Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə33/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   29   30   31   32   33   34   35   36   ...   327

İdarəetmə mədəniyyəti

yatı,  hüquq və  etikanı,  psixologiya və  sosiologiyanı,  pedaqoqika və təhsili, 

diplomatiya  və  dinşünaslğı,  incəsənət  və  mədəni  irsi,  tibb  və  ekologiyanı, 

turizm  və  KİV-ni,  məişət və  sosial mədəniyyəti,  parlamentarizm  mədəniy- 

yətini,  milli  və  beynəlxalq  idarəetməni,  əhalinin  və  bəşəriyyətin  qlobal 

problemləri sahəsindəki nailiyyətləri aid etmək lazımdır.  Bu biliklər mürək- 

kəb problem və situasiyaları düzgün anlamağa və  qiymətləndirməyə, lazımi 

metod və texnologiyaların seçilməsinə,  effektiv  qərarların qəbul edilməsinə 

imkan  verir.  Vətənin  və  dünya  mədəniyyəti  nailiyyətlərinin  mahiyyətini, 

xüsusiyyətlərini,  tarixini  bilmək,  ictimai  inkişafın  tələbatını,  qanun və  tex- 

nologiyalarını  düzgün  anlamaq,  faktların,  hadisələrin və  insanların  düzgün 

qiymətləndirilmə bacarığı yalnız  siyasətçi  və  idarəçilər üçün  deyil,  həm  də 

hər  bir  mədəni  insan  üçün  norma  olmalıdır.  Bu,  idarəetmə  obyektləri  və 

subyektləri  arasında daha yaxşı  qarşılıqlı  anlaşmaya,  onların münasibətləri- 

nin  harmonizasiyasına  yardım  edəcəkdir.  Universal  kulturoloji  biliklərin 

nüfuzunun  artması  onunla  şərtlənir  ki,  idarəetməyə  kulturoloji  yanaşma  - 

bir  çox  idarəetmə  nəzəriyyələrini,  qoyulmuş  məsələləri  daha yaxşı  həll  et- 

məyə kömək edən dinamik universal konsepsiyada sintezləşdirməyə  imkan 

verir.  O, milli maraqların və Vətənə xidmətin prioritet prinsiplərinin dəyiş- 

məzliyi ilə yanaşı,  zamanın tələblərindən və ölkənin real inkişaf şəraitindən 

asılı  olaraq,  siyasəti  və  idarəetmə  texnologiyalarını  konkretləşdirməyə  və 

korrektə  etməyə  kömək  edir.  Sistemli  kulturoloji  yanaşma  -  mədəniyyətlə- 

rin  harmonizasiyası  və  maraqların  razılaşdırılmasına  əsaslanan  beynəlxalq 

səviyyəli qərarlar üçün də o qədər effektivdir.

İdarəetmə  mədəniyyətinin fundamental  əsasını  idarəçilik elmi,  xüsusən, 

dövlət idarəçiliyi  nəzəriyyəsi  təşkil  edir.  Bütün  səviyyələrdə  liderlərin  ida- 

rəetmə  mədəniyyətinə  başlıca tələb  ondan  ibarətdir ki,  rəhbər  zəruri  kultu- 

roloji və  xüsusi  biliklərə  və  səmərəli  idarəetmə  qabiliyyətinə  malik  olmalı, 

həmçinin  düzgün insan olmalıdır ki, bu çox vacibdir.  Müasir elmin imkan- 

larını və nailiyyətlərini lazımınca qiymətləndirməyən səmərəsiz dövlət ida- 

rəçiliyi bağışlanmaz vaxt itkisinə,  özünü doğrultmayan, bəzən isə  əvəzedil- 

məz insan, maliyyə və xammal ehtiyatlarının israfına aparır.  Səmərəsiz ida- 

rəçiliyin,  idarə edənlərə və hakim  elitaya münasıbətdə  inqilablarla və  zora- 

kılıqlarla ifadə  olunan xalq narazılığını  stimullaşdırdığı  zamanlara aid tarix 

bizə  çoxlu nümunələr verir.  Pozitiv  idarəetmə modellərinin başa düşülməsi 

kimi, bu səhvlərdən nəticə çıxarılması da siyasətçilərin, məmurların və xal- 

qın ümumi  maraqlarına  cavab  verən  davamlı  inkişaf,  tərəqqi  və  firavanlığı 

təmin  edən  idarəetmə  mədəniyyətinin məntiqi  və  psixoloji  mexanizmlərini 

daha yaxşı  anlamağa  imkan  verir.  Hər  bir  dövlət başçısı,  siyasətçi  və  mə- 

mur,  rəhbər və  lider  harmonik  və  təhlükəsiz  ictimai  münasibətləri,  cəmiy- 

yətin sosial tərəqqisini, məhsuldar beynəlxalq fəaliyyəti təmin edən ən opti-

71



mal  idarəetmə  mədəniyyətini  seçmədə  maraqlıdır.  Bu  baxımdan,  qədim 

dövrlərdən  bizim  günlərədək  müxtəlif  ölkələrin  idarəetmə  tarixini,  onun 

əsas  nailiyyətlərini,  qanunauyğunluqları  və  xüsusiyyətlərini  bilmək,  üstün- 

lüklərini  və  nöqsanlarını  qiymətləndirmək  -  bütün  dünyada  idarəetmə  mə- 



dəniyyətinin  inkişafına,  məqsədlərin və prioritetlərin,  strategiya və texnolo- 

giyaların,  insan  münasibətləri  mədəniyyətinin,  zamanın  tələblərinə  və  cə- 

miyyətin gözləmələrinə  cavab verən idarəçilik üslubunun təkmilləşdirilmə- 

sinə kömək edəcək.

Aydın  olur  ki,  orta  əsrlər  üçün  xarakterik  olan  “maariflənmiş  imtiyazlı 

elita və cahil xalq” siyasi modeli effektiv dövlət idarəçiliyini və demokratik 

cəmiyyətin  sabit  inkişafını,  ləyaqətli  həyat  tərzini,  sülhü  və  vətəndaşların 

sosial təhlükəsizliyini təmin edə bilməz.  Müasir demokratik dövlətin mütə- 

rəqqi rəqabət qabiliyyətli inkişafını təmin etmək üçün dünya elmi və texno- 

logiyasının ən yeni nailiyyətlərinə əsaslanan keyfiyyətli  təhsil,  habelə müəs- 

sisə  və  təşkilat  kollektivlərinin,  ölkə  əhalisinin  müxtəlif kateqoriyalarının 

permanent  kulturoloji  maarifləndirilməsi  zəruridir.  Elmi  biliklər  üzərində 

qurulmuş  təhsil  və  maarif humanist  tərbiyə  ilə  vəhdətdə  insanın  inkişafı, 

daha yeni-yeni həyat mənbələrinin  axtarılması və tapılması,  insanların rifa- 

hının yüksəldilməsi üçün geniş imkanlar açır.  Bu baxımdan, daxili və xarici 

dəyişikliklər və çağırışlar şəraitində  lokal,  regional,  dövlət və  qlobal  səviy- 

yədə  effektiv  idarəetmə  üçün  universal kulturoloji  və xüsusi  elmi  biliklərə 



və  innovativ idarəetmə  texnologiyalarına  malik olan  şəxsiyyət və  liderlərin 

yaxşı  təhsili  və  yenidən  hazırlığı  böyük  əhəmiyyət  daşıyır.  Kulturologiya 

elminin  nailiyyətlərinə  əsaslanan  kulturoloji  təhsil  bu  gün  şəxsiyyətin  və 

cəmiyyətin intellektual,  etik və idarəetmə mədəniyyətinin  inkişaf etdirilmə- 

sinin ən effektiv metodudur.

XX  əsrin  ikinci  yarısında,  ingilis  sosioloqu  Mitçel  Yanqın  nəzəriyyəsi 

və  Harvard  universitetinin  professoru  Daniel  Bellanın  “postsənaye  cəmiy- 

yəti”  konsepsiyası  əsasında,  dövlət  idarəçiliyində  (praktikada  çətin  həyata 

keçirilən)  meritokratik  (meritokratiya  -   istedadlıların  hakimiyyəti) prinsip 

ifadə edildi. Meritokratiya - hakimiyyətin daha istedadlı, zəkalı insanlar, ix- 

tisaslı  mütəxəssislər tərəfindən həyata keçirilməsini  nəzərdə  tutur ki,  onla- 

rın  qabiliyyət və  nailiyyətlərinin  düzgün  qiymətləndirilməsi  və  istifadəsin- 

dən ictimai inkişaf müvəffəqiyyətləri daha çox asılıdır.  Bu zaman hakimiy- 

yət  iyerarxiyası  şəxsiyyət  və  liderlərin  keyfiyyətləri  ilə  düz  mütənasib  ol- 

malıdır.  Şəxsiyyətin,  onun  həm  intellekti,  həm  də  özünüreallaşdırma  qabi- 

liyyəti  ilə  şərtlənən xidmətlərinin  qiymətləndirilməsi üçün M.Yanq tərəfin- 

dən xidmətlərin insan intellekti və nailiyyətlərinin cəminə uyğun olan “xid- 

mətlərformulu” təklif edilmişdir.  Meritokratiya prinsiplərinə uyğun olaraq, 

insanların  sosial bərabərsizliyinə,  fərqli  sosial statusuna və  şəxsiyyətin mü-



Fuad Məmmədov

72



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə