Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə32/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   28   29   30   31   32   33   34   35   ...   327

İdarəetmə mədəniyyəti

yətinin və  onların əməyinin  qiymətləndirilməsinə  subyektiv yanaşma kimi, 

elmi  nailiyyətlərin  aktuallığının  itkisinə  aparıb  çıxarır.  Bu  isə  hakimiyyətə 

inamın itməsi,  cəmiyyətdə  milli  və  sosial  həmrəyliyin dağılması  ilə  nəticə- 

lənə  bilən  vaxtın,  insan  əməyinin,  ölkənin  maddi  və  maliyyə  vəsaitlərinin 

itkisi deməkdir.  Çətin ki, belə  "məsrəflər"  səmərəli dövlət idarəçiliyinin təs- 

diqi olsun.  Onlar cəmiyyətin sosial-mədəni tərəqqisinin ümumi templərində, 

son nəticədə isə  - dövlətin rifahında, rəqabət qabiliyyətində və təhlükəsizli- 

yində özünü göstərir.

Məlumdur  ki,  yaranmış  obyektiv  və  subyektiv  sosial  ziddiyyətləri,  cə- 

miyyətin ağıl, elm və yüksək idarəetmə mədəniyyəti əsasında həll etmək iq- 

tidarsızlığı,  çox zaman milli  mədəniyyətin tənəzzülünə  səbəb  olan mövhu- 

mat,  xurafat,  dini  fanatizm  və  aqnostisizmin yayılması  üçün  şərait yaradır. 

Bu daxili çağırışlarla bacarmaq iqtidarında olmayan ölkələr, dünya siviliza- 

siyası mütərəqqi inkişaf qanunlarının doğurduğu proseslərlə şərtlənən xarici 

çağırışlar  qarşısında  gerilik  və  köməksizlik  vəziyyətində  qalmaq təhlükəsi 

altındadırlar.  Bu  eyni  zamanda dövlət idarəçiliyi  mədəniyyətinə yüksək tə- 

ləblərlə şərtlənir.

Müasir bürokrata siyasətdəki dəyişiklikləri izləmək, vətəndaş cəmiyyəti- 

nə,  cəmiyyətin  əhval-ruhiyyəsinə  qulaq  asmaq  və  parlamentdəki  rəylərlə 

hesablaşmaq məcburiyyətində  olduğu mürəkkəb  demokratiya  şəraitində  iş- 

ləmək lazım gəlir.  Bütün səviyyələrdə müasir liderlərin idarəetmə mədəniy- 



yəti  -  dünya  mədəniyyəti  və  sivilizasiyasının  inkişafı,  demokratik  ictimai- 

siyasi  sistemin təkmilləşdirilməsi,  demokratik ölkə vətəndaşlarının rifahına 

və həyat keyfiyyətinin davamlı inkişafına yönəldilməsi  ilə bağlı dəyişiklik- 

lərə həssas yanaşmalıdır.  Bununla əlaqədar olaraq, BMT-nin inzibati-dövlət 

fəaliyyəti  üzrə  ekspertləri  idarəetməyə,  -  mahiyyəti  “dövlət proqramları  və 

layihələri  üzrə,  həmçinin  onların həyata keçirilməsi  üzrə  məqsədlərin  inki- 

şafı,  planların  işlənıb  hazırlanması  və  qərarların  qəbulunun müəyyən  olun- 

masında  ictimaiyyətin  daha  geniş  iştirakı”  ilə  şərtlənən  yanaşma  uğrunda 

çıxış  edirlər.  XX  əsrin  axırlarında  BMT-nin  ekspertləri  tərəfindən,  demo- 

kratik idarəetmə mədəniyyəti səviyyəsinə birbaşa aidiyyəti olan, dövlət ida- 

rəçilik nəzəriyyəsi  sahəsində  tədqiqatların inkişafını  ləngidən  amillər  aşkar 

edilmişdir.  Bu amillər bu gün də öz əhəmiyyətini itirməyib.  Aşagıda göstə- 

rilənlər onların sırasındadır :

  Peşəkar  dövlət  qulluqçularının  müasir  elmin  nailiyyətlərinə  ma- 

rağının  azlığı  və  elmi  metodların  dövlət idarəçiliyi  praktikasına tətbiqi 

məsələlərinə diqqətin qeyri-qənaətbəxş olması.

  Qərarların qəbulu prosesinin elmi təhlildən ayrı düşməsi.

  Aparılan  tədqiqatların  dövlət  idarəçiliyinin  praktik  məsələlərin- 

dən və hökumətin ən vacib tələblərindən ayrı düşməsi.

69



  Aktual idarəetmə problemlərinin elmi-tədqiqat məsələlərinə  inzi- 

bati-dövlət müəssisələrinin qeyri-qənaətbəxş diqqəti.



  Nəzəri tədqiqatların yerli şəraitdən ayrı düşməsi.

  Məxfiliyə  aludəçilik və tədqiqatların aparılması üçün sərbəst mə- 

lumat vermə məhdudiyyəti.

Dövlətin,  sosial  və  iqtisadi  inkişafın  bu  və  bir  çox  digər  mürəkkəb 

problemlərinin  uğurlu  həlli,  kulturologiya  və  demokratik  idarəetmə  mədə- 



niyyətinin  tələbələr və bütün səviyyələrdə məmurlar tərəfindən dərindən öy- 

rənilməsinin  müasir demokratik  dövlətlər üçün həyati  vacibliyini  şərtləndi- 

rir.  Liderlərin,  effektiv  idarəetmənin  nəzəriyyə  və  praktikasını,  dünya mə- 

dəniyyəti və  sivilizasiyasının tarixi inkişaf təcrübəsini  ciddi olaraq bilməsi- 

ni nəzərdə tutan demokratik idarəetmə mədəniyyətinə interaktiv öyrədilməsi, 

onlar tərəfindən  sistemli  kulturoloji  təfəkkürün mənimsənilməsi  müasir ef- 

fektiv  idarəetmənin mühüm şərtidir.  Alimlər zənn edirlər ki,  insanı demok- 

ratik idarəçilik mədəniyyətinə,  lider üçün  zəruri  olan vərdişlərə yiyələndir- 

mədən,  rəhbər vəzifəyə  qoymaq  sosial  baxımdan  ədalətsiz  və  mənəviyyat- 

sız  addımdır.  Təlim  kurslarını  fəaliyyət  sahəsinin  xarakter  və  tələblərinə 

uyğunlaşdıraraq,  ali rəhbər  işçilər  də  daxil  olmaqla,  bütün  səviyyələrdə  li- 

derlərin hazırlanmasının həyata keçirilməsi zəruridir.  Bu zaman yalnız indi- 

ki  deyil,  qarşısını  almaq  lazım  olacaq  dəyişikliklər  və  çağırışları  proqnoz- 

laşdıraraq, perspektiv tələbləri də nəzərə almaq vacibdir.

Dünya  sivilizasiyasının  tarixi  göstərir  ki,  maddi  rifah  istehsalçılarının, 

iqtisadiyyatın səmərəli  inkişafı və  sosial tərəqqi keyfiyyətinin başlıca mən- 

bəyi  təbii  ehtiyatlarda yox,  insanın əqli  inkişafındadır.  Bu,  iqtisadiyyatı  in- 

san kapitalının  özəyi  olan  intellektual  mədəniyyətə  əsaslanmış  Böyük  Bri- 

taniya,  Yaponiya  kimi  ada  dövlətlərinin  inkişaf təcrübəsi,  həmçinin  ABŞ, 

Almaniya, İsrail, Honkonq,  Sinqapur və bir sıra digər ölkələrin təcrübəsi ilə 

təsdiqlənir.  Dövlət idarəçiliyi  sahəsində  də,  inkişafın başlıca mənbəyi  kimi 

intellektual  mədəniyyətin  əhəmiyyətini  həddindən  artiq  qiymətləndirmək 

çətindir.  İnkişaf edən ölkələrdə dövlət quruculuğu və müasir idarəetmə mə- 

dəniyyəti  mərhələsinin  əsas  xüsusiyyəti  onun  effektivliyi  üçün  vəziyyət,  və- 



zifə  hakimliyi  deyil,  insanın  irsi  mədəni  keyfiyyətləri  və  intellektual  mədə- 

niyyəti,  elmi  əsaslandırılmış  biliklərinin  üstünlüyü  ilə şərtlənən yüksək şəx- 

siyyət  mədəniyyəti hakimliyidir.

Müasir  dünyada  elmi  biliklərin  inkişafı  dövlət  idarəçiliyi  mədəniyyəti 

qarşısında yüksək  tələblər  qoyur.  Özündə  bəşəriyyətin  inkişaf təcrübəsini, 

təbiətin  dərk  edilməsini,  yeni  kəşfləri,  dünya  mədəniyyəti  və  sivilizasiya- 

sındakı dialektik dəyişiklikləri əks etdirən əsas uğurlu idarəçilik şərti -  uni- 

versal kulturoloji biliklərin mənimsənilməsidir.  Bunlara - tarix və fəlsəfəni, 

təbiyyat və  texniki  elmləri,  innovativ  texnologiyaları,  siyasət  və  iqtisadiy-

Fuad Məmmədov

70



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə