Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə27/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   23   24   25   26   27   28   29   30   ...   327

İdarəetmə mədəniyyəti

və  tərəqqisinin əsası, xalqın  intellektual potensialının  isə  -  dövlətin  strateji 



mədəni varı olduğunu nəzərə alır.

Dünyanın inkişafı və milli  inkişafın tələbat və perspektivlərinin  sistemli 

təhlili  inandırıcı  surətdə  göstərir ki,  demokratiyanın  dəyərlər  sisteminə  uy- 

ğun  olaraq,  inkişafın məqsəd və  vasitəsi,  onun  sosial -  mədəni  inkişafı,  ri- 

fahı və həyat keyfiyyəti iqtisadiyyat deyil, məhz insandır, onun mədəniyyə- 

tidir.  Dünya  demokratik  ölkələri  dövlətçilik  mədəniyyətinin  əsas  prinsipi, 

cəmiyyətin inkişafının əsas strateji resursunun insan kapitalı olması məntiqi 

üzərində  qurulmuşdur.  Söhbət  siyasətçilərin  və  məmurların,  alimlərin  və 

diplomatların,  istehsalçıların  və  sahibkarların,  ölkənin  bütün  vətəndaşları- 

nın intellektual inkişafı, peşə  səriştəsi və  sosial etikasına aid prinsiplər, me- 

yarlar və tələblərdən gedir.  Bu tezis  ölkənin tərəqqisi və  onun vətəndaşları- 

nın ümumi rifahına nail olmaq kimi başlıca məqsədi də əhatə edir.8

Həlli  demokratik  ölkələrin  dövlətçilik  mədəniyyətinin pozitiv  inkişa- 

fına yardım  edən  aktual milli  problemlər  sırasına dünya təcrübəsində re- 

al  dəyişikliklərə,  informasiya  cəmiyyətinin  inkişaf  tendensiyalarına  və 

qloballaşma çağırışlarına adekvat olan intellektual,  etik,  hüquqi,  idarəet- 

mə  mədəniyyətinin  qabaqlayıcı  inkişaf prioritetlərinin yaradılmasını,  in- 

novativ  həyat  fəaliyyəti  və  idarəetmə  texnologiyalarının  işlənib  hazır- 

lanmasını  aid  etmək  lazımdır.  Bütün  səviyyələrdə  olan məktəblərdə  elm 

və  tədris  fənni kimi kulturologiyanın hüquqi, təşkilati və  informasiya tə- 

minatının təsdiqinin universal kulturoloji biliklərə malik yüksək ixtisaslı 

idarəçi  kadrların  hazırlığının  və  yenidən  hazırlığının  genişləndirilməsi- 

nin  inkişaf etməkdə  olan  ölkələrin  vacib  inkişaf mənbəyi  olduğunu  eti- 

raf etmək  lazımdır.  Əmək mədəniyyəti problemlərinin və  sənaye  cəmiy- 

yəti  və  bilik  cəmiyyətinin  paralel  quruculuq  modellərinin  elmi  işlənib 

hazırlanması da aktual məsələdir.

8  Əsas  strateji  mənbə kimi  insan kapitalının inkişafı Azərbaycan üçün də prioritet əhəmiyyət 

daşıyır.  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  tərəfindən  insan  kapitalı  - 

milli  inkişafın başlıca  strateji  resursu kimi  müəyyən edilmişdir.  Bu prinsipin reallaşdırılması 

məqsədi  ilə respublikada müvafiq dövlət proqramları  həyata keçirilir, o cümlədən, ölkədə və 

onun  hüdudları  xaricində  dünya  elmi  və  təhsilinin  nailiyyətləri,  həmçinin  əhalinin 

kulturoloji  maarifləndirilməsi  əsasında,  yüksək  ixtisaslı  kadrlar  hazırlanır.  2009-cu  ildə 

Azərbaycan elminin strateji  inkişafının başlıca konsepsiyaları  hazırlanmış və ölkə Prezidenti 

yanında  Elmin  İnkişaf  Fondu  yaradılmışdır.  YUNESKO-nun  baş  direktoru  ilə  aparılan 

razılaşma  əsasında,  Azərbaycan  elminin  təşkili,  idarə  edilməsi  və  maliyyələşdirilməsi  üzrə 

təkliflərin  hazırlanması  üçün  respublikaya  YUNESKO-nun  elmi  ekspertləri  dəvət 

olunmuşlar.

59



Hələ  qədim zamanlardan bizim  günlərə kimi,  hakimiyyət -  ayrı-ayrı  in- 

sanların,  xalqların,  millətlərin və dövlətlərin həyatını, fəaliyyətini və taleyi- 

ni  müəyyən  edib və  müəyyən  edir.  Demokratik mədəniyyətdə  dövlət insan- 

lar  tərəfindən  öz  həyat  fəaliyyəti  tələbatlarını  təmin  etmə,  öz  maraq  və 

məqsədlərinə nail olma vasitəsi kimi yaradılır.

Demokratik  dövlətdə  hakimiyyət  xalqın  iradəsinin  mücəssəməsidir. 

Onun  təyinatı  xalqın  rifahının  və  həyat  keyfiyyətinin  təminatıdır,  insanlar 

isə təbəə yox,  azad vətəndaşlardır.  Təyinatına görə  demokratik hakimiyyə- 

tin öhdəsinə yüksək siyasi və mənəvi məsuliyyət düşür.

Hakimiyyətin məhdudlaşdırılması və bölüşdürülməsi prinsipi,  onun xal- 

qa  hesabat  verməli  olması,  qanunun  aliliyi  -  demokratiyanın  siyasi  mədə- 

niyyətinin təməl  daşı,  Qərb  ölkələrinin dövlət idarəçiliyinin ideoloji və hü- 

quqi  əsasıdır.  Müasir qərb sisteminin dövlət inzibati  idarəçiliyi üçün xarak- 

terik cəhət:  siyasiləşmənin  artması,  fəaliyyət sahələrinin bölüşdürülməsi və 

idarəçilik  əməyinin  gələcək  differensiasiyası,  səmərəliliyin  yüksəldilməsi 

yollarının  axtarışı,  innovativ  fəaliyyətin genişləndirilməsi,  idarəçi kadrların 

hazırlığının təkmilləşdirilməsi, idarəetmə üsulunun dəyişdirilməsi və s.-dir.

“Ümumi rifaha” istiqamətlənən dövlət qulluğu institutunun formalaşdığı 

dövrdən fərqli  olaraq,  müasir inzibati-dövlət idarəçiliyi,  əsasən,  konkret si- 

yasi  maraq  və  məqsədləri  nəzərdə  tutan  “siyasi  bürokratiya”  konsepsiyası 

üzərində  qurulmuşdur.  Müasir dövr üçün  qanunauyğun hal  almış,  siyasi və 

inzibati funksiyaların bir hissəsinin inteqrasiyasını, məmurların yüksək ixti- 

sas  səviyyəsini,  onların müstəqillik və  məsuliyyətinin  artırılmasını  şərtlən- 

dirən dövlət qulluğunun siyasiləşməsi - ekspertiza və diskresion fəaliyyətini 

idarəçilik  fəaliyyətinin  önünə  çıxarmış  bürokratiyaya  qərarların  qəbul edil- 

məsi  və  dövlət proqramlarının müstəqil  işlənib hazırlanması üçün yeni  im- 

kanlar açmışdır.  Bununla yanaşı,  dövlət aparatının siyasiləşmiş rəhbərlərin- 

dən  fərqli  olaraq,  sıravi  dövlət  qulluqçuları  öz  xidməti  vəzifələrini  yerinə 

yetirərkən,  siyasətdən kənarda qalırlar, yalnız  qanunun tələblərini  əldə rəh- 

bər tuturlar.  Müasir  şəraitdə  idarəçi  kadrların  peşə  karyerasına təsir  göstə- 

rən dövlət qulluqçularının fəaliyyətinin  qiymət meyarları  əhəmiyyətli  dərə- 

cədə  dəyişmişdir.  Dövlət  qulluğunun  -  uzun  müddətli  xidmət,  iş  stajı,  yaş 

kimi ənənəvi göstəriciləri məmurların vəzifə yüksəlişində daha rol oynamır. 

Yüksək  idarəetmə  mədəniyyəti,  şəxsi  təşəbbüs,  işgüzar  keyfiyyətlər,  inno- 

vatıv fəaliyyət, son nəticələrin yüksək səmərəliliyinə istiqamətlənmə, insan- 

larla  işləmək  bacarığı  və  s.  kimi  parametrlər  -   müasir  bürokratın  karyera 

yüksəlişinə təsir edən meyarlar olmuşdur.  Demokratik ölkələrin dövlət ida- 

rəçiliyi mədəniyyətində  dövlət qulluğu sistemində parlament və ədliyyə nə-



Fuad Məmmədov

Milli və beynəlxalq  idarəetmə mədəniyyəti

60



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə