Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə13/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   9   10   11   12   13   14   15   16   ...   327

mizə müəllifin dərin hörməti keçir.  Kitabda “İtirilmiş onillik” təsvir edilmişdir 

ki,  bundan  sonra  Yaponiya  son  illər  öz  yeni  dövlətçilik  istiqamətini  axtarır, 

çünki bizim üçün uzunmüddətli iqtisadi inkişaf zamanı heç vaxt geri dönməyə- 

cək.  Biz yaponlar ölkəmizin taleyini özümüz  həll etməliyk.  Kitab  hər  şeydən 

əvvəl, Azərbaycan auditoriyası üçün nəzərdə tutulmuşdur, lakin düşünürəm ki,

o biz yaponlara da, vətənimizin taleyi haqqında düşüncələrdə çoxlu faydalı işa- 

rələr verəcəkdir.  Kitabı  sonadək  oxuyandan sonra mən professor Fuad Məm- 

mədovla şəxsən rəy mübadiləsi etmək istərdim.  Bu elmi tədqiqata sərf edilmiş 

böyük əməyinə görə professora dərin ehtiramımı bildirirəm”.

Toşikazo Muto,

diplomatik missiya başçısının müavini, 

Yaponiyanın Azərbaycandakı səfirliyinin məsləhətçisi

“Mən Fuad Məmmədovun, çox dərin biliklərin unikallığı ilə fərqlənən kita- 

bı  ilə  tanış  olmaq imkanı  əldə  etmişəm...Çox  şey  orada  ilk dəfə  səsləndirilir: 

məsələn,  idarəçilik  problemlərinə,  yeni  formalara,  motivasiya  sistemlərinə, 

şəxsiyyət, ailə, dövlət səviyyəsində idarəçilik proseslərinə ilk dəfə olaraq kultu- 

roloji  baxış  təqdim  edilmişdir.  Qədim  dövrdən  başlayaraq indiki  zamanadək, 

Şərq və  Qərb  ölkələrinin  dövlət idarəçiliyinə  ilk  dəfə  olaraq kulturoloji  baxış 

verilmiş, Misir, Hindistan, Çin, Roma və digər ilk sivilizasiya ölkələrinin döv- 

lətçilik  mədəniyyəti  prosesləri  göstərilmişdir.  Professor  çox  böyük  miqdarda 

mənbələri  araşdırıb,  o,  mədəniyyətə vahid  sosial  sistem kimi, kulturologiyaya 

isə  texnologiyaların  və  ümumbəşəri  fəaliyyətin  inkişaf qanunlarını  açıqlayan 

elm kimi yanaşır.  Özünün geniş təyinatında kulturologiya dövlətin və ayrılıqda 

hər bir şəxsiyyətin tərəqqisini təmin etməlidir...  Mən professor Fuad Məmmə- 

dovun səbrinə  və  əməksevərliyinə  valeh oluram,  çünki  şəxsən o  özü -  mədə- 

niyyət hadisəsinin  daşıyıcısıdır.  Arzu  edərdim  ki,  onun  əməyi  hakimiyyət və 

xalq tərəfindən layiqincə qiymətləndirilsin”.



Vladimir Timoşenko,

general

“...Professor  Fuad  Məmmədovun  “İdarəetmə  mədəniyyəti”  kitabının 

meydana çıxması,  cəmiyyətimizdə  baş verən pozitiv  dəyişikliklərin  açıq-ay- 

dın şahidi və göstəricisidir.  Azərbaycan üçün kulturologiya sahəsi yenidir və 

o,  ölkəmizdə  bu  elmi  başlayandır,  yüksək  məhsuldarlı  alim-tədqiqatçıdır. 

Diqqətəlayiq haldır ki,  tezliklə  Dillər Universitetində və  digər təhsil  ocaqla- 

rında Fuad Məmmədovun müəllimlər, tələbələr və ekspertlərlə bu gün bu qə- 

dər tələb olunan mövzuya həsr edilmiş görüşü keçiriləcəkdir.  Əgər gəncləri- 

miz  bu  elmi  mənimsəməsələr,  biz  dünyaya  sübut  edə  bilmərik  ki,  nə  üçün 

Ü.Hacıbəyli,  Q.Qarayev,  digər dünya səviyyəli alimlər məhz bizim ölkəmiz- 

də meydana çıxmışlar.  Tələbələr bu dəyərlər və biliklər əsasında tərbiyə edil- 

30

Fuad Məmmədov




Idarəetmə mədəniyyəti

məlidirlər.  Fuad  Məmmədovun  fəaliyyəti,  onun  əsərləri  cəmiyyətimizdə  bu 

prosesləri inkişaf etdirərək, məhz bu nəcib məqsədə xidmət edir, çünki mədə- 

niyyət dövlətimizin siyasətinin strateji istiqamətidir”.



Asim  Mollazadə,

Milli Məclis deputatı, professor

“Mən müəllifin  geniş  elmi  potensialını,  onun tədqiqatçı  istedadını  qeyd 

etmək istərdim.  Beynəlxalq siyasət üzrə mütəxəssis olaraq, kitabda hər şey- 

dən  əvvəl  məhz  bu  istiqamətə  fikir  verdim.  Qeyd  edim  ki,  professor  Fuad 

Məmmədov bu məsələləri  kifayət  qədər yüksək peşəkarlıqla işıqlandırmış- 

dır.  Bir  almanşünas  kimi  qeyd etməliyəm ki,  Almaniyada kulturologiya el- 

minin  meydana  çıxması,  tarixi  və  inkişaf tendensiyalarına  dair  professor 

Fuad  Məmmədovun  elm  cəhətdən  sübut  edilmiş  və  obyektiv  əsaslandırıl- 

mış  baxışları  və  fikirləri,  analitik  düşüncələri  öz  əksini  tapmışdır.  İkinci 

dünya müharibəsindən  sonra Almaniya  ciddi  surətdə  dağılmışdı  və  dünya- 

nın  ən  qabaqcıl  dövlətlərindən birinə  çevrilmək üçün  səylə  düşünülmüş  və 

bacarıqla  həyata  keçirilə  biləcək  idarəçilik  mədəniyyəti  tələb  olunurdu. 

Mən  professoru  bu  böyük  uğur  münasibətilə  təbrik  edirəm,  çünki  belə  bir 

kitabın  işıq  üzü  görməsi  -  həm  elm,  həm  də  mədəniyyət  hadisəsidir.  Heç 

bir elektron vasitələr bizim üçün qiymətli kitabı əvəz edə bilməz”.

Hüseynağa Sadıqov, 

keçmiş xarici işlər naziri, 

Azərbaycanın Almaniyadakı keçmiş səfiri

“Bu əsərin  əhəmiyyətinin, professorun  öz fiqurunun  şərhə  ehtiyacı yox- 

dur...  Ölkənizdə  olduğum  iki  il  ərzində  mənim  kitab  rəfim,  fəxr  etməyə 

haqqınız  olan istedadlı Azərbaycan müəlliflərinin yeni,  maraqlı  nəşrləri  ilə 

getdikcə  daha çox  dolur.  Neft və  qaz nə vaxtsa tükənə  bilər,  bu yaradıcılıq 

məhsulları  ilə  əsrlərlə  qalacaqdır.  Mən  kitabın  müəllifini  tarix  elmi  üzrə 

mütəxəssis kimi  tanıyırdım,  indi  isə  onun  istedadının  daha bir  sərhəddi  di- 

gər - kulturologiya və  dövlət idarəçiliyi  sahəsində  aşkar oldu.  Bu gün kitab 

yazmaq və  nəşr  etdirmək  son  dərəcə  çətindir,  bunu mən  özümdən bilirəm. 

Professor Fuad Məmmədov Azərbaycanın mədəni-intellektual həyatına çox 

böyük  töhfə  verir.  Bizim  xalqlarımız  və  dövlətlərimiz  arasında  dostluğun 

möhkəmləndirilməsi  işində  onun  gördüyü  böyük  işinə  görə  mən  ona min- 

nətdaram.  Əminəm ki, bu, professorun sonuncu kitabı olmayacaq.”

Serik Primbetov, 

Qazaxstanın Azərbaycandakı 

fövqəladə və səlahiyyətli səfiri

31



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə