Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə41/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   37   38   39   40   41   42   43   44   ...   327

İdarəetmə mədəniyyəti

susi qeyd etmişdir.  Rusiyanın gələcəyini  qurmaq məsələsini nəzərdən keçi- 

rərək,  Q.V.Atamançuk, milli inkişafın perspektivlərini ictimai tərəqqini “bi- 

liklər cəmiyyəti” yolu ilə  stimullaşdıran idarəetmə texnologiyasının düzgün 

seçimi  ilə  əlaqələndirir.  O hər bir ölkənin milli  mədəni  xüsusiyyətlərini və 

konkret  şəraitlərini,  həmçinin  bəşəriyyətin  məskunlaşdığı  mühitin  qorun- 

ması üçün zəruri olan ekoloji tarazlığı nəzərə  almaqla,  dünya idarəçilik təcrü- 

bəsinin öyrənilməsinə və mənimsənilməsinə xüsusi əhəmiyyət verir.  Alim Ru- 

siyadakı mütərəqqi dəyişiklikləri,  - cəmiyyətdə idarəetmə haqqında elmi bi- 

liklərin  yayılması,  onların  lazımi  səviyyədə  qiymətləndirilməsi  və  praktik 

istifadəsi şərti ilə, idarəetməni “ictimai inkişafın real hərəkətverici  qüvvəsi- 

nə”  çevrilmə  vasitəsi  hesab  edən,  idarəetməyə  yeni  yanaşma  ilə  şərtləndirir. 

Bununla bərabər qeyd olunur ki,  insanları  idarə  etməyə mənəvi haqqa kifayət 

qədər səriştəli və əxlaqlı, xüsusi hazırlıq keçmiş insanlar malikdirlər.

İnsanın  inkişafında  dövlət  idarəçiliyinin  aparıcı  rolunu  araşdıraraq, 

Q.V.Atamançuk  inzibati  özbaşınalıq,  rəsmiyyətçilik,  məmurların  məsuliy- 

yətsizliyi və hakimiyyətdən sui-istifadə etmək kimi halların aradan qaldırıl- 

masına  çağırır.  Rusiyanın  milli  inkişaf maraqlarını  və  üçüncü  minillikdə 

onun  Avropa  xalqlarının  səviyyəsinə  çıxmasının  əhəmiyyətini  nəzərə  ala- 

raq,  o,  ailə  və  mülkiyyətin  möhkəmləndirilməsində,  mənəvi  oriyentirlərin 

və  dəyərlərin  müasirləşdirilməsində,  hüquq,  qanunilik  və  özünüidarə  pro- 

seslərinin inkişafında səylərin bir yerə cəmləşdirilməsi zəruriliyinin güclən- 

dirilməsini  qeyd  edir.  Q.V.Atamançuk  ictimai  münasibətlərin,  proseslərin 

və  insanın fəaliyyət sahələrinnin ahəngdarlığında,  ehtiyatların səmərəli isti- 

fadəsində idarəetmənin roluna diqqət yetirir.  O həmçinin, gözlənilən nəticə- 

lərə  nail  olmanı təmin edən müasir yüksək texnologiyaların mənimsənilməsi- 

nə, beynəlxalq standartlara cavab və maksimum sosial effekt verən ən yeni el- 

mi-texniki nailiyyətlərin prioritet istifadəsi şərti ilə, ictimai məhsulun istehsalı- 

nın və sosial xidmətlərin daha səmərəli və effektiv kütləvi tətbiqinə çağırır.

Prof.  Q.V.Atamançuk idarəetmə  “subyektləri” və  “obyektləri” maraqla- 

rının  bir-biri  ilə  uzlaşması  zəruriliyi  haqqında  danışır.  Bu  məqsədlə  o,  cə- 

miyyətin  həyat  fəaliyyəti  proseslərini  ahəngləşdirən,  həm  idarəetmə  sub- 

yektləri  (hakimiyyətə  malik  olanlar),  həm  də  obyektlərinin  (ruhi  və  maddi 

nemətlərin  yaradıcıları)  rifahının  “uyğun  və  müqayisəli”  səviyyələrini  nə- 

zərdə tutan “çarx modeli” (dövr etmə) üzrə idarəetmə  sisteminin qurulması- 

nı  təklif edir.  Alim konkret nəticələrin  əldə  edilməsi  məqsədilə  həyat tərə- 

findən  daim  irəli  sürülən  problemləri  real  həll  etməyin,  sözlərin,  fikirlərin, 

islahatların,  proqramların,  onların əməli faydası nöqteyi-nəzərindən dəyəri- 

nin  müəyyənləşdirilməsi  zəruriliyini  qeyd  edir.  O,  “idarəetmə  subyektləri- 

nin vəzifəsini müdrik (biliyə əsaslananlar),  rasional ( praktik təcrübədən çı- 

xış  edənlər)  və perspektivli  (stateji  cəhətdən  doğru  olanlar)  idarəetmə  qə-

87



rarları və fəaliyyətlərində” görür.  İdarəetməni cəmiyyətin bütün strukturları 

və  qanunauyğunluqları  ilə  bağlı  olan  sistemli  ictimai  təzahür kimi  qiymət- 

ləndirən  Q.V.Atamançuk,  onun  tamdəyərliliyini və hüquqiliyini,- onda “in- 

san  mədəniyyətinin  bütün  zənginliyinin,  insanın  təfəkkürü,  biliyi,  təcrübəsi 

və  istedadının  bütün  imkanlarının,  bir çox elmlərin  nailiyyətlərinin  təqdim 

edilməsi  ilə”  şərtləndirir.  Tarixdən öyrənməyin vacibliyini  göstərərək  alim, 

onsuz inkişafın  sabit yaradıcı yoluna çıxmağın mümkün olmadığı həyat di- 

alektikasını  vicdanla,  cəsarətlə  və  dürüst  açmağa  çağırır.  Q.V.Atamançuk 

dövlət idarəçiliyinə,  - həyat fəaliyyətinin vəhdətini ontoloji əks etdirən mü- 

əyyən  dünyagörüşün,  fəlsəfə  və  metodologiyanın məcmusu  kimi  kompleks 

yanaşmanın  aktuallığını  göstərir.  Beynəlxalq  sahədə  milli  idarəetmə  key- 

fiyyətinin  və  dövlətlərin  fəaliyyət  koordinasiyası  xüsusiyyətinin  rolunu 

qeyd  edərək,  o  özündə  dövlət  idarəçiliyinin  universal  qanunauyğunluqları 

və  formalarını  əks etdirən kompleks  elmi  biliklərin  hazırlanması və  müntə- 



zəm inkişafının zəruriliyini qeyd edir.

Qərb  ölkələri  dövlət idarəçiliyinin  zəngin təcrübəsi  professor İ.V.Vasilen- 

konun, inzibati - dövlət idarəçiliyi nəzəriyyəsi mahiyyətinin və əsas problemlə- 

rinin  öyrənildiyi  məşhur  əsərlərində  əks  olunmuşdur.  Bu,  -  nəzəri  idarəetmə 

problemlərinin hazırlanmasının, aparatın funksiyalarının, idarəetmə koordinasi- 

yalarının daxil olduğu dövlət idarəçiliyinin təşkil edilməsi problemləridir.  Bu - 

ştatların optimal strukturu, personalın idarə edilməsi, idarəetmə üslubu, liderlik 

problemləri və digərlərinin  daxil  olduğu kadrların hazırlığı və  istifadəsi  prob- 

lemləridir. Nəhayət, bu - qərarların qəbulu, siyasi proqnozlaşdırma, böhran şə- 

raitində və münaqişəli vəziyyətlərdə idarəetmə metodlarının və s.  daxil olduğu 

dövlət idarəçiliyi texnologiyaları problemləridir.

Hazırkı icmaldan göründüyü kimi,  siyasətçi və məmurlar tərəfindən ida- 

rəetmə  elminin  mənimsənilməsi  -  konkret  vəziyyətdə  düzgün  oriyentirini 

tapma,  cəmiyyətin  inkişaf perspektivlərini  görmə  qabiliyyəti,  yüksək  inki- 

şaf dinamikasını və dövlətin rəqabət qabiliyyətini təmin edən kulturoloji in- 

novasiyaların dəstəklənməsi üçün böyük imkanlar açır.



Müəllifin kulturoloji idarəetmə modeli haqqında

Məlumdur  ki,  təbiətdə  qeyri-müəyyənlik  var.  Hələ  1927-ci  ildə  kvant 

mexanikasının  yaradıcılarından  biri  olan  Nobel  mükafatı  Laureatı  Verner 

Heyzenberq elektron,  proton və materiyanın  digər hissəciklərinin  ikili kor- 

puskulyar  dalğalı  təbiətini  əks  etdirən  kvant  nəzəriyyəsinin  fundamental 

müddəası  olan  qeyri-müəyyənlik  prinsipini  formalaşdırmışdır.  Bu  prinsipə 

uyğun  olaraq,  fiziki  sistemi  xarakterizə  edən  əlavə  fiziki  kəmiyyətlər  (mə- 

sələn,  koordinat və  impuls)  eyni  vaxtda  dəqiq  qiymət  ala bilməz.  Belə  bir



Fuad Məmmədov

88



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə