Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə8/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   4   5   6   7   8   9   10   11   ...   327

İdarəetmə mədəniyyəti

rəsi  və  gələcəyin  tədqiqi  problemləri  üzrə  ciddi  əsərləri  də  mühüm  maraq 

doğurmuşdur.

Ola bilsin,  əsərdə  sistemləşdirilmiş kulturoloji biliklərin mənimsənilmə- 

sindən,  insanın  həyat  fəaliyyətinin  bütün  səviyyələrdə  inkişafının  effektiv 

idarə  edilməsinin  mahiyyəti,  xüsusiyyətləri  və  metodlarının  öyrənilməsi, 

dərk edilməsi və praktik istifadəsindən gözlənilən nəticələri  sosial inkişafın 

aşağıdakı parametrlər üzrə yaxşılaşdırılması üçün yeni imkanların meydana 

çıxması  nöqteyi-nəzərindən  qiymətləndirmək  olardı:  dövlət  idarəçiliyi  sis- 

teminin effektivliyi hesabına cəmiyyətin sabit inkişafı,  insanın şəxsi azadlı- 

ğı  və  müstəqilliyi  səviyyəsinin  yüksəldilməsi;  xalqın  rifahı,  vətəndaşların 

bilikləri, vərdişləri,  qabiliyyətləri və etikasının inkişaf etdirilməsi hesabına, 

onların xoşbəxtlik imkanlarının genişləndirilməsi;  insan ömrünün keyfiyyə- 

ti və uzunluğu;  cəmiyyətin fiziki və mənəvi  sağlamlığı;  cəmiyyətin və döv- 

lətin  təhlükəsizliyi;  ölkənin  müdafiə  qabiliyyəti;  ölkənin  qlobal  miqyasda 

rəqabət qabiliyyəti; millətin və bütün bəşəriyyətin etibarlı gələcəyi.

Hazırkı  kitab  özündə  universal  sistemi,  bir  çox xarici  ölkə  alimləri  tə- 

rəfindən  işlənmiş kulturoloji  biliklər  sintezini təcəssüm  etdirən mühazirə- 

lər kursu,  və  insanların praktik həyat fəaliyyəti  üçün rəhbər kimi  nəzərdə 

tutulmuşdur.  O  bütün  fəaliyyət  səviyyələri  və  sahələrində  olan  rəhbərlər, 

dövlət qulluqçuları,  mütəxəssislər, həmçinin ailə başçıları,  gənclər,  qadın- 

lar və  yaşlı  nəslə  aid  insanlar  üçün,  özünün  uğurlu  inkişafı  və  təkmilləş- 

məsində  maraqlı  olan  hər  bir  insan  üçün  müəyyən  edilmişdir.  O,  dövlət 

quruculuğu  və  idarəçiliyində  düzgün  qərarların  qəbul  edilməsinə,  sosial 

sahə  və  biznes  idarəçiliyi  qabiliyyətinin  inkişafına,  effektiv  idarəetmə  üs- 

lubunun  seçilməsinə,  insan münasibətləri  mədəniyyətinin mahiyyətini  an- 

lamağa və təkmilləşdirməyə, uğurlu liderlik bilikləri və vərdişlərinin inki- 

şafına,  insanın  özünüidarəsinə,  ailənin  qurulması  və  idarə  edilməsinə, 

uşaqların  düzgün  tərbiyəsinə  yardım  etmək  üçün  nəzərdə  tutulmuşdur. 

İnteqral  fundamental  elm  kimi,  kulturologiyanın  özündə  daşıdığı  univer- 

sal  biliklər  -  peşəsindən, yaşından,  yaşadığı yerdən,  millətindən  və  dinin- 

dən  asılı  olmayaraq,  bütün  insanlara  lazımdır.  Buna  əsaslanaraq,  əgər 

oxucular mənim bu əməyimdən öz həyatlarının yaxşılığa dogru dəyişdiril- 

məsi,  müvəffəqiyyətli  özünüidarə və  səmərəli  özünü təkmilləşdirmə  üçün 

faydalı biliklər əldə edə bilsələr, çox sevinərdim.

19



Fuad Məmmədov

MİNNƏTDARLIQLAR

Akademiklər - Aleksandr Zapesotskiyə, Maqsud Əliyevə, Asəf Nadirova, 

Ziyad Səmədzadəyə, Urxan Ələkbərova, AMEA-nın müxbir üzvləri - Nizami 

Cəfərova,  Rəna  Məmmədovaya,  professorlar  -  Olqa  Astafyevaya,  Nəriman 

Həsənzadəyə,  tarix  elmləri  doktoru  Musa  Quliyevə,  tarix  sahəsində  fəlsəfə 

doktorları, dosentlər -  Firdovsiyyə Əhmədovaya və  Tahir Behbudova, iqtisa- 

diyyat sahəsində fəlsəfə doktoru, dosent Eldar Azadova, Ailə, Qadın və Uşaq 

problemləri üzrə  Dövlət Komitəsinin  sədri Hicran Hüseynovaya,  Milli Məc- 

lis  deputatları  -  Elmira  Axundova  və  professor  Asim  Mollazadəyə,  general 

Vladimir Timoşenkoya,  siyasətçilər,  diplomatlar,  incəsənət xadimləri  -  Toşi- 

kazo  Mutoya,  Serik  Primbetova,  Hüseynağa  Sadıqova,  Ağaəli  İbrahimova, 

politoloq  -  Svetlana  Bayramovaya,  sahibkar  -  Nazim  Abdullayevə  mənim 

əməyimə verdikləri yüksək qiymətə görə səmimi təşəkkürümü bildirirəm.

Monoqrafiyanın yüksək kulturoloji ruhunu, bütün ideyaları və xüsusiy- 

yətlərini  qoruyub  saxlamaqla,  Azərbaycan  dilinə  tərcüməsi  və  redaktəsi 

xüsusunda çox  səbr, diqqət və məsuliyyət tələb edən təqdirəlayiq əməyinə 

görə istedadlı kulturoloq, “Simurq” Beynəlxalq kulturoloji jurnalının tərcü- 

məçisi və redaktoru Şəlalə Kəsəmənliyə xüsusi minnətdarlığımı bildirirəm.

Kitabın üz  qabığının bədii  tərtibatına görə  dizayner  Emin  Talışxanova, 

nəşriyyatın rəhbəri  Qeys Əbilova,  səhifəbağlayan Elvir Əbilova və digər iş- 

çilərə yüksək əmək mədəniyyətinə görə ürəkdən minnətdarlığıMı bildirirəm.

Həmçinin,  hazırkı  nəşrin  işıq  üzü  görməsinə  bu  və  ya  digər  dərəcədə 

yardım  edən bütün kolleqalarıma  -  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında Dövlət İdarəçilik Akademiyası “Tarix” kafedrasının əməkdaşlarına 

təşəkkür edirəm.

20



İdarəetmə mədəniyyəti

K İTAB HAQQINDA RƏYLƏR

“...Özünün  çoxillik  tədqiqatları  və  fundamental  əsərləri  ilə  Rusiyada 

və  digər  ölkələrdə  yaxşı  tanınan,  kulturologiyanın  inkişafına  ciddi  töhfə 

verən və Azərbaycan elmində bu istiqamətin əsasını qoyan professor Fuad 

Teyyub oğlu Məmmədovun xidmətlərini  qeyd etməyə bilmərəm.  Xüsusilə 

onun,  elmi  anlamda məzmunlu  universal  kulturoloji  biliklər  toplusu  olan 

və  Azərbaycan kulturologiya elminə  şərəf gətirən “İdarəetmə  mədəniyyə- 

ti.  Xarici  ölkələrin  təcrübəsi”  monoqrafiyasının  adını  çəkmək  istərdim. 

İdarəetmə  problemlərinə,  idarəçilik  proseslərinin  sistemləşdirilməsi  və 

təsvirinin yeni  formasına orijinal kulturoloji yanaşma,  Şərq və  Qərb  ölkə- 

lərində  dövlət idarəçiliyi tarixi, nəzəriyyəsi və praktikasına kulturoloq ba- 

xışı  sayəsində,  monoqrafiya  xüsusi  elmi  və  praktik  dəyər kəsb  edir.  Pro- 

fessor tərəfindən  işlənib hazırlanmış  “kulturologiya piramidası” universal 

metodu  idarəetmə  elminin  təkmilləşdirilməsi  üçün  paradiqma  kimi  çox 

böyük əhəmiyyətə malikdir, müxtəlif effektiv idarəetmə  səviyyələrinin in- 

novativ modellərinin yaradılması üçün yeni imkanlar açır”.



A.S.Zapesotski, 

kulturoloq,  Sankt-Peterburq Həmkarlar Ittifaqları 

Humanitar Universitetinin rektoru, professor, RTA Rəyasət heyətinin üzvü, 

kulturologiya elmləri doktoru, Rusiyanın əməkdar elm xadimi,  akademik

“F.T.Məmmədovun  “İdarəetmə  mədəniyyəti.  Xarici  ölkələrin  təcrübə- 

si” monoqrafiyası Azərbaycan Respublikası dövlət quruculuğunun müxtə- 

lif sahələri  üçün  aparıcı  demokratik  ölkələrdə  yayılmış  idarəetmə  mədə- 

niyyətinə  qoyulan müasir tələblərə  cavab  verən yüksək  ixtisaslı  kadrların

-   politoloqlar,  hüquqşünaslar,  diplomatlar,  idarəçilərin,  istehsalat  mene- 

cerlərinin kultoroloji  hazırlığındakı  tələbatlarla yaradılmışdır.  O,  90-cı  il- 

lərin  sonunda Azərbaycanın rəhbərliyi  tərəfindən  irəli  sürülən,  qərb  ölkə- 

lərinin  təcrübəsi  əsasında  milli  dövlət  idarəciliyi  sisteminin  modernləşdi- 

rilməsi strateji vəzifəsinin reallaşdırılmasına konkret töhfədir.

Monoqrafiyada  qərb  ölkələri  inzibati-dövlət  idarəçiliyinin  proqressiv 

təcrübəsi,  demokratik dövlətçilik mədəniyyəti hərtərəfli tədqiq edilmiş və 

yaradıcı  şəkildə  yenidən  işlənmiş,  müasir  idarəçilik  strategiyaları  və  tex- 

nologiyaları,  elmi  idarəetmə  prinsipləri və təşkilati mədəniyyət tipləri,  in- 

novativ fəaliyyət, hüquqi və  informasiya təminatı,  dövlət idrəçiliyinin təş- 

kili,  qiymətləndirilməsi  və  təkmilləşdirilməsi  məsələləri  açıqlanmışdır. 

Burada,  idarəetmə  elmində  ABŞ-ın,  Almaniyanın,  Birləşmiş  Krallığın  və 

Fransanın nəzəri  məktəbləri  və  istiqamətlərinin nailiyyətləri,  unitar və  fe- 

deral  dövlətlərdə  dövlət  qulluğu  mədəniyyətinin  xüsusiyyətləri  əks  olun-

21



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə