Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə40/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   36   37   38   39   40   41   42   43   ...   327

temin  funksiyaları  -  təşkilat,  nəzarət,  informasiyanın  toplanması  və  işlən- 

məsi, həmçinin siyasətin işlənib hazırlanmasıdır.

Dövlət idarəçiliyi nəzəriyyəsinə mühüm töhfələrdən biri -  M.Prelo, M.Dü- 

verje və başqalannın tədqiqatları sayəsində keçən əsrin 70-ci illərinin əvvəlləri- 

nə qədər Fransada geniş yayılmış “institutlar nəzəriyyəsi” oldu.  Onun əsasında 

ifadə edilmiş dövlətin institusional hakimiyyət kimi yeni izahını verən  “dövlə- 



tin  institusional konsepsiyası ”,  faktik olaraq, hakimiyyətin mütləqdən hüquqi- 

yə  çevrilməsinə yardım etdi.  O, hakimiyyətin  səpələnməsi və  demokratlaşma- 

sını, ”kastaçılıqdan” imtina və dövlətin hakimiyyət böhranının mümkünlüyünü 

istisna edən zəruri islahatların aparılmasını nəzərdə tutur.

Qərb  ölkələrində  bürokratik  aparatın  inkişafı  vəzifə  iyerarxiyasının  for- 

malaşması prosesində keyfiyyətli dəyişikliklərlə müşayiət olunurdu.  Bu də- 

yişikliklərin mahiyyəti tədriclə,  imtiyazlar prinsipindən bilik,  peşəkarlıq və 

bürokratiyanın  şəxsi  xidmətlərinin  qiymətləndirilməsinə  əsaslanan  hüquq 

prinsipinə keçid idi.  Başlıca ideyası  biliyin,  elmin  siyasət və dövlət idarəçi- 

liyindəki rolundan  ibarət olan M.Ponyatovskinin  konsepsiyası  dövlət idarə- 

çiliyi  nəzəriyyəsinin  inkişafı  üçün  innovativ  əhəmiyyətə  malik  idi. M.Pon- 



yatovski  diqqəti  ona  yönəldirdi  ki,  iyerarxiya  daima  iddia  ediləcək,  çünki 

onun hakimiyyəti  daim yeniləşən biliyə  istinad edir.  Bunu nəzərə  alaraq,  o, 

gələcəyin problemlərini  həll  etməyə  iqtidarlı  olan yeni  metodların və  insti- 

tutların  yaradılması  zəruriliyini  göstərdi.  Ölkə  vətəndaşlarına  xidmətdə 

dövlət  administrasiyasının rolunu  təsdiq edərək,  o,  cəmiyyətdə  sabitliyi  və 

rifahı təmin edən idarəetmənin bütün səviyyələrində vətəndaşların öz iştira- 

kının vacibliyini  qeyd etmiş və dövlət səlahiyyətlərinin bir hissəsinin səriş- 

təli orqan və təşkilatlara həvalə edilməsi üçün çıxış etmişdir.

Əsasını  dövlətə  hüquqi  deyil,  sosial  institut  kimi  yanaşma  təşkil  edən 

Lüdviq Erxardın “dövlət idarəçiliyinin sosial konsepsiyası ”,  dövlət idarəçi- 

liyi nəzəriyyəsində mühüm yer tutur.  Konsepsiya dövlət qulluğunun məna- 

sını,  funksiyaları  və  strukturlarını yeni  görmə  imkanı  hesabına  dövlət inzi- 

batçılığının  sosial rolunun yüksəldilməsi  ilə  əlaqədardır.  Alman cəmiyyəti- 

nin sosial strukturunun modernləşdirilməsi vəzifəsini  qoyan bu konsepsiya- 

ya uyğun olaraq,  dövlət qulluğundakı bütün vəzifələri dövlət siyasətini mü- 

əyyənləşdirən  “ümumi  maraqlar  üzrə”  mütəxəssislər  tutmalı  idilər.  Peşə- 



kar idarəçi  kadrların  seçilməsinin  əsas prinsipi  ölkənin  bütün  sosial  qrup- 

larının maraqlarının yaxşı başa düşülməsi hesab edilirdi.

Qərb  ölkələrinin təcrübəsi  ilə yanaşı,  Rusiya Federasiyasının  dövlətçilik 



mədəniyyətinin  inkişafı  və  dövlət  idarəçiliyi  təcrübəsi  böyük  maraq  doğu- 

rur.  Üçüncü  minillikdə  dövlət  idarəçiliyi  texnologiyalarının  təkmilləşdiril- 

məsi  və  Rusiyanın  strateji planlaşdırıılması  ölkənin  sabit  sosial-iqtisadi  in- 

kişafı  üçün  əlverişli  şəraitin yaradılmasına yönəldilmişdir.  O,  həyat fəaliy-



İdarəetmə mədəniyyəti

85



yəti  vektorlarını  əhatə  edən:  elm,  təhsil  və  texnologiya,  sosial  sabitlik  və 

həyat keyfiyyəti, tibb və ekologiya, bərabərhüquqlu tərəfdaşlıq və  qarşılıqlı 

səmərəli  əməkdaşlıq,  rasional  və  praqmatik xarici  siyasət,  milli  təhlükəsiz- 

lik və müdafiə  qabiliyyəti və  s.  kimi prinsiplərin formalaşdırılması və  döv- 

lət prioritetlərinin təyin  edilməsi  üzərində  qurulur.  Bu  zaman  dövlət idarə- 

çiliyi  proseslərinin  və  nəticələrinin  qiymətləndirilmə  mexanizmi  monito- 

rinq yolu  ilə  nəzarət göstəriciləri  vasitəsilə yaradılır.  Siyasi  kursun reallaş- 

dırılması dövlət hakimiyyəti orqanlarının və vətəndaş cəmiyyəti institutları- 

nın konsolidasiyası əsasında həyata keçirilir.

Burada idarəetmə  elminə  ciddi  diqqət yetirən rus  alimlərinin rolu danıl- 

mazdır.  Müəllif,  Q.V.Atamançukun  dövlət  idarəçiliyi  məsələlərinin  parlaq 

və hərtərəfli təhlili verilmiş, yüksək qiymətə  layiq “Dövlət idarəçiliyi nəzə- 

riyyəsi”  (Moskva,  2004)  əsəri üzərində xüsusi  olaraq dayanmağı  zəruri he- 

sab edir.  Professor haqlı olaraq qeyd edir ki,  qədim və  orta əsrlər dövründə 

“dövlət idarəçiliyi hakimiyyəti saxlama və ya ona malik olma qaydaları, rə- 

qiblərin  susdurulması  və  onu  (hakimiyyəti)  saxlamaq üçün  cərimələr tələb 

etmə vasıtələri haqqında biliklər” idi.  Müasir anlamda isə “idarəetmə” anla- 

yışının yaranması  sənaye  cəmiyyətinin formalaşması  ilə  əlaqədar istehsalın 

təşkili və idarə edilməsi sahəsində yeni biliklərə tələbatlarla şərtlənmişdir; o 

xüsusi bilik və bacarıqlarla əlaqələndirilmiş fəaliyyət kimi mənimsənilməyə 

başladı.  Bununla  əlaqədar  əsərdə,  dövlət  idarəçiliyi  sistemində  elmi  biliyə 

münasibətin dəyişilməsi  zəruriliyi haqqında düzgün məsələ  qoyulur.  Bizim 

araşdırmamızda  bütün  idarəetmə  tipləri  üçün  universal  əhəmiyyətə  malik 

“idarəetmə  subyektləri və  obyektlərinin  qarşılıqlı təsir sistemi” kimi  dövlət 

idarəçiliyi konsepsiyası mühüm əhəmiyyət təşkil edir.  İdarəetmə nəzəriyyə- 

si nailiyyətlərinin hərtərəfli təhlili əsasında, rus  alimi tərəfindən dövlət ida- 

rəçiliyinin  təşkili,  qiymətləndirilməsi  və  təkmilləşdirilməsinə  dair  funda- 

mental prinsip və yanaşmalar işlənib hazırlanmışdır.  Onlar dövlət idarəçili- 

yi məqsədlərinin, strategiyalarının qurulmasına, dövlət idarəçiliyinin forma, 

metod və  mərhələlərinin təsvirinə,  sosial  effektivlik meyarlarının təhlilinə, 

dövlət  idarəçiliyinin  hüquqi  tənzimlənməsi  və  informasiya  təminatına  qoyul- 

muş tələbləri əhatə  edir.  Əməyi və bır çox insanların qarşılıqlı  əlaqəsini təşkil 

etmək bacarığı kimi dövlət idarəçiliyinin Qərb ölkələri üçün danılmaz əhəmiy- 

yətindən danışan prof.  Q.V.Atamançuk düzgün  olaraq qeyd  edir ki, hər hansı 

bir işin nəticəsi və keyfiyyəti, onu kimin və necə etməsindən asılıdır. Bu zaman 

o  qeyd edir ki,  az-az hallarda “istedadın yüksəlişi etinasızlıq girdabında batır”, 

“böyük məqsədlər“ isə kütləvi ətalət üzündən məhv olurlar.

İdarəetmə  elmi  sahəsində  çalışan  məşhur  Rusiya  mütəxəssisi,  qərb  və 

sovet  idarəçilik  təcrübəsini  tanınmış  siyasətçilərin  xatirələrinin  təhlili  əsa- 

sında müqayisə edərək,  qərb dövlət idarəçiliyi sisteminin üstünlüklərini xü-



Fuad Məmmədov

86



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə