Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə21/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   17   18   19   20   21   22   23   24   ...   327

sosial-mədəni  siyasət  - yüksək mədəniyyətə  malik,  cəmiyyətin və  dövlətin 

rifahı  naminə  məhsuldar  yaradıcı  fəaliyyətlə  məşğul  olan  kreativ-yaradıcı 

insanları, onlara xüsusi sosial status və imtiyazlar verməklə, qanunvericilik- 

lə  qorumalı və  stimullaşdırmalıdır.  Eyni  zamanda o,  anti-mədəni  davranışı, 

özbaşınalığı,  zorakılığı, yalanı,  oğurluğu,  korrupsiyanı və vətəndaşların cə- 

miyyətə və dövlətə ziyan vuran digər dağıdıcı, neqativ fəaliyyətinin qarşısı- 

nı  almalı  və  onu  zərərsizləşdirməlidir.  Müasir  kulturoloji  təhsil  və  maarif 

insan təbiətinin və  insan xarakterinin təkmilləşdirilməsinə,  dövlətin və  bü- 

tün  bəşəriyyətin  sabit  və  təhlükəsiz  inkişafı  məqsədilə  yüksək  ruhi  mədə- 

niyyətə  malik,  potensialından  ictimai  tərəqqinin,  qarşılıqlı  anlaşma  və 

əməkdaşlığın həlledici dərəcədə  asılı olduğu insanların, pozitiv şəxsiyyətlə- 

rin və  liderlərin  formalaşmasına yardım edir.  Kulturoloji  maarif planetdəki 

milyonlarla insanın şüurunun pozitiv dəyişdirilməsinə, onun yüksək eqoizm 

buxovlarından azad edilməsinə, planetar miqyasda insanın həyat fəaliyyəti- 

nin altruist harmoniyasının labüdlüyünə, bəşəriyyətin birliyini dərk etməyə, 

dünyagörüşün humanist dəyərlərlə  zənginləşdirilməsinə yol  açır.  O,  biliklə 

cahillik arasındakı uçurumun dəf edilməsinə, eqoizmlə altruizm arasında ta- 

razlığa  nail  olmağa,  bütöv  biososial  sistem  olan  dünya  birliyinin  ümumi 

maraqlarına  cavab  verən  qarşılıqlı  anlaşma,  beynəlxalq həmrəylik  və  razı- 

laşdırılmış fəaliyyət üçün mədəni mühit yaratmağa imkan verir.

Kulturologiya  münaqişələrin  aradan  qaldırılması,  xalqların  və  dövlətlə- 

rin sabitliyinin təminatı və təhlükəsiz inkişafı, mədəniyyət və sivilizasiyala- 

rın  məhsuldar  dialoqunun  həyata  keçirilməsi,  sülh  mədəniyyəti  və  gender 

bərabərliyinə  nail  olunması,  beynəlxalq münasibətlər mədəniyyətinin  inki- 

şaf etdirilməsi  üçün  də  az əhəmiyyətli  deyil.  Kulturologiyanın  strateji  əhə- 

miyyəti  2008-ci ildə başlanan,  nəinki  dünya maliyyə  sistemindəki müəyyən 

çatışmamazlıqları,  həm  də  qlobal  idarəetmə  sisteminin  təkmilləşdirilməsi 

zərurətini  aşkarlayan dünya maliyyə böhranı ilə  əlaqədar,  daha da artır.  Bi- 

zə elə gəlir ki,  antiböhran proqramlarını nəzərdən keçirərək, birtərəflilikdən 

və əsassızlıqdan azad, milli və beynəlxalq səviyyələrdə idarəetmə  qərarları- 

nın qəbul edilməsinə, yeni paradiqma və  alqoritmlərin işlənib hazırlanması- 

na imkan verən kulturoloji təhlil imkanlarının daha fəal istifadəsinin zəruri- 

liyinə diqqət yetirmək olardı.

Dünya mədəniyyəti və sivilizasiyası  inkişafının tədriclə  artan hakim in- 

tellektual  faktoruna çevrilən kulturologiya,  insanların  kreativliyinin yüksəl- 



məsinə yardım  edir.  Sosial-iqtisadi  tərəqqi,  həyat rifahı  və  keyfiyyət mən- 

bəyi  olan  “biliklər  cəmiyyətinin”  formalaşması  şəraitində,  elmi  tədqiqatlar 

yolu  ilə  əldə  edilmiş  kulturoloji  biliklər  tədricən  insanın,  cəmiyyətin  və 

dövlətin  təşkiledici  inkişaf prinsipləri  olur,  yaradıcı  fəaliyyətin  inkişafına 

pozitiv  təsir  göstərir.  Kanadanın  Toronto  universiteti  nəzdində  “Martin

İdarəetmə mədəniyyəti

47



Prosperity  İnstitute”  institutunun  direktoru  Riçard  Florida  və  Kanada  Al- 

berta  universitetinin  professoru,  kulturoloq  Niko  Şter  əmindirlər  ki,  bəşə- 

riyyətin gələcəyi “biliklər cəmiyyətinin” və “kreativ  sinfin” -  “gələcəyi də- 

yişən  insanların”  ardıncadır.  “Bilik cəmiyyətində” elmin aparıcı rolunu xü- 

susi  qeyd edən Niko  Şter haqlı  olaraq qeyd edir ki,  “elmdə və onun  vasitə- 

silə  elə  bir yeni  aləm yaranır ki,  orada bilik bütün  sahələrdə  (tərəfimizdən 

qeyd edilmişdir -  F.M.)  və  artan  ölçüdə  insan fəaliyyətinin  əsas  və  rəhbər 

prinsipinə  çevrilir.”  Kulturoloji  biliklər,  səriştəlilik  və  məsuliyyət  uğurlu 

və sabit inkişafın şərtidir.  Bu gün universal kulturoloji biliklər olmadan elm 

və  texnologiyanın,  tibb  və  ekologiyanın,  dövlət  idarəçiliyi  və  hüquq  siste- 

minin  inkişafını  təmin  etmək üçün  zəruri  olan təhsilin yüksək keyfiyyətini 

təsəvvür etmək çətindir.  Bu gün kulturoloji biliklər sənaye və kənd təsərrü- 

fatı istehsalı, tikinti və nəqliyyat, ticarət və xidmət sahələrindəki ehtiyacları 

ödəmək üçün ixtisaslı fəhlə  qüvvəsi resurslarının formalaşdırılması üçün də 

zəruridir.  Əmək bazarı tələbatına uyğun olaraq, mütəxəssislərin yenidən ha- 

zırlanması,  müxtəlif peşələrə  və  maraqlara malik  insanlarda universal  kul- 

turoloji biliklərin formalaşdırılmasını da tələb edir.

Beləliklə,  bu  gün  kulturologiya  insanın  inkişafı  və  effektiv  idarəetmə 

üçün  universal elmi  əsasdır.  O,  insanın həyat fəaliyyətinin rəqabət qabiliy- 

yətli texnologiyalarının,  cəmiyyətin  sosial tələbatlarına və  zamanın çağırış- 

larına  uyğun  idarəetmə  metodlarının  işlənib  hazırlanmasında  əvəzedilməz 

rol  oynayır.  Universal  kulturoloji  biliklərin  danılmaz  üstünlükləri  ondadır 

ki,  geniş  biliklərə  malik  siyasətçilər,  məmurlar və  mütəxəssislər mürəkkəb 

problemlərdə  daha yaxşı istiqamət alırlar və həyat dialektikası  ilə  şərtlənən 

dəyişən  şərait  və  yeni  texnologiyalarla  bağlı  gözlənilməz  situasiyalarda 

düzgün qərarlar qəbul edə bilərlər.  Özünün inteqral xüsusiyyətinə görə, kul- 

turologiya, həm də  qarşılıqlı  anlaşma,  ziddiyyətlərin  aradan  qaldırılması və 

xalqlar arasında səmərəli əməkdaşlığın yaradılması üçün zəruri olan univer- 

sal ümumbəşəri  dildir.  O, yalnız mədəniyyətlərin və  sivilizasiyaların  dialo- 

quna  deyil,  həm  də  həyatın  mənasının  axtarışına,  həqiqət  axtarışında  olan 

insanın  fundamental  təyinatının  dərk  edilməsinə,  bəşəriyyətin  gələcəyi  üçün 

Məsuliyyətin formalaşmasına kömək edir.  Kulturologiya, mədəni uyğunsuz- 

luğu  aradan  qaldıraraq,  müxtəlif millətlərə və  dinə, yaşa,  cinsə,  irqə  və ya- 

şayış yerinə malik insanlara birləşmək imkanı verən universal mədəni prin- 

sipləri formalaşdırır.

Dünya  sivilizasiyasının  qloballaşması  və  çağırışları  ilə  əlaqədar  dialek- 

tik  dəyişikliklər  şəraitində  dövlətin  daxili  və  xarici  siyasət prinsipləri,  me- 

yarları  və  dəyərlərinin  işlənib  hazırlanmasında,  cəmiyyətin  institusional  tək- 

milləşdirilməsində  və  insan  münasibətləri  və  beynəlxalq  münasibətlər  mədə- 

niyyəti texnologiyalarının  permanent yaxşılaşdırılmasında kulturologiyanın



Fuad Məmmədov

48



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə