Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə10/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   6   7   8   9   10   11   12   13   ...   327

ğu mövqeyindən, vəzifəsindən asılı olmayaraq, müasir dövlət məmuru hər bir 

sahədə kulturoloji yanaşmanı yaxşı bilməli və buna əməl etməlıdir. Belə olar- 

sa, şəxsiyyətin hərtərəfli inkişafı yüksək səviyyədə təmin olunar, idarə aparatı 

dəqiqliklə normal fəaliyyət göstərə bilər.

Əsərlə  tanış  olanda  aydın  olur  ki,  kitabda  göstərilən  səmərəli  idarəçilik 

metodunun  əsasını  müəllifın  şəxsən  işləyib  hazırladığı  və  bütün  idarəçilik 

məsələlərinə cavab verən universal “kulturoloji piramida” metodu təşkil edir. 

Ona görə də kitabdakı materiallar dövlət idarəçiliyi mədəniyyətinin bütün tə- 

rəflərini əhatə edir.  Buradakı kulturoloji məntiq budur ki, idarəçilikdə yüksək 

nailiyyətlər yalnız idarəçilik mədəniyyətinə sahib olmaqla mümkündür.

Əsər tələbələr, məmurlar və ümumilikdə  bütün cəmiyyət üçün faydalı və 

zəruridir.  Bütövlükdə əsər bugünkü Azərbaycan təhsilinin ruhuna uyğundur. 

Müəllim və  tələbələrin kulturologiya  elminə  olan  ehtiyacını  tam  ödəyən  bir 

dərs vəsaitidir.

Müəllif çox haqlı  olaraq beynəlxalq  idarəçiliyin əsasının beynəlxalq mü- 

nasibətlər mədəniyyətindən asılı olduğunu göstərir.

Əsəri oxuyanda görürsən və yaxşı mənada heyrət edirsən ki, bugünkü cə- 

miyyətdə baş verən bütün prosesləri müəllif çox həssaslıqla verə bilmişdir.

İdarəçilikdə  inkişaf  etmiş  dünya  ölkələrinin  demokratik,  iqtisadi,  etik, 

davranış,  peşə  hazırlığı,  şəxsiyyətin  özünüidarə  və  liderlik  mədəniyyətinin 

öyrənilməsinin və tətbiq edilməsinin əhəmiyyəti vurğulanır.

Təkrardan  çəkinmədən  deyə  bilərik ki,  professor Fuad Məmmədovun bu 

əsəri təqdirəlayiq əsərdir.  Ona ğörə də bu kitabın nəşr olunub geniş yayılması 

çox vacibdir, bunu mən də ürəkdən istəyirəm”



M usa Quliyev,

tatix elmləri doktoru, AR Prezidenti yanında Dövlət 

Idarəçilik Akademiyası Doktorantura şöbəsinin rəhbəri

“Azərbaycanın dövlət müstəqilliyinin bərpasından  sonra yeni tədris  olu- 

nan  fənlər  sırasında  “İdarəetmə  mədəniyyəti”  fənninin  əhəmiyyəti  ondan 

ibarətdir ki, yeni dövlət quruculuğu üçün hazırlanan kadrların mənimsədiyi 

bilgilər içərisində universallığı və  spesifıkliyi ilə  fərqlənir.  Effektiv idarəçi- 

liyin  innovativ  modellərini  qurmaq üsullarını  tədris  edən  əsərə  dərs  vəsaiti 

kimi böyük ehtiyac vardır.  Müəllif kitabın əvvəlində idarəetmə mədəniyyə- 

tinə yiyələnmənin özəlliyini  şərh edir.  Dərs vəsaiti həm nəzəri, həm də təc- 

rübi bilikləri mahiyyətinə görə uzlaşdırır.  Dövlətçiliyə və dövlət idarəçiliyi- 

nə  kulturoloji  baxışı  təhlil  etməklə  yanaşı  şəxsiyyətlərin  və  liderlərin  for- 

malaşmasında,  dövlətçilik mədəniyyətinin və  strateji  idarəçiliyin təkmilləş- 

məsində  kulturologiyanın metodoloji  əhəmiyyətindən  bəhs  edilir.  Müxtəlif



Fuad Məmmədov

24



Idarəetmə mədəniyyəti

ictimai,  siyasi,  dövlət idarəçiliyi  sahələrində  idarəetmə mədəniyyətinin təs- 

nifatı verilir.

Xarici  ölkələrin  təcrübəsini  təhlil  edən  müəllif idarəetmə  mədəniyyəti- 

nin Azərbaycanda tətbiqi yolları barəsində elmi əsaslı müddəalar irəli sürür.

Fuad  Teyyub  oğlu  Məmmədovun  “İdarəetmə  mədəniyyəti.  Xarici  ölkə- 

lərin  təcrübəsi”  adlı  dərs  vəsaiti  nəinki  Dövlət  İdarəçilik  Akademiyasında, 

həmçinin  respublikanın  digər  ali  məktəblərində  təhsil  alan  tələbələr  üçün 

son dərəcə  faydalı vəsaitdir.  Bu baxımdan bu dərs vəsaitinin nəşr olunması 

məqsədə müvafiqdir”.



Firdovsiyyə Əhmədova,

Azərbaycan Respublikasının Prezidenti 

yanında  Dövlət IdarəçilikAkademiyası 

Tarix kafedrasının müdiri,  dosent

“Professor  Fuad  Teyyub  oğlu  Məmmədovun  dərs  vəsaiti  kimi  tövsiyə 

olunmuş  “İdarəetmə  mədəniyyəti.  Xarici  ölkələrin  təcrübəsi”  kitabı  ensik- 

lopedik xarakter daşıyan, fundamental bir əsərdir.

Bu monoqrafik əsərdə  -  insanın,  ailənin, personalın,  cəmiyyətin və döv- 

lətin  idarə  edilməsi  fəlsəfəsi  və  texnologiyaları,  orijinal  tədqiqat metodları 

ilk  dəfə  olaraq,  kulturoloji  səpkidə  dərindən  təhlil  edilmiş  və yaradıcı  for- 

mada verilmişdir.

Milli  inkişaf və milli  təhsilin tələbatlarının təhlili  əsasında,  burada döv- 

lət idarəçiliyi  sisteminin inkişafı və təkmilləşdirilməsi üçün elmi və praktik 

dəyəri  olan ABŞ,  Birləşmiş  Krallıq,  Almaniya,  Fransa,  Yaponiya və  başqa 

demokratik  ölkələrin  dövlət idarəçiliyi  orqanlarının  strukturu,  funksiyaları, 

xüsusiyyətləri, texnologiyaları və modelləri təsvir edilmişdir.

Eyni  zamanda əsərdə  qərb  ölkələrində  idarəetmə  elminin  əsas  mərhələ- 

ləri,  məktəbləri  və  nailiyyətləri,  “biliklər  iqtisadiyyatı”nın  inkişafını  təmin 

edən demokratik ölkələrin təcrübəsi  ardıcıl şəkildə öz əksini tapmışdır.  Bu- 

rada  qərb ölkələrində uğurla istifadə  olunan elmi  idarəetmə prinsipləri, təş- 

kilat mədəniyyəti  növləri,  federal  və  unitar  ölkələrdə  dövlət  qulluğu,  bələ- 

diyyələrin və QHT-lərin idarəetmə təcrübəsi göstərilmişdir.  Monoqrafiyada 

Maks  Veberin,  Vudro Vilsonun,  Anri  Fayolun,  Leonard Uaytın,  Piter Dru- 

kerin,  Li  Yakokkanın,  Qriqori  Atamançukun  və  bir  çox  başqa  tanınmış 

alimlərin dünya idarəetmə elminə verdikləri töhfələr açıqlanmışdır.

Bununla yanaşı müəllif öz dəyərli kulturoloji metodologiyasını və tədqi- 

qat metodlarını işləyib hazırlamışdır.  Bunlardan “kulturologiya piramidası” 

universal  metodunu,  idarəetmənin  effektivlik  formulunu,  istehsalın  effek- 

tivlik  formulunu,  idarəetmənin  uğur  formulunu,  sosial-mədəni  tərəqqi  for- 

mulunu və bir çox başqalarını göstərmək olar.

25



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə