Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə12/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   8   9   10   11   12   13   14   15   ...   327

mokratik vətəndaş cəmiyyətinin formalaşdırılması metodlarına həsr edilmiş 

bölmələr çox maraqlıdır.  Müəllif yüksək, mən hətta deyərdim ki, ideal plan- 

ka təşkil edir ki, ona hər kəs və ya insan birliyi can atmalıdır.  İnanmaq istər- 

dim ki,  cəmiyyətdə  insanın deyil,  qanunun hakimlik  edəcəyi,  insanların  güc 

qanununa  deyil,  qanunun  gücünə  tabe  olacaqları  gün  uzaqda  deyil.  Fuad 

Məmmədovun dəyərli kitabı məhz buna  səsləyir və bunu öyrədir.  Bu  alim- 

ziyalının  sözləri  ilə  əməli  bir-birindən  ayrılmır  və  o  öz  monoqrafiyasında 

haqqında danışdığı  Şüurlu, Xeyirxah,  Əbədi olanı əkərək, həyatda addımla- 

yır.  Mən bizim  hamımıza və  müəllifə  bir  şeyi:  respublikamızın  dövlətçilik 

quruculuğu  praktikasında  öz  kulturoloji  nəzəriyyələrinin  praktik  təcəssü- 

münü görməyi arzulayıram”.

Elmira Axundova,

Milli Məclis deputatı

“Professor  Fuad  Məmmədovun  əsərlərini  fərqləndirən  əsas  keyfiyyət 

odur  ki,  o,  mədəniyyət  kateqoriyasını  sistemli  şəkildə  tədqiq  edir.  Burada 

mən onunla tam razıyam.  Cəmiyyətin rasional idarə edilməsi üçün güclü in- 

san  kapitalına  malik  olan  dövlətə  öz  müstəqilliyinin  qorunması  və  inkişaf 

etdirilməsi üçün yüksək idarəetmə mədəniyyəti gərəkdir ki,  onun olmaması 

halında  qabaqcıl  dünya mövqeləri,  təhsil  sistemi  və  elmin  inkişafı,  yüksək 

peşəkarlıq və ümumiyyətlə, mədəniyyət haqqında söz belə gedə bilməz. Fuad 

Məmmədovun əvvəlki kitabları kimi,  bu nəşr də Azərbaycan cəmiyyətində 

mədəniyyətə sistemli yanaşmanı zəruri edir.  Təqdirəlayiq haldır ki, AR Pre- 

zidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyasında  “İdarəetmə  mədəniyyə- 

ti”  fənninə yaşıl  işıq yandırılıb  və  o  gələcək  idarəçilər tərəfindən  öyrənilir. 

Ölkəmiz  özünün  təbii  və  intellektual-mədəni  potensialı  ilə  yüksək  inkişaf 

etmiş  ölkələrin  ilk  sıralarında  olmalıdır,  bu  isə  yalnız  bütün  strukturlarda, 

subyektiv  deyil,  bütöv,  qlobal mənada,  idarəetmə mədəniyyətinin bacarıqla 

tətbiqi  zamanı  mümkündür.  Ölkəmizdə  idarəçilik  mədəniyyətinin  inkişafı 

üçün çoxlu imkanlar mövcuddur ki, bunlar dövlətin özünün iqtisadi və sosi- 

al siyasətindən irəli gəlir.  Görkəmli  alim olmaqla Fuad Məmmədov, cəmiy- 

yətin  inkişafına yönəldilən  və  onun  mədəniyyəti  ilə  qırılmaz  şəkildə  bağlı 

olan son dərəcə yüksək proqnozlaşdırma qabiliyyətinə malikdir.  ...Buna gö- 

rə də mən professor Fuad Məmmədova bu fundamental və bu gün bu qədər 

zəruri olan elmi əsər üçün hədsiz minnətdaram”.



Ziyad Səmədzadə,

akademik, Milli Məclisin 

Iqtisadi Siyasət Komitəsinin sədri

Fuad Məmmədov

28



Idarəetmə mədəniyyəti

“Mən yalnız müəllifi  deyil,  Azərbaycan ziyalılarının bütün nümayəndə- 

lərini bu gözəl kitabın işıq üzü görməsi münasibətilə təbrik etmək istərdim. 

Bu  yüksək  elmi  tədqiqat  onunla  sevindirir  ki,  o,  Azərbaycanda  meydana 

çıxmışdır, və millətinin taleyi və inkişafı onun üçün birinci  əhəmiyyət kəsb 

edən  insan  tərəfindən  yerinə  yetirilmişdir.  Kitab  rus  dilində  yazılmışdır,  o 

mütləq Azərbaycan və  ingilis  dillərinə  tərcümə  edilməlidir ki,  mümkün  ol- 

duqca  daha  çox  sayda insanlar  onunla tanış  olsunlar və  onu  layiqincə  qiy- 

mətləndirə bilsinlər.  Təəssüf edirəm ki,  o bir qədər əvvəl, mən Komitə rəh- 

bərliyi  vəzifəsinə  yenicə  başlayanda  nəşr  edilməmişdir,  çünki  işimin  lap 

başlanğıcında idarəetmənin nə olduğunu aydın təsəvvür edərək ondan çoxlu 

fayda  götürə  bilərdim.  Bu  əsər  mütləq nəinki  ali  həlqələrin,  həm  də  bütün 

hakimiyyət  strukturları  rəhbərlərinin  stolüstü  kitabı  olacaqdır.  İdarəçilik 

Akademiyası  ilə  sıx  əməkdaşlıq  edən  bir  insan  kimi,  onun  rektoruna,  pro- 

fessor Seyfəddin Qəndilova bu kursu akademiyanın dərs proqramına saldığı 

üçün minnətdarlımı ifadə  edirəm.  Bu gün idarəetmə  mədəniyyətini mənim- 

səmədən,  idarəçilik  professionallarının  təşəkkülü  mümkün  deyil.  Mən 

Azərbaycan  ictimaiyyətini  bu  qədər  əhəmiyyətli  fundamental  əsərin  işıq 

üzü  görməsi  münasibətilə  təbrik  edirəm,  yüksək  intellekt və yaradıcılıq is- 

tedadına malik  olan professor Fuad  Məmmədova  isə  gələcək uğurlar  arzu- 

lamaq istəyirəm”.

Hicran Hüseynova,

Ailə,  Qadın və  Uşaq problemləri üzrə 

Dövlət Komitəsinin sədri, professor

“Fuad Məmmədovun kitabları özünün orijinallığı ilə məni cəlb edir.  Mədə- 

niyyətşünaslıqla Azərbaycanda çox  alimlər məşğul  olublar,  lakin kulturologi- 

yanı elm kimi ilk dəfə məhz Fuad Məmmədov kəşf edib və onu lazımi  səviy- 

yəyə qaldırıb. Nə üçün?  Çünki bunların arxasında onun həqiqi mədəniyyəti tə- 

cəssüm etdirən idarəetmə mədəniyyəti dövlətçilik mədəniyyəti ilə, mən deyər- 

dim ki,  hətta  özünün  çox da  qədim  olmayan köklərinə  malik yerli  idarəetmə 

mədəniyyəti ilə sıx əlaqəlidir. Buna görə də mən professor Fuad Məmmədovun 

kitabının meydana çıxmasını olduqca zamanında və gərəkli hesab edirəm”.

Nizami Cəfərov, 

professor,

Milli Məclisin Mədəniyyət məsələləri Komitəsinin sədri, 

Azərbaycan Milli Elmlər  Akademiyasının  müxbir üzvü

“Mən professor Fuad Məmmədovun kitabının  təqdimatında  iştirak  etməyi 

özümə  şərəf bilirəm.  Hələlik yalnız  Yaponiyanın idarəçilik təcrübəsinin təhlil 

edildiyi iki bölməni oxumağa müvəffəq olmuşam.  Bu səhifələrdən bizim ölkə-

29



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə