Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə44/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   40   41   42   43   44   45   46   47   ...   327

ğı,  idarəçi  personalın  beynəlxalq  sertifikatlar  metodlarının  köməyi  ilə  qo- 

yulmuş  vaxt  ərzində  onların  peşə  səriştəsinin  və  ümumi  mədəniyyətinin 

dövlət yoxlanışı  ilə  başa  çatmalıdır.  Bununla  yanaşı  idarəetmə  və  liderlik 

mədəniyyətinin  əsaslarını  istedadlı  gənclərə  də  öyrətmək  lazımdır.  Dövlət 

quruculuğu və  idarəçiliyi  üçün kulturologiyanın  artan  strateji  əhəmiyyətini 

nəzərə  alaraq, milli və beynəlxalq idarəetmə,  insanın və təbiətin ekologiya- 

sı,  beynəlxalq münasibətlər,  informasiya və  s.  sahələrdə  çalışmaq üçün xü- 

susi ekspert-kulturoloqların hazırlanması, həmçinin kulturologiya sahəsində 

siyasətçilərin və  ali korpus məmurlarının yenidən hazırlanması məqsədi  ilə 

müxtəlif Qərb və  Şərq ölkələrində kulturologiya Ali məktəbləri və ya Aka- 

demiyalarının12 açılması haqqında düşünməyin vaxtı çatmışdır.  Bu məktəb- 

lərin nəzdində, cəmiyyətin daxili siyasətinin və sosial təhlükəsizliyinin uğurları 

üçün mühüm olan vətəndaşların müxtəlif kateqoriyalarının və gənclərin de- 

mokratiya mədəniyyəti və hüquqi dövlətin əsaslarına kulturoloji təlimini və 

maarifini təşkil etmək olardı.

Demokratik  idarəetmə  sisteminin  prinsipləri,  dəyərləri,  texnologiyaları 

və üstünlüklərinin mahiyyətinin kulturoloji anlamı, inkişaf etməkdə olan öl- 

kələrin davamlı milli inkişafı və onların yüksək inkişaf etmiş dövlətlərin si- 

vil  dünyasına dərin inteqrasiyası üçün geniş  imkanlar  açan dövlət və  sosial 

idarəçiliyinin  fəal  və  yüksək  effektli  islahatlarının həyata keçirilməsi  üçün 

məmurların daxili motivasiyasını stimullaşdırır.

Bununla  əlaqədar,  “Simurq”  Azərbaycan  mədəniyyət  Assosiasiyasının, 

Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən bəyənilmiş,  inkişaf etmək- 

də olan ölkələrin dövlət quruculuğunda yararlı ola biləcək bir sıra kulturoloji 

innovasiyalara diqqət yetirmək istərdik.  Onlardan bəziləri bunlardır:

1. 


İntellektual,  etik,  hüquqi  və  idarəetmə  mədəniyyətinin  qabaqlayıcı 

inkişafının dövlət prioritetlərinin müəyyənləşdirilməsi.

2. 

Milli  və  beynəlxalq  strateji  inkişaf problemlərinin  sistemli  tədqiqinin 



həyata keçirilməsi üçün dövlət səviyyəsində kulturologiyanın milli mərkəzləri- 

nin və ya institutlarının yaradılması.

3.  İnkişaf etməkdə  olan dövlətlərdə  dövlət qərarlarının  qəbul edilməsi 

və  reallaşdırılmasına  məsul  siyasətçi  və  məmurların  ali  korpusunu  təmsil 

edən,  nazirlərdən,  icra  hakimiyyəti  başçıları  və  digər  vəzifəli  şəxslərdən 

başlayaraq,  bütün  səviyyələrdə  siyasətçi  və  idarəçilər üşün  daimi  fəaliyyət 

göstərən kulturologiya və demokratik idarəçilik mədəniyyəti üzrə geniş tre- 

ninqlər şəbəkəsinin təşkil edilməsi.



İdarəetmə mədəniyyəti

12  Yuxarıda  adı  çəkilən  Dünya  mədəniyyəti  Beynəlxalq  Universiteti  də  bu  rolda  çıxış  edə 

bilər.

93



4.  Kulturologiyanın  bütün  səviyyələrdə  məktəblərin  təlim  proqramla- 

rına  ayrıca  daxil  edilməsi,  bütün  ali  məktəblərdə  kulturologiya kafedraları 

və mərkəzlərinin açılması.

5.  Əhalinin  müxtəlif kateqoriyaları  üçün  geniş  kulturoloji  maariflən- 

dirmə şəbəkəsinin təşkili.  Regionlarda lokal elmi-maarifləndirici kulturoloji 

mərkəzlərin yaradılması.

6. 

BMT  nəzdində,  konsepsiyası  hələ  1995-ci  ildə  bir çox Azərbaycan 



alimləri  və  xarici  diplomatlar,  həmçinin  bir  sıra  xarici  ölkə  səfirlikləri  və 

BMT-nin  Azərbaycandakı  nümayəndəliyi  tərəfindən  bəyənilmiş,  Beynəl- 

xalq Dünya mədəniyyəti Universitetinin açılması.13

Fikrimizcə,  milli  dövlət  idarəçiliyi  mədəniyyəti  effektivliyinin  yüksəl- 

dilməsinə, həmçinin:

 

İnkişaf etməkdə  olan  ölkələrin  dövlət  idarəçiliyi  təcrübəsində,  öz 

üstünlüklərini  Qərb  ölkələri  və  Yaponiyada  göstərmiş  düzgün  strategiya, 

texnologiya,  etika,  sosiologiya  və  estetikaya,  prinsip  və  metodlara  əsasla- 

nan idarəetməyə sistemli kulturoloji yanaşmanın tətbiqi  .

İnzibati  amirlik  sistemi  üçün  xarakterik  olan  hakimiyyət mədəniy- 



yətindən  -  hakimiyyət,  rol,  vəzifə  və  şəxsiyyət mədəniyyətinin  kombinasi- 

yasına  əsaslanan  demokratik  təşkilati  mədəniyyətə  tamamilə  və  hər yerdə 

keçmə.

 

“Demokratik idarəetmə mədəniyyəti” haqqında milli qanunların qə- 

bul edilməsi.

 

Qanunların yüksək icra mədəniyyəti mexanizmlərinin işlənib hazır- 

lanması və təcrübədə tətbiqi.

 

İnkişaf  etməkdə  olan  ölkələrin  alimləri  və  mütəxəssisləri  tərəfin- 

dən,  idarəetmə mədəniyyəti üzrə milli  dövlət idarəçiliyi  sisteminin davamlı 

inkişafı və təkmilləşdirilməsi məqsədilə,  qərb idarəçilik təcrübəsindən yara- 

dıcılıqla  istifadə  edilməsinə  yardım  edən  ədəbiyyatın hazırlanması  və  nəşr 

edilməsi.



 

Müstəqil  milli  və  xarici  ekspertlərin  iştirakı  ilə  dövlət  idarəçiliyi

sisteminin  permanent  islahatı  prosesinin  ictimai  monitorinqinin həyata  ke- 

çirilməsi.

Dövlət quruculuğu və idarəçiliyinin strateji resursu kimi intellektual 

mədəniyyətin  qabaqlayıcı  inkişafının  zəruriliyi  haqqında irəli  sürdüyü- 

müz  müddəanın  hüquqiliyi  dövlətin yalnız  məkan  və  zaman  daxilində 

innovativ  inkişafının  aktual  tələbatları  ilə  deyil,  həmçinin  “qızıl  mil- 

yard konsepsiyasının” əsas  müddəaları  və  dünya  sivilizasiyasının inki-

Fuad Məmmədov

13  Bizə  elə  gəlir ki,  müasir dünyada beynəlxalq idarəetmə  effektivliyinin yüksəldilməsinə  dünya 

mədəniyyəti və sivilizasiyası Beynəlxalq Parlamentinin yaradılması da yardım edə bilərdi.

94



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə