Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə19/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   15   16   17   18   19   20   21   22   ...   327

İdarəetmə mədəniyyəti 

Kulturologiyanın strateji əhəmiyyəti haqqında5

İdarəetmə mədəniyyəti  və elminin inkişafı üçün insanın həyat fəaliyyəti 

qanunları, texnologiyaları və imkanları haqqında elm -  kulturologiya -  fun- 

damental  əhəmiyyətə  malikdir.  O  özündə  ayrı-ayrı  hadisələrin  zaman  və 

məkan  daxilində  dəyişikliyini  ifadə  edən tarixi  prosesin,  mədəni  institutla- 

rın və hadisələrin mahiyyətini, funksiyaları və strukturunu statik əks etdirən 

formal prosesin, və zaman daxilində mədəniyyət formalarının ardıcıl dəyiş- 

məsini əks etdirən təkamül prosesinin tədqiqini inteqrasiya edir.  İnsanın hə- 

yat fəaliyyətinin tarixi  və  nəzəriyyəsini  daxil  edən kulturologiya  -  insanın, 

cəmiyyətn və  dövlətin  inkişaf prosesinin  qanunauyğunluqları  haqqında da- 

im yaradıcı surətdə zənginləşən biliklər sistemidir.  O, tədqiqatların anlayışı, 

metodologiyası və universal metodlarını işləyib hazırlayır, insanın tarixi in- 

kişaf təcrübəsini, dövlət quruculuğu və idarəçiliyi təcrübəsini öyrənir, ümu- 

miləşdirmələr  edir  və  nəticələr  çıxarır,  insanın  təkmilləşməsinə  yardım 

edən yeni  strategiya və modellər,  ictimai  tərəqqini təmin edən  davamlı,  rə- 

qabət qabiliyyətli və təhlükəsiz texnologiyalar yaradır.

Effektiv idarəetmə üçün kulturologiyanın əhəmiyyəti ondan ibarətdir ki, 

o,  sistemli  analizin və  tədqiqatçılıq prinsipləri  kompleksinin  istifadəsi  əsa- 

sında nəzəriyyələrin,  hadisələrin,  proses  və  texnologiyaların  daha  artıq ob- 

yektiv elmi şərhini həyata keçirməyə imkan verir.  Bu elm faktlar, hadisələr, 

təzahürlər, proseslər, nailiyyətlərin, qəbul edilən siyasi, iqtisadi,  sosial, bey- 

nəlxalq qərarların və insanın xidmətlərinin obyektiv ekspert qiymətləndiril- 

məsini təkmilləşdirməyə,  böhran hallarının yaranmasına  səbəb olan  ictimai 

inkişafın obyektiv və  subyektiv  ziddiyyətlərini vaxtında aşkar və  dəf etmə- 

yə  imkan verir.  Tarixin və  öyrənilən problemin müasir durumunun tənqidi 

təhlili  əsasında o,  strateji  əhəmiyyətli  alternativ  qərarların  axtarışını həyata 

keçirir.

Kulturologiyanın  inzibati-dövlət  idarəçiliyi,  qərarların  qəbul  edilməsi, 

danışıqlar prosesinin həyata keçirilməsi, unitar və federal  sistemlərdə  inno- 

vativ  fəaliyyətin  idarə  edilməsi  üçün  əhəmiyyətini  xüsusi  qeyd  etmək  la- 

zımdır. Universal biliklərə əsaslanan kulturoloji yanaşma, məqsədlər iyerar- 

xiyasının  və  strategiyanın  düzgün  müəyyənləşdirilməsinə,  dövlət  idarəçili- 

yinin  daha  səmərəli  formaları,  metodları  və  texnologiyalarının  seçilməsinə 

yardım edir.  O,  cəmiyyətin rifahı və təhlükəsizliyi,  sosial tərəqqi, həmçinin 

dövlətin  həyat  qabiliyyətinin  asılı  olduğu  strateji  məsələlərin  həlli  üçün 

əvəzedilməzdir.  Kulturoloji yanaşma ideoloji və etik problemlərlə,  sistemin

5 Qərb ölkələrində kulturologiya çox zaman mədəni və ya sosial  antropologiya adlanır.

43



institutlarının  fəaliyyət  koordinasiyası  ilə,  siyasi  proqnozlaşdırma,  liderlik 

problemləri,  məmurların  seçilməsi,  hazırlanması  və  yenidən  hazırlanması 

ilə,  dövlət  qulluğu personalının  idarə  edilməsi,  münaqişələrin və  böhranla- 

rın  idarəetmə  texnologiyaları  ilə  bağlı  məsələlərin uğurla həll  edilməsi  he- 

sabına yeni  idarəetmə keyfiyyətinin yaradılması  üçün böyük  imkanlar  açır. 

Kulturologiya -  özündə texnoloji mədəniyyəti, təşkiletmə mədəniyyətini və 

insan münasibətləri mədəniyyətini birləşdirən,  demokratik idarəetmə mədə- 

niyyətinin  təkmilləşdirilməsi  üçün  zəruri  əsas  olan  dövlətçiliyin  innovativ 

nəzəri modellərinin və praktik tövsiyələrin hazırlanması üçün elmi -  meto- 

doloji bazadır.

Qarşılıqlı  əlaqəli,  qarşılıqlı  asılı və  ziddiyyətli  dünyaya xas  fasiləsiz hə- 

rəkət və  dəyişmələr,  zaman və məkan  daxilində  insan cəmiyyətinin inkişaf 

proseslərinin,  obyektiv həyat tələbatlarına uyğun olaraq,  vaxtında korreksi- 

ya  edilməsi  və  təkmilləşdirilməsinə  imkan verən permanent sistemli  kultu- 



roloji təhlilini tələb edir.  Dövlət və  sosial idarəetmə təcrübəsi üçün kulturo- 

loji texnologiyalar mühüm əhəmiyyətə malikdir.  Kulturoloji  texnologiyalar

-   elmi  metodlar  və  insanın  həyat  fəaliyyətinin  praktik  vasitələrinin:  intel- 

lektual, etik, sosial, siyasi, hüquqi, iqtisadi, bədii,  ailə, məişət, səhiyyə, eko- 

loji və ruhi və maddi mədəniyyətin digər sahələrində istehsal, təşkiletmə və 

idarəetmə  vasitələrinin məcmusudur.  Buradan,  kulturologiyanın  dövlətçilik 



mədəniyyətinin  təkmilləşdirilməsi üçün strateji  əhəmiyyəti aşkar olur,  çünki 

o,  qloballaşma şəraitində milli inkişafın rəqabət qabiliyyətli tükənməz intel- 

lektual  kapitalı  və  innovativ  mənbəyi  olur.  Sistemli  kulturoloji  yanaşma 

müasir elmi nailiyyətlər əsasında idarəetmə  fəaliyyətinin  struktur və texno- 

logiyalarının  təkmilləşdirilməsi  məqsədi  ilə  tələbatları  və  tendensiyaları 

düzgün qiymətləndirməyə imkan verir.



Kulturologiya  -  nisbətən  gənc  elmdir.  Buna  baxmayaraq,  öz  universal 

xarakterinə  görə  onu  müasir  “elmlərin  şahzadəsi”  edən  geniş  tədqiqat  im- 

kanlarına malikdir.  O,  insanın  inkişaf nailiyyətləri  və  imkanlarının  sistemli 

şəkildə  öyrənilməsi,  strateji planlaşdırmanın,  dövlətin inkişaf konsepsiyala- 

rının,  strategiya və  prioritetlərinin  işlənib  hazırlanması,  böhranların  aradan 

qaldırılması  və  yüksək mədəniyyətin tənəzzülünün  qarşısının  alınması,  da- 

ha yaxşı  gələcəyin  qurulması,  insanın  və  idarəetmənin  bütün  səviyyələrdə 

təkmilləşdirilməsi, bəşəriyyətin inkişaf qanunauyğunluqları və texnologiya- 

larının dərk edilməsi üçün əvəzedilməz olmuşdur.  Kulturologiya insan şüu- 

runun  dərk  edilməsi  və  dəyişdirilməsi  imkanını  verir  ki,  onsuz  insanların 

effektiv  idarə  edilməsi  mümkün  deyil.  Dünya mədəniyyəti  tarixinin,  sivili- 

zasiyanın  inkişaf  qanunları  və  texnologiyalarının,  insan  münasibətləri  və 

beynəlxalq  münasibətlər  mədəniyyətinin,  təfəkkürün  və  ictimai  rəyin  for- 

malaşdırılması  proseslərinin  sistemli  kulturoloji  təhlili  müasir  sosial  mü-



Fuad Məmmədov

44



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə