Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə22/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   18   19   20   21   22   23   24   25   ...   327

mühüm metodoloji rolunu qeyd etmək lazımdır.  Bunu nəzərə  alaraq, müva- 

fiq  peşə  təhsili  olan  ekspertlərin  çalışmalı  olduğu  ədliyyə,  iqtisadiyyat  və 

bəzi  digər  sahələr istisna olmaqla,  bütün  səviyyələrdə  dövlət və  sosial  ida- 

rəçiliyinə  kulturoloqların  cəlb  edilməsi  idarəçilik  fəaliyyəti  keyfiyyətinin 

yüksəldilməsi üçün geniş perspektivlər açır.

Kulturologiyanın  geniş diapazonu onun fənlərarası xarakter daşıması  ilə 

şərtlənir.  Bu fundamental elm bir çox  sosial, humanitar və təbiət elmlərinin 

metod və  nailiyyətlərini  özünə  inteqrasiya  edir.  Bu,  tarix  və  fəlsəfə,  antro- 

pologiya və psixologiya,  sosiologiya və politologiya, iqtisadiyyat və hüquq, 

coğrafiya və ölkəşünaslıq, tibb və ekologiya, diplomatiya və dinşünaslıq, fi- 

lologiya və dilçilik,  sənətşünaslıq və pedaqoqikadır.  Bununla yanaşı ənənə-

vi  elm  sahələrini  dəyişdirməyərək,  o  özünün xüsusi  metodologiyasına,  ob- 

yekt və predmet tədqiqatlarına malikdir. Kulturologiyanın  obyekti -  insanın 

yaradıcı  həyat fəaliyyəti,  onun  tarixi  və  pozitiv  nailiyyətləridir.  Kulturolo- 

giyanın predmeti - həyat fəaliyyətinin daha effektiv prosesləri və texnologi- 

yalarının,  dəyər və  normalarının tədqiq edilməsi,  mədəniyyət və  sivilizasi- 

yanın  inkişaf qanunlarının  aşkar  edilməsi,  dövlət  siyasətinin  praktik  tövsi- 

yələri və  strateji modellərinin,  insanın,  cəmiyyətin,  dövlətin və dünya birli- 

yinin tərəqqipərvər və təhlükəsiz inkişafının yeni metod və imkanlarının iş- 

lənib hazırlanmasıdır.

Məlum  olduğu kimi,  insanın  şüuru  onu  əhatə  edən real  aləmi yalnız  əks 

etdirmir,  həm  də  onu  yaradır.  Kulturologiyanın  yüksək  mənəvi  əhəmiyyəti 



həm  də  onunla şərtlənir ki,  o,  insan  şüurunun pozitiv  dəyişdirilməsi yolu  ilə 

sosial şərin aradan qaldırılmasına imkan verir.  Əfsuslar olsun ki, real həyat- 

da ədalətsizlik və yalan kifayət qədərdir.  Əgər biz bəşəriyyəti obrazlı olaraq, 

Kürə formasında təsəvvür etsək, orada Xeyirlə  Şərin dialektik vəhdətdə oldu- 

ğunu görərik.  Xeyir -  məhəbbətə,  biliyə və yaradıcı  əməyə əsaslanan mədə- 

niyyət,  “həyat sferasıdır”.  Şər -insan təbiətinin tamahkarlıq,  həsəd və yalan, 

ikiüzlülük və zorakılıq,  ikili əxlaq və xəyanət kimi keyfiyyətləri ilə  şərtlənən 

ruhi və maddi pozulmalardır, hər  şeydən əvvəl, mənəvi  destruktiv proseslər- 

dir.  İnsanın  neqativ  keyfiyyətləri  arasında  tamahkarlığı  və  paxıllığı  xüsusi 

qeyd etmək lazımdır.  Paxıllıq -  cahillik üçün əlverişli şərait olan şəri yaradır. 

Buna görə də mədəni tərbiyə və inkişafın köməyi ilə paxıllığı aradan qaldıra- 

raq, biz  sosial şərin  azaldılmasına,  deməli, “həyat kürəsini" təşkil  edən xeyi- 

rin və mədəniyyət  sahəsinin böyüməsinə  kömək edirik.  Bunu nəzərə  alaraq, 

ilk növbədə, yüksək ruhi mədəniyyət yaradıcıları və daşıyıcıları olan ziyalıla- 

rın vəzifəsi - “həyat kürəsi” olan xeyirxahlığın və mədəniyyətin sosial bazası- 

nı daim artırmaq, bununla da, insanın iztirab və zülm zonası olan “şər və anti- 

mədəniyyət” kürəsini təbii halda kiçiltməkdən ibarətdir.



İdarəetmə mədəniyyəti

49



Kulturologiyanın  imkanlarına və  onunla bağlı  tarixin və  indiki  zamanın 

tənqidi təhlilinə  istinad edərək,  vətəndaş  özünüdərkinin,  öz xalqına,  cəmiy- 

yətə, vətənə görə fəxr hissinin formalaşdırılmasına səbəb olan idarəetmə si- 

yasəti  və  mədəniyyəti yaratmaq  lazımdır.  Ziyalıların,  ilk növbədə,  yaradıcı 

fəaliyyətindən  mədəniyyətin  inkişaf  səviyyəsinin  müəyyən  dərəcədə  asılı 

olduğu alimlərin, müəllimlərin və mütəxəssislərin statusunu qanunvericilik- 

lə yüksəltmək zəruridir.  Çünki mədəniyyətin intellektual,  siyasi, idarəetmə, 

iqtisadi,  sosial,  etik,  hüquqi,  tibbi,  ekoloji,  bədii,  diplomatik və digər  sahə- 

lərinin  inkişafı  -  böhranların və  sosial bəlaların  aradan  qaldırılması,  dövlət 

üçün təhlükəli ziddiyyətlərin qarşısının alınması və həll edilməsində cəmiy- 

yətin qabiliyyətlərini yüksəldir.  Universal kulturoloji biliklərin mənimsənil- 

məsi siyasətçilərə və idarəçilərə, öz fəaliyyətində  sistemli kulturoloji yanaş- 

madan  istifadə  edərək,  cəmiyyətdə  və  beynəlxalq  sosial-mədəni  məkanda 

maraqların  şüurlu  razılığını  əldə  etməyə  və  həmrəylik  enerjisinin  yaradıl- 

masına imkan verir.

Deyilənləri  ümumiləşdirərək,  qeyd  etmək  olardı  ki,  dövlət  quruculuğu 

və idarəçiliyi üçün kulturologiyanın strateji əhəmiyyəti aşağıdakı imkanlar- 

la şərtləndirilmişdir:

  Vətənin və  dünya mədəniyyəti  və  sivilizasiyasının tarixi,  nəzəriyyəsi 

və təcrübəsinin müqayisəli təhlilinə  əsasalanaraq,  milli  inkişafın məqsədlə- 

rini daha yaxşı formalaşdırmaq,  strateji istiqamətlərini təyin etmək və  aktu- 

al dövlət prioritetlərini müəyyən etmək.



  Yüksək milli inkişafı və  əməyin keyfiyyət templərini təmin edən, hə- 

yat fəaliyyəti və dövlət idarəçiliyinin zamanın çağırışlarına uyğun universal 

modellərini,  idarəçilik  strategiyaları  və  innovativ  texnologiyalarını  yarat- 

maq,  -  onlarsız beynəlxalq  səviyyədə  dövlətin rəqabət  qabiliyyəti  mümkün 

deyil.

  Milli  inkişafın,  dövlət  quruculuğu və  idarəçiliyinin maraqları naminə 

alim  və  mütəxəssislərin yaradıcı  fəaliyyətinin  nəticələrinin  vaxtında və  ef- 

fektiv istifadəsinin balanslaşdırılmış proqramlarını işləyib hazırlamaq.

  Düzgün  sosial-siyasi  qərarların  qəbul  edilməsi  üçün  zəruri  olan  uni- 

versal  kulturoloji  biliklərə  malik  idarəçi  kadrların,  həmçinin  mənəvi  və 

maddi  mədəniyyətin  müxtəlif  sahələri  üçün  geniş  profilli  mütəxəssislərin 

effektiv hazırlanması və tərbiyə edilməsini həyata keçirmək.



 Milli maraqları, tələbatları, mədəni dəyərlər sistemini və resursları nə- 

zərə  alaraq,  dünyanın inkişaf xüsusiyyətləri,  nailiyyətləri,  qanunları və ten- 

densiyalarının  sistemli  kulturoloji  təhlili  əsasında ölkənin  gələcək  inkişafı- 

nın elmi əsaslanmış proqnozlarını işləyib hazırlamaq.

^Yüksək  ruhi  mədəniyyət  prinsipləri  və  dəyərləri  əsasında  terrorizmin 

qarşısının  alınması,  münaqişələrin  aradan  qaldırılması  və  konstruktiv  bey-



Fuad Məmmədov

50



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə