Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə51/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   47   48   49   50   51   52   53   54   ...   327

nilərin siyasi cəhətdən hakim sinif kimi qalmalarına baxmayaraq, kral haki- 

miyyətinə  dəstək verən və kapitalist elementlərinin  inkişafına yardım  edən 

burjuaziya, dövlət hakimiyyətini və mühakimə üsulunu tədricən inhisara al- 

dı.  Burjuaziyanın iqtisadi gücü feodalları dövlətçiliyin idarəetmə,  qanunve- 

ricilik  və  məhkəmə  fəaliyyəti  kimi  aparıcı  mövqelərində  ciddi  güzəştlərə 

getməyə  məcbur etdi.  Dövlət hakimiyyətinin mərkəzləşdirilməsi və mütləq 

monarxiyanın  qurulması  müxtəlif ölkələrdə  özünün  milli  xüsusiyyətlərinə 

malik idi.  İngiltərədə  silki-nümayəndəli müəssisələr tamamilə hökumətə ta- 

be  edilmişdi,  Fransa,  İspaniya  və  Rusiyada  onlar  ləğv  olunmuşdu.  Mütləq 

monarxiya  (və  ya  mütləqiyyət)  hakimin  qeyri-məhdud  hakimiyyəti  demək 

idi.  Monarx qanunlar verir, məmurları təyin edir və dövlətin bütün gəlirləri- 

ni toplayır və sərf edirdi.  Monarxiya hakimiyyəti özünün başçılıq etdiyi da- 

imi  orduya,  dövlət idarəçiliyinin müxtəlif sahələrini  əhatə  edən mərkəzləş- 

dirilmiş  məmur aparatına,  dövlət xəzinə  sistemini  daxil  edən kral xəzinəsi- 

nə istinad edirdi.

Unitar dövlətçiliyin nisbətən proqressiv  formasi  kimi  mütləqiyyətin ya- 

ranması  bir  sıra  səbəblərlə  şərtlənirdi  ki,  onların  arasında  alimlər,  -  roma 

dövlətçiliyi  ideyasının  bərpasını,  XVI-XVII  əsrlərdə  kəndlilərlə  feodallar 

arasında mübarizənin  kəskinləşməsi,  kapitalist  elementlərinin  təsiri  altında 

feodal  münasibətlərinin  dağılmasını,  şəhərlərin  inkişafını,  daxili  bazarın 

formalaşmasını,  beynəlxalq  ticarətin  inkişafını  və  hakimiyyətə  və  məmur 

aparatına burjuaziyanın iqtisadi təsirinin güclənməsini ayırırlar.

İnsan  münasibətləri  mədəniyyəti  onunla  şərtlənirdi  ki,  kapitalizmdən 

fərqli  olaraq,  feodal  cəmiyyətində  ümumi hüquq və vəzifələr yox idi,  imti- 

yazların siyasi xarakteri isə bir silkdən digərinə keçidi bağlayırdı.  Şübhəsiz, 

feodal  dövlətçiliyi  və  dövlət  idarəçiliyi  mədəniyyətinin  formalaşmasında 

yaradıcı-monarxların  şəxsiyyətinin  rolunu  yenidən  qiymətləndirmək  çətin- 

dir.  Məsələn, Uinston Çörçill İngiltərənin siyasi  inkişafında,  parlament ida- 

rəsi  və  vahid  milli  ingilis  dövləti  yaradan,  feodal  dünyasında  ilk  dəfə  Bö- 

yük  Azadlıqlar  Xartiyasını  elan  etmiş  möhkəm  və  mübariz  xarakterli  şəx- 

siyyətlərin rolunu xüsusi qeyd edir.

Artıq  Qərbi  Avropanın  feodal  cəmiyyəti  içərisində  şəhərliləri,  “orta 

silk”  nümayəndələrini,  bürgerləri  buıjuaziya  adlandırmağa  başladılar.  Za- 

manla burjuaziya, feodal cəmiyyətinin ali təbəqələrinə  -  zadəgan və din xa- 

dimlərinə  qarşı  dura bilən  sosium kimi  inkişaf etməyə  başladı.  Sənətkarlıq 

və ticarətlə məşğul olan burjuaziya pillə-pillə siyasi nailiyyətlər yolu ilə irə- 

liləyir,  azad  şəhərlər və  müstəqil  şəhər respublikaları yaradırdı.  Feodal  cə- 

miyyətinin  inkişafı  prosesində  siyasi  hakimiyyətə  malik,  lakin  öz  iqtisadi 

əhəmiyyətini itirmiş zadəganlarla, hakimiyyətə malik olmayan, lakin iqtisa- 

di  qüdrətə  yetişən  burjuaziya  arasında  obyektiv  ziddiyyətlər  yarandı.  Bu



Fuad Məmmədov

108



İdarəetmə mədəniyyəti

qarşıdurma  və  münaqişələr  burjuaziyanın,  feodal  üsul-idarəsindən  narazı 

olan  xalqın  ciddi  rol  oynadığı  siyasi  hakimiyyət uğrunda  mübarizəsini  sü- 

rətləndirdi.  Burjuaziyanın  ciddi  iqtisadi  əsasına  çevrilən  manifakturaların 

yaranması  ilə  o, zadəganların  siyasi nüfuzu əleyhinə  rol  oynamağa və varlı 

burjuaziyadan  iqtisadi  asılılığa düşən  feodal  dövlət hakimiyyətinə  ciddi  tə- 

sir  göstərməyə  başladı.  Orta  əsrlərin  sonunda  yeni  burjua  (kapitalist)  cə- 

miyyəti  ilə  tarixi  səhnədən  getməkdə  olan  feodalizm  arasında yaranan  qar- 

şıdurma  şəraitində  “vətəndaş  cəmiyyəti”  anlayışı  yarandı.  Bu  uyğunsuzlu- 

ğun  dərk  edilməsi  dəyişən  cəmiyyətə  uyğun yeni  tipli  dövlətçiliyin yaran- 

masına  səbəb  olan  burjua  sosial-mədəni  inqilabı  üçün  göndəriş  oldu.  Yeni 

dövr avropa dövlətçiliyinin əsas prinsipi sahibkarlıq və azad rəqabət üzərin- 

də  qurulan,  vətəndaş  cəmiyyətinin  iqtisadi  həyatına  dövlətin  qarışmaması 

haqqında elan  edən  liberalizm  oldu.  Bu  o  demək  idi  ki,  mədəniyyətin  -  is- 

tehsal, mülkiyyət, əmək, ticarət və  s.  kimi sosial institutları dövlət hakimiy- 

yəti və onun siyasi təşkilatının birbaşa müdaxiləsindən azad oldular.  Burjua 

sosial-mədəni inqilabları nəticəsində,  istehsal vasitələrinə yiyələnən burjua- 

ziya kapitalist cəmiyyətlərinin hakim sinfi oldu.



Kapitalist dövlətinin inkişaf Avropada və Asiyadakı burjua-demokratik in- 

qilabları  ilə  şərtlənən  feodal  dövlətçiliyinin,  ictimai  münasibətlərin  və  dövlət 

idarəçilik sisteminin dəyişdirilməsi yolu ilə həyata keçirilirdi. Bu proses nəticə- 

sində  cəmiyyətdə  keyfiyyətcə yeni,  demokratik mədəniyyət formalaşmağa,  li- 

beralizm prinsiplərinə əsaslanan demokratik dövlətçilik inkişaf etməyə başladı, 

dövlət idarəçiliyinin  demokratik üsuluna keçmə  üçün  qabaqcadan  lazım  olan 

şərtlər yarandı.  Yeni dövlətçiliyin və dövlət siyasətinin prioritetləri intellektual, 

etik,  hüquqi və  idarəetmə  mədəniyyəti  oldu.  Elmi-texniki  və  sosial  tərəqqiyə 

yetişmək,  insanların rifahı və həyat keyfiyyətinin  sabit inkişafını  təmin etmək 

məhz bu prioritetlər nəticəsində gözlənilirdi.  Kapitalist mədəniyyətinin inkişa- 

fında iki  əsas pillə  meydana çıxır:  birinci pillə, bir-birindən dövlətçilik mədə- 

niyyətinin  xüsusiyyətləri,  demokratiya və vətəndaş  cəmiyyəti  mədəniyyətinin 

səviyyə və forması ilə fərqlənən milli dövlətlərin formalaşması ilə bağlıdır.  Bu 

dövlətlər sistemi Qərbi Avropada  1789-cu ildən  1871-ci ilə qədər formalaşmış- 

dır.  İkinci pillə,  kapitalist dövlətlərinin beynəlxalq münasibətlər mədəniyyəti- 

nin intensiv inkişafı və siyasət və  iqtisadiyyatı əlavə  etməklə, mədəniyyətlərin 

yaxınlaşması  əsasında əməkdaşlığın beynəlxalq strukturlarının yaradılması  ilə 

xarakterizə edilir.

Siyasi  sabitlikdə  əhəmiyyətli  dərəcədə  maraqlı  olan,  əvvəlcə  kapitalın 

əmək üzərində hakimliyi üstündə  qurulan kapitalist dövləti,  sonradan bütün 

cəmiyyətin  iradəsi  və  maraqlarının  ifadəçisi  olmaq  və  dövlətçiliyin  qeyri- 

sinfi xüsusiyyətinə nail  olma  zərurətini  aşkar etdi.  Bu məsələnin həlli  stra- 

tegiyasının  əsasına  əmək  və  kapitalın  əməkdaşlığı  prinsipi  qoyulmuşdur,

109



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə