Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə62/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   58   59   60   61   62   63   64   65   ...   327

Cənubi  ərəb  dövlətlərinin  siyasi  quruluşu  və  dövlət  idarəetmə  sistemi 

üçün nümunə  Səba şahlığı idi.  O,  6 tayfadan ibarət idi ki,  onlardan üçü im- 

tiyazlı  mövqe  tuturdu.  Bütün tayfalar,  əsasını  ayrı-  ayrı  nəsillərin təşkil  et- 

diyi  daha  xırda  şaxələrə  bölünürdülər.  Tayfaların  idarə  olunması  onların 

başçıları,  kollegial  orqanı  təşkil  edən  kübar  nəslin  nümayəndələri  (“kəbir- 

lər”)  tərəfindən  həyata  keçirilirdi.  İmtiyazlı  tayfalar  kübar  nəsil  nümayən- 

dələrindən  müəyyən  müddətə,  dövlətin  -  torpaq və  sudan  istifadə  ilə  bağlı 

olan kahinlik və təsərrüfat, həmçinin  astronomik,  astroloji və təqvim müşa- 

hidələri  funksiyalarını  yerinə  yetirən  vəzifəli  simalarını  -  "eponimləri"  se- 

çirdilər.  Dövlət və xüsusi hüquqi  sənədlərin tarixini  qeyd edən, tarix hesabı 

aparan  eponimlər  vəzifəyə  30  yaşında  başlayırdılar  və  səlahiyyət  müddəti 

qurtardıqda,  ağsaqqallar  şurasına daxil  olurdular.  B.e.ə.  III-II  əsrlərə  qədər 

Səba şahlığında dövlət idarəçiliyini irsi səciyyə daşıyan,  icra hakimiyyətinə 

malik yüksək vəzifəli simalar - “mükərriblər” həyata keçirirdilər.  Mükərrib- 

lərin fəaliyyət sahəsinə  dini mahiyyətli və təsərrüfat funksiyaları ilə yanaşı, 

tayfa ittifaqlarının vaxtaşırı təzələnməsi,  dövlət sənədlərinin və hüquqi  akt- 

ların  dərc  edilməsi,  şəhər  ərazilərinin və  şəxsi  mülklərin  sərhədlərinin mü- 

əyyən  edilməsi  və  s.  daxil  idi.  Müharibə  vaxtı  mükərriblər yığma  qoşunun 

başında dayanırdılar və “məlik” (hökmdar)  titulunu  qəbul edirdilər.  Dövlə- 

tin  ali  orqanı  dini,  qanunverici,  inzibati, təsərrüfat və məhkəmə  funksiyala- 

rına malik olan Ağsaqqallar  şurası  idi.  Dövlətin  şəhər və yaşayış  məntəqə- 

ləri muxtar idarəetmə sisteminə malik idi.

Artıq  b.e.ə.  III-II  minilliklərdə  İkiçayarası  dövlətlərlə  sıx  bağlı  olan 

Elam  sivilizasiyasında  özünəməxsus  dövlət  mədəniyyəti  formalaşdı.  Elam 

cəmiyyəti üçün səciyyəvi cəhət, matriarxat və qəbilə-tayfa quruluşu qalıqla- 

rının xeyli  saxlanmasını təsdiq edən bacılarla nigah və dövlətin üç nəfər tə- 

rəfindən idarə  edilməsi  idi.  Elamda dövlət idarəçilyi çoxpilləli  sistemə ma- 

lik idi.  Dövlət iyerarxiyasının ən yüksək pilləsində ölkənin ali hakimi hesab 

edilən və  Şumerin “sukkalmah”  (böyük elçi)  titulunu  daşıyan hökmdar du- 

rurdu.  Onun  iqamətgahı  dövlətin  paytaxtında,  Suz  şəhərində  yerləşirdi. 

İkinçi  pillədə,  Simaşda  iqamətgahı  olan  və  hökmdarın  vəfatı  zamanı  onun 

yerini tutan müavini (adətən qardaşı)  - “sukkal” (elçi) dururdu. Üçüncü iye- 

rarxiya pilləsində canişin və ya Suz şəhərinin padşahı yerləşirdi.  Daha aşağı 

pillələri vilayətləri  idarə  edən və birbaşa sukkalmahın  ali hakimiyyətinə ta- 

be olan “addalar” (atalar) tuturdu.  Addaların varisləri  ana xətti üzrə  qohum- 

lar idi.  Qohumluq əlaqələri ölkədə idarəetmə  sisteminin bütün səviyyələrin- 

də mühüm əhəmiyyətə malik idi.  Şah ailələrində  qəbul olunmuş levirat ins- 

titutuna görə,  şahın ölümündən sonra onun qardaşı və varisi ölənin dul  qal- 

mış qadınına evlənir və bununla da taxta sahiblik hüququnu əldə edirdi.  Bir 

neçə  əsr ərzində  ölkədə  Hammurapi  qanunları  işləyirdi.  Məhkəmə  iclasları



Fuad Məmmədov

130



İdarəetmə mədəniyyəti

vilayət canişinliklərinin və şəhər əhli nümayəndələrinin iştirakı ilə keçirilir- 

di.  Cinayətkarların  cəzalandırılması  amansızlığı  ilə  fərqlənirdi.  XV  əsr 

üçün  Elamın  dövlət idarəçiliyi  sistemində  dəyişikliklər baş verdi.  Şah taxtı 

ata xətti  ilə varislik üzrə  əvəz  edilməyə başladı ki,  bu da mərkəzləşdirilmiş 

monarxiyanın formalaşması  prosesinin başlanğıcını  qoydu.  İdeoloji  funksi- 

yaları yerinə yetirən kahinlər xalqa təlqin edirdilər ki,  şahlar allahların yer- 

dəki müavinləridir və  onların iradəsini yerinə yetirirlər.  Elam panteonunun 

başında allahların anası hesab edilən Pinekir (“Böyük ilahə”) dururdu.  B.e.ə. 

549-cu  ilə yaxın Elam  farslar tərəfindən zəbt edildi və  Əhəmənilər imperi- 

yasının tərkibinə daxil oldu.

B.e.ə.  VII əsrin əvvəlləri üçün Babilistan və Misirlə yanaşı Yaxın Şərqin 

ən  iri  dövləti  Midiya  oldu.  Assuriya  ilə  uğurlu  mübarizədən  və  Midiya 

knyazlıqlarının  tədricən  birləşməsi  nəticəsində,  b.e.ə.  671-ci  ildə  Kaştariti 

(Fraorta,  Herodot  onu  belə  adlandırır)  dövründə  Midiya  ilk  dəfə  müstəqil 

dövlət  oldu.  B.e.ə.  612-ci  ildə  Yeni  Babil  şahlığı  ilə  birlikdə  Assuriyanı 

darmadağın  etdikdən  sonra,  VI  əsrin  əvvəli  üçün  Midiya  Urartunu,  Skif 

şahlığını, Manna, Persiya, Parfiya,  Girkaniya və Elamı öz hakimiyyətinə ta- 

be etdi.  Yüz ildən bir qədər artıq mövcud olan Midiya, b.e.ə.  550-ci ildə üs- 

yan edən fars tayfaları tərəfindən ələ keçirildi, və tezliklə  Əhəmənilər döv- 

lətinin bir hissəsi  olaraq,  özünün müstəqil mövcudluğunu dayandırdı.  Nəti- 

cədə,  Misir və Babilistandan fərqli  olaraq,  Midiya yetkin dövlətçilik  səviy- 

yəsinə  çatmağa müvəffəq  olmadı.  Buna baxmayaraq,  məlum  olduğu  kimi, 

Midiyanın  istilasından  sonra  farslar  dövlət  idarəçiliyinin  midiya  sistemini 

mənimsədilər, amma sonralar onu islahat yolu ilə ciddi surətdə dəyişdilər.

B.e.ə.  VI  əsrin  ortalarında Yaxın  Şərqin tarixi  səhnəsində,  özünün  inki- 

şaf etmiş dövlət idarəçiliyini yaratmış yeni dövlət -  qüdrətli Əhəmənilər im- 

periyası  meydana çıxdı.  Rəsmən  Misirin  fironu elan  edilmiş  şah  Kambizin 

dövründə  farslar  tərəfindən  istila  edilmiş  xalqların  nümayəndələri  dövlət 

aparatında  öz vəzifələrini  tutmaqda  davam  edirdilər və  onları  irsən  ötürür- 

dülər.  Qədim  Şərq dövlətlərində  qeyri-məhdud  şah hakimiyyətinin tədricən 

təsdiq olunması  şahların,  özünün əvvəlki imtiyazlarını inadla qoruyan qəbi- 

lə  əyanlarına  qarşı  mübarizəsi  ilə  müşayiət  olunurdu.  Qəbilə  əyanları  və 

mərkəzləşdirilmiş monarxiyalı dövlət yaratmağa cəhd edən şah hakimiyyəti 

arasındakı qarşıdurma köhnə sosial sistem olan patriarxal-qəbilə münasibət- 

lərinin dağıdılmasını tələb edirdi.  Midiyalı Qaumatanın ölkəni  qısamüddətli 

idarə etməsi zamanı yeni  siyasi prinsiplərə əsaslanan dövlət islahatı keçiril- 

di.  İdarəetmənin qaydaya salınması məqsədilə,  Qaumata, kültün mərkəzləş- 

dirilməsinə,  habelə  fəth  edilmiş  ölkələrin  əhalisinin  müxtəlif təbəqələrinin 

cəlb  edilməsi  hesabına  imperiyanın  sosial  bazasını  genişləndirməyə  cəhd 

edirdi.  Tabe  edilmiş  xalqları  Persiya daxilində  saxlamaq və  ölkə  daxilində

131



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə