Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə47/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   43   44   45   46   47   48   49   50   ...   327

Hakimiyyət səlahiyyətlərinə və onları təmin etmə (təşkilati-siyasi, hüqu- 

qi  və  iqtisadi)  vasitələrinə  malik  vahid  dövlət  orqanları  sistemini  təmsil 



edən  dövlət  aparatına  öz  məqsəd  və  vəzifələrinə,  yaradılma  qaydasına, 

kompetensiyasının həcmi və xarakterinə malik müxtəlif dövlət hakimiyyəti 

orqanları  daxildir.  Bunlar  -   dövlət  hakimiyyətinin  səlahiyyətli  orqanları; 

dövlət idarəçilik orqanları,  ədliyyə  orqanları və prokurorluqlar;  silahlı  qüv- 

vələr,  dövlət təhlükəsizlik orqanları və ictimai  asayişin mühafizəsi orqanla- 

rı;  diplomatik  xidmət  orqanlarıdır.  Dövlət  idarəçiliyinin  mərkəzi,  sahə  və 

yerli orqanları dövlət hakimiyyəti tərəfindən qəbul edilən qanunlar və digər 

normativ  aktlar əsasında fəaliyyət göstərirlər,  onlara hesabat verirlər və nə- 

zarəti altındadırlar.

Qanunvericiliklə  hakimiyyət səlahiyyətlərinə  malik dövlət idarəçilik  or- 

qanlarının  funksiyaları  və  rolunun  başa  düşülməsi  və  qiymətləndirilməsi 

aşağıdakı  suallara  cavab  vasitəsilə  həyata keçirilir:  mövcud  orqanın  missi- 

yasi  nədir,  öz  missiyasını  həyata  keçirmək  üçün  o  hansı  məqsədləri  əldə 

rəhbər  tutur,  bunun  üçün  o  nə  edir,  hansı  texnologiyalar  vasitəsilə  qoyul- 

muş məqsədlərə nail olur, onun strukturu necədir?

Məlumdur  ki,  kapitalist  dövlətçiliyi  İngiltərədə,  ABŞ-da,  Fransada  və 

Almaniyada  daha  tam  inkişafa  nail  olmuşdur.  Buna  görə  hazırkı  kitabda, 

başlıca olaraq,  məhz bu ölkələrin dövlətçilik və  dövlət idarəçiliyi təcrübəsi 

nəzərdən keçirilmişdir.  Lakin demokratik ölkələrdə  qəbul  edilmiş, bizi ma- 

raqlandıran  konkret  idarəetmə  mədəniyyəti  texnologiyalarını  təhlil  etməz- 

dən  əvvəl,  bu  dünya  mədəniyyəti  sahəsinin  təkamülünü  düzgün  anlamaq 

üçün,  qədim  və  orta  əsrlər  dövründə  Qərb  və  Şərq  ölkələrində  dövlətçilik 

və dövlət idarəçiliyinin formalaşması və inkişaf tarixinin bəzi xüsusiyyətlə- 

ri ilə tanış olaq.



Baxmayaraq ki,  dövlətçilik və dövlət idarəçiliyi ilk dəfə quldarlıq cəmiy- 

yətində meydana gəlmişdir, artıq ibtidai-icma quruluşu şəraitində mədəniy- 



yətin  bu  sosial  institutlarının  yaranması  üçün  ilkin  şərait formalaşmışdır. 

Məlum  olduğu kimi,  insan  cəmiyyətinin heç  bir təşkilati  forması  hakimiy- 

yətsiz, idarəetmə və sosial normalarsız mövcud ola bilməz.  Görkəmli Ame- 

rika  sosioloqu  L.Morqan,  özünün “Qədim  cəmiyyət”  fundamental  əsərində 



ibtidai özünüidarə xüsusiyyətlərini  göstərmişdir ki,  onun əsasını  əmək pro- 

sesinin  ümumi  mülkiyyəti  təşkil  edirdi,  hakimiyyət  forması  isə  icbarilik 

aparatını tələb etməyən mənəvi  avtoritet idi.  Azadlıq, bərabərlik və  qardaş- 

lığa əsaslanan özünüidarə  sisteminin ali orqanı ümumi yığıncaq idi ki,  onun 

üçün icmanın iradəsinin izharı ilə bağlı olan ibtidai demokratizm xarakterik 

idi.  Yığıncaq,  müəyyən  vaxt  müddətinə,  məhdud  səlahiyyətlərlə,  istənilən 

vaxt geriyə  çağrıla biləcək icma məsləhətçisini  seçirdi.  Müharibə vaxtı  sər- 

kərdə  seçilirdi.  İcmaların  birliyi,  təşkilati  quruluşu  icmanın  özünə  oxşar



Fuad Məmmədov

100



İdarəetmə mədəniyyəti

olan  fratriyanı  (qardaşlıq)  yaradırdı.  Fratriyalarn  birləşməsi  tayfanı  forma- 

laşdırırdı.  Tarixi  inkişaf  prosesində  tayfaların  ictimai-iqtisadi  və  ideoloji 

konsolidasiyası prosesi baş verirdi,  ümumi  idarəetmə,  torpağın birgə  istifa- 

dəsi  və  xarici  sərhədlərin  qorunması,  adətlərin,  sosial normaların,  ənənələ- 

rin formalaşması yaranırdı.

İctimai  əmək  bölgüsü  ictimai  münasibətlərdə  dəyişikliklərə  səbəb  oldu, 

istehsal qüvvələrinin inkişafını stimullaşdırdı.  Heyvandarlığın ayrılması (ic- 

timai  əmək  bölgüsünün  birinci  pilləsi)  sərvətin  artmasına  imkan  verdi  və 

müntəzəm  mübadilə  imkanı  yaratdı.  Bu  dövrün  dəyişiklikləri  cəmiyyətin 

azad insanlara (ağalar) və qullara bölünməsində ifadə olundu.  Sənətkarlığın 

əkinçilikdən  ayrılması  (ictimai  əmək  bölgüsünün  ikinci  pilləsi)  mülkiyyət 

təbəqələşməsinə  -  azad  əhalinin  varlılara  və  yoxsullara  ayrılmasına  səbəb 

oldu.  İnsanların xüsusi təbəqəsinin - ərzaq mübadiləsi ilə məşğul olan tacir- 

lərin yaranması  (ictimai  əmək bölgüsünün üçüncü pilləsi)  əmlak təbəqələş- 

məsi prosesini dərinləşdirdi.

İctimai  münasibətlərdə  olan  dəyişikliklər hakimiyyətin yeni  formalarını 

və  cəmiyyətin yeni  idarəetmə  sistemlərini yaratdı:  qəbilə, fratriya və tayfa- 

nın  demokratik  özünüidarə  orqanları,  rəhbərlik  etmə  və  həyat  fəaliyyəti 

proseslərinin və yeni  sosial  törəmələrin  -  siniflərin münasibətlərini  tənzim- 

ləmək zəruriliyi qarşısında qalan, fərqlənən tayfa əyanının avtoritar idarəet- 

mə orqanlarına çevrilirdilər.  Qədim cəmiyyətin həyat fəaliyyətinin yeni for- 

ması  -  dövlətçilik belə  əmələ  gəlməyə  başladı  ki,  onun da missiyası:  isteh- 

sal  və  istehlakla  bağlı  ümumi  maraqların  təmin  edilməsi,  ictimai  münasi- 

bətlərin  tənzimlənməsi  və  xarici  düşmənlərdən  müdafiəsi  oldu.  Dövlət ha- 

kimiyyəti olmadan,  özünüidarənin köhnə  icma sisteminin köməyi  ilə  daxili 

ziddiyyətlərin həlli  artıq mümkünsüz idi.  Xüsusi mülkiyyətin meydana çıx- 

ması  əmlak  sahibliyini  tənzimləyən  və  ictimai  münasibətləri  dəyişən  yeni 

sosial  qanunların  yaradılmasını  tələb  etdi.  Həyata  keçirilməsi  və  tətbiqi 

dövlət  hakimiyyəti  orqanlarının  səlahiyyəti  olan  adi  hüquq  belə  yarandı. 

Bununla yanaşı cəmiyyətdə hüquqla deyil, insanların xeyir və şər haqqında- 

kı  təsəvvürlərinə  əsaslanan  etik  normalarla  tənzimlənən  adət  və  ənənələr 

saxlanılırdı.  Dövlətçiliyin meydana çıxması  ilə  insanların hüquq düşüncəsi 

dəyişilir.  Torpaq,  mal-qara və  qullar  üzərində  şəxsi  mülkiyyət yarandıqca, 

müxtəlif icmaların  qarşılıqlı  münasibətləri  arasında  olan  qədim  qan  qisası 

adəti  icmanın  öz  daxilində  tətbiq  olunan  hüquq normasına  çevrilir.  Elə  bu 

dövrdə  cinslərin hüqüqi bərabərsizliyi,  atalıq hüququna əsaslanan yeni tipli 

ailənin bərqərar olması meydana çıxdı.



Dövlətçiliyin  inkişafı  və  dövlət  idarəçiliyi  sisteminin  təkmilləşdirilməsi 

qanunauyğunluqlarını dərk etmək üçün quldarlıq ölkələrinin mədəniyyət ta- 

rixinin,  həmçinin  Şərq və  Qərb  quldarlıq və feodal ölkələrinin sosial-mədə-

101



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə