Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə58/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   54   55   56   57   58   59   60   61   ...   327

Fuad Məmmədov

fə  təxminə  görə  seçkili  idi.  Kahin  funksiyalarından  başqa  o,  məbəd  admi- 

nistrativ  aparatına,  tikintiyə  və  digər  ictimai  işlərə,  vergilərin  yığılmasına 

rəhbərlik edir,  sosial-iqtisadi həyatı  tənzimləyirdi.  İlkin  sülalə  dövrü  ərzin- 

də  Şumerdə Ağsaqqallar surası və Xalq yığıncağı fəaliyyət göstərməkdə da- 

vam edirdi.  Onların tərkibinə daxil olan tamhüquqlu icma üzvü döyüşçüləri 

hakimi  seçmək və ya onu devirmək hüququna malik idilər.  Onların funksi- 

yasına,  həm  də  hakimin  fəaliyyətinə  nəzarət,  məhkəmənin  adi  qanun  əsa- 

sında  keçirilməsi,  daxili  intizamın  qorunması  və  icma mülkiyyətinin  idarə 

edilməsi  daxil  idi.  Sinfi  cəmiyyətin  inkişafı  ilə xalq yığıncağının rolu  azal- 

dı,  lakin Ağsaqqallar  surası  özünü hakimə  qarşı  qoya bilirdi  və  onun haki- 

miyyətini  məhdudlaşdıra  bilirdi.  İlkin  sülalə  dövrünün  sonuna yaxın  haki- 

min hərbi-siyasi  və  iqtisadi  hakimiyyətinin güclənməsi nəticəsində  fironun 

hakimiyyətini  xatırladan  istibdad  formalı  monarxiya hakimiyyəti  meydana 

gəldi.  Daimi  qoşun  şəklində  təşkil  edilmiş,  dövlət  təminatında  olan  ordu 

dövlət idarəçiliyinin dayağı oldu.  Bu və sonrakı dövrdə  şumer cəmiyyətinin 

sosial  sabitliyi  idarəetmə  üslubundan  və  siyasi  rejimdən  asılı  idi.  Belə  ki, 

istibdad  üslubu  və  onunla  əlaqədar vergi  və  mükəlləfiyyətlərin  artırılması, 

əhalinin  fəaliyyəti və  onun  gəliri  üzərində  nəzarətin güclənməsi,  məmurla- 

rın  özbaşınalığı  və  köhnə  qaydaların  ləğvi,  Laqaşda  olduğu  kimi,  dövlət 

çevrilişlərinə  və  hakimiyyətin  devrilməsinə  gətirib  çıxarırdı.  Bir  tərəfdən 

kahinlərlə  qəbilə  əyanları,  digər tərəfdən  -  hökmdarla  xidmətdə  olmuş  za- 

dəganlar arasındakı ziddiyyətlər, hökmdar tərəfindən onu hakimiyyətə təyin 

edən sosial təbəqələri təmin edən islahatlar keçirilməsi yolu ilə həll edilirdi. 

Bu islahatlar hüquqi  səciyyə daşıyırdı.  Hüquq normalarının ilk yazılı  qeyd- 

lərindən  biri,  b.e.ə.  2318-2312-ci  illərdə  hökmdar  Laqaş  Uruinimginanın 

apardığı  islahatlar  olmuşdur.  Mesopotamiyada  sonsuz  istilaçı  müharibələr 

şəraitində  ölkə  daxilində  dövlətin  sosial  sabitliyini təmin edən  düzgün  ida- 

rəetmə  bir  çox  cəhətdən  xarici  qüvvələrə  qarşı  müvəffəqiyyətlə  dayanma 

rəhni  idi.  B.e.ə.  XXIV-XXII  əsrlərdə  akkadlar  tərəfindən  zəbt  edilmiş  şu- 

mer  şəhər-dövlətlərinin birləşdirilməsi yolu  ilə  hökmdar  (“şarrum”)  Sarqo- 

nun  başçılığı  ilə  vahid  mərkəzləşdirilmiş  dövlət  olan  Akkad  şahlığı  təşkil 

edildi.  Dövlətin  başında  təkhakimiyyətliliyi  Ağsaqqallar  şurasına  istinad 

edən,  qəbilə  aristokratiyası ilə mübarizədə təsdiqlənən istibdadçı-şah durdu. 

Öz  növbəsində  şahı  İlahə  İştarın  himayəsi  sayəsində  yüksələn  sima  kimi 

mədh  edən  kahinlər  xüsusi  imtiyazlardan  istifadə  etməyə  başladılar.  Şah 

hakimiyyətinin sosial dayağı yeni xidmətdə olmuş zadəganlar,  şahın bürok- 

ratiyasını təşkil edən məmurlar oldular.  İrsi “ensi”lərin əvəzinə onun nüma- 

yəndələri  ölkə  şəhərlərinin başında dururlar.  Mərkəzi  hakimiyyət rejiminin 

sərtləşməsi  dövlətin  gücdən  düşməsinə  və  xarici  çağırışlar üçün  onun zəif- 

ləməsinə  gətirib  çıxaran  Şumer  qəbilə  aristokratiyasının  separatizminə  sə-

122



İdarəetmə mədəniyyəti

bəb oldu.  İstibdad hakimiyyətinin mərkəzləşdirilməsi prosesini davam etdi- 

rərək, Naram-Suen,  irsi hakimlər olan “ensi”ləri məmur mövqeyinə endirir, 

öz oğullarının canişinləri və  şah bürokratiyasının nümayəndələri təyin edir, 

şah  ailəsi üzvlərini məbəd heyətinin tərkibinə  daxil  edir,  kahinlərə  isə  çox- 

saylı  güzəştlər  təqdim  edir.  “Minnətdar”  kahinlər  padşahı  “Akkad  allahı” 

kimi tanıdılar və  ona “dünyanın dörd tərəfinin hökmdarı” titulunu verdilər. 

Buna baxmayaraq,  hökmdar pərəstişliyinin tətbiq edilməsi  son nəticədə ka- 

hinlərlə  ziddiyyətlərə gətirib çıxardı.  Padşahın müstəbid hakimiyyəti Akka- 

dın  kutilər  tərəfindən  siyasi  məğlubiyyəti  nəticəsində  zəiflədi,  bu  da  mü- 

vəqqəti olaraq, hakimiyyətin Ağsaqqallar surası və xalq yığıncağının fəaliy- 

yətini  nəzərdə  tutan  əvvəlki  strukturunun  bərpasına  gətirib  çıxardı.  Lakin 

Urun  III  sülaləsi  dövründə  (b.e.ə.  XXII  əsrin  axırı  -  XX  əsrin  əvvəli)  Şu- 

mer-Akkad  şahlığının  dövlət  quruluşu  qədim  şərq  istibdadının  bitkin  for- 

masını əldə etdi.  Hökmdar qeyri-məhdud hakimiyyətə malik idi və “dünyanın 

dörd tərəfinin hökmdarı” titulunu daşıyırdı. İdeologiya cəhətdən onun hakimiy- 

yəti  din ilə əsaslandırılırdı:  o,  allahın himayəsi  altında idi.  Şulqanın idarəçiliyi 

vaxtından  (b.e.ə.  2093-2047-ci  illər)  kahinlik hökmdarlara tabe  edildi.  Onlara 

ilahi ehtiram göstərməyə başladılar və onların ayini yaradıldı.  Ölkənin inzibati 

idarəetmə  sahəsində də dəyişikliklər baş verdi.  Cəmiyyətin bütün həyat fəaliy- 

yətində  bürokratizm  ruhu  hakim  oldu.  Geniş  bürokratik  aparatın  başında 

hökmdar dururdu.  Şəhər-dövlətləri və yerli icma əyanları müstəqilliyini tama- 

milə  itirdilər.  Ölkə,  hökmdarın  təyin  etdiyi  məmurlar  tərəfindən  idarə  edilən 

canişinliklərə bölündü.  Canişinlər, məmurlar və kahinlər də yenidən təşkil edil- 

miş  hökmdar  məhkəməsində  hakim  vəzifəsini  yerinə  yetirirdilər.  Mühakimə 

üsulu dünyada ən qədim qanunnamə olan “Şulqanın qanunları” əsasında həya- 

ta  keçirilirdi.  Bununla  bərabər  əyalətlərdə  yerli  özünüidarə  hüququnda  icma 

məhkəmələri fəaliyyət göstərirdi. Ümumilikdə, Mesopotamiyada dövlətin idarə 

edilməsi  sosial  ziddiyyətlərlə,  “vətəndaş  itaətsizliyinin” müxtəlif formalarında 

ifadə  olunan kütlələrin narazılığı  ilə mürəkkəbləşirdi.  Daxili və xarici  siyasət- 

dəki böhranlar, iqtisadiyyatın zəifləməsi və daxili müharibələr b.e.ə.  II minilli- 

yin əvvəlində mərkəzləşdirilmiş dövlətin müvəqqəti tənəzzülünə və ölkədə  si- 

yasi parçalanmanın bərpasına gətirib çıxardı.

B.e.ə.  XIX-XVI  əsrlərdə  hakimiyyət  uğrunda  mübarizə  gedişində,  ba- 

şında amorey  sülaləsi duran,  strateji cəhətdən mühüm olan Babil  (“Bab-ili”

-  “Allahın  qapısı”)  şəhərinin yüksəlişi  baş  verir.  Güclü  siyasi  lider, hökm- 

dar  Hammurapinin  effektiv  hakimliyi  sayəsində  (b.e.ə.  1792-1750-ci  illər) 

Babil Ön Asiyanın ən iri iqtisadi,  siyasi və mədəni mərkəzinə çevrilərək, ən 

yüksək  tərəqqi  dövrünə  yetişdi.  Babilistandakı  dövlət  idarəçiliyinin  fərqli 

xüsusiyyəti vətəndaşların həyat fəaliyyətinin hüquqi tənzimlənməsi idi.  Qə- 

dim babil cəmiyyətinin bütün səviyyələrində hüquq və  qanun -  iqtisadiyya-

123



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə