Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə45/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   41   42   43   44   45   46   47   48   ...   327

şaf tendensiyaları  ilə  də  təsdiqlənir.  Futuroloqlar  Piter  Şvars  və  Piter 

Leyden  tərəfindən  hazırlanmış  gələcəyi  görməyin  pozitiv  ssenarisi  də 

inkişafin  əsası  kimi  intellektual  mədəniyyətin  qiymətləndirilmə  əhə- 

miyyəti  ilə  əlaqədardır.  Bu  ssenariyə  əsasən,  iqtisadi  şəbəkədə  “texno- 

logiyanın beş böyük dalğası” -  fərdi kompüterlər,  rəqəmsal telekommu- 

nikasiyalar,  biotexnologiyalar,  nanotexnologiyalar  və  alternativ  ener- 

getika  üzərində  təsis  edilmiş  davamlı  iqtisadi  yüksəliş,  2020-ci  ilə  qə- 

dər  bütün  dünyada  yoxsulluğun  aradan  qaldırılmasına  və  daha  yaxşı, 

ekoloji  cəhətdən  təhlükəsiz  dünyanın  -  firavanlıq  sivilizasiyasının  tə- 

şəkkülünə  kömək  edəcəkdir.  Bu  sahələrdə  elmi-texniki  tərəqqinin  stra- 

teji  fəaliyyətinin balanslaşdırılmış  koordinasiyası  məqsədilə,  bu  istiqa- 

mətlərdə  qarşılıqlı  əlaqəli  inkişafın  nəticələrinin  qiymətləndirilməsi, 

monitorinqi, koordinasiyası üçün və qlobal  səviyyədə iqtisadi,  sosial və 

siyasi  qərarların  düzgün  qəbul  edilməsi  üçün  zəruri  olan  demokratik 



idarəetmə  mədəniyyətindən  daha  geniş  istifadə  etmək  məqsədəuyğun 

hesab edilir.



İdarəetmə mədəniyyəti

95



Fuad Məmmədov

II HISSƏ

Bir sıra  Şərq və Qərb ölkələrinin dövlətçilik 

və dövlət idarəçiliyinin tarixi və nəzəriyyəsinə 

kulturoloji baxış

Dövlətçilik və  dövlət  idarəçiliyi  mədəniyyətinin  tarixi  və  nəzəriyyə- 

sindən.  Dövlətçiliyin  iki tarixi forması haqqında.  Bəşəriyyətin  ilk sivili- 

zasiyalarında  dövlətçilik mədəniyyəti  tarixindən.  Şumer-Mesopotamiya 

sivilizasiyası.  Kiçik Asiya, Aralıq dənizi,  Ərəbistan,  Yaxın  və Orta Şərq 

dövlətləri.  Türkiyə.  Qədim Misir. Mərkəzi Asiya.  Qədim Hindistan.  Qə- 

dim Çin və Qədim Koreya.  Qədim  Yunanıstan.  Qədim Roma.  Yaponiya. 

M.N.  Tusi  və  M.F.Axundzadənin  ictimai  tərəqqi,  insan  münasibətləri 

mədəniyyəti və idarəetmə mədəniyyətinə baxışları.

Dövlətçilik və dövlət idarəçiliyi mədəniyyəti haqqında

Biz artıq bilirik ki, kulturologiyanın fundamental vəzifəsi ruhi və maddi 

mədəniyyətin  müxtəlif sahələrində,  müxtəlif təbii-coğrafi,  tarixi,  sosial  və 

siyasi şəraitlərin konkret təzahüründə insanın həyat fəaliyyətinin əsas qanu- 

nauyğunluqlarının aşkarlanması,  düzgün dərk edilməsi və  obyektiv  qiymət- 

ləndirilməsidir.  Bu vəzifə nöqteyi-nəzərindən dünyanın müxtəlif ölkələrinin 

dövlətçilik və dövlət idarəçiliyi tarixinə də yeni tərzdə nəzər salmaq imkanı 

açılır.


Müxtəlif  ölkələrin  mədəniyyət  və  sivilizasiyasının  təşəkkül  və  inkişaf 

formaları  təbii-coğrafi  və  tarixi  şəraitlə,  xalqın  genetik  kodu  ilə,  mədəni 

mübadilə  səviyyəsi və mədəniyyətə həssaslığı ilə,  sosial mühit və  siyasi re- 

jimlə şərtlənir. Üzvi surətdə digərləri ilə qarşılıqlı əlaqədə olan bütöv mədə- 

niyyət sisteminin hər bir  sosial  institutu öz  strukturuna,  funksiyasına,  ener- 

jisinə,  vektoruna  və  hərəkət  səciyyəsinə  malikdir.  Buna  görə  bütün  mədə- 

niyyət  sisteminin  fəaliyyət  və  inkişaf qanunauyğunluqlarının  düzgün  başa 

düşülməsi  yalnız,  ümumi  və  xüsusi  amillərin,  sosial  institutların,  hadisələ- 

rin və  onların  arasındakı  əlaqələrin çoxölçülü tədqiqatını nəzərdə tutan  sis- 

temli yanaşma şərtilə mümkündür.  Sistemli kulturoloji təhlilin yüksək elmi 

və praktik əhəmiyyəti  ondan ibarətdir ki,  o, dünya mədəniyyəti və  siviliza- 

siyası inkişaf tarixinin əsas nailiyyətləri və  qanunauyğunluqlarını daha dol- 

ğun  aşkar  etməyə,  dərk  etməyə  və  düzgün  qiymətləndirməyə,  tarixin müx- 

təlif mərhələlərində, müxtəlif ölkələrdə və müxtəlif xalqlarda bu qanunauy-

96



ğunluqların forma və xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir.  Sis- 

temli kulturoloji  təhlil dünya sivilizasiyasının  müxtəlif mərhələlərində müx- 

təlif ölkələrdə dövlətçiliyin yaranması və inkişafının  əsil mahiyyətini və qa- 

nunauyğunluqlarını aşkar etməyə imkan yaradır.  Müqayisəli təhlil müxtəlif 

dövlətçilik tipləri və dövlət idarəçiliyi sistemlərinin təşəkkül tapması və də- 

yişilməsi  prosesləri  qanunauyğunluqlarının  konkret  formalarının  başa  dü- 

şülməsinə və  elmi ümumiləşdirilməsinə yardım edir.  Məntiqi  anlayışlardan 

və  tarixi  faktlardan,  analiz  və  sintezdən  istifadə  etməklə,  o,  nəinki  ictimai 

inkişafın mürəkkəb proseslərini düzgün müəyyənləşdirməyə, həm də zama- 

nın tələblərinə və sonsuz hərəkətdə olan dünya dəyişikliklərinə adekvat zid- 

diyyətlərin həllini,  cəmiyyətin  dəyişdirilməsi və mütərəqqi  inkişafını təmin 

edən  dövlət  quruculuğu  və  idarəçiliyinin  effektiv  modellərini  və  innovativ 

texnologiyalarını hazırlamağa imkan verir.

Dövlətçilik  və  dövlət  idarəçiliyi  mədəniyyətinin  mahiyyəti  və  xüsusiy- 

yətlərinin düzgün dərk edilməsi məqsədi  ilə hazırkı  əsərdə,  insan mədəniy- 

yətinin bu vacib sahəsinin  Şərq və  Qərb ölkələrində təşəkkülü və inkişaf ta- 

rixi və qanunauyğunluqlarını tədqiq etmək,  sistemli kulturoloji yanaşmanın 

köməyi ilə bu problemin başlıca nəzəri məsələlərini nəzərdən keçirməyə tə- 

rəfimizdən ilk dəfə təşəbbüs edilmişdir.  Nəzərə  almaq lazımdır ki,  “dövlət- 

çilik”  anlayışı  geniş  məna  daşıyır.  Bu  termin  həm  dövlətin  sinonimi  kimi, 

həm onun yaranma prosesində dövlət elementi kimi, həm hüquqi sistem da- 

xil olmaqla, dövlət və ictimai-siyasi həyat institutları kimi, həm də  sırf döv- 

lət institutları  (ictimai-siyasi  institutlardan fərqli  olaraq) kimi tətbiq olunur. 

Bizim  tədqiqat  işimizdə  “dövlətçilik”  anlayışı  “dövlət  quruluşu”,  “dövlət 

qurulması”, “dövlət hakimiyyətinin qurulması” mənasında tətbiq olunur.



Dövlətçilik mədəniyyəti  və  dövlət idarəçiliyi  mədəniyyəti  bir-biri  ilə  sıx 

əlaqədardır.  Əgər  dövlətçilik,  hakimiyyət  orqanları  fəaliyyətinin  müəyyən 

nizam  və  prinsiplərini  nəzərdə  tutan  dövlət  qurumunu  (quldarlıq,  feoda- 

lizm,  kapitalist,  unitar,  federal  və  s.)  ifadə  edirsə,  onda dövlət idarəçiliyi -  

ideoloji  xarakter və  hakimiyyətin  özü  ilə  şərtlənən,  siyasi  rejimlə  sıx bağlı 

olan,  dövlətin həyat fəaliyyətini təmin edən intellektual,  etik və inzibati-hü- 

quqi  metodlar  sistemidir.  Dövlətçilik -   müəyyən  idarə  formasının,  dövlət 

aparatının,  hüquqi  və  etik  sistemin,  ictimai  münasibətlər  mədəniyyətinin 

aid olduğu ideologiyaya əsaslanan dövlət təşkilatıdır.  Dövlətçilik mədəniy- 

yəti  bir  çox  cəhətdən  mədəniyyətin  -  cəmiyyət,  hakimiyyət,  siyasi  rejim, 

mülkiyyət, hüquq, əxlaq, siniflər,  silklər,  sosial münasibətlər, siyasi partiya- 

lar,  ictimai  təşkilatlar və  s.  kimi  sosial  institutlarının  inkişaf səviyyəsindən 

asılı  olmuşdur və  asılıdır.  Qədim və  orta əsrlər dünyasında dövlətçiliyin və 

dövlət idarəçiliyinin bu və ya digər yaranma fərziyyələrini əks etdirən müx- 

təlif konsepsiyalar L.Morqan,  F.Engels, N.K.Mixaylovski,  Henri  Men,  Ru-

İdarəetmə mədəniyyəti

97



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə