  b.e.ə.  I  minilliyin  ortala- 

rında Qədim  Çin dövlətçiliyinin  sosial-iqtisadi  əsasları  dəyişməyə başlayır. 

Əkinçilik texnikasındakı inqilab  sayəsində,  şumluq torpaqların genişlənmə- 

si və irriqasiya yenilikləri nəticəsində əldə edilmiş ümumi ictimai məhsulun 

artması,  b.e.ə.  XI-  VI  əsrlərdə  çjou  Çinində  mövcud  olan  sosial  dərəcələr 

iyerarxiyasına  əsaslanan  torpağa  sahiblik  və  torpaqdan  istifadənin  köhnə 

sisteminin böhranına səbəb oldu.  B.e.ə.VI  əsrdə  Çində  alqı-satqı vasitəsi ilə 

torpağı zəbt etməyə  əsaslanan xüsusi mülkiyyət yarandı, onunla bərabər isə

-  istehsal  olunmuş  məhsulun  yeni  özgəninkiləşdirilmə  forması  -  becərilən 

torpaq  sahəsindən  alınan  torpaq vergisi  yarandı.  Eyni  zamanda  sosial  iye- 

rarxiyanın  nüfuzlu  olmayan  təbəqəsinin  maddi  rifahının  inkişafına yardım 

edən  və  onun tədricən köhnə  əyanlar üzərində  maliyyə  üstünlüyünə  imkan 

verən  sənətkarlıq və  ticarətin  inkişafı  baş  verirdi.  Bütün  bu  sosial  dəyişik- 

liklər dövlətçilik və dövlət idarəçiliyi strukturunda ideoloji əsaslanmanın və 

təşkilati-siyasi islahatların aparılmasını tələb edirdi.

Yeni tarixi  şəraitdə  Çinin dövlət idarəçiliyinin həyatın adekvat tələbləri- 

nə uyğun üsullar və metodlarının  axtarışı,  insanların  qarşılıqlı münasibətlər 

mədəniyyətini  nizamlamalı  və  ictimai  ziddiyyətlərin  həllinə  kömək  etməli 

olan zəruri prinsiplərin işlənib hazırlanması bir  sıra Çin fəlsəfə  məktəbləri- 

nin dərketmə obyektinə çevrildi.  Onların arasında ən əhəmiyyətliləri keçmi- 

şin  “ideal” qaydalarına  qayıtmağı  müdafiə  edən konfutsilər,  köhnə  idarəçi- 

lik sisteminin dağılması uğrunda çıxış  edən moistlər və  legistlər məktəbləri 

idi.  Konfutsiya  (Kun-Tsyu,  b.e.ə.  551-478-ci  illər)  əxlaq  və  vəzifə  (borc) 

prinsiplərinə  əsaslanan  etik-siyasi  doktrinasında  mərkəzi  yeri  mənfəətə  və 

zənginləşməyə  can  atan  varlıların  yeni  sosial  təbəqəsinin  ideallarının  yad 

olduğu “nəcib  insan” haqqında təlim tuturdu.  Konfutsi doktrinası,  insanlar-

151



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə