Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə50/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   46   47   48   49   50   51   52   53   ...   327

Bütövlükdə,  quldarlıq  quruluşundan,  Şərq  və  Qərb  xalqları  üçün  yeni 

sosial-mədəni inkişaf imkanları  açan feodal quruluşuna keçid,  dünya mədə- 



niyyəti  və  sivilizasiyasının  inkişafında  mütərəqqi  addım  oldu.  Əgər klassik 

quldarlığı keçirmiş Hindistan,  Çin, İtaliya,  Fransa,  İspaniya və başqa bu ki- 

mi ölkələrdə feodal dövlətçiliyi mədəniyyətinə keçid xalqların formalaşma- 

sı  üçün yeni  pilləni  ifadə  edirdisə,  quldarlığı  tanımayan,  ibtidai  icma quru- 

luşundan birbaşa feodalizm dövrünə daxil olmuş -  İngiltərə, Almaniya, Ru- 

siya,  Polşa,  Çexoslovakiya,  Skandinaviya ölkələri  və  digər  ölkələr üçünsə, 

tayfa və tayfa birliklərindən xalqların yaranması tamamıilə yeni mədəni ha- 

disə idi.

Feodalizm  dövrü üçün  şəhərlərin və yeni  dövlətlərin  sürətli  inkişafı  xa- 

rakterik idi.  Yeni, feodal mədəniyyətinin formalaşmasının əsas  amilləri:  fe- 

odal  mülkiyyəti  və  feodal  ictimai  münasibətlərinin  yaranması,  əmtəə-pul 

münasibətlərinin,  daxili bazarın  çox  sürətli  inkişafı,  iri  dövlət mədəni  mər- 

kəzlərinin yaranması,  inkişaf etmiş feodalizm dövründə isə - dövlətin siyasi 

mərkəzləşməsinə  artan tendensiya idi.  Bununla belə,  mədəni  inkişafın  qey- 

ri-bərabər  qanununa  müvafiq  olaraq,  feodalizmə  keçid  dövründə  dünyanın 

müxtəlif hissələrində  quldarlıq dövlətçiliyi və ibtidai cəmiyyət mədəniyyəti 

mövcud  olmaqda  davam  edirdi.  Məsələn,  icma  mədəniyyəti  Şərqi,  Şimali 

və  Mərkəzi Asiyanın bir sıra tayfalarında, Avstraliya,  Sakit və Hind okeanı 

adaları  əhalisində,  Afrika və  Latın Amerikası  əhalisinin  daha çox hissəsin- 

də hələ uzun müddət saxlanılırdı.

İlkin  feodalizmin əsas  xüsusiyyəti  ifrat pərakəndəlik idi.  Hər bir müstə- 

qil  knyazlıq,  hersoqluq və ya  qraflıq,  qismən  iri  feodal  malikənəsi  özünün 

hərbi və inzibati aparatına malik az və ya çox dərəcədə müstəqil olan “döv- 

lətdə  dövləti”  təmsil  edirdi.  Yalnız  rəsmi  olaraq  kral  hakimiyyətinə  tabe 

olan belə “dövlətlərdə” ümumi hakimiyyət feodala məxsus idi, ona səlahiy- 

yət isə bağışlanma, ərazinin zəbt edilməsi yolu ilə və müddətlə əldə edilirdi. 

Məsələn,  alman millətinin Müqəddəs Roma İmperiyası bir-birindən asılı ol- 

mayan 350-dən artıq xırda dövlətlərdən, krallıqlar, kurfürstlüklər (kurfürst - 

Müqəddəs  Roma  imperiyasında  imperator  seçkilərində  iştirak  edən  knyaz) 

hersoqluqlar, knyazlıqlar,  qraflıqlardan və  azad imperiya şəhərlərindən iba- 

rət  idi.  Tədricən  feodallar  içərisində  ticarət  və  sənaye  ilə  məşğul  olan 

knyazlar  xüsusi  müstəqil  idarəetmə  statusu  qazandılar.  Onlar  vergi  müəy- 

yənləşdirmək və yığmaq hüququna malik idilər,  özlərinin daimi  ordusu var 

idi,  müstəqil  surətdə  müharibələrə  başlaya və  başqa knyazlar və  hökmdar- 

larla sülh müqaviləsi bağlaya bilərdilər.

XIII-XV yüzilliklərdə  İngiltərə,  Fransa və bir  sıra digər Avropa  ölkələ- 

rində  siyasi  mərkəzləşməyə  ehtiyac  yarandı.  O,  manifakturanın  inkişafı  və 

əmtəə-pul münasibətlərinin natural təsərrüfatın əsasını  sarsıtması ilə  şərtlə-



Fuad Məmmədov

106



İdarəetmə mədəniyyəti

nirdi.  Rusiyada  mərkəzləşdirilmiş  Rus  dövləti  XV  əsrdə,  Zemstvo  yığın- 

caqlı  monarxiya  isə  XVI  əsrdə  yarandı.  Zadəganların,  ruhanilərin  və  şəhər 

əhlinin  siyasi  birləşməsi  nəticəsində  silki-nümayəndəli  orqanlar,  onların 

əsasında isə  silki monarxiyalar yarandı.  Silki-nümayəndəli orqanlar İngiltə- 

rədə  -  parlamentlə,  Fransada  -  Baş  ştatlarla,  Rusiyada  -  Zemstvo  Ali  dini 

məclislərlə,  İspaniyada  -  korteslərlə  təmsil  olunurdular.  Dövlət  idarəçiliyi- 

nin  bu  institutlarının  əsas  missiyası  maliyyə  yardımlarının  səsə  qoyulması 

və qanunvericilik xarakterli tövsiyələrin hazırlanması idi.

Silki-nümayəndəli  orqanlar  zadəganlar,  ruhanilər və  üçüncü  silk  nüma- 

yəndələrindən ibarət idi.  Bu idarəetmə  sistemi xüsusiyyətlərindən biri  o  idi 

ki,  müəyyən  müddətlərdə  bu  orqanların  çağırılması  hüquqi  cəhətdən  mo- 

narxın  vəzifəsinə  aid  deyildi.  XV  əsrdə  silklərin  mübarizəsi  və  alman  və 

slavyan qaydalarının toqquşma meydanı olan Çexiyada ağası olmayan insa- 

nın,  ümumiyyətlə,  yaşaya  bilib-bilməməsi  haqqında  sual  qoyulmuşdu.  Bu 

suala  mənfi  cavab  verilirdi.  Eyni  dünyagörüşünə  Böyük  Fransa  inqilabına 

qədər mütləq hakimiyyətli  Fransada rast gəlinir.  Buna baxmayaraq,  müxtə- 

lif ölkələrin  dövlətçilik  mədəniyyətinin  tarixi  inkişaf prosesində  köhnə  və 

yeni üsulun elementləri arasında, cəmiyyətin müxtəlif sosiumlarının maraq- 

ları  və  mədəniyyətləri  arasında,  əvvəldən  zəngin  torpaq  mülkiyyətinə  və 

nüfuza malik  olan köhnə nəsillərin  imtiyazları  ilə yenilərin  formalaşan hü- 

ququ arasında dialektik mübarizə baş verirdi.  Sonuncuların üstünlükləri on- 

da idi ki, onlar köhnə təsəvvürlərin və qaydaların əsarətindən azad idilər, və 

yeni  ərazilərdəki  həyat  şəraiti  ilə  əlaqəli  idilər.  Bu,  şəhər  əhlinin  torpaq 

mülkiyyəti sahibkarlarından asılı olmaması ilə  şərtlənən,  əhalinin sürətli in- 

kişafı və yeni şəhər mədəniyyətinin yaradılmasına kömək edirdi.

Bu dövrdə kral hakimiyyətinin mərkəzləşdirilməsinin əsas dayağı, göm- 

rük  maneələri,  yerli  vergilərin  çoxluğu  və  digər  məhdudiyyətlərlə  bağlı 

olan,  maraqları  feodal  üsul-idarəsi  ilə  əzilən  şəhər  burjuaziyasının  əmələ 

gəlməsi  oldu.  Dövlət  idarəçiliyinin  mərkəzləşdirilməsi  feodalların  məhkə- 

mə  funksiyalarının  tədricən  aradan  götürülməsi  və  pulkəsmənin  kral  səla- 

hiyyətinə  çevrilməsi, həmçinin kral ordusunun texniki  cəhətdən yenidən si- 

lahlanması idi.  Knyazların separatizmi ilə mübarizəsində kral burjuaziyanın 

dəstəyinə  söykənirdi.  Dövlət  hakimiyyətinin  mərkəzləşdirilməsi  feodal  öl- 

kələrinin sosial-mədəni, o cümlədən, iqtisadi inkişafına müsbət təsir göstər- 

di.  Siyasi parçalanmanın saxlanıldığı Almaniya istisna olmaqla, Avropa öl- 

kələrində ticarət-sənaye inkişafı dövlətçilik mədəniyyətinin və dövlət idarə- 

çiliyinin  təkmilləşdirilməsi  də  daxil  olmaqla,  ruhi  və  maddi  mədəniyyətin 

bütün sahələrində ciddi tərəqqini təmin etdi.

Silki monarxiyaların növbəti  pilləsi  mütləq monarxiya oldu.  Onun əsası 

zadəganlarla burjuaziya arasındakı kompromis  oldu.  Zadəganların və ruha-

107



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə