Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə17/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   13   14   15   16   17   18   19   20   ...   327

nunla belə, o, milli iqtisadiyyatın rəqabət qabiliyyətli olmasını, resurslardan 

düzgün istifadə edilməsini, yoxsulluq və korrupsiyanın aradan qaldırılması- 

nı,  cəmiyyətin  rifahının  və  onun  təhlükəsizliyinin  durmadan  artırılmasını 

təmin edən ədalətli bölgü münasibətlərini nəzərdə tutur.



Xalqın  mədəniyyətinin  inkişafı  üçün  bu gün  ən  mühüm  olan  nədir?  Biz 

bu  gün  dünya  mədəniyyəti  və  sivilizasiyası  tarixindən  hansı  dəyərləri  və 

nailiyyətləri  mənimsəməliyik?  İmmanuil Kantın  tənqidi  təhlilini  və Albert 

Eynşteynin  nonkonformizmini.  Bu, xalqın,  cəmiyyətin və  dövlətin həyat fə- 

aliyyətində  durğunluq və böhranlardan tərəqqipərvər dəyişikliklərə  aparan, 

ölkənin  dövlət  siyasətində  intellektual  mədəniyyətin  mütləq  əhəmiyyətli 

prioritetinin ən yaxşı sübutudur.  Belə dövlət prioritetinin yüksək etik mədə- 

niyyət  və  sosial  ədalət  prinsipləri  ilə  vəhdəti  sülhə,  rifaha,  demokratiyaya 

və milli tərəqqiyə yol  açır.  Qədim rəvayətlərin tənqidi təhlili haqqında daha 

danışmayaraq,  innovativ yanaşma və “məlum həqiqətlərin” yeni  interpreta- 

siyası  mənimsəmə  stereotiplərini,  müxtəlif hadisələr,  faktlar  və  təzahürlər 

haqqında formalaşan təsəvvürləri dəf edərək, çox zaman elmdə keyfiyyətcə 

yeni həyat imkanlarını  aşkar edən inqilablara gətirib  çıxarır.  Məgər Koper- 

nik,  Bruno,  Qaliley, Nyuton bəşəriyyətə,  təbiət qanunlarına və dünyaya ye- 

ni  nəzərlə  baxmağın yollarını  göstərmədilərmi?  Məgər Albert Eynşteyn və 

Lütfi  Zadə  zaman  və  məkanın  yeni  interpretasiyasının,  qeyri-səlis  məntiq 

imkanlarının kəşfi  sayəsində  elm  dünyasını  inqilabiləşdirmədilərmi?  Bu və 

bir çox başqa görkəmli  alimlərin dünyaya xüsusi,  keyfiyyətcə yeni məntiqi 

baxışa  əsaslanan  inqilabi  işləri  bizim  məkan  və  zaman,  materiya və  enerji 

haqqında  təsəvvürlərimizi  köklü  surətdə  dəyişdi,  reallığın yeni  anlayışına, 

yüksək texnologiyaların yaradılmasına açar oldu.

Dünya mədəniyyəti və sivilizasiyasının inkişaf təcrübəsi göstərdi ki, sosial- 



mədəni tərəqqi intellektual mədəniyyət səviyyəsi ilə düz mütənasib və cəmiyyə- 

tin cahillik səviyyəsi ilə tərs mütənasibdir.  Dahi Azərbaycan mütəfəkkiri Niza- 

mi Gəncəvi hələ XII əsrdə qeyd edirdi ki, “qüvvət elmdədir, başqa cür heç kəs 

heç kəsə  üstünlük  eyləyə  bilməz”.  Bəşəriyyətin yaddaşında fövqəladə  ağıl  və 

intuisiya, misilsiz iradə və cəsarət rəmzi kimi  qalan  Cordano  Bruno hələ  XVI 

əsrdə  deyirdi ki,  elmin zirvəsini fəth  etmək mütləq  deyil,  hamının  dərk etməyə 

can atması kifayətdir.  Bu həqiqət bu gün də öz əhəmiyyətini itirməmişdir. Ha- 

mının alim olması vacib deyil, lakin şəxsiyyətin intellektual inkişaf prosesinin 

özü,  xüsusən,  dünya  inkişafının  müasir mərhələsində,  cəmiyyət üçün  praktik 

əhəmiyyətə malikdir. İntellektual mədəniyyətin qabaqlayıcı inkişafının əhəmiy- 



yəti ondadır ki, intellekt - insanın, cəmiyyətin və dövlətin yeniləşən, tükənməz 

strateji resursudur, onun əsasında duran elm isə, təhlükəsiz və rahat həyat üçün 

zəruri olan müdrikliyə doğru aparır.  Yüksək intellekt dünyanın tarixi inkişafının 

hərəkətverici qüvvəsidir. Kəşflər və ixtiralar düzgün başa düşüldükdə və istifa-



İdarəetmə mədəniyyəti

39



də edildikdə, onun nailiyyətləri planetin milyonlarla insanının həyatı üçün əlve- 

rişli  imkanları təmin edir.  Yüksək intellekt yalnız elmi-texniki və  sosial tərəq- 

qinin əsası yox, həm də insanların rifahını və təhlükəsizliyini təmin edən haki- 

miyyətə, cəmiyyətin, müxtəlif həyat fəaliyyəti sahələrinin ağılla idarə edilməsi- 

nə vəsiqədir.

Humanist  mənəviyyatla  şərtlənən  intellekt,  insan  inkişafının  tükənməz 

mənbəyidir.  Yüksək intellektə əsaslanan elm və təhsil uğurları  - ölkənin rə- 

qabət  qabiliyyəti  məsələsidir.  Əmək  məhsuldarlığı  elmi  və  texniki  nailiy- 

yətlərdən,  təhsilin  səviyyəsindən  asılıdır,  deməli,  dövlətin  beynəlxalq  rey- 

tinqinin göstəricisi  olan cəmiyyətin maddi rifahı və həyat keyfiyyəti  də  on- 

dan  asılıdır.  Əgər  istehsalın  effektivliyinə  intellektual  mədəniyyət  imkanları 

prizmasından baxsaq, görərik ki, elmsiz yeni, rəqabət qabiliyyətli, yüksək key- 

fiyyətə  və  aşağı  maya  dəyərinə  malik  texnologiyaların  yaradılması  mümkün 

deyil.  İnsanların  rifahı  və  həyat  keyfiyyətinin  intellektual  mədəniyyətdən 

asılılıq  dərəcəsini,  həmçinin  idarəetmə  mədəniyyətinin  milli  inkişaf üçün 

strateji əhəmiyyətini anlamaq üçün Dünya Bankının tədqiqatlarına müraciət 

etmək  kifayətdir.  Bu  tədqiqatlarda müəyyən  edilmişdir ki,  ölkənin  iqtisadi 

inkişafının  76%-i  fundamental  elmin nailiyyətləri və texologiyalarına əsas- 

lanan  inkişaf səviyyəsi  ilə,  19%-i  idarəetmə  mədəniyyətinin  səviyyəsi  ilə, 

yalnız 5%-i ölkənin xammal bazası ilə təmin olunur.

Dünyanın  aparıcı  ölkələri  -   elm,  yüksək  texnologiyalar  və  təhsilin  qa- 

baqlayıcı  inkişafını  təmin  edən  intellektual  mədəniyyətin  prioritet  inkişafı 

əsasında tərəqqi  edən ölkələrdir.  Qeyd etmək kifayətdir ki,  üçüncü minilli- 

yin əvvəli üçün ABŞ-ın ümumdaxili məhsulunun əsas hissəsini  intellektual 

məhsulun  istehsalı  və  reallaşdırılmasından  alınan  gəlir  təşkil  edirdi.  İntel- 

lektual  inkişafın  qabaqlayıcı  inkişafı  nəticəsində  2003-cü  ildə  Almaniya 

ÜDM-un  (ümumdaxili  məhsulun)  göstəricilərinə  görə  ABŞ  və  Yaponiya- 

dan  sonra  3-cü  yeri  tutmuşdur.  Onun  mədəniyyətinin  həyati  fəaliyyətini 

qiymətləndirmək üçün qeyd edək ki, 2008-ci ildə Almaniya kimi eyni ener- 

ji  miqdarı  sərf edən  Ukrayna,  Almaniya ÜDM-nun yalnız  10%-ni  istehsal 

etmişdir 4  Bununla  belə,  Almaniyada  iqtisadi  inkişafdan  gələn  gəlirin  bö- 

lüşdürülməsi  mədəniyyətində yüksək  göstəricilər  əldə  edilmişdir ki,  bu  da, 

yüksək həyat standartlarına malik orta sinfin  sabitliyini təmin edir.  İdarəet- 

mə  effektivliyi  ilə  də  iş  analoji  qaydadadır,  belə  ki,  o,  -  bilik və texnologi- 

yalarla,  mütəxəssislərin  mütəşəkkilliyi,  təcrübəsi,  etikası  və  innovativ  fəa- 

liyyəti  ilə  şərtlənən  keyfiyyəti  ilə  düz,  idarəetmə  prosesindəki  məsrəflərlə 

tərs mütənasibdir.  Bu qanunauyğunluqların dərk edilməsi bizə  aşağıdakıları 

təsdiq  etməyə  imkan  verir:  xalqın  intellektual potensialı  dövlətin  mədəni



Fuad Məmmədov

4 Əlbəttə, bu rəqəmlər daim dəyişir.

40



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə