Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə54/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   50   51   52   53   54   55   56   57   ...   327

münasibətlərin inkişafı ilə diktə edilmiş dövlət idarəçiliyinin dünyəvi və di- 

ni funksiyalarının ayrılması yer tutur.

Qədim Yunanıstan və Romanın dövlət quruluşunda biz, bərabər hüquqlu 

ailələrin  birləşməsinə  əsaslanan,  mühakimə  üsulu  və  müharibədə  başçılıq 

hüququnun  icmada  qaldığı  seçkili  hökmdar  (Roma)  və  kahin  (Yunanıstan) 

hakimiyyətini formalaşdıran təşkilatın ikinci formasının tədricən əmələ gəl- 

məsini  görürük.  Yeni  tipli  dövlətlər  sülhün,  mülkiyyətin  müdafiəsinin, 

əməkdaşlıq və  qarşılıqlı yardım imkanının zamini kimi, ona daxil olan üzv- 

lərin  hüquqlarının  qarşılıqlı  tanınmasına  əsaslanan  ittifaqda  maraqlı  idilər. 

Beləliklə,  insanlar  tədricən,  müvəqqəti  varlanmaq  metodu  olan  müharibə- 

dən  sabit rifah mənbəyi  olan  birgə  fəaliyyətə  keçidin üstün  olduğunu  dərk 

edirdilər.

Əgər dövlətçiliyin qədim forması şəxsi mülkiyyət və ədalət hüququ anlayışla- 

rını xudbincəsinə yalnız özünün dövlət çərçivələri ilə məhdudlaşdırırdısa, təfək- 

kür və  dünyagörüşün təkamülü  nəticəsində  yaranan yeni  forma bu  anlayışları, 

ona daxil  olan strukturların mülkiyyət hüququnun  qarşılıqlı tanınmasına əsasla- 

nan “ittifaq dövlətinin” bütün üzvlərinin ümumi varı etdi. Mülkiyyətin əldə edil- 

məsinin  yeni  forması  müharibə  deyil,  müqavilələrə  və  razılıqlara  əsaslanan 

əmək, mübadilə və ticarət oldu.  Beləcə,  patriarxal dövlətlərin içərisində  addım- 

addım demokratiya mədəniyyətinin qədim prinsipləri tədriclə əmələ gəlirdi.

Yeni  dövlət təşkilatı  tipinin  ən  xarakterik  nümunələrindən  biri  Hotland 

adalarındakı  Skandinaviya koloniyaları  və  İslandiya  oldu.  Burada yerləşən 

alman  tayfaları  ilk  əvvəl  torpağın  sahibi  oldular  və  ticarət,  dini  həyat  və 

məhkəmə  icrası üçün ümumi yer seçərək,  qəbilələrin ittifaqında birləşdilər. 

Bu zaman ittifaqın kahin hakimiyyətinin sahibi kilsə, məhkəmə hakimiyyə- 

tinin sahibi isə - patriarx oldu.  Belə qəbilə birlikləri Hotlandda - “Hundari”, 

Daniyada -   “Hared”,  İslandiyada -   “Tinglag”,  Almaniyada -   “Zend”,  Ro- 

mada  -   “Kuriya”  adlanırdılar.  Bu  qəbilələrin  məcmusu  mərkəzləşdirilmiş 

idarəetməni  ya  qəbilə  Ağsaqqallar  şurası  formasında,  ya  ümumi  rəhbər- 

patriarx  formasında  həyata  keçirirdi.  Məsələn,  İslandiyada  “Tinglag”  üç 

prixodun (xristianlarda:  aşağı kilsə təşkilatı və bu təşkilat üzvlərinin yaşadı- 

ğı yer,  məhəllə)  rəhbərlər  şurası tərəfindən idarə  olunurdu.  Y.  Lippert belə 

təşkilatı  arı yuvasında hər birinin öz vəzifəsini  saxladığı  arı  şanıları ilə mü- 

qayisə  edir.  Pomada üç  kuriya  “tribanı”,  üç  triba  isə  -  qədim  Roma patrisi 

dövlətini təşkil edirdi.  İctimai inkişafın ayrı-aryı pillələrində dövlət idarəçi- 

liyi  forması  müxtəlif olub.  Qədim  Romada  ölkənin  dövlət  idarəçiliyini  se- 

natı  təşkil  edən  “patres  consripti”  qəbilə  ağsaqqalları  həyata keçirirdi.  Qə- 

dim  İsraildə  və  Qədim İudeyada idarəetmə tayfaların ittifaqı tərəfindən hə- 

yata keçirilirdi.  Qədim  Çexiyada Roma senatına oxşar  şuranı  qəbilə  ağsaq- 

qalları  -  “kmetlər” təşkil  edirdilər.  Əslində bu,  bəzi  ölkələrdə  şah hakimiy-



Fuad Məmmədov

114



İdarəetmə mədəniyyəti

yətindən  qabaq  olan  ən  qədim  parlamentarizm  nümunəsi  idi.  Parlamentin 

daha  ilkin  idarəetmə  forması  Qədim  Şotlandiyanın  hakim  parlamenti  idi. 

Öz  imtiyazlarını  normand  dövründən  qoruyub  saxlayan,  daha  kübar  zadə- 

gan  nəsilləri  ilə  təmsil  olunmuş  perlər  palatası  -  müasir  Birləşmiş  Krallıq 

parlamentinin yuxarı palatası da belə model üzrə yaradılmışdır.

Almaniyada idarəçilər rolunu icma birliyi üzvlərinin özləri ifa etsələr də, 

bu  fəaliyyətin  başında,  hökmdar  hakimiyyəti  üçün  xarakterik  olan  patriar- 

xal  idarəçilik  ənənələrini  qoruyub  saxlamış  “tunginlər”  və  ya  “qrafiolar” 

dayanmışdılar.  Ən  qədim  zamanlarda  Romada  hökmdar  vəzifəsinə  qəbilə 

ittifaqlarının hər birinin başçıları növbə ilə təyin olunurdu.  Sonra hökmdar- 

ların idarəetmə  fəaliyyətini kahin funksiyaları  ilə məhdudlaşdırmağa başla- 

dıqda,  “atalar”  öz  aralarında icra  səlahiyyətərini  bölüşdülər və  dövlət vəzi- 

fələrini  qısa müddətə tutmağa başladılar.  Zamanın təsiri altında ənənəvi döv- 

lətlərin hökmdar hakimiyyəti tədricən,  torpaq mülkiyyəti hüququ və dini  ayin 

vəzifələrini özündə  saxlayaraq,  özlərinin idarəetmə  səlahiyyətlərini  qəbilə  itti- 

faqları rəhbərləri  ilə  bölüşməyə  başladılar.  Patrisilərin torpağa xüsusi mülkiy- 

yəti  artdıqca, kral  dövlətin yalnız xam torpaqlarının mülkiyyətçisi  oldu.  Buna 

baxmayaraq, qəbilə ittifaqlarının birləşməsi nəticəsində yaranan dövlətlərdə də

onların  inkişaf səviyyəsinə  görə,  bütün  xalqın  maraqlarını  təmsil  edə  biləcək 

hökmdarın və ya kralın seçilməsinə ehtiyac yarandı.

İngiltərənin,  ölkə  feodalizminin  formalaşması  prosesini  tamamlayan 

normand istilası zamanlarında (1066-cı il), ölkədə mülkiyyət hüquqları mü- 

nasibətləri  patriarxal  hökmdar hakimiyyəti  prinsipləri  ilə  şərtlənirdi.  Ümu- 

mi torpağın “inklərin torpağı”,  “günəşin torpağı” və  “xalqın torpağı”na bö- 

lündüyü İnk dövlətindəki  (XIII-XV)  ali hakimiyyət idarəetməsinə  oxşar XI 

əsr İngiltərəsində  də  torpaq krala məxsus rıtsar lenlərinə,  kilsə  lenlərinə və 

xalq lenlərinə bölünmüşdü.

Əhalinin artması, dünyanın müxtəlif ölkələrinin sosial-mədəni  inkişafın ta- 

rixi  pillələri  ilə  irəliləməsi  ilə  əlaqədar  sivilizasiyanın  müxtəlifliyi  artırdı  və 

dövlət idarəçiliyi problemləri mürəkkəbləşirdi.  Qədim Yunanıstanda aristokrat- 

lar və  demokratlar,  Qədim Romada patrisilər və plebeylər,  orta əsr avropa şə- 

hərlərində “qəbilələr” və “sexlər” (silki təşkilatlar)  arasındakı mübarizə nümu- 

nələrində biz görürük ki, bir vaxt qəbilələrin birləşməsindən əmələ gələn şəhər 

əhli, buna baxmayaraq,  şəhər həyatının yeni şəraitində zaman keçdikcə öz hü- 

quqlarının,  həmçinin idarəçilik hüquqlarının tanınmasına nail  olmağı bacardı. 

“Şəhər azadlıqları” uğrunda inadlı mübarizə  sayəsində əldə edilmiş yeni həyat 

və idarəetmə forması alman şəhər quruluşunda dayaq və müdafiə aldı, sonralar 

isə slavyan dövlətçilik mədəniyyətində də yayıldı.

Almaniyada orta əsr kralı artıq -  torpağı və onun üzərində yaşayan xalqı 

özünün  bölünməz  mülkiyyəti  kimi  nəzərdən  keçirən  qədim  dövrün  zalım

115



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə