Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə24/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   20   21   22   23   24   25   26   27   ...   327

İdarəetmə mədəniyyəti

siyasi  rejim  və  dövlət  aparatı  sıx  qarşılıqlı  əlaqəli  və  qarşılıqlı  asılıdırlar. 

Dövlətçilik forması ilə idarə üsulu forması vahid ideologiya və iqtisadi mə- 

dəniyyətlə  birləşmişlər.  Dövlət  quruluşu forması  dövlətin  qarşılıqlı  əlaqəli 

hissələrə  bölünməsi  və  dövlətin mərkəzi  orqanlarının və  onun tərkib  hissə- 

lərinin,  - regionların tarixi, milli və iqtisadi xüsusiyyətlərini nəzərə almaqla, 

inzibati-ərazi  və  muxtar  qurumlar  arasındakı  qarşılıqlı  münasibətlərin  xa- 

rakteri  ilə  şərtlənir.  İdarəçilik  üsulu forması  qurumun  strukturu  və  təşkil 

edilmə  qaydası ilə dövlətin ali və yerli orqanları  arasındakı qarşılıqlı müna- 

sibət prinsipləri və  səlahiyyətlərinin düzgün müəyyənləşdirilməsi ilə  şərtlə- 

nir.  Siyasi rejim  dövlət orqanları fəaliyyətinin məcburi və əqidə metodlarını, 

həmçinin fəaliyyət texnologiyalarını müəyyən edir.

Müasir dövlət istehsal  vasitələrinin başlıca mülkiyyətçisi  və  cəmiyyətin 

bütün ictimai həyat fəaliyyətinin siyasi təşkilatçısı,  qanunvericisi,  inzibatçı- 

sı  və hakimi  kimi  çıxış  edir.  O,  şəxsi,  qrup və milliləşdirilmiş  mülkiyyətin 

təminatçısıdır,  cəmiyyətin  müxtəlif sosial  qruplarının  əmək  və  kapital  ma- 

raqlarının  balansını  formalaşdırır və  qoruyur.  Müasir  dövlət funksiyalarına 

öz  vətəndaşlarının  həyat  fəaliyyəti  üçün  əlverişli  şəraitin yaradılmasına və 

ictimai  tərəqqiyə  nail  olunmasına  istiqamətlənmiş  hərtərəfli  sosial-mədəni 

siyasətin  həyata  keçirilməsi  daxildir.  Bu  siyasətin  əsas  istiqamətləri  -  elm, 

təhsil, texnoloji, hüquqi, iqtisadi, maliyyə-kredit, vergi, gömrük, beynəlxalq 

siyasət,  incəsənət  və  mədəni  irsin  qorunması  sahəsindəki  siyasət,  ictimai 

asayişin  qorunması, müdafiə, milli təhlükəsizlik və başqalarıdır.  Dövlət an- 

timonopolist  siyasətin  köməyi  ilə  rəqabət  mübarizəsini  tənzimləyir,  anti- 

böhran  siyasəti vasitəsilə  isə  -  cəmiyyətin  sosial-mədəni  terapiyasını təmin 

edir,  sosial ziddiyyətləri və yanlış  idarəetmə  qərarlarının neqativ nəticələri- 

ni aradan qaldırır. Dövlət idarəçiliyi orqanları öz funksiyalarını yerinə yeti- 

rərkən nəinki  qanunvericiliyi,  hakim  strukturların  siyasi  qərarlarını və  dün- 

ya  elminin  nailiyyətlərini,  həmçinin  xalqın  həyat  fəaliyyətinin  əsası  olan 

milli  ideologiyanı,  mədəni  (o  cümlədən,  dini)  dəyərlər  sistemini,  milli  eti- 

kanı,  ənənələri,  adətləri, maarifçilik  sisteminə  əsaslanan KİV və  dini  idarə- 

lərin fəaliyyətini də əldə rəhbər tuturlar.

Məlumdur ki,  müasir  dövlətlərdə  həm  demokratik,  həm  də  avtoritar  si- 

yasi  rejimlər  qurula  bilər.  Demokratik  ölkələrdə  dövlət  deyil,  insan,  onun 

hüquqları  və  azadlıqlırı,  sağlamlığı,  mülkiyyəti,  rifahı  və  gələcəyi  ən yük- 

sək  dəyərdir.  Vətəndaşlar  dövlət üçün  deyil,  konstitusiyanı  əldə  rəhbər tu- 

tan  güclü  dövlət vətəndaşlar üçün,  onların münasibətlərini  tənzimləmək və 

həyat fəaliyyətlərini  təmin  etmək üçün mövcuddur.  Dövlət,  cəmiyyətin  so- 

sial-mədəni inkişafının,  zəruri hüquqi intizamın, vətəndaşların həyat fəaliy- 

yəti və  azadlıqlarının etik normalarını  qoruma aləti kimi nəzərdən keçirilir. 

Bunu nəzərə  alaraq,  bürokratiya  “qüdrətinin”  aradan  qaldırılması və  “sosi-

53



al”  dövlətə  qarşı təhlükə  olan birtərəfli, yanlış  qərarların blokada mexaniz- 

minin hazırlanması üçün demokratik dövlətlərin konstitusiya normaları hər 

il parlament qarşısında öz fəaliyyətinin nəticələri haqqında hesabat verməyi 

hökumətin öhdəsinə  qoyur.  Yüksək demokratik dövlət idarəçiliyi  mədəniy- 



yəti,  vətəndaşların  sosial  vəziyyətini  pisləşdirən  və  dövlətin  özünə  ziyan 

vuran  siyasətçi  və məmurların  fəaliyyətini  istisna edir. Avtoritar idarəetmə 



üslubu  milli  maraqlara  cavab  verən  tərəqqipərvər  islahatları  və  innovativ 

fəaliyyəti  ləngidən  qeyri-məhdud  və  mütləq  bürokratiya  hakimiyyətinin 

formalaşmasına səbəb olur.  O, korrupsiya və yoxsulluq yaradır, vətəndaşla- 

rın yaradıcı  təşəbbüsünü və  sosial  fəallığını  sarsıdır,  ölkənin  sosial-mədəni 

və  siyasi  həyatında  onların  fəaliyyət  səviyyəsini  azaldır.  Həyat  fəaliyyəti 

demokratik  prinsiplər  və  dəyərlər  üzərində  qurulan  demokratik  dövlətlərin 

təcrübəsində  avtoritar  idarəetmə  üslubu  dövlətə  və  onun  vətəndaşlarına 

mənəvi və maddi zərər vuran,  qeyri-etik və  qeyri-qanuni hal kimi nəzərdən 

keçirilir.  Bu  baxımdan,  ictimai  inkişaf tələbatlarından  asılı  olaraq,  demok- 

ratik ölkələrin demokratik idarəetmə  sistemi vaxtaşırı islahat yolu ilə dəyiş- 

dirilir və təkmilləşdirilir.  M.  Ponyatovski,  C.  Adair və digər tanınmış mütə- 

xəssislərin konsepsiyalarına görə,  dövlətin həyat fəaliyyətinin bu və ya di- 

gər sahəsinin idarə  edilməsi hüququ xüsusi biliklərə,  idarəetmə  qabiliyyəti- 

nə  və  liderlik keyfiyyətlərinə,  təcrübəyə  və  səriştəyə  malik  intellektuallara 

verilməlidir  (“iddia edilməlidir”).  Bu  insanların  seçilməsi  “vəzifə  hakimiy- 

yətinin”  deyil,  “biliklər  hakimiyyəti”  və  “şəxsiyyət  hakimiyyətinin”  prin- 

sipləri  əsasında  qurulmalıdır.  Bu  problemin  həll  edilməsi  üçün  ölkənin  in- 

tellektual  resursları  barədə,  onların  dövlət  idarəçiliyi  sistemində  milli  ma- 

raqlara  uyğun  məhsuldar  istifadəsi  məqsədilə  obyektiv  informasiyanın  ol- 

ması mühüm əhəmiyyət kəsb edir.

Amerika  sosioloqu  A.  Kassineli  və  onun  ingilis  həmkarı  M.  Stüart  de- 

mokratik  və  totalitar  dövlətçiliyi  çoxpartiyalı  (demokratik)  və  təkpartiyalı 

(totalitar)  sistem  əlamətlərinə  görə  fərqləndirirlər.  Buna baxmayaraq,  görü- 

nür ki,  siyasi rejim xarakteri idarəçi elitanın təbiəti və məqsədləri ilə  şərtlə- 

nir.  Variantlarından  biri  şəxsi  hakimiyyət rejimi  olan  avtoritar  rejim  üçün 

səciyyəvi  cəhət,  arxasında xüsusi  dairələrin maraqları  dayanan  sosial və  si- 

yasi  demaqoqluqdur.  Demokratik rejim  üçün  xarakterik  cəhət  sosial-siyasi 

həyatın bütün  sahələrinin  geniş  surətdə  demokratlaşdırılması,  milli  maraq- 

ların prioriteti  əsasında  şəxsiyyət və  cəmiyyətin maraqlarının harmonizasi- 

yası  xarakterikdir.  Xalq  hakimiyyəti  prinsipi  ilə,  dövlətin  xalq  qarşısında 

məsuliyyəti və  ona hesabat verməsi  ilə  şərtlənən demokratik ölkələrin  döv- 

lətçiliyi,  ümumi  ictimai  maraqların  keşiyində  durmaq  iqtidarı  olan  hüquqi 

sistemdə  ifadə  olunur və möhkəmləndirilir.  Demokratik dövlətçilik özünün 

dəyərlər  sistemi  sayəsində,  şübhəsiz,  keçmişə  gedib  çıxan,  özgə  ərazilərin

Fuad Məmmədov

54



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə