Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə46/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   42   43   44   45   46   47   48   49   ...   327

dolf Pampiriye,  J.Hezertin və  elmin bir çox digər etnoloq,  sosioloq,  tarixçi 

və nəzəriyyəçilərinin tədqiqatlarında öz əksini tapmışdır.  Dövlətçilik mədə- 

niyyəti  məsələləri  yalnız  xüsusi  tarixi,  o  cümlədən,  milli  dövlətlərin  yara- 

dılmasına  həsr  edilmiş  əsərlərdə  (N.S.Derjavin,  Y.V  Qotye,  V.İ.Piçet, 

Z.R.Neyedla və b.) deyil, həm də “ilahiyyət təlimləri”,  “müqavilə”,  ”coğra- 

fi”,  “psixoloji”  nəzəriyyələri,  “sosial  darvinizm”,  “ictimai  münasibətlər”, 

“zorakılıq və  işğalçılıq”  nəzəriyyələri,  ”fenomenoloji”,  “marksist”  konsep- 

siyaları  adı  ilə  məlum  olan və  dövlətçiliyin yaradılma  səbəbləri,  şərtləri  və 

üsullarının müxtəlif nöqteyi-nəzərlərini  şərh edən digər bir sıra nəzəri əsər- 

lər və  konsepsiyalarda öz əksini tapmışdır.  Cəmiyyətin  siyasi təşkilatı  olan 

dövlət,  müxtəlif  siniflərin  və  sosial  qrupların  maraqları  ilə  sıx  bağlıdır. 

Müxtəlif sinfi cəmiyyətlərə ayrı-ayrı dövlətçilik tipləri uyğun gəlir -  quldar- 

lıq,  feodal, kapitalist,  sosialist.  Tarixi tipindən  asılı olmayaraq, hər bir döv- 

lət - vasitəsilə  cəmiyyətin idarə  edilməsini həyata keçirən siyasi təşkilat ki- 

mi,  öz  məzmunu,  funksiyalarının  qarşılıqlı  əlaqəsi,  fəaliyyətinin  forma  və 

metodları ilə fərqlənir.

Ölkənin  dövlətçilik mədəniyyətinə  hər  bir  xalqın  ümumilikdə  mədəniy- 

yətini müəyyən edən eyni əsas amillər təsir göstərir.  Bu, təbii-coğrafi şərait, 

xalqın  genetik kodu,  sosial  mühit,  tarixi  şərait və mədəni  mübadilədir.  Biz 

burada,  yuxarıda  adı  çəkilən,  beş  obyektiv-tarixi  amillə  müəyyən  edilən 

dövlətçilik  mədəniyyətinin,  onun  formaları  və  texnologiyalarının  inkişaf 

vektoruna uyğun ümumi  qanunauyğunluğunun təzahürünü görürük ki, bun- 

lardan  sonuncu  ikisi beynəlxalq münasibətlərlə  sıx bağlıdır.  Eyni  zamanda 

bu prosesdə  subyektiv insan amili - insanın mədəniyyəti,  öz zəmanəsini  qa- 

baqlayan,  ağıllı siyasət və düzgün idarəetməni həyata keçirən görkəmli  şəx- 

siyyətlərin və  liderlərin  şüurlu təsiri həlledici  əhəmiyyət qazanır.  Xalqların 

inkişaf səviyyəsi  ilə  diktə edilmiş bir sıra  səbəblər dövlət təşkilatı və  idarə- 

etmə  prinsiplərinin  dəyişdirılməsinə  imkan yaratdı.  Həyat  göstərdi  ki,  ida- 

rəetmə  bacarıqları  heç  də  həmişə  irsən  ötürülmürdü,  xalq  hər  hakimə  eti- 

mad göstərmirdi.  Avropa dövlətlərində əcdadlarının hökmdar olduğunu gü- 

man edən irsi kahinlərin yaranması müstəqil kahin nəsillərinin formalaşma- 

sı ilə başa çatmadı, belə ki, Roma papası VII  Qriqori nigahsızlıq institutunu 

tətbiq etməklə, ruhaniləri ailə qurmaq hüququndan məhrum etdi.

Dövlətçilik mədəniyyətinin  dəyəri  onun  sosial məzmunu və  rolu ilə  mü- 

əyyən edilir.  Demokratik ölkədə hakimiyyətin idarə və fəaliyyəti xalqın ira- 

dəsi  və  fəaliyyəti  ilə  ayrılmamalıdır.  Demokratik  mədəniyyət  prinsipləri 

əsasında fəaliyyət göstərən müasir kapitalist dövlətində  dövlət siyasəti mü- 

əyyən sinif və qrupların deyil, bütün xalqın maraq və iradəsini ifadə etməyə 

qabildir.  Görünür  ki,  belə  siyasətin  ən  uğurlu  ifadələrindən  biri  -  Norveç 

Krallığında qəbul edilmiş  “ümumrifah dövləti” formuludur.  Vaxtaşırı məq-

Fuad Məmmədov

98



İdarəetmə mədəniyyəti

sədyönlü  mədəni  islahatlar  keçirilməsini  tələb  edən  belə  siyasətin  həyata 

keçirilməsində  ziyalılara,  hər  şeydən  əvvəl,  intellektual  elitaya  məsul  rol 

ayrılır.  İnellektual,  etik  və  hüquqi  mədəniyyətin  qabaqlayıcı  inkişafını  tə- 

min edən elmi əsaslı mədəni islahatlar olmadan cəmiyyətin effektiv iqtisadi 

inkişafı,  milli  müstəqilliyi  və  sosial  tərəqqisi,  yüksək  dövlətçilik  və  dövlət 

idarəçiliyi mədəniyyətinə nail olma mümkün deyil.  Cəmiyyətin və dövlətin 

həyat fəaliyyətini təmin edən, elm,  təhsil,  istehsalat,  incəsənət sahəsi və di- 

gər  sahələrdə  məşğul  olan  ziyalılar  intellektual  azadlıqdan  istifadə  etməli- 

dirlər.  Onun üçün daha artıq əlverişli rejim şəraiti yaratmaq lazımdır, çünki 

o,  mədəniyyətin  inkişafının  başlıca  hərəkətverici  qüvvəsi,  cəmiyyətin  da- 

vamlı inkişafinı, tərəqqi və təhlükəsizliyini təmin edən qüvvədir.

Dövlətçilik mədəniyyətinin mahiyyəti və xüsusiyyətləri daha çox dövlə- 

tin daxili və xarici  funksiyaları  ilə xarakterizə  edilir. Dövlətin  başlıca vəzi- 



fəsi cəmiyyətin sabit inkişafının,  tərəqqi və  təhlükəsizliyinin  təmin  edilməsi, 

rifahının yüksəldilməsi,  ictimai münasibətlərin  öz vətəndaşlarının  mədəniy- 

yəti  və  maraqlarının  harmonizasiyası  əsasında  tənzimləməsindədir.  Bu 

missiyanın həyata keçirilməsinə, uğurlu daxili inkişafa nail olma üçün əlve- 

rişli  xarici  şəraitin yaradılmasına yönəldilən  dövlətin  xarici  siyasəti,  bütün 

beynəlxalq münasibətlər sistemi də tabedir.  Bu proseslərin effektivliyini tə- 

min edən universal əsas və başlıca hərəkətverici qüvvə, demokratik ölkələr- 

də  inkişafı  intellektual,  etik,  hüquqi və  idarəetmə mədəniyyəti  əsasında hə- 

yata keçirilən ruhi mədəniyyətdir.  Bəşəriyyətin yüksək ruhi mədəniyyətinin 

əsasında onun xeyirxahlığa, həqiqətə və ədalətə bağlılığı durur.

Məlum  olduğu  kimi,  dövlətin  əsas  əlamətləri:  rəsmi  siyasi  hakimiyyət, 

vətəndaşların  ərazi  təşkili və ölkənin  müstəqilliyidir.  Rəsmi hakimiyyət ida- 

rəetmə  aparatı vasitəsi  ilə həyata keçirilir ki, bu və ya digər maraqların  qa- 

nunvericiliklə  həyata  keçirilməsinə  imkan  verən  siyasi  hakimiyyət  onun 

əlində  cəmləşmişdır.  Rəsmi  hakimiyyətin  həyata  keçirilməsi  dövlətin  seçil- 

miş və yaradılmış orqanlar sistemi vasitəsilə baş verir,  burada hər bir həlqə 

müəyyən fəaliyyət,  səlahiyyət sahəsinə,  öz xüsusiyyətləri  ilə  fərqlənən ida- 

rəetmə  texnologiyaları  vasitəsilə  dövlət  adından  fəaliyyət  göstərmək  kom- 

petensiyasına malikdir.



Dövlət  orqanları  səlahiyyətlərinin  xarakteri  və  həcmi  ilə fərqlənirlər. 

Ümumi və xüsusi  (müəyyən sahəyə  aid olan) kompetensiyanın ali, regional 

və yerli  orqanları mövcuddur ki,  onların  funksiyaları konkret idarəçilik və- 

zifələri  çevrəsi  ilə  cızılmışdır.  Dövlət  idarəçiliyi  aparatının  bütün  tərkib 

hissələri  subordinasiya  və  koordinasiya  prinsipləri  əsasında  vahid  mexa- 

nizm kimi fəaliyyət göstərir.

99



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə