Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə68/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   64   65   66   67   68   69   70   71   ...   327

olaraq  qazanmış  xəzinə  başçısının  bərabər  hakimlik  etdiyi  türk  cəmiyyəti 

“dövlətçiliyini”  ifadə  edirdi.  Seçilmiş  xaqanın  hakimiyyəti  seçilmiş  mitro- 

polit-abıs tərəfindən də müqəddəs  sayılırdı.  “Çöl  demokratiyasının”  qanun- 

larına uyğun  olaraq,  “torpaqların hakimi” və  “yurd  atamanı” da  seçki yolu 

ilə idarəetmə  sisteminə  daxil  olurdular.  Mədəniyyətin ötürülməsi  qanununa 

uyğun  olaraq tanrı  kilsəsinin  atributları  olan  ikonalar,  ikonostaslar,  ibadət- 

xanalar,  büxur,  məbəd geyimləri və  dualar,  həmçinin  allaha sitayiş  qaydası 

(“apostol  qaydaları”)  IV-VI  əsrlərdə xristian kilsəsi tərəfindən mənimsənil- 

di.  Türklər  Hindistanda  məşhur  olan  Günəş  hökmdarı  sülaləsinin,  b.e.ə. 

I  əsrdə  isə  -  Mərkəzi Asiya,  Əfqanıstan,  Pakistan və  Şimali  Hindistanın da- 

xil olduğu - Kuşan şahlığının əsasını qoydular.  Tanrıya sitayiş edən şah Ka- 

nişka (Erke xan, 78-123) buddizmin şimal qolunun banisi oldu.

Yunanıstanın  və  Makedoniyanın  Əhəmənilər  monarxiyası  üzərində  qə- 

ləbəsi,  sözsüz ki,  daha yüksək  intellektin,  müvafiq təşkil  etmə  və  idarə  et- 

mənin  qələbəsi idi.  Makedoniyalı İskəndər Mərkəzi Asiyada istila olunmuş 

ölkələrin yerli əyanlarını ölkənin idarəetmə prosesinə və Baktriyada,  Soqdi- 

anada və  Parfiyada yeni  şəhərlərin  tikilməsinə  cəlb  edirdi.  İskəndərin  ölü- 

mündən  sonra  Asiya,  mərkəzi  Babildə  olan  Selevkilər  ellinizm  dövlətinin 

tərkibinə  daxil  oldu.  Zəbt  edilmiş  ölkələrin  iqtisadiyyatının  yüksəldilməsi 

ilə  onların  siyasi  müstəqilliyə  meyli  də  güclənirdi.  B.e.ə.  250-ci  ilə  yaxın 

Baktriya  satrapı  Diodoy  Yunan-Baktriya  şahlığının  əsasını  qoyaraq,  özünü 

müstəqil  hökmdar elan  etdi.  Təxminən  o  vaxt  da Parfiya  Sələfkilərdən  ay- 

rıldı.  B.e.ə.  II  əsrin  ikinci  yarısında  Yunan-Baktriya  şahlığının  ərazisində 

Kuşan şahlığı yarandı.  Murad Aciyə görə Kuşan şahlığının hökmdarı -  özü- 

nü kuşanlı elan edən Gəray, görünür ki, Böyük Çölün içərisindən çıxmış idi. 

O,  kuşan  sikkələrinin  üzərində  silahlı  atlı  görünüşündə  öz təsvirini  yerləş- 

dirdi.  I Kadfizin dövründə Kuşan şahlığı imperiya oldu və yeni hökmdar isə 

“şahlar  şahı”  titulunu  qəbul  etdi.  İmperiyanın  sərhədlərinin  sonrakı  geniş- 

ləndirilməsi hökmdarın oğlu və  varisi  olan II Kadfizin dövründə baş verdi. 

Kuşan  imperiyasının  tərkibinə  Mərkəzi  Asiyanın  xeyli  hissəsi,  müasir 

Əfqanıstan ərazisi, Pakistanın böyük hissəsi və Hindistanın şimalı daxil idi. 

İmperiya şah Kanişkanın (Erke xan) dövründə, II əsrdə daha çox tərəqqi əl- 

də  etdi.  Ölkənin paytaxtı  Puruşapura (müasir Peşəvər)  oldu.  Kuşan imperi- 

yasında fəal dövlət siyasəti, Şərq və Qərb ölkələri ilə intensiv daxili və xari- 

ci  ticarət  aparılırdı.  Mərkəzləşdirilmiş  dövlətin  başında,  şəxsiyyəti  bəzən 

ilahiləşdirilən  “şahlar  şahı”  dururdu.  Sülalə  ayininə  xüsusi  məbədlər  həsr 

edilmişdi.  Dövlətin inzibati  aparatında bir çox rütbələr və dərəcələr, o cüm- 

lədən,  böyük  satraplar,  canişinlər,  “sərhəd  rəisləri”  və  b.  titullar  müəyyən 

edilmişdi.  Ehtimal  ki,  şəhərlərin  idarə  edilməsi  şahın  canişinləri  tərəfindən 

həyata  keçirilirdi.  İdarəetmə  sisteminin  ideoloji  təminatında  buddizm,  zər-



Fuad Məmmədov

142



İdarəetmə mədəniyyəti

düştlük və  bir  sıra xalq  ayinləri mühüm rol  oynayırdı.  III  əsrdə  Kuşan  im- 

periyası  Sasani dövləti ilə mübarizədə məğlub edildi.

247-ci ildə Parfiya dövlətinə Mərkəzi Asiya tayfalarından birinin başçısı 

şah  Arşak  rəhbərlik  edirdi.  Parfiyalılar  şəhərlər  və  qalalar  tikir,  Arşakın 

əlində  sevimli parfiya silahı -  ox- kaman təsvirli xüsusi  sikkələrini kəsirdi- 

lər.  Sülalənin banisi  Arşakın  adı  növbəti  hökmdarlar tərəfindən  Parfiyanın 

taxt-tac adlarından biri kimi  qəbul edilirdi.  B.e.ə.  I əsrin ortaları üçün Parfi- 

ya Dəclə  çayının sol sahilində mərkəzi Ktesifon olan iri dövlət oldu ki,  bu- 

na da parfiya süvari  qoşunlarının döyüş keyfiyyətləri,  şəhərlərin,  sənətlərin 

və beynəlxalq ticarətin inkişafı  imkan yaratdı.  Parfiya şahlığının dövlətçili- 

yi, Midiyanı birləşdirən və öz hakimiyyətini Mesopotamiyada genişləndirən, 

Babilin  tanınmış  şahı  I  Mitridatın  dövründə  (b.e.ə.  171-138-ci  illər)  inkişaf 

etdi.  Parfiyanın  Qərbə,  Romanın  isə  Şərqə  doğru  hərəkəti  iki  imperiyanın 

maraqlarının  toqquşmasına  gətirib  çıxardı,  və  məsələnin  hərbi  yolla  uzun- 

müddətli həll edilməsi cəhdləri heç bir tərəfdən gözlənilən nəticələri vermədi. 

Parfiya dövlətçiliyinin və  Kuşan imperiyasının tədricən zəifləməsi və tənəz- 

zülü  parfiyalıların  Roma  ilə,  kuşanlıların  Çinlə  apardıqları  müharibələrlə, 

həmçinin quldarlıq sisteminin ümumi böhranı ilə şərtlənirdi.

Qədim Hindistan

B.e.ə.  III  minilliyin  axırıncı  üçdə  bir  hissəsi  ilə  tarixi  göstərilən,  b.e.ə. 

təxminən XVIII  əsrdə mövcudluğunu dayandıran Hind  sivilizasiyası, yazılı 

mənbələrin  olmamasını  nəzərə  alaraq  təəssüf ki,  öz  dövlətçiliyinin,  siyasi 

hakimiyyətin  təşkil  edilmə  formalarının  və  idarəetmə  sisteminin  sirlərini 

hələlik bizə  açmamışdır.  Əsasən müasir Pakistan  ərazisində yerləşən,  onun 

üçün  səciyyəvi  şəhərlərin  inşası  və yerli mənşəli yazısı  olan  Harap  və  Mo- 

hencodaro  sivilizasiyasının tənəzzülünü,  -  səmərəsiz  suvarma  əkinçiliyinin 

aparılması və meşələrin qırılması ilə həyatın ekoloji  amillərinin pisləşməsi- 

nə, xüsusilə, təbii  şəraitin dağıdılmasına səbəb olan, daha geridə  qalmış  qə- 

bilələrin  Hind  vadisinə  girməsi  ilə  əlaqələndirirlər.  Şəhərlərin  kənd yerləri 

ilə  əvəz  edilməsi  və  mədəniyyətin  barbarlaşması,  cəmiyyətin  intellektual 

səviyyəsinin  aşağı  düşməsinə  və  buna uyğun olaraq,  iqtisadiyyatın və  eko- 

loji  təhlükəsizliyin  tənəzzülünə  səbəb  olmaya  bilməzdi.  Görünür,  ehtimal 

etmək olar ki,  hind  sivilizasiyasının tənəzzül  səbəblərindən biri  dövlət ida- 

rəçiliyinin az effektivli sistemi də ola bilərdi.

Şimali  Hindistanda  sivilizasiyanın  təşəkkülü  b.e.ə.  II  minilliyin  ikinci 

yarısından  başlamışdı  və  Ari  hind-avropa  tayfalarının  buraya  girməsi  ilə 

əlaqədar idi.  Hindistanda erkən dövlətlərin əmələ  gəlməsinin “Vedi  dövrü” 

b.e.ə.  XIII-VII  əsrləri  əhatə  edir.  Qədim  hind  sivilizasiyasının  əsası  b.e.ə.

143



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə