Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə49/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   45   46   47   48   49   50   51   52   ...   327

idi.  İstibdad  şərq monarxiya dövlətçiliyi üçün  idarəetmənin mərkəzləşdiril- 

məsi,  dövlət başçısının təkbaşına hakimiyyətinin  qeyri-məhdudluğu xarak- 

terik idi.  İstibdadçı idarəçilik aparatına başçılıq edirdi, təkbaşına qanunveri- 

cilik, məhkəmə idarəçiliyi və orduya rəhbərlik hüququna malik idi.

Şərq  istibdad  hakimiyyəti  ölkələrinin  monarxiya  dövlətçiliyindən  fərqli 

olaraq,  Qədim Yunanıstanın demokratik dövlətçiliyi  (Afina demokratiyası): 

hakimiyyətin  ali  orqanı  qismində  xalq  məclisinin  fəaliyyəti,  ümumi  seçki 

hüququ  (vətəndaşlar üçün),  hər  il  qanunlara yenidən  səs verilməsi,  vəzifəli 

şəxslərin  yenidən  seçilməsi,  dövlət  vəzifələrinin  seçki  üsulu  və  haqqının 

ödənilməsi  xüsusiyyətləri  ilə  xarakterizə  edilir.  Lakin  əhalinin  10-12%-ni 

təşkil  edən bütün vətəndaşların heç  də hamısı  eyni hüquqlardan istifadə  et- 

mirdilər.  Yoxsul  kəndlilər  və  sənətkarlar  üçün  siyasi  hüquqların  böyük 

məhdudiyyəti  müəyyən  edilmişdir.  Dövlət  vəzifələrinin  tutulması  yüksək 

əmlak  senzi  ilə  tənzimlənirdi.  Qadınlar  siyasi  hüquqlardan,  ümumiyyətlə, 

məhrum idilər.

Quldarlıq  dövlətçiliyinin  digər tipi  -  klassik  nümunəsi  Roma  və  Sparta 

hesab  olunan  aristokratik  respublika  idi.  Onun  fərqi  ondan  ibarət  idi  ki, 

dövlət  hakimiyyəti  ali  orqanlarının  seçilməsində  iştirak  etmək  hüququna 

yalnız  imtiyazlı  quldarlarlar  malik  idi.  Azad  əhalinin  qalan  hissəsi  bu  hü- 

quqdan,  ümumiyyətlə,  məhrum  idi.  Qanunverici  hakimiyyət  rəsmən,  qul- 

darların  daha varlı  hissəsinin  daxil  olduğu  xalq məclisinə  mənsub  idi.  Əs- 

lində tam hakimiyyətli orqan, iri hərbi-torpaq aristokratiyasının maraqlarını 

təmsil  edən senat idi.  Senatorlar yüksək dövlət vəzifələrini tutan  aristokrat- 

lar ola bilərdilər,  “senator”  adının özü isə  sonralar irsən ötürülürdü.  Sparta- 

da  aristokratik  respublika,  həm  qulları,  həm  də  istila  edilmiş  vilayətlərin 

hüquqsuz  əhalisi  -   ilotları  və  ətraf vilayətlərin  əhalisi  -  periekləri  istismar 

edən, ölkənin tam hüquqlu vətəndaşları olan, iri torpaq və mal-qara sahiblə- 

rinin maraqlarının qanunverici ifadəsi idi.

Əksər quldarlıq ölkələrinin dövlətçiliyi, bir qayda olaraq, unitar, yalnız bəzi 

hallarda və müəyyən zaman müddətində konfederasiya və ya federasiya xarak- 

teri daşıyırdı. Unitar dövlət quruluşu, ölkənin bütün ərazisinin dövlət başçısına 

tabe  olduğu  mərkəzləşdirilmiş  hakimiyyət  demək  idi.  Bununla  bərabər  ərazi 

bölgüsünün əsas vahidi, kənd icması ilə təmsil olunan kənd idi.

Quldarlıq mülkiyyəti və  quldarlıq istismar vasitəsi  -  quldarların  iradəsi- 

nə  rəğmən  qanun  səviyyəsinə yüksəldilmiş,  əhalinin  sosial  bərabərsizliyini 

açıq  şəkildə  qanuniləşdirən  quldarlıq  hüququnda  möhkəmləndirilmişdi. 



Hüquq,  quldarlıq  ictimai  münasibətlərini  tənzimləyən  müəyyən  sərəncam 

və  qanunları  təsdiqləyən  mühüm  dövlətçilik  aləti  oldu.  Bərabər  olmayan 

hüquq  səlahiyyəti  prinsipi,  həm  də  azad  vətəndaşların  hüquqi  mövqeyinin 

əmlak vəziyyəti ilə müəyyən olunmasında əks olunmuşdur.  Məsələn, hüqu-



Fuad Məmmədov

104



İdarəetmə mədəniyyəti

qi  məhdudiyyət  Qədim  Babildə  “muşkenə”,  Qədim  Romada  “plebeylərə”, 

Afinada “meteklərə”,  həmçinin əcnəbilərə və  qadınlara aid edilirdi.  İctimai 

münasibətlərin fəaliyyətini təmin edən  quldarlıq hüququnun əsasını  quldar- 

lıq şəxsi mülkiyyətini tənzimləyən və  qoruyan normalar təşkil edirdi.  Belə- 

liklə,  dövlət idarəçilik vasitəsi olan hüquq, tədricən kollektiv mülkiyyəti  sı- 

xışdırıb  aradan çıxardı və  quldarlıq dövlətinin dayaqlarından biri olan  şəxsi 

mülkiyyəti  təsdiq etdi.  Qədim  dünyada çoxlu  qanunlar,  o  cümlədən,  Ham- 

murapi  qanunları,  Eşnuna qanunları,  Şulqa qanunları  (Mesopotamiya),  Ma- 

nu  qanunları  (Hindistan),  Drakon  qanunları  (Yunanıstan),  XII  Cədvəl  qa- 

nunları  (Roma)  və  başqa  qanunlar  yaradılmışdır.  Lakin  şəxsi  mülkiyyətə 

əsaslanan  hüququn  daha  mükəmməl  forması,  sonralar burjua vətəndaş  hü- 

ququnun formalaşmasına böyük təsir göstərən Roma hüququ oldu.  Quldar- 

lıq cəmiyyətində  hüquq yaradıcılığı  dövlət hakimiyyəti  orqanları  və ya xü- 

susi vəzifəli  şəxslər tərəfindən hamı  üçün məcburi  qərarların  dərc  edilməsi 

formasında həyata keçirilirdi.  Romada bu funksiyalar senat və ya magistrlə- 

rin ediktləri tərəfindən həyata keçirilirdi.

Qeyd etmək maraqlıdır ki,  monarxiya və  respublika zaman keçdikcə  öz 

sosial  məzmununu  dəyişərək,  idarəetmə  forması  kimi  feodal  və  kapitalist 

ölkələrində  də  saxlanılmışdır.  Məsələn,  müasir  Küveyt  monarxiyadır. 

Amma  bu  dövlətdə  ölkənin  hər  bir  vətəndaşı  üçün  sabit  və  ədalətli  sosial 

təchizatı  təmin  edən neftçıxarma istehsalı  təşkilinin  effektiv  idarə  edilməsi 

və bölgü münasibətləri mədəniyyəti hesabına vətəndaşların yüksək rifah sə- 

viyyəsi əldə edilmişdir.  Humanist milli ideologiya ruhi  (qeyri-maddi) isteh- 

salla məşğul  olan müəllimlərin,  həkimlərin və başqa ziyalı nümayəndələrin 

yüksək statusunu və həyat səviyyəsini təmin edir.  Digər müasir monarxiya, 

həmçinin  neftçıxarma  dövləti  -  Norveç  Krallığı,  əhalinin  sosial  təminatını 

dövlət siyasətinin başlıca prioriteti kimi  elan etmişdir.  Pulsuz təhsil, pulsuz 

səhiyyə,  hər bir norveç  ailəsi  üçün  fərdi  yaşayış  evlərinin  güzəştli  inşası  -  

bu, ümumrifah dövlətinin üstünlüklərinin tam siyahısı deyil.

Yeni  eranın  ilk  yüzilliklərində  dünya  sivilizasiyasında,  qədim  zamanın 

ən  iri  dövlətlərinin  dağılması  ilə  müşayiət  edilən,  quldarlıq  dövlətçiliyinin 

böhranı  müşahidə  olunurdu.  Bu böhranın xarakterik  cəhətləri,  siyasi  hege- 

monluq uğrunda mübarizədə  istilaçı müharibələrə,  zəbt edilmiş  ölkələrdəki 

qarətlər hesabına gəlirlərin artırılmasına,  məhsulun əlavə  artımının yenidən 

zorla bölünməsinə  əsaslanan beynəlxalq münasibətlər idi.  Quldarlıq ölkələ- 

rinin “rifaha belə yolu”  onların proqressiv  inkişafına kömək etmirdi.  Proq- 

ressiv  inkişaf vektoru iqtisadi mədəniyyətin -  əmtəə  iqtisadiyyatının, torpa- 

ğın istismarının  arenda formasının,  pul tədavülü və  şəhərsalmanın inkişafı- 

na diqqət ayırmış  ölkələrdə müşahidə  edilirdi.  Məhz bu ölkələr feodal döv- 

lətçiliyinin formalaşmasına tədricən yol açdılar.

105



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə