Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə43/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   39   40   41   42   43   44   45   46   ...   327

İdarəetmə mədəniyyəti

yətləri,  mexanizmləri,  əlaqələrinin,  qanunları  və  texnologiyalarının  dərin- 

dən açılmasına yardım edir.

Universal  və  xüsusi  biliklərə  əsaslanmış  təklif  edilən  modelin  praktik 

tətbiqi,  nəinki  milli  mədəniyyətin  ənənəvi  xüsusiyyətlərinin  “nəzərə  alın- 

masını”, həm də tənqidi təhlili və yeni şəraitlərdə öz proqressiv əhəmiyyəti- 

ni itirmiş sosial-mədəni stereotiplərdən imtina edilməsini nəzərdə tutan mil- 

li  və  beynəlxalq  inkişaf təcrübəsinin yeni  oxunuşunu  nəzərdən  keçirir.  Bu 

səbəbdən, o, həm də beynəlxalq idarəçilik üçün zəruri olan sistemli kulturo- 

loji  tədqiqatda  və  dünya  təcrübəsi  üzrə  siyasi,  inzibati,  iqtisadi  və  sosial 

idarəetmənin yaradıcı  istifadəsində  faydalı  ola bilər.  Bununla bərabər təklif 

edilən  model  qabaqlamaya  işləyərək  dünya  prosesi  tendensiyalarından,  si- 

tuasiyalardan,  daxili  və  xarici  şəraitin  fasiləsiz  dəyişikliklərindən  asılı  ola- 

raq,  milli  səviyyədə  fəaliyyətin  bütün  istiqamətləri  və  sahələrində  effektiv 

idarəetmənin  yeni  kreativ  imkanlarının  yaradılmasına  kömək  edə  bilərdi. 

Onun  istifadəsi,  demokratik  sistem  şəraitində  özünün yüksək  effektivliyini 

sübut etmiş geniş profilli peşəkar idarəçilərin  - “ceneralistlərin” və  “cene- 

ralist”  idarəetmə  üslubunun  hazırlanması  və  inkişafı  üçün  də  məqsədəuy- 

ğun hesab edilir.

Deyilənlər,  inkişaf etməkdə olan ölkələr üçün yeni kulturoloji idarəetmə 

texnologiyaları və modellərinin hazırlanması və tətbiqinin aktuallığını, kul- 

turologiyanın  inkişafının  hüquqi  təminatının,  idarəçi  kadrların hazırlanma- 

sının universal  elmi  əsası kimi kulturologiyanın institutlaşdırılması haqqın- 

da müvafiq qanunun qəbul edilməsinin,  dövlət siyasəti və dövlət idarəçiliyi 

sisteminin  inkişafının,  həmçinin  insanların  həyat  fəaliyyətinin  təkmilləşdi- 

rilməsinin əhəmiyyətini bir daha təsdiq edir.

Milli idarəetmə mədəniyyətinin təkmilləşdirilməsi üzrə 

müəllifin tövsiyələri

Yüksək milli idarəetmə keyfiyyətini təmin edən şərtlərdən biri - dövlət fəa- 

liyyətinin müxtəlif sahələrinə məsul rəhbərlərin və liderlərin universal elmi və 

peşə  bilikləri  səviyyəsinin daim yüksəldilməsidir.  Kulturoloji  tədqiqatların və 

onların milli maraqlarda effektivliyinin təmin edlməsi üçün kulturoloq-alimlə- 

rin dövlət quruculuğu və idarəçiliyi praktikası ilə sıx əlaqəsi mühüm əhəmiyyə- 

tə  malikdir.  Demokratik dövlətdə  mütərəqqi  düşünən  alimlərin  innovativ fəa- 

liyyəti siyasi hakimiyyət tərəfindən dəstəklənir və təşviq edilir.  Dövlət idarəçi- 

liyi  sahəsində  innovativ  fəaliyyətin həyata keçirilməsi və milli  inkişafın məh- 

suldar  antiböhran  proqramlarının  hazırlanması  üçün  sosial-mədəni  inkişafın 

mürəkkəb  proseslərinin  müstəqil  kulturoloji  ekspertizaya  əsaslanan,  real  ger- 

çəkliyin obyektiv dərk edilməsini təmin edən məqsədli kulturoloji tədqiqatların

91



təşkil  edilməsi  və  hüquqi  təminati  zəruridir.  Birləşmiş  Krallıq,  ABŞ,  Fransa, 

Almaniya və başqa aparıcı demokratik dövlətlərin dövlət idarəçiliyi təcrübəsi- 

nin komparativ təhlili inkişaf etməkdə olan ölkələrin dövlət idarəçiliyi sistemi- 

nə kulturoloqların fəal cəlb edilməsinin məqsədəuyğunluğunu göstərir. Univer- 

sal  biliklərə  malik “ceneralistlərin”  (kulturoloqların  -  F.M.)  mənəvi  və maddi 

mədəniyyətin konkret istiqamətlərindən yaxşı baş çıxaran ekspertlərdən üstün- 

lüyü, - “ceneralistlərin” problemləri və  strateji perspektivləri, idarəetmə fəaliy- 

yətinin daha effektiv koordinasiyalarını və gələcəyin qurulmasını bütöv şəkildə 

görmə bacarığından ibarətdir.  Onların daha universal imkanları,  ekspert rəylə- 

rini proqram və layihələrə dəyişmək bacarığı, dövlətin mənafeyi və məqsədlə- 

rinə cavab verən tarazlaşdırılmış siyasi, iqtisadi və  sosial  qərarların qəbul edil- 

məsinə yardım edir.

Bu təcrübəni  nəzərə  alaraq,  inkişaf etməkdə  olan  ölkələrin bütün  ali  və 

orta məktəblərində  kulturoloji  təhsili  nəinki  təşkil  etmək,  habelə  “yeni  de- 

mokratiyalarda”  dövlət  idarəçiliyi  sahəsində  istifadə  üçün  hazırlanan  mə- 

murlara xüsusi  kulturoloji  hazırlığın,  kulturologiya  və  idarəetmə  mədəniy- 

yəti  üzrə  mühazirə  və  interaktiv treninqlərin keçirilməsini  təmin etmək  zə- 

ruriliyi  meydana  çıxır.  İdarəçilik  əməyinin  düzgün  stimullaşdırılması  məq- 

sədilə,  idarəçiliyin  “klassik”  və  “neoklassik”  məktəblərinin  nailiyyətləri 

təhlilinə  əsaslanaraq,  tərəfimizdən  mütəxəssislərin  idarəetmə  mədəniyyəti 

səviyyəsinin,  onların  peşə  keyfiyyətləri,  qabiliyyətləri  və  xidmətlərinin 

prinsipləri və qiymətləndirilmə meyarları təklif edilmişdir:

■ Ümumi elmi və xüsusi biliklər.

■  Ciddi peşə təcrübəsi.

■  Təşkilati-idarəçilik qabiliyyətləri.

■  Yüksək etik mədəniyyət.

■  Korporativ etika.

■  İdarəçilik fəaliyyətinin konkret nəticələri.

■  İnnovativ  fəaliyyət  sahəsində  nailiyyətlərinin  milli  və  beynəlxalq

aləmdə tanınması.

Hər bir ölkənin milli mənafeyini nəzərə  alaraq,  siyasətçilərin və  liderlə- 

rin  ali korpusundan  -  nazirlər,  icra hakimiyyəti  başçıları,  parlament komis- 

siyalarının  sədrləri,  hüquqi  strukturların  rəhbərlərindən  başlayaraq,  haki- 

miyyətin  müxtəlif  sahələrini  təmsil  edən  bütün  səviyyələrdə  bürokratlar 

üçün sistemli şəkildə idarəetmə mədəniyyəti üzrə interaktiv treninqlərin ke- 

çirilməsi  zəruridir.  Onlar tərəfindən  idarəetmə  mədəniyyəti  sahəsində  bey- 

nəlxalq standartlara uyğun universal biliklərin mənimsənilməsi,  cəmiyyətin 

tələbatları və dünya sivilizasiyasında baş verən dəyişikliklərə müvafiq döv- 

lət idarəçiliyi keyfiyyətinin fasiləsiz inkişafını təmin edə bilərdi.  Bu zaman 

müsabiqə  sisteminin yayıldığı orta korpuslu məmurların kulturoloji hazırlı-



Fuad Məmmədov

92



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə