Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə52/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   48   49   50   51   52   53   54   55   ...   327

onun yerinə yetirilmə metodu isə şəxsiyyət və cəmiyyətin maraqlarının har- 

monizasiyası,  kapitalizm  mədəniyyətinin  sosialistləşdirilməsi,  milli  maraq- 

lar prioritetinin  qurulması  əsasında  ictimai  münasibətlərdəki  obyektiv  zid- 

diyyətlərin aradan qaldırılması oldu.

Orta  əsrlərin  sonu  Avropa  tarixi,  hətta  imperiya  dövlətçiliyi  şəraitində 

dövlət  idarəçiliyinin  avtoritar  sisteminin  demokratlaşdırılması  məqsədi  ilə 

dəyişikliklərin  həyata keçirilməsinin  zəruriliyini  dərk  edən mütərəqqi  döv- 

lət xadimlərinin  olduğunu təsdiq  edir.  Onlardan  biri  XIX  əsrin  ikinci  yarı- 

sında  Avropanın  böyük  dövlət  xadimi,  Alman  imperiyasının  banisi  və  ilk 

dövlət kansleri,  bir  neçə  sosial  islahatlar  elan  edən  Otto  Bismarkdır.  Özü- 

nün  siyasi təcrübəsi  əsasında varislərini mümkün  səhvlərdən  qorumağa ça- 

lışaraq,  Bismark “oğullarıma və nəvələrimə keçmişi dərk etmə üçün və gə- 

ləcəyə nəsihət” -  “Düşüncələr və xatirələr”i  qoyub getmişdir.  XIX əsrdə  al- 

man imperiyası dövlət siyasətininin Bismark tərəfindən təhlili və tövsiyələ- 

ri idarəetmə mədəniyyəti nöqteyi-nəzərindən olduqca dəyərlidir.

Almaniyada  dövlət  idarəçilik  üsulunu  təhlil  edərək,  Bismark  patriarxal 

rejim bürokratiyasını  cəmiyyətin həyat fəaliyyətinə həddən  artıq nəzarətinə 

görə tənqid edirdi,  amma bununla yanaşı kral hökuməti məmurlarının özlə- 

rinin “düzgünlüyü, təhsilliliyi və nəzakətliyi” ilə fərqləndiklərini  qeyd edir- 

di.  Onların  xidmətlərinin  qəbul  edilməsinə  mənfi  təsir  göstərən  çatışma- 

mazlıqlara,  o, yerli  şəraitin kifayət qədər tanınmamasını,  işin effektivliyinə 

təsir edən “yüksək məqsədləri”  qoya bilmək bacarıqsızlığını,  idarə  olunan- 

lara -  contribuens  plebs  (haqq verən xalq),  münasibətdə  “amiranəliyi”,  pe- 

dantlığı  və  praktik  həyatdan  uzaqlığı,  bürokratizmi  aid  edirdi.  Bismarkın 

tənqid  obyekti,  həm  də  qəbul  edilən  qərarların  kollegiallığı  idi  ki,  bu  da 

onun fikrincə,  məmurların,  qərarın  düzgünlüyünün təminatı  olan  şəxsi mə- 

suliyyət hissini  azaldırdı.  Bununla belə  o,  XIX  əsrin  sonlarında  II  Bilhelm 

və kansler Kaprivinin “yeni kursu” çərçivəsində baş verən,  imperiya bürok- 

ratiyasının  siyasiləşmə  prosesləri  ilə  bağlı  yeni  korpusdan  fərqli  olaraq, 

köhnə dövlət məmurlarının vicdanlı və ədalətli olmaq səyini qeyd edirdi.

İdeal kimi  Bismark,  ölkənin “müstəqil  silki və ya peşəkar nümayəndəli- 

yi” tərəfindən  zəruri  olan dərəcədə  nəzarət ediləcəyi,  nə  monarxın,  nə  par- 

lamentin mövcud hüquqi  vəziyyəti  birtərəfli  qaydada  dəyişdirə  bilməyəcə- 

yi,  dövlətdə  bütün baş  verənlərin yalnız  communi  consensus  (ümumi  razı- 

lıqla)  aşkarlıq və mətbuatın açıq tənqidi və landtaqla (yerli qanunverici  seç- 

kili  orqan  -   F.M.)  dəyişdirilə  bəiləcəyi”  monarxiya  hakimiyyətini  təqdim 

edirdi.  O  qeyd  edirdi  ki,  mütləqiyyət  hakimdən  ilk  növbədə  qərəzsizlik, 

düzgünlük, öz borcuna sədaqət, işgüzarlıq və ciddilik tələb edir.  Amma mo- 

narx  bütün  bu  keyfiyyətlərə  hətta  malik  olsa belə,  “...şəxsi  şöhrətpərəstlik 

və  təriflərə  həssaslıq,  dövləti  kral  mərhəmətinin bəhrəsindən məhrum  edir,



Fuad Məmmədov

110



belə ki, monarx hər şeyi bilən deyil və  qarşısında duran bütün vəzifələri ey- 

ni  dərəcədə  uğurla qavraya biməz”.  “Saray cərəyanları  və müxalifətin  sahə 

vətənpərvərliyinin”  əksinə  olaraq,  Bismark  dövlət  maraqlarını  müdafiə  et- 

məyə can atırdı.  O,  “...hökmdarı cilovlamağa çalışan,  ona hökmdarlıq vəzi- 

fələrini  bütün  həcmi  ilə  görməyə,  sui-istifadənin  qarşısını  almağa  mane 

olan  saray  adamları, vəzifəpərəstlər və  fantaziyaçılar“ tərəfindən hökmdara 

olan təhlükə  qorxusuna yol  verməmək üçün parlamentdə və mətbuatda hö- 

kuməti açıq tənqidin lehinə çıxış edirdi.

Qeyd  etmək  maraqlıdır  ki,  mənşəcə  zadəgan  və  monarxist  Bismark, 

onun tərəfindən tətbiq edilən və  12 il müddətində  sosialistlərə qarşı mövcud 

olan,  kapitalizmin  obyektiv  sinfi  ziddiyyətlərini  aradan  qaldırmağı  bacar- 

mayan  qanunlara baxmayaraq,  əmin idi ki, respublika ən səmərəli dövlətçi- 

lik formasıdır.

Dövlətçiliyin iki tarixi forması haqqında

Astronomiya,  geologiya,  fizika,  kimya  və  biologiyada  təbiyyat  elmi 

evolyusionizminin  (təkamül  nəzəriyyəsinin)  parlaq  qələbələri  nəticəsində, 

XIX  əsrin  ikinci yarısında evolyusionizm  insanı və  cəmiyyəti,  onun mədə- 

niyyət tarixini  öyrənmək üçün geniş  istifadə  edilməyə  başladı.  Bunun nəti- 

cəsində  etnoqrafiya -  humanitar biliklər çərçivəsində  insan mədəniyyətinin 

inkişaf qanunauyğunluqlarının  aşkarlanmasına yönəldilmiş  insanşünaslıq  - 

antropologiya  elmi  adlandırılmağa  başlandı.  Burada  mühüm  rol  Eduard 

Bernetti  Taylor,  Luis  Henri  Morqan və XIX əsrin digər məşhur etnoqrafla- 

rına və tarixçilərinə məxsusdur.

Baxmayaraq ki, evolyusionizm ilk əvvəl mədəni inkişaf mahiyyətini nə- 

zərdən keçirərək onun dövri,  coğrafi,  etnik və  digər  amillərlə  şərtlənən xü- 

susiyyətlərini  diqqətdən kənarda  qoymuşdu,  ümumiyyətlə,  o bir  sıra üstün- 

lüklərə malik idi.  Bunlara:  etnoqrafiyaya tarixilik prinsipinin tətbiq edilmə- 

sini,  inkişaf ideyasının dəyişməzlik ideyasına qarşı qoyulmasını; bəşəriyyə- 

tin birliyi və  onun inkişafının mütərəqqi  xarakteri  ideyasının irəli  sürülmə- 

sini,  mədəniyyətin dinamikasının,  insan cəmiyyətlərinin irqi,  coğrafi və  di- 

gər fərqlərdən asılı olmayan müqayisəli təhlilinin tədqiqi, həmçinin mədəni 

inkişafın pillələrinin aşkar edilməsini aid etmək olar.

1871-ci ildə  nəşr edilmiş  “İbtidai  mədəniyyət” tədqiqatında mədəniyyət 

haqqında elmdə  evolyusionizm  anlayışına toxunaraq,  Taylor bəşəriyyət ta- 

rixini təbiət tarixinin bir hissəsi kimi nəzərdən keçirir.  İnsanın düşüncələri- 

ni,  arzu və əməllərini təbiət hadisələrini idarə edən qanunlara uyğunlaşdıra- 

raq,  o,  insanlığın  birliyi  və  inkişafın uyğun pillələrində  onun mədəniyyəti- 

nin oxşarlığını əsaslandırdığı  - “insan təbiətinin ümumi oxşarlığı” və “insa-

İdarəetmə mədəniyyəti

111



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə