Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə67/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   63   64   65   66   67   68   69   70   ...   327

yaşayış  məntəqələrinin  idarəçiliyi  dairə  məmurlarına tabe  idi.  Bununla ya- 

naşı  zəbt  edilmiş  ərazidə  effektiv  idarəetmə  məqsədilə,  Misirin  zəbt  etdiyi 

cənub və şimal ərazilərini idarə edən canişinlər institutu yaradılmışdı.  Cani- 

şinlər  xüsusi  məmurlar  ştatında  yerləşirdilər.  Bu  administrasiya  zəbt  edil- 

miş ölkələrin sistemli istismarını təmin edirdi.  Geniş və güclü dövlət aparatı 

böyük ölkənin effektiv  idarəçiliyini təmin edirdi.  O  nəinki hakim  siniflərin 

maraqlarını  bacarıqla  müdafiə  edir,  həm  də  Misir  cəmiyyətinin  mürəkkəb 

sosial-mədəni həyatını yaxşı tənzimləyirdi.



Yeni Şahlıq dövründə fironun idarəetmə  sisteminin dayağı - nom əyanla- 

rının  və  ali  kahinlərin yuxarı  təbəqəsi,  xidmətdə  olan  zadəganlar,  ordunun 

komanda heyəti, həmçinin Misir administrasiyasında orta və aşağı vəzifələ- 

ri tutan kiçik və orta quldarlar təbəqəsi idi.  Buna baxmayaraq bu dövrdə bir 

tərəfdən  nom  əyanları  ilə  fiva  kahinləri,  digər  tərəfdən  -  xidmətdə  olmuş 

zadəganlar arasında b.e.ə.  XIV yüzillikdə keçirilmiş Exnaton dini islahatına 

çevrilən  ziddiyyətlərin  artması  baş  verir.  Bütövlükdə  beş yüz  ilə yaxın  da- 

vam  edən  Yeni  Şahlıq  dövrü  Misir  dövlətçiliyinin  ən  parlaq  dövrü  hesab 

edilir.  Bu dövr ərzində  Misir  sivilizasiyası  öz  inkişafında ən yüksək  səviy- 

yəyə  çatmışdı.  Ölkənin  idarəçiliyi  daxili  və  xarici  siyasətin  məqsədlərinə 

nail  olunmasına yönəldilmişdi.  Bu dövrdə  maddi  vəsaitlərin və  insan kapi- 

talının artmasi ilə yanaşı istehsalın texniki bazası və texnologiyaları təkmil- 

ləşdirilmiş, möhtəşəm tikinti fəaliyyəti genişləndirilmiş, yeni şəhərlər,  qala- 

lar,  saraylar və  məbədlər yaradılmışdır.  Ordunun yenidən  qurulması,  silah- 

lanmanın təkmilləşdirilməsi, hərbi-dəniz donanmasının yaradılması fəal xa- 

rici  siyasətin  və  geniş  ərazilərin  zəbt edilməsinin  həyata keçirilməsinə  im- 

kan verirdi.  İstila edilmiş ölkələrin illik xəracla təyin edilən qarəti, işçi qüv- 

vəsinin, xammalın və  sərvətlərin axını vergi yükünün və xalqın istismar sə- 

viyyəsinin  azaldılmasına  imkan  yaradır,  Misirin  sosial-mədəni  inkişafına 

stimullaşdırıcı təsir göstərirdi.



Mərkəzi Asiya

Dövlət idarəçiliyinin müəyyən təcrübəsi Mərkəzi Asiya ölkələrində top- 

lanmışdı.  “Avesta”nın məlumatına və arxeoloji materiallara əsasən Mərkəzi 

Asiyada dövlətçiliyin formalaşması təqribən b.e.ə. VII -  VI əsrin birinci ya- 

rısında  başlamışdı.  Bu  dövrdə  erkən  Baktriya  dövləti  yaranmışdı.  Birinci 

mərhələdə, bu regionun çoxsaylı yaşayış məntəqələrinin birliyi  olan “vahə- 

ölkələrin” başında həm də dini rəhbər olan hökmdar dururdu.  Hökmdar ya- 

nında inzibati idarəetmə  aparatı yaradılırdı.  Sinfi münasibətlərin və dövlətlə- 

rin formalaşması prosesində ayrı-ayrı vahə-ölkələr, başında “bütün vilayətlərin 

hökmdarı” duran daha iri  qurumlarda birləşirdilər.  Birlik Ağsaqqallar şurasına



Fuad Məmmədov

140



İdarəetmə mədəniyyəti

və  eyni  zamanda  ali  hakim  olan  dini  başçıya malik idi.  İdarəetmənin ideoloji 

əsası -  işığın, xeyirin, həqiqətin və biliyin təntənəsini təbliğ edən zərdüştlük idi. 

Görünür ki, b.e.ə.  I minilliyin ortalarında Mərkəzi Asiyanın digər dövlətlərində

-  Soqdiana, Xorəzm, Fərqanə, Margiana və Parfiyada da idarəetmə sistemi ox- 

şar  şəkildə  qurulmuşdu.  Bu  ölkələrin  Əhəmənilər İmperiyası  tərəfindən  istila 

edilməsi müəyyən dərəcədə beynəlxalq ticarətin, mədəni əlaqələrin və miqrasi- 

ya  proseslərinin  inkişafına  kömək  edirdisə  də,  o,  son  nəticədə  onların  siyasi 

müstəqillik əldə etməsinə mane olurdu.

Təxminən elə həmin dövrdə  Şərq və  Qərb xalqları  arasında mədəni mü- 

badilə  amillərindən  biri  olan  orijinal  mədəniyyət  Boyük  Çöldə  yaranmağa 

başladı.  Xalqların  ikinci  köçürülməsinə  yardım  etmiş,  tanrıçılığa  sitayiş 

edən qıpçaq türkləri Avropaya yalnız müharibələr deyil, həm də yeni metal- 

lurgiya texnologiyalarını və göyün tək Allahı -  Tanrıya inamı  da gətirdilər. 

IV-V əsrlərdə baş vermiş “Xalqların böyük köçürülməsi” Roma imperiyası- 

nın  dağılmasına  və  onun  tərəfindən  istila  edilmiş  xalqların  və  ölkələrin, 

əyalətlərin və  müstəmləkələrin  azadlığa çıxmasına  səbəb  oldu.  B.e.ə.  I  mi- 

nilliyin  ikinci yarısında Altayın  çox  sıx əhalisi  içərisindən  çıxan  qıpçaqlar 

yeni  yaşayış  sahələri  axtarışlarında,  Böyük  Çöldə  -  ərəblər tərəfindən  “şə- 

hərlər  ölkəsi”,  varyaqlar tərəfindən  isə  “şəhərlər  şahlığı”  adlandırılan  Dəş- 

di-Qıpçaqda öz orijinal türk dövlətçiliyini,  sivilizasiyasını, bir sıra şəhərləri 

və  yaşayış  məntəqələrini  yaratdılar.  Murad  Acinin  əsərlərində  deyilir  ki, 

qıpçaqların  özünəməxsus  sivilizasiyası və mədəniyyətinin  formalaşmasının 

əsas  amilləri məşhur mədəni yeniliklər idi ki,  onlara:  qıpçaqların runa yazı- 

sının, habelə, avropa yazısının əsasını qoyan qlaqolitsanın yaranması, dəmi- 

rin əridilməsinin kəşfi və yeni metallurgiya texnologiyasının (metallurji kü- 

rənin köməyi  ilə)  istifadəsi,  Göy Allahı  -Tanrıya  inam,  Həqq-Təalanın hi- 

mayəsi və mühafizəsi rəmzi kimi bərabərtərəfli xaçın Avropa mədəniyyəti- 

nə  daxil  edilməsi  aiddir.  Murad  Aci  güman  edir ki,  qədimdə  “ilahi  metal” 

adlandırılan dəmirin kəşfi türklərin bütpərəstlikdən təkallahlılığa - tanrıçılı- 

ğa  keçməsinə  də  səbəb  olmuşdur.  Başa  çatdırılması  Atillaya  nəsib  olan 

türklərin  Böyük  köçürülməsi  haqqında  danışarkən  o,  qıpçaqları  Avropaya 

aparan Balamir, Xaraton, Donay kimi qıpçaq padşahlarının adını çəkir.  Mə- 

lumdur ki, hər bir xalq ilk növbədə dəyişə biləcəyi dili ilə deyil, özünün ru- 

hu,  düşüncəsi,  etnik  psixologiyası  və  xarakteri  ilə  fərqlənir.  Qıpçaqlarda 

idarəetmənin  müəyyən  “demokratizmi”  özünü  onda  göstərirdi  ki,  onların 

padşahları  öz işlərinə  və  əməllərinə  görə  xalq içərisində  hörmət qazanmalı 

idilər.  Qıpçaqların idarəetmə  sistemi haqqında danışarkən, Murad Aci bildi- 

rir ki,  hələ  b.e.ə.  II  əsrdə  türk  qəbilələrindən birinin rəmzi,  onun bayraqla- 

rında təsvir olunan ikibaşlı  qartal idi.  Sonralar Bizans tərəfindən mənimsə- 

nilmiş  bu  rəmz,  “xaqan”  -   dünyəvi  hökmdar  və  “işa”  -   öz  hüququnu  irsi

141



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə