Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə34/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   30   31   32   33   34   35   36   37   ...   327

İdarəetmə mədəniyyəti

əyyən  imtiyazlarına bəraət  -  sosial  mənşə,  irq,  etnik mənsubiyyət,  dini  eti- 

qad və ya doğulduğu yer deyil, qabiliyyətləri, bilikləri və bacarığı, şəxsi na- 

iliyyətləri,  sosial tərəqqiyə hər kəsin töhfəsi ilə  şərtlənən cəmiyyət qarşısın- 

dakı  xidmətləri  olmalıdir.  Meritokratik  model  ona  əsaslanır  ki,  vəzifə  nə 

qədər yüksək olarsa,  onu bir o  qədər universal kulturoloji və xüsusi biliklə- 

rə  malik  daha  ağıllı,  qabiliyyətli  və  təhsilli  insanlar  tutmalıdırlar.  Hərçənd 

ki,  belə  insanların  keyfiyyət  ölçülərinin  obyektiv  qiymətləndirilməsinin 

problematikliyi  səbəbindən praktikada bu  ideal  prinsip  çətin  həyata keçən- 

dir,  onu  milli  mənafeyə  cavab  verən  effektiv  idarəetməyə  çatma  maraqla- 

rında istifadə etmək vacibdir.

“Elitarizmi” siyasi demokratiya və  sosial ədalət ideyası ilə birləşdirərək, 

Mitçel Yanq, Daniyel Bel, Con Adair və bir çox başqa müəlliflər deyirlər ki, 

“biliklər cəmiyyəti” şəraitində hakimiyyət yeganə  effektiv,  rəqabət qabiliy- 

yətli  siyasi,  sosial,  iqtisadi  idarəetməyə  malik  intellektual  elitaya  məxsus 

olmalıdır.  D.  Bellanın elita tipologiyasına uyğun olaraq,  onlar güman  edir- 

lər ki, aristokrat “qan elitası” və kapitalist “zənginlik elitası” tiplərini ardıcıl 

olaraq aradan qaldıran dünya sivilizasiyası inamla,  arxasında gələcəyin dur- 

duğu, tarixən qaçılmaz “biliklər elitası”na doğru gedir.

Bununla belə,  sivilizasiyalı  cəmiyyət,  insanların  layiqli  həyatı  üçün  zə- 

ruri olan sosial ədalət,  hüquq və humanizm,  sosial rifah kimi ruhi mədəniy- 

yətin  siyasi  prioritetlərindən  kənarda  qurula  bilməz.  Daniya  alimlərinin 



xoşbəxtlik  amillərinin  təhlilinə  həsr  olunmuş  tədqiqatları  maraqlıdır.  Belə 

ki, Daniya Mədəniyyət İnstitutunun direktoru Rikke Helis daniyalıların əsas 

xoşbəxtlik  amilləri kimi:  abad həyatın sabitliyini,  əhalinin  daha yüksək so- 

sial bərabərliyini,  xoşbəxtliyin səviyyəsini azaldan həsəd hissinin,  korrupsi- 

yanın  olmamasını,  yoxsulların  minimal səviyyəsini,  vətəndaşların  azadlığı- 

nı  və  hüquqi  mühafizəsini,  ictimai  təşkilatların fəaliyyətində  vətəndaşların 

iştirakını və başqalarını göstərirlər.  O da əhəmiyyətlidir ki, Daniya, Norveç, 

Kanada  və  bir  çox  digər  demokratik  ölkələrdə  varlılar  əsas  əhali  kütləsin- 

dən  davranış  nəzakəti  və  sosial  etika  ilə  fərqlənməklə  seçilmirlər,  burada 

böyük  xidmət  cəmiyyətin  ruhi  mədəniyyətinə,  o  cümlədən,  yüksək  dövlət 

idarəçiliyi mədəniyyətinə məxsusdur.

Müəllif tərəfindən dünyanın bir sıra aparıcı  demokratik ölkələrinin inzi- 

bati-dövlət,  iqtisadi  və  sosial  idarəetmə  təcrübəsi  və  ən  effektiv  modelləri 

öyrənilmişdir.  Belə maraq onunla şərtlənir ki, demokratik ölkələrdə idarəet- 

mə  tarixi və nəzəriyyəsi  sahəsində vətəndaşların kulturoloji  biliklərinin ge- 

nişləndirilməsi  və  dərinləşdirilməsi  demokratik  cəmiyyət və  hüquqi  dövlət 

quran ölkələrdə  idarəetmə mədəniyyətinin təkmilləşdirilməsinə kömək edə- 

cəkdir.  Qərb  ölkələrinin  təcrübəsi  inkişaf etməkdə  olan  ölkələrdə  inzibati 

dövlət fəaliyyəti, hazırlığı, harmonik inkişaf və müxtəlif səviyyəli  şəxsiyyət

73



və  liderlərin  təkmilləşdirilməsi  üçün  elmi  və  praktik  əhəmiyyətə  malikdir. 

O, müasir dünyanın mürəkkəb dialektik prosesləri ilə  şərtlənən, dünya sivi- 

lizasiyasının yeni  çağırışları  şəraitində  cəmiyyətin həyat fəaliyyəti  inkişafı- 

nın yüksək effektli və rəqabət qabiliyyətli idarəçiliyi üçün, daha yaxşı gələ- 

cəyin yaradılması və qurulması üçün qiymətli mənbədir.  Tələbələr və dinlə- 

yicilər tərəfindən  universal  kulturoloji  və  xüsusi  biliklərə  əsaslanan  demo- 

kratik idarəetmə mədəniyyətinin öyrənilməsi və mənimsənilməsi geniş pro- 

filli peşəkar  idarəçilərin formalaşdırılması  -  demokratik  sistem  şəraitində 

öz yüksək effektivliyini sübut edən  “ceneralistlərin” və  “ceneralist” idarə- 



etmə üslubunun inkişafı üçün mühüm əhəmiyyət daşıyır.  Yeni kulturoloji 

idarəetmə texnologiyalarının hazırlanması və tətbiq edilməsi müxtəlif ölkə- 

lərdə kulturologiyanın  inkişafının hüquqi  təminatını,  universal elmi əsas ki- 

mi idarəçi kadrların hazırlanmasını,  dövlət siyasəti və dövlət idarəçiliyi  sis- 

teminin inkişafını, həmçinin insanların həyat fəaliyyətinin təkmilləşdirilmə- 

si  üçün  kulturologiyanın  institutlaşdırılması  haqqında  müvafiq  qanunların 

qəbul edilməsini tələb edir.

Milli  səviyyədə dövlət idarəçiliyi mədəniyyəti beynəlxalq və qlobal ida- 



rəetmə  mədəniyyəti  ilə  sıx  bağlıdır.  Amerika  ekspertlərinin  proqnozlarına 

görə, 2015-ci il üçün dünyanın inkişafını təyin edən əsas hərəkətverici  qüv- 

vələr və tendensiyalar sırasında:  demoqrafik vəziyyət, təbii ehtiyatlar və ət- 

raf mühit,  elm və texnika,  qlobal  iqtisadiyyat və  qloballaşma,  milli və bey- 

nəlxalq  idarəetmə,  gələcəyin  münaqişəsi  və  ABŞ-ın  rolunun  adları  çəkil- 

mişdir.  Bu  tendensiyalara  əsas  təsir  amilləri:  maliyyə  qeyri  -  stabilliyi, 

enerji ehtiyatlarının davamlı olaraq azalması ilə müşayiət olunan  artan iqti- 

sadi  təbəqələşmə  və  uzanan  iqtisadi  böhrandır.  Bəşəriyyətin  qlobal  prob- 

lemlərinin  həllolma  dərəcəsinin  qlobal  səviyyədə  idarəetmə  effektivliyin- 

dən asılı olduğunu anlamaq çətin deyil.

Qlobal idarəetmə beynəlxalq hüquq və bərabərhüquqlu əməkdaşlıq prin- 

sipləri üzərində qurulur.  Qlobal idarəetmə mədəniyyəti bərabərlik prinsiplə- 

ri əsasında müxtəlif xalqların və dini etiqad nümayəndələrinin etimad və ra- 

zılığını,  əməkdaşlıq və insan həmrəyliyini, dünya sivilizasiyasının tarixi  in- 

kişaf proseslərinin  sistemli  kulturoloji  təhlilinə  əsaslanan  elmi  biliklər  və 

zəngin idarəetmə təcrübəsinə  istinadı nəzərdə tutur.  Dövlət idarəçiliyindəki 

permanent  islahatlar  dünya  məkanında  baş  verən  elmi,  texnoloji,  iqtisadi, 

ekoloji dəyişiklikləri mütləq nəzərə almalıdır.

Altruist  sivilizasiya  yaradılmasının  daha  yaxşı  yollarının  axtarışı  ilə, 

kulturoloq,  tarixçi,  filoloq,  sosioloq,  politoloq,  psixoloq  və  digər  alim  bir- 

likləri  ilə  yanaşı,  öz  fəaliyyətini  “vahid  ailə  fəlsəfəsi”,  “birlik  fəlsəfəsi”, 

“dünya mədəniyyəti” və  digər mənəvi-fəlsəfi konsepsiyalar üzərində  quran 

BMT,  YUNESKO,  Roma  klubu,  Budapeşt  klubu,  Ümumdünya  Müdriklik

Fuad Məmmədov

74



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə