Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə30/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   26   27   28   29   30   31   32   33   ...   327

İdarəetmə mədəniyyəti

açıq  çıxış  və  fərdi  söhbətlər,  koordinasiyanı,  effektiv  monitorinqi  həyata 

keçirmək və  şəxsi  fəaliyyətin proqnozlaşdırılması  bacarığına malik  olmaq- 

dır.  Nəhayət,  bu  -  özünütəkmilləşdirmə  qabiliyyəti,  meydana  çıxan  prob- 

lemlərin həllinə yeni yanaşmaların aşkar edilməsi, innovativ fəaliyyəti inki- 

şaf etdirmək  bacarığı  və  onun praktik  reallaşdırılmasına yardım  etmək  ba- 

carığıdır.  O, xüsusi  nəzəri  biliklər və  praktik vərdişlər,  təcrübə,  dürüst mə- 

lumat,  faktların düzgün təhlilində  intuisiyanın olmasını nəzərdə  tutur.  Rəh- 

bərin idarəetmə mədəniyyətinin parametrləri -  iradə və qətiyyət, məsuliyyət 

və  zamanı  duymaq,  insanlarla yaxşı  münasibətlər  qurmaq və  onların  məh- 

suldar işini  əsaslandırmaq bacarığıdır.  Cəmdə bu  amillər effektiv idarəetmə 

üçün  üstün  əhəmiyyətə malikdir və düzgün siyasi, sosial və iqtisadi  qərarla- 

rın  qəbul edilməsini təmin edir. İdarəetmə mədəniyyəti rəhbərə  konkret və- 

ziyyətlərdə  düzgün  istiqamətlənməyə,  cəmiyyətin  inkişaf  perspektivlərini 

görməyə,  dövlətin inkişafının və rəqabət qabiliyyətinin yüksək dinamikası- 

nı  təmin  edən  kulturoloji  innovasiyaları  müdafiə  və  inkişaf etdirməyə  kö- 

mək  edir.  Rəhbərin  idarəetmə  mədəniyyəti  mütərəqqi  sosial-mədəni  dəyi- 

şikliklərin  keçirilməsi  və  böhranların  aradan  qaldırılması,  inkişafın  bütün 

səviyyələrində harmoniyaya nail olmaq üçün elmi əsaslı təhlili yerinə yetir- 

məyə imkan verir.

Dünya  sivilizasiyası  təcrübəsi  göstərdi  ki,  bu  gün  ölkənin  sabit  inkişafı 

üçün  yüksək  inkişaf etmiş  elm  və  müasir  istehsal  texnologiyalarının,  ixti- 

saslı  alim  və  mütəxəssislərin  olması  kifayət  deyil.  Milli  inkişafın  uğuru  -  

ideoloqların,  siyasətçi  və  idarəçilərin  mədəniyyətindən  həlledici  dərəcədə 

asılıdır.  Nailiyətlərə  qiyməti  ideoloqlar  və  siyasətçilər  verirlər.  Hadisələr, 

insanlar,  tarix,  kəşflər,  ixtiralar  və  ya  qəhrəmanlıqlar  haqqında  xalqın  ob- 

yektiv və ya  subyektiv,  həqiqi və ya yalan təsəvvürləri  məhz  onların  inter- 

pretasiyasından asılıdır. Alimlərin və mütəxəssislərin fəaliyyətinin kim  tərə- 



findən  və  necə  idarə  edilməsindən,  onların  intellektual  potensialının  və 

əməyinin milli  inkişaf maraqlarında nə  dərəcədə  düzgün  qiymətləndirilmə- 

sindən və səmərəli istifadəsindən çox şey asılıdır.  Ölkənin sabit inkişafında, 

milli  maraqların  və  artan  milli  tərəqqinin  qorunmasında  dövlət  idarəetmə 



mədəniyyətinin  böyük  rolu  aydın  olur.  Qeyri-effektiv  idarəetmə  iqtisadiy- 

yatda,  siyasətdə  və  ictimai  psixologiyada böyük  itkilərə  doğru  aparır.  Təc- 

rübə  göstərir ki,  insan  kapitalına,  ilk  növbədə,  insanların  həyat keyfiyyəti- 

nin yüksəldilməsini  təmin  edən  elm,  təhsil,  səhiyyə  kimi  sahələrə  qoyulan 

investisiyalar daha effektiv hesab edilir.

İdarəetmə prosesinin  effektivliyi  gerçəkliyin  dərkinə  və  proqressiv  dəyi- 

şikliyə,  sosial  tələbatlar  və  maraqların  təmin  edilməsinə  yönəldilmiş,  idarə 

olunan  obyektlərin  (ayrı-ayrı  insanların,  kollektivlərin,  müəssisələrin  və  s.) 

yaradıcı fəaliyyəti sayəsində əldə olunan konkret nəticələrə görə qiymətləndi-

65



rilir.  “Nə ”etmək və  “necə ” etmək lazım olduğunun aydın dərk edilməsi ida- 

rəetmə  mədəniyyətinin vacib  şərtidir,  çünki  düzgün  qərarları  vaxtında  qəbul 

etmək qabiliyyəti və lazımi istiqamətə yönəltmək bacarığı bunu dərk etmək- 

dən  çox  asılıdır.  Mühüm məsələlərdən  biri də  qərarların  qəbulu  və  icrası



proseslərinin  yaxşılaşdırılması,  həmçinin  inkişaf üçün  yeni  imkanların for- 

malaşdırılması məqsədi ilə  idarəetmə texnologiyalarının daim təkmilləşdiril- 

məsidir.  Vətəndaşların yaradıcı fəaliyyətinin,  onların  nailiyyətlərinin  və  Və- 



tən  qarşısındakı  xidmətlərinin  vaxtında  və  ədalətlə  qiymətləndirilməsinin 

prinsipləri və meyarlarının düzgün seçilməsi və praktik olaraq həyata keçiril- 

məsi dövlət idarəçiliyinin effektivliyi üçün mühüm əhəmiyyət kəsb edir.

Sokrat  deyirdi:  “Əgər  mən  fleytanı  təmir  etdirmək  istəyirəmsə,  fleyta 

ustasının yanına  gedirəm,  əgər  gəmini  təmir  etmək  istəyirəmsə,  gəmiqayı- 

ranın yanına  gedirəm,  dövlətin  düzəldilməsi üçün  isə  hər kəs yararlı  hesab 

edilir”.  Bu  sitatı  hələ  XIX  əsrdə  professor  Rudolf fon  Skala  Yunanıstanın 

inkişaf tarixinin tənqidi  təhlili  zamanı  gətirmişdir.  Ölkəni  necə  xilas  etmə- 

yin  mümkün  olması  üzərində  düşünərək,  bəşər mədəniyyətinin  inkişafında 

unudulmaz xidmətləri  olan alim,  Yunanıstanı o  dövrdə  düşdüyü böhrandan 

xilas  etmək  üçün  praktik  tövsiyələr tərtib  etmişdir.  Onların  sırasında  “fəa- 

liyyət  vərdişlərinin”,  orta  Avropa  işi  təliminin”,  “əkinçiliyə  və  becərilmiş 

torpaqların  genişləndirilməsinə  “öyrədilmənin”  və  s.  vacibliyi  qeyd  edil- 

mişdir.  Bu  zaman  o,  əsas  vəzifə  kimi  aşağıdakıların  zəruriliyini  göstərir: 

“siyasət və jurnalistikada mühüm rol oynayan kəmsavad insanların həqiqə- 

tən təhsilli  olanlar tərəfindən  sıxışdırılması”,  “lovğalığın kökünün kəsilmə- 

si”, “bürokratiya və hərbdə möhkəm nizam-intizamın yaradılması” və  s. Al- 

man professorunun tənqidi  təhlilinin məntiqi  diqqətəlayiqdir,  belə  ki,  ayrı- 

ayrı  ölkələrin  öz  inkişafında  avropa və  dünya  səviyyəsindən  geri  qalması- 

nın, bu gün də əhəmiyyətini itirməyən xarakterik səbəblərini aşkar edir.9

İdarəetmə  mədəniyyəti  ilk növbədə,  əsas  funksiyası  mövcud  qanunveri- 

cilik və millətin etik mədəniyyətinə  əsaslanan dövlət  siyasətinin həyata ke- 

çirilməsinə  yönəldilmiş  dövlət  idarəçiliyi  olan,  peşəkar  hazırlıqlı  dövlət 

qulluqçularının  xüsusi  kateqoriyası  -  siyasətçilər və  bürokratiya,  məmurlar 

üçün praktik əhəmiyyət kəsb  edir.  Bununla yanaşı  o,  özünüidarə,  ailə,  kol- 

lektiv,  cəmiyyətin  müxtəlif sosial  qruplarının,  beynəlxalq  birliklərin  idarə



Fuad Məmmədov

9 İnkişaf etməkdə  olan  ölkələrdə  belə  nöqsanların  aradan  qaldırılmasına  böyük  əhəmiyyət 

verilir.  Məsələn,  Azərbaycanda  1999-cu  ildə  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyasının yaradılması, “D övlət qulluğu haqqında”  qanunun 

qəbul  edilməsi,  dövlət  idarəçiliyi  sistemində  islahatın  həyata  keçirilməsi,  bu  prosesin  elmi 

təm inatına  təcrübəli  xarici  ekspertlərin  cəlb  edilməsi  və  digər  dövlət  tədbirləri  bu 

problemlərin həllinə yardım etmişdir.

66



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə