Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə42/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   38   39   40   41   42   43   44   45   ...   327

İdarəetmə mədəniyyəti

qeyri-müəyyənlik tam  sosial  sistem olan mədəniyyətdə  də,  amma daha bö- 

yük  miqyaslarda  mövcuddur.  Burada  qeyri-müəyyənlik  amilləri  qismində, 

ayrı-ayrı  insanlarda müxtəlif olan əhval-ruhiyyə,  enerji,  xarakter,  bilik,  ira- 

də  və  sosial,  habelə  təbii  şəraitdən  asılı  olaraq  dəyişə  bilən  insanın  digər 

mədəniyyət göstəriciləri çıxış edə bilər.

Kollektiv və cəmiyyət səviyyəsində  qeyri-müəyyənlik daha çox artır, bu 

da  insanların  idarə  edilməsi  mürəkkəbliyini  göstərir.  Bir  çox  dəyişən  kə- 

miyyətlər kimi,  böyük kollektiv və  sosial  qrupların davranışını proqnozlaş- 

dırmaq çətin məsələ olur.  Əgər bu problemə “insanın davranışı onun mədə- 

niyyətinin dəyişməsi ilə  dəyişilir” formulunu müəyyənləşdirən L.A.  Uaytın 

prizmasından yanaşsaq, onda cəmiyyətdə və kollektivdə yüksək ruhi mədə- 

niyyətin formalaşmasının nə qədər vacib olduğu aydın olur ki, onun norma- 

larına  sadiqlik,  konkret situasiyalarda insanların davranışının proqnozlaşdı- 

rılması və əvvəlcədən xəbər verilməsi imkanlarını genişləndirir.  Bu, xüsusi- 

lə,  əgər  insan  kapitalının  və  ictimai  əməyin  məhsuldarlığının  artmasının 

əsasını  təşkil  edən  intellektual  mədəniyyət  ilk  olaraq  inkişaf  etdirilərsə, 

dövlətin  sosial- mədəni  inkişafının böyük  ehtiyatıdır,  çünki maddi rifah is- 

tehsalçılarının başlıca mənbəyi intellektdədir.

Dövlət  idarəçiliyi  proseslərinin  təkmilləşdirilməsi  maraqlarını  nəzərə 

alaraq,  müəllif tərəfindən  innovativ  effektiv  idarəetmə  modelinin  qurulma- 

sına imkan verən “kulturoloji piramida”10 universal metodu hazırlanmışdır. 

Bu, universal biliklərə,  düzgün anlama və yaradıcılıq fəaliyyətinin səmərəli 

istifadəsi və cəmiyyətin və dövlətin layiqli gələcəyinin qurulmasının effek- 

tiv idarə edilməsi üçün yeni imkanlar açan texnologiyalara aparan, üçsəviy- 

yəli,  çoxpilləli  “kulturologiya piramidası”dır.  O,  tərəfimizdən təklif olunan 

bir  sıra metodoloji  prinsiplərin və  ifadə  edilən baza kulturoloji  anlayışların 

və kateqoriyaların istifadəsini nəzərdə tutur. Metodoloji prinsiplərə:  məntiq, 

tarixilik prinsipi və dialektika aiddir.  Baza anlayışlarına:  mədəniyyətin elmi 

anlamı,  mədəniyyətin bütöv  sosial  sistem kimi  başa  düşülməsi,  mədəni  in- 

san formulu, mədəniyyətin inkişafının obyektiv tarixi amilləri, sosial-mədə- 

ni  tərəqqi  formulu,  mədəniyyətin  effektivlik  formulu,  istehsalın  effektivlik 

formulu, idarəetmənin effektivlik formulu və nəhayət, kulturoloji piramida- 

nın üç:  öyrənmə,  dərk etmə,  və yaratma səviyyəsinin  anlaşılmasını nəzərdə 

tutan yaradıcılıq formulunu ehtimal edir.  Öyrənilən obyektin sistemli kultu- 

roloji  təhlili  məqsədilə  tərəfimizdən,  mürəkkəb  və  sistemyaradıcı  dövlət 

idarəçiliyi problemlərinin düzgün və daha səmərəli həllinin hazırlanması və 

əsaslandırılması üçün  12 tədqiqat metodu məcmusu təklif edilmişdir.11

10 Bax.  bölmə:  “Kulturoloji  piramida” universal metodu

11  Bax.  bölmə:  M ədəniyyətin əsas tədqiqat metodları  və prinsipləri

89



Bu metodların birgə  istifadə  edilməsi  dövlət qərarlarının  qəbul edilməsi 

və həyata keçirilməsi proseslərində yarana bilən sabit və dəyişən kəmiyyət- 

ləri, real situasiya amillərini və qarşılıqlı əlaqələrini nəzərə  alan optimal, ta- 

razlaşdırılmış idarəetmə modelinin qurulmasına imkan verir.  Universal kul- 

turoloji  model  çərçivəsində  rəhbərə,  -  konkret  şəraitlərə  operativ  reaksiya 

verərək  və  mövcud  qeyri-müəyyənliklərin  xarakterini  öyrənərək,  dəyişən 

situasiyanın  tələblərinə  hansı  idarəetmə  strukturları  və  metodlarının  daha 

çox  cavab  verəcəyini,  hansı  idarəetmə  innovasiyalarının  təşkilatın  və  ya 

dövlətin effektivliyini və  rəqabət  qabiliyyətini  təmin edə biləcəyini perma- 

nent müəyyən etməyə imkan verən situativ təhlil xüsusi yer tutur.  Müvəffə- 

qiyyət,  situasiyanın obyektiv  şərhi, əsas daxili və xarici “situativ dəyişənlə- 

rin”,  qoyulmuş  məsələnin həlli  üçün vacib,  məntiqi  cəhətdən nöqsansız  və 

effektiv  (verilmiş  şəraitdə) olan tədqiqat metodlarının düzgün seçimi,  qəbul 

ediləcək  qərarların  ehtimal  edilən nəticələrini  qabaqcadan  görmək bacarığı 

ilə  müəyyən  edilir.  Daxili  dəyişənlərə  -  idarəetmə  sisteminin  məqsədləri, 

vəzifələri,  strukturu,  texnologiyaları,  əməkdaşları  aiddir.  Xarici  dəyişənlərə  - 

siyasi  proses,  iqtisadiyyatın  vəziyyəti,  elmi-texniki  tərəqqi,  sosial-mədəni 

dəyişikliklər,  qrup maraqlarının təsiri aiddir.

Müəllif tərəfindən  təklif edilən  kulturoloji  model,  idarəetmə  texnologi- 

yalarının təkmilləşdirilməsinin institusional və bihevioral konsepsiyalarının 

üstünlüklərini  özündə  birləşdirən,  Qərb  ölkələri  və  Rusiyanın dövlət idarə- 

çiliyinin  əsas  konsepsiyalarının  elmi  və  praktik  dəyərinin  qəbul  edilməsi, 

universal yanaşma yaradılması məqsədilə onların nailiyyətlərinin analizi və 

sintezi  əsasında  qurulmuşdur.  O,  insan  fəaliyyətinin  strateji  sahəsi  kimi, 

cəmdə  idarəetmə  prosesini  səciyyələndirən  amillərin  spektrlərinin  tədqiq 

edilməsi  imkanını  verir.  Model  bir  çox  sosioloq,  politoloq,  psixoloq,  iqti- 

sadçılar və əsərləri dövlət idarəçiliyi problemlərinə həsr edilmiş digər mütə- 

xəssislərin  elmi  nailiyyətlərini  özündə  birləşdirir.  Bu  sistemli  kulturoloji 

yanaşma,  effektiv  qərarlar  üçün  zəruri  olan  problemlərin  mahiyyətini  ob- 

yektiv aşkarlamağa, daha uğurlu metodları və konsepsiyaları birləşdirməyə, 

elmi  əsaslandırılmış  nəticələri  ifadə  etməyə  imkan  verir.  Tərəfimizdən  ilk 

dəfə irəli  sürülən, triada kimi yaradıcı prosesi,  onun nəticələri və texnologi- 

yalarını özündə birləşdirən mədəniyyətin elmi anlamı konsepsiyası -  mədə- 

niyyət fenomeninə yeni yanaşmadır.  O bütövlükdə mədəniyyəti yalnız təd- 

qiq  etmək  deyil,  həm  də  onun  ayrı-ayrı  sosial  institutlarını  təhlil  etmək və 

modelləşdirməyə  imkan  verən  məntiqi  metod  kimi  istifadə  oluna  bilər. 

“Kulturoloji  piramidanın” universal  metodları  ilə birləşmədə  mədəniyyətin 

elmi  anlamı  -  siyasətdə,  iqtisadiyyatda,  elm,  təhsil,  hüquq,  beynəlxalq əla- 

qələr və sosial-mədəni fəaliyyətin digər sahələrində, bu institutların effektiv 

idarə  edilməsi  üçün yeni  imkanlar  açaraq,  inkişafın  mahyyətinin,  xüsusiy-



Fuad Məmmədov

90



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə