Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə11/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   7   8   9   10   11   12   13   14   ...   327

Dövlət idarəetmə mədəniyyətinə davamlı inkişaf, rifah, həyat keyfiyyəti, 

fiziki və mənəvi  sağlamlıq, təhlükəsizlik, müdafiə  qabiliyyəti, rəqabət qabi- 

liyyəti,  etibarlı  gələcək kimi kulturoloji  kateqoriyalara nəzər salaraq -  milli 

maraqlar təminatı baxımından müəllif -  biliklər, texnologiyalar,  hüquq,  eti- 

ka,  məsuliyyət,  innovativ  fəaliyyət,  kadrların hazırlığı və  istifadəsi məsələ- 

lərinə xüsusi diqqət ayırmışdır.

Kitabda bir sıra  Şərq və  Qərb ölkələrinin dövlətcilik və dövlət idarəçili- 

yinin tarixi və nəzəriyyəsinə  kulturoloji baxış,  Azərbaycan və  dünya mütə- 

fəkkirlərinin mövqeləri, nəhayət, tələbələr və məmurlar üçün nəzərdə tutul- 

muş  test  sualları,  seminar məşğələləri  və  sərbəst hazırlıq üçün  suallar  dərs 

vəsaitinin praktik dəyərini daha da artırır.

Beynəlxalq standartlar səviyyəsində hazırlanmış və dərs vəsaiti kimi təs- 

diq olunmuş bu  fundamental monoqrafiya tələbələr,  müdavimlər,  müəllim- 

lər, alimlər, məmurlar üçün olduqca dəyərli bir mənbədir”.



Eldar Azadov,

Azərbaycan Respublikasının Prezidenti yanında 

Dövlət Idarəçilik Akademiyasının Iqtisadi idarəetmə 

fakultəsinin dekanı,  iqtisadiyyat üzrə fəlsəfə doktoru,  dosent

“Milli  kulturologiyanın banisi,  Azərbaycan  Respublikasının  Prezidenti 

yanında  Dövlət  İdarəçilik  Akademiyasının  professoru  Fuad  Məmmədovun 

“İdarəetmə mədəniyyəti.  Xarici ölkələrin təcrübəsi” dərs vəsaiti elmi və pe- 

daqoji  cəhətdən  Azərbaycanda  insan  kapitalının  inkişafı  üçün  müstəsna 

əhəmiyyətə malik olan  Şərq və Qərb ölkələrinin dövlətçilik və dövlət idarə- 

çiliyi mədəniyyəti təcrübəsinin sistemləşdirilmiş şərhini ifadə edir.

Dövlət idarəçiliyi  sisteminin  təkmilləşdirilməsi  və  Azərbaycanın  dövlət 

quruculuğunda  Qərb ölkələrinin dövlətçilik mədəniyyəti  təcrübəsinin öyrə- 

nilməsi və yaradıcı istifadəsinin zəruriliyi haqqında tələbatlarına uyğun ola- 

raq  hazırlanmış  bu  kitab,  müəllifin  çoxillik  əməyinin  ifadəsidir.  O  yalnız 

xarici  idarəçilik  təcrübəsinin  sistemləşdirilmiş  tarixi  şərhini  deyil,  həm  də 

idarəçi kadrların,  o  cümlədən,  “Azərbaycan 2020:  gələcəyə baxış” milli in- 

kişaf konsepsiyası kontekstində  milli  ekspert-kulturoloqların hazırlığı üçün 

son  dərəcə  aktual  olan  universal  kulturoloji  biliklər  toplusunu  özündə  əks 

etdirir.  Əsər  sözsüz  ki,  dövlət  və  sosial  idarəetmə  sahəsində  milli  kreativ 

potensialın inkişafı və innovativ fəaliyyətin həyata keçirilməsi üçün qiymətli 

mənbədir.

Fuad  Məmmədov  tərəfindən  dünya kulturologiyasında ilk dəfə  Lütfi  Za- 

dənin qeyri-səlis məntiq nəzəriyyəsi istifadə edilmişdir.  Onun tərəfindən işlə- 

nib hazırlanmış innovativ metodologiya və sistemli kulturoloji təhlil metodla- 

rı, ilk dəfə formulə edilmiş “idarəetmə mədəniyyəti”, “mədəniyyətin elmi an-



Fuad Məmmədov

26



Idarəetmə mədəniyyəti

lamı”,  “mədəni  insan  formulu”,  “insan kapitalı,  dinamik  sistem kimi”,  “mə- 

dəni inkişaf amilləri”, “mədəniyyət, bütöv sosial sistem kimi”, “idarəetmənin 

effektivtik formulu”, “sosial-mədəni tərəqqi formulu”, “kulturoloji piramida” 

universal metodu və idarəçilik prosesləri və  situasiyalarının tədqiqi üçün sis- 

temli təhlil vahidlərini ifadə edən digər kulturoloji innovasiyalar Azərbaycan 

və xarici alimlərin, dövlət xadimlərinin, deputatların və diplomatların yüksək 

qiymətini  qazanmışdır.  Yalnız  onu  qeyd  etmək kifayətdir ki,  dünya kulturo- 

logiyasına verdiyi  töhfəyə  görə  Fuad  Teyyub  oğlu  Məmmədov  iki  Beynəl- 

xalq Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir”.



Tahir Behbudov,

kulturoloq,  tarix sahəsində fəlsəfə doktoru, 

BDU-nin Politologiya və sosiologiya kafedrasının 

müdiri, Azərbaycan Respublikasının Əməkdar müəllimi

“Mən bu tədqiqatın yüksək elmi  səviyyəsini  qeyd etmək istərdim ki, bu 

da onun Azərbaycan dilinə tərcüməsini vacib edir.  Çox təəssüf ki, bizim tə- 

ləbəlik dövrümüzdə belə kitablar olmayıbdır.  Düşünürəm ki, əgər biz idarə- 

etmə  mədəniyyəti  sahəsində  biliklərlə  yaraqlansaydıq,  bir  çox problemlər- 

dən xilas olmaq olardı.  Mən bu fundamental əsərin meydana çıxmasını,  de- 

yək  ki,  akademik  Ziyad  Səmədzadənin  ”Böyük  yolun  mərhələləri”  yaxud 

akademik Ramiz Mehdiyevin “İrs haqqında düşünərkən” kitabı kimi, elmdə 

nə  isə keyfiyyətli bir sıçrayış,  dönüş  kimi  qiymətləndirirəm.  Nə üçün onlar 

məhz bu gün meydana çıxıblar? Düşünürəm ki, burada bunun öz qanunauy- 

ğunluğu  gizlənir,  çünki  məhz  bugün Azərbaycan  dövlətçiliyinin keyfiyyət- 

cə yeni təşəkkül mərhələsi gəlib çatmışdır.  Əsaslar yaradılıb, bazis  qurulub, 

irəli  hərəkət  etmək,  idarəetmə  mədəniyyəti  sirlərinə  yiyələnmək,  bizim  si- 

yasi  elitanın  intellektual  potensialını  inkişaf  etdirmək,  “hakimiyyət  -   cə- 

miyyət -  dövlət -  fərd”  qarşılıqlı münasibətlərində  ümumi mədəniyyəti  in- 

kişaf etdirmək lazımdır.  “İdarəetmə mədəniyyəti” kitabı zamanında meyda- 

na çıxmışdır.  O həm əhatə dairəsinə, həm də mövzuya nüfuzetmə dərinliyi- 

nə  görə  ensiklopedikdir,  müəllif  müxtəlif  dövlət  idarəçiliyi  sistemlərini, 

müxtəlif modelləri  müxtəlif tarixi  dövrlərdə  nəzərdən keçirir.  Lakin ən  də- 

yərlisi  odur  ki,  o  idarəetmə  mədəniyyətinin  öz  xüsusi  konsepsiyasını  sıra- 

landırır,  milli  idarəetmə  mədəniyyətinin təkmilləşdirilməsi üzrə  öz  dövləti- 

nin  qarşısında  orijinal  vəzifələr  qoyur.  Bir  də  bunu  qeyd  etmək  istərdim: 

müxtəlif dövlət idarəçiliyi modelləri  və nəzəriyyələrini  nəzərdən keçirərək, 

müəllif  görkəmli  Azərbaycan  alim-mütəfəkkirləri  -   NəsirəddinTusinin, 

M.F.Axundzadənin əsərlərinə və irsinə müraciət edir ki, bu da bizim dövlət 

idarəçiliyi təcrübəmizin olmaması haqqında bədxahlarımızın danışdığı indi- 

ki halda xüsusilə vacibdir.  Hüquq mədəniyyətinin,  siyasi mədəniyyətin,  de-

27



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə