Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə38/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   34   35   36   37   38   39   40   41   ...   327

İdarəetmə mədəniyyəti

XX əsrin birinci yarısında Qərbdə inzibati-dövlət idarəçiliyi prinsipləri- 



ni,  səciyyəvi  xüsusiyyətlərinin  müəyyən  olunmasını  və  ümumi  qanunauy- 

ğunluqlarını ifadə  edən idarəetmə nəzəriyyəsini  işləyib hazırlamış “Klassik 

məktəb”  (A.Fayol,  Leonard  D.Uayt,  L.Urvik,  D.Muni,  T.Vulsi  )  yarandı.

O.F.Teylor,  Q.Emerson və  Q.Ford tərəfindən hazırlanmış  elmi  menecment 

nəzəriyyəsinin  nailiyyətlərindən  müvəffəqiyyətlə  istifadə  edərək,  dövlət 

təşkilatlarının  səmərəli  idarəetmə  sisteminin  və  onların  strukturunun  elmi 

əsasını verən idarəetmə prinsiplərini yaratmışdır.  Xətti-funksional tipli inzi- 

bati-dövlət  idarəçiliyinin  nizamlanmış  iyerarxiya  modelinin  yaradılması 

“Klassik məktəbin” əməli nəticəsi  oldu.  Bu modelin əsasına:  “ənənəvi vər- 

dişlər əvəzinə  - elm”, “ziddiyyətlər əvəzinə - harmoniya”,  “fərdi iş  əvəzinə  - 

əməkdaşlıq”,  “hər bir  iş yerində  maksimal  məhsuldarlığın  təmin  edilməsi” 

postulatları  qoyulmuşdur.  Klassik  yanaşma  dövlət  idarəçiliyi  sisteminin   



mexanizmi, vəzifə funksiyaları və idarəetmə əlaqələri haqqında aydın təsəv- 

vür verirdi.  Klassik cərəyanın banilərindən biri  -  1926-cı ildə nəşr olunmuş 

ABŞ  administrasiyasının  fəaliyyət  təcrübəsinin  ümumiləşdirildiyi  “Dövlət 

idarəçiliyi  elminə  giriş”  adlı  fundamental  əsərin müəllifi,  amerikalı profes- 

sor L.D.Uayt hesab edilir.  Qoyulmuş məqsədlərə çatmaq üçün administrasi- 

ya orqanlarının fəaliyyətini  və inkişafını  optimallaşdırmaq imkanlarını  təh- 

lil  edərək,  Leonard  D.Uayt  dövlət  idarəçiliyinin  maksimal  effektivliyinin 

minimal məsrəflərlə təmin edilməsinin zəruriliyi haqqında müddəa irəli sür- 

dü.  Biznesdə  təşkilatçılıq  təcrübəsindən  çıxış  edərək,  o,  dövlət  idarəçiliyi 



mədəniyyətinin  əsas prinsipləri  qismində:  ixtisaslaşma,  sərəncamların  va- 

hidliyi,  qulluqçuların  sayının  ixtisara  salınması,  məsuliyyətin  ötürülməsi, 

korporativ mədəniyyətə əsaslanan personalın mərkəzləşdirilməsi və harmo- 

niyasını  irəli  sürdü.  Administrasiya  strukturunun  səmərəlilik  məsələlərini 

iyerarxiya  sistemi  kimi  nəzərdən  keçirərək,  alim  onun  başlıca  funksiyaları 

qismində planlaşdırmanı və təşkil etməni göstərdi.

Klassik  yanaşma  effektiv  təşkilatın  başlıca  amili  kimi,  insan  amilinin 

prioritetliyi ideyasını xüsusi olaraq qeyd edən neoklassik “insan münasibət- 

ləri məktəbi”nin  (M.Follet, A.Maslou,  E.Meylo, U.Merfi) yanaşması ilə ta- 

mamlanır.  İnsan  münasibətləri  nəzəriyyəsi  şəxsiyyətlərarası  münasibətlər 

mədəniyyətinin,  təşkilatdakı  mühitin  və  motivasiyanın  kollektivin  əmək 

məhsuldarlığına  təsirini  göstərdi.  Ümumiliyə  iddialı  klassik  yanaşmanın 

universallığını şübhə altına alaraq, o, diqqəti - münasibətlər mədəniyyətinin 

və  kollektivdəki  sosial  (lakin  iqtisadi  deyil)  tələbatların  çox  vaxt  əmək 

məhsuldarlığının  artmasına  təsir  edən  idarəetmənin  aparıcı  amilinə  çevril- 

məsinə  yönəltdi.  Bununla  əlaqədar  olaraq,  kollektivdə  psixoloji  mühitin 

yaxşılaşdırılmasının,  şəxsiyyətin  özünütəsdiqi  və  onun yaradıcı  potensialı-

81



nın reallaşdırılması üçün əlverişli  şəraitin yaradılmasının əhəmiyyəti  göstə- 

rildi (A.  Maslou).

XX əsrin 50-ci illərində inzibati dövlət idarəçiliyi nəzəriyyəsi neoklassik 

“insan münasibətləri məktəbi”nin yeni -  “davranış” (“bihevioral”), “sistem- 

li”  və  “situasiya” yanaşmaları  ilə  zənginləşdi.  Sosial  psixologiya və  sosio- 

logiyanın  nailiyyətlərinə  əsaslanan  “Davranış  yanaşması”  (Q.Saymon, 

D.Smitsberq,  V.Tompson,  D.İston  və  b.)  idarəetmə  strukturlarında  işləyən 

fərdlərin və  qrupların  davranışı  vasitəsilə  idarəetmə  prossesləri və  təzahür- 

lərinin  izahını  verdi.  Yanaşma,  insan  resurslarının  inkişafı  və  istifadəsinin 

səmərəliliyi  hesabına personalı  idarəetmə  effektinin  artmasını  təmin  edən 

metod  kimi  təklif  olunmuşdur.  Şəxsiyyətin  idarəetmə  imkanlarının  dərk 

edilməsi,  aşkar  olunması  və  səmərəli  istifadəsi  xüsusi  qeyd  edilmişdir.  Bu 

məqsədlə  sosial  münasibətlərin  xüsusiyyətləri,  hakimiyyət  mahiyyətinin 

problemləri,  əməkdaşların nüfuzu və motivasiyası tədqiq edilmişdir.  Sonra- 

lar  adı  “bihevioralizm”ə  (D.İston,  D.Mak-Qreqor,  F.Hersberq),  dəyişdiril- 

miş  “davranış  yanaşması”  idarəetmə  prosesində  insan  davranışını  anlama- 

nın  əsasını  təşkil  edən  idarəetmə  elmində  ümumi  dəyişənlərin  axtarışının 

zəruriliyinə  diqqət yetirdi.  Bu məqsədlə  idarəetmə proseslərinin tədqiqi  za- 

manı  D.İston tərəfindən  “qərar”,  “qərarların  qəbulu”,  “maraqlar  qrupu”  və 

s.  kimi  müəyyən  anlayışlar,  kateqoriyalar və  paradiqmalar  qismində  nəzər- 

dən  keçirilən  “təhlil  vahidləri”  işlənib  hazırlandı.  D.İston  bihevioral  meto- 

dologiyanın  8  prinsipini  ifadə  etdi.:  “qanunauyğunluqlar”,  “verifikasiya” 

(“həqiqətə uyğunluğun müəyyən edilməsi”), “metodika”, “kəmiyyət metod- 

ları”,  “dəyərlər”,  “sistemlilik”,  “təmiz  elm”,  “inteqrasiya”.  D.Mak-Qreqo- 

run  biheviorizm  çərçivəsində  hazırladığı  idarəetmənin  “statik”  və  “dina- 

m ik”  konsepsiyaları  idarəetmə  prosesinin  effektivliyində  məcburiyyətin, 

nəzarətin  və  marağın  rolunu  nəzərdən  keçirir.  F.Hersberqin  “motivasiyalı 



gigiyena”konsepsiyası əməkdaşların baza tələblərinə əsaslanan düzgün mo- 

tivasiyasının idarəetmə  effektivliyinin yüksəlməsinə yardım etməsi haqqın- 

dakı  tezisi  əsaslandırdı.  O,  əmək  uğurlarının,  xidmətlərin təsdiqi,  məsuliy- 

yət səviyyəsi, xidməti və peşəkar yüksəlişin insanların davranış motivasiya- 

sına və təşkilatda əlverişli psixoloji mühitin formalaşmasına təsirini göstər- 

di.  Bununla  bərabər  alim  tərəfindən  əməklə  təmin  olunmaya yardım  edən 



8 motivasiya ifadə edildi:  işin  saxlanması  təminatı,  sosial status,  təşkilatda 

əmək siyasəti,  əmək şəraiti,  səmimi  rəis  münasibəti,  şəxsi  meyllər,  şəxsiy- 

yətlərarası münasibətlər,  əmək haqqı.

Özünə  müxtəlif elmi  məktəblərin  metodları  və  nailiyyətlərini,  o  cümlə- 

dən,  sistemlər nəzəriyyələrini  inteqrasiya  etmiş  “sistemli yanaşma”  (D.  İs- 

ton,  Q.Almond,  T.Parsons),  dövlətin inkişafının strateji idarə edilməsi üçün 

böyük  imkanlar  açmışdır.  Sistemli  yanaşma,  son  nəticələrin  səmərəliliyi

Fuad Məmmədov

82



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə