Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə64/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   60   61   62   63   64   65   66   67   ...   327

I  Dara tərəfindən keçirilən pul  islahatı  əmtəə-pul münasibətlərinin inkişafı- 

na  səbəb  oldu.  Hərçənd ki,  b.e.ə.  VI-V  əsrlərdə  Fars  imperiyasının bir  çox 

ölkələrinin pul tədavülündə,  əsasən, yunan gümüş  sikkələri  idi,  şah təfəfin- 

dən  tətbiq  edilən,  bütün  imperiya  üçün  pul  vahidi  -  “qızıl  darik”  -  Qədim 

Şərqin ticarət dünyasında bir neçə əsr ərzində əsas qızıl sikkə mövqeyini tu- 

turdu.


Dövlət  idarəçiliyində  əsas  yeri,  üzərində  Persiya  dövləti  qüdrətinin  da- 

yandığı  ordu  idarəçiliyi  tuturdu.  Ordunun  əsasını  farslar və  midiyalılar  və 

onun  özəyini  müxtəlif iran  qəbilələrinin və  elamitlərin nümayəndələrindən 

yığılmış  10 min “ölməzlər” təşkil edirdi.  “Ölməzlərin” ilk min nəfəri yalniz 

fars  zadəgan nümayəndələrindən  ibarət idi və  şahın  şəxsi  mühafizə  dəstəsi 

idi.  Finikiyalıların,  kiprlilərin,  Egey  dənizi  adaları  sakinlərinin,  misirlilərin 

gəmilərindən istifadə edərək farslar, onlara dənizdə də hakim mövqe tutma- 

ğa imkan verən  güclü hərbi-dəniz donanması yaratdılar.  Zəbt edilmiş  ölkə- 

lərdə yerləşən qarnizonlarda adətən həmin vilayətin sakinləri olmurdu, döv- 

lət sərhədlərində yerləşdirilən əsgərlər isə torpaq sahələrindən pay alırdılar.

Zaman  keçdikcə  idarəetmədəki  səhvlər,  sistemin  durğunluğu  və  onda 

zamanın adekvat tələblərinə uyğun yeniliklərin olmaması,  şah ailəsi üzvləri 

arasında hakimiyyət uğrundakı daimi mübarizə, ola bilsin, dövlət idarəçiliyi 

üçün liderlərin xüsusi hazırlığının olmaması - imperiyanı zəifləməyə gətirib 

çıxardı.  Buna həm də daxili və xarici  qarşıdurmaların və münaqişələrin art- 

ması,  daimi  müharibələr və  üsyanlar,  zəbt edilmiş  ölkələrin müflisləşməsi, 

Kiçik Asiya satraplarının  separatizmi,  fars ordusunun səhlənkarlığı və kifa- 

yət etməyən mütəşəkkilliyi  səbəb  oldu.  Dövlətin  zəifləməsi  b.e.ə.  IV  əsrin 

ikinci yarısında yaranan yeni tarixi  şəraitdə  -  III Daranın (Kordomanın) ha- 

kimiyyəti dövründə daha aydın göründü.  Siyasətin zorakı vasitələrlə davam 

etdirilməsi üsulu  olan müharibədə,  silahlı  qüvvələrin  idarə  edilməsi  ilə ya- 

naşı,  ideoloji,  diplomatik və iqtisadi idarəetmə metodlarından da fəal  surət- 

də istifadə olunur.  B.e.ə.  IV əsrdə özündə iki müxtəlif idarəetmə  sistemləri- 

ni  əks  etdirən  Yunanıstanla  Persiya  arasındakı  müharibə  təcrübəsi  sübut 

edir  ki,  qələbənin  həlledici  amili,  -  liderin,  ordunun  və  bütövlükdə  xalqın 

intellektual  səviyyəsidir.  Aristotelin tələbəsi  -  Makedoniyalı  İsgəndərin ki- 

çik ordusunun III Daranın böyük ordusu üzərindəki  qələbəsi, gücün kəmiy- 

yətdə deyil, keyfiyyətdə  olduğunu göstərərək,  intellektual mədəniyyətin üs- 

tünlüklərini  inandırıcı  tərzdə  nümayiş  etdirdi.  Ordunun  igidliyi  və  şücaəti 

ilə  yanaşı,  daha  yüksək  intellektual  mədəniyyətə,  daha  yüksək  biliklərə, 

texnologiyalara,  mütəşəkkilliyə,  iradəyə,  özlərinin  daha  yüksək  mənəvi 

ruhlu liderlərinə malik olan tərəf qalib gəlir.

Bir  sıra digər ölkələrdə  olduğu kimi,  İranın  dövlətçilik mədəniyyəti  ta- 

rixində hələ  açılmamış və oxunmamış səhifələr çoxdur.  Belə ki, 2003-cü il-



Fuad Məmmədov

134



İdarəetmə mədəniyyəti

də cənub-qərbi İranda, Jiroft İran şəhəri yaxınlığında,  Kermanda qazıntılara 

başlayan  İran  arxeoloqu,  professor  Yusif  Məcidzadə  burada,  abidələrinin 

gözəlliyinə  görə  Misir  və  ya  Mesopotamiya  sivilizasiyalarına  güzəştə  get- 

məyən  Aratta  sivilizasiyasının  aşkar  edilməsi  haqqında  məlumat  verir. 

Onun aşkar etdiyi mesopotamiya tipli zikkurat (dünyada ən böyüklərdən bi- 

ri), hərbi istehkam, möhürlər, mifoloji süjetlərlə olan vazalar, üzərində elam 

yazıları  olan,  b.e.ə.  III  minillik tarixini  göstərən  gil  lövhəciklər,  burada nə 

vaxtsa qədim dövlətçiliyin mövcud olduğunu sübut edir.  Professor belə fər- 

ziyyə  söylədi  ki,  bu,  özünün yazısı  və  Şumerlə  mədəni  əlaqələri  olan  “bü- 

rünc  əsrinin itirilmiş krallığı  -  Arattadır”.  Şumer hakimi  Enmerkarın yazış- 

masından  aşkar olur ki,  Şumer ilahəsi  İnannanın məbədinin tikilməsi  üçün 

Arattadan Uruka arxitektorlar və sənətkarlar göndərilməli idilər.

Türkiyə

B.e.ə.  V  əsrdə  artıq  ilkin  türk  dövlətlərində  dövlət  idarəçiliyi  millət  və 

allah anlayışları ilə sıx bağlı idi.  Ölkə (ulus) millətin ümumi torpağı və döv- 

lətin əsası hesab  edilirdi,  vətən  (yurd)  isə  siyasi müstəqillik  anlayışı  ilə  as- 

sosiasiya edilirdi.  Hakimiyyətin türk konsepsiyasına uyğun olaraq hakimiy- 

yət  hüququ  və  hakimiyyət  səlahiyyəti  (kut)  hökmdarlara  allah  tərəfindən 

verilirdi ki, bu da onlara xarizma verirdi.

Müsəlmanlıq  dövründən  əvvəl  -  Xaqan,  müsəlmanlıq  dövründə  Sultan 

və ya Xan  adlandırılan türk hökmdarları,  özlərini  allah  qarşısında məsuliy- 

yətli  hesab  edirdilər  və  ədalətlə  idarə  etməyə  borclu  idilər.  Eyni  zamanda 

dövlət  idarəçilik  səlahiyyətləri  ənənəvi  hüquqla  (orf)  nizama  salınırdı  ki, 

ona  uyğun  olaraq,  dövlət  başçısı  müəyyən  üstünlüklərə  malik  olmalı  və 

xalq qarşısında öz vəzifələrini yerinə yetirməli, müxtəlif irqlərin və dinlərin 

nümayəndələrinə qarşı ədalətli, mərhəmətli və səbrli olmalı idi.



Türk  hökmdarlarının  keyfiyyətlərinə  əsas  tələblər  -  mərdlik  və  igidlik 

(alp),  ağıl və alimlik,  həmçinin comərdlik (ərdəm) idi.  Comərdlik -  səxavəti, 

xalqın  rifah  halının  və  firavanlığının  təmin  edilməsini,  ədaləti,  mərhəməti, 

qanunların və  ənənələrin  gözlənilməsini  nəzərdə  tuturdu.  Bunu nəzərə  ala- 

raq,  türk  dövlət  konsepsiyasına  uyğun  olaraq  hakimin  vəzifələrinə:  xalqın 

firavanlığına yardım,  onun rifah halının təmin edilməsi,  qanun və  adətlərin 

(tore) tərtib edilməsi və həyata keçirilməsi, dövlətdə ədalətin,  əmin-amanlı- 

ğın  və  nizam-intizamın  təmin  edilməsi,  silahlı  qüvvələrin  inkişafı  və  yeni 

torpaqların  zəbt edilməsi  daxil  idi.  Daxili  və  xarici  siyasətin  formalaşdırıl- 

masını  və  həyata  keçirilməsini,  vergiqoymanı,  səfirlərin  təyin  olunmasını, 

xarici səfirlərin qəbulunu, vəzirlərin və dövlət qulluqçularının vəzifələrə tə- 

yin edilməsi və  azad edilməsini, torpağın paylanmasını nəzərdə tutan bütün

135



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə