Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə25/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   21   22   23   24   25   26   27   28   ...   327

İdarəetmə mədəniyyəti

işğal edilməsi və başqa xalqların əsarət altına alınması və  qarət edilməsi  si- 

yasətindən imtinanı nəzərdə tutur.  Buna baxmayaraq müasir dünya siviliza- 

siyası,  ayrı-ayrı dövlətlərin (və ya onların qruplarının)  öz monopolist iradə- 

sini beynəlxalq hüqüq subyektlərinə  zorla qəbul etdirmək,  onların əsas iqti- 

sadi  mövqeləri  idarəçiliyini  öz  nəzarətinə  götürmək,  beləliklə,  onların real 

müstəqilliyini məhdudlaşdırmaq cəhdləri kimi eqoistlik və avtoritarlıq təza- 

hürlərindən hələ tam azad deyil.

Totalitar dövlət quruluşundan demokratik dövlət quruluşuna keçid, post- 

sovet  ölkələrinin  gündəminə,  demokratik  mədəniyyətin  prinsipləri  və  də- 

yərləri  əsasında  düzgün  siyasi  həllini  tələb  edən  bir  sıra  aktual  problemlər 

çıxarmışdır.  Tarixi təcrübə  göstərdi ki,  hakimiyyətə  inamın  azalmasının və 

inkişaf etmiş  ölkələrdə  böhran  vəziyyətinin  yaranmasının  daha  çox  yayıl- 

mış  səbəbləri həyat səviyyəsinin  aşağı vəziyyətdə  olması,  hakimiyyətin zə- 

ifliyi,  feodal  mentaliteti,  korrupsiya,  seçki  və  təyinatların  ədalətsizliyi  və 

başqalarıdır.  Eyni  zamanda  o  ölkələrdə  ki,  hakimiyyət  ağlın hisslərdən üs- 

tün  olduğunu  nümayiş  etdirir,  biliyə  və  məsuliyyətə,  ədalətə,  xoş  mərama 

və  müdrikliyə  istinad  edirdi,  müxtəlif sosial  qruplara məxsus vətəndaşların 

maraqlarına, dövlətin möhkəmləndirilməsinə və inkişafına cavab verən zid- 

diyyətli  sosial və  siyasi  problemlər  daha  optimal,  harmonik  həllini  tapırdı. 

Demokratik dövlətlər ona əsaslanırlar ki,  avtoritar idarəetmə  üslubu xalqın 

maraqlarını məhdudlaşdırır və onları ayrı-ayrı  siyasətçi və mənurlardan ası- 

lı vəziyyətə  salır, bu da dövlət quruculuğu prosesini ləngidir,  sosial və siya- 

si  stabillik  faktoru  olan  orta  sinfin  formalaşmasına mane  olur.  Demokratik 

üslub  isə,  əksinə,  hakimiyyətin  xalqa  məxsus  resurslardan  volyuntarist  və 

ədalətsiz istifadəsi imkanını minimuma endirir.  Hakimiyyətin yüksək nüfu- 

zu onun cəmiyyətə,  öz xalqına,  ölkənin  ayrılıqda götürülmüş hər bir vətən- 

daşına xidmətin effektivlik  dərəcəsi  ilə  doğruldulmalıdır.  Bunu nəzərə  ala- 

raq demokratik dövlət quruluşu  cəmiyyətin  demokratik mədəniyyətinin  fa- 

siləsiz  inkişafını,  demokratik  idarəetmə  mədəniyyətinin təkmilləşdirilməsi- 

ni,  icra  hakimiyyətinin  fəaliyyəti  üzərində  parlament  və  ictimai  nəzarətin 

təmin edilməsini,  konstitusiyaya zidd olan və  dövlətin özülünü dağıdan so- 

sial bəla kimi bürokratizm və korrupsiya ilə mübarizəni nəzərdə tutur.

Demokratik dövlətçilik mədəniyyəti - siyasi və iqtisadi mədəniyyətin, vətən- 

daş cəmiyyəti mədəniyyətinin fasiləsiz inkişafını, qeyri-hökumət təşkilatlarının 

idarəetmə mədəniyyəti daxil edilməklə, dövlət aparatının, dövlət və sosial ida- 

rəetmənin  formaları,  metodları  və  texnologiyalarının  təkmilləşdirilməsini  nə- 

zərdə tutur.  Bu -  məmurların öz xalqına qayğısını, onların ölkə vətəndaşlarına 

hörmətini təmin edən maarifçilik idarə üsuluna,  insanların maddi rifahı və hə- 

yat keyfiyyətinin inkişafına yardım  edən müntəzəm  sosial-mədəni və  iqtisadi 

tərəqqiyə  əsaslanan  mədəniyyətdir.  Yalnız belə  idarəetmə  üsulu xalqın höku-

55



mətə inamına səbəb olar, dövlətin təhlükəsizlik maraqlarına cavab verən sosial 

və siyasi sabitliyi təmin edə bilər.  O eyni zamanda vətəndaşların təhsilə və xal- 

qın  fəal  kulturoloji  maarifə  sərbəst keçməsini  nəzərdə  tutur.  Demokratik  cə- 

miyyət  və  hüquqi  dövlət  quruculuğu  yoluna  qədəm  qoymuş  ölkələrin  milli- 

dövlət inkişafının mümkün qədər yüksək sürətini təmin etmək üçün, ilk növbə- 

də, feodal maneələri dəf etmək lazımdır. Yaponiya təcrübəsinin göstərdiyi kimi, 

bu problemin həlli yolu intellektual mədəniyyətin  (təhsilin, elmin və innovativ 

fəaliyyətin) qabaqlayıcı inkişafı,  güclü milli ideya və milli mədəniyyətin hərtə- 



rəfli demokratlaşdırılması,  müəyyən sayda idarə funksiyalarının ölkə vətəndaş- 

larına və  qeyri-hökumət təşkilatlarına verilməsi, onların siyasi həyatda iştirakı- 

nın genişləndirilməsidir.

Demokratik dövlətçilik düşünülmüş  sosial və kadr siyasətinin,  vətəndaş- 

ların Vətən  qarşısındakı xidmətlərinin ədalətlə  qiymətləndirilməsi  və  qəbul 

edilməsinin,  insanın  fəaliyyət  qabilyyətləri,  əhəmiyyəti  və  nəticələrinə 

adekvat olaraq, yüksək bölgü münasibətləri  mədəniyyətinin həyata keçiril- 

məsini tələb edir.  Demokratik ölkələrin sosial-mədəni  arxitektura quruculu- 

ğu  əhalinin  bütün  təbəqələrinin  maraqlar  balansının  və  gözləmələrinin  he- 

saba alınmasını, proteksionizmin və favoritizmin istisnasını, dövlətin mütə- 

rəqqi inkişaf maraqlarında şəxsiyyətin daha dolğun inkişafını və onun yara- 

dıcılıq  potensialı  və  nailiyyətlərinə  imkan yaradan  bütün  vətəndaşlar  üçün 

bərabər ilkin  şərtlərin təminatını nəzərdə  tutur.  Bununla bərabər dövlətçilik 



mədəniyyəti,  həm  də  iqtisadi  inkişafdan  gələn  gəlirlərin  sosial  sahələrdə: 

elm,  təhsil,  səhiyyə,  əhalinin  sosial təminatı  və  s.  necə  paylanması  ilə  mü- 

əyyən  edilir.  Əgər  avtoritar rejimlər  çox vaxt  ictimai  şüurla manipulyasını 

asanlaşdıran  kütlələrin  cahilliK  və  qeyri-mütəşəkkilliyinə  istinad  edirlərsə, 

məktəbi  və  kilsəni  dövlət  nəzarəti  altına  qoyurlarsa,  demokratik  dövlətlər 

xalqın ümumi təhsili və maariflənməsinə,  azad  sahibkarlığın,  şəxsi mülkiy- 

yətin,  “üçüncü  sektorun”,  KİV  və  vətəndaş  cəmiyyətinin  digər  institutları- 

nın inkişafına kömək edirlər.



Demokratik dövlətçiliyin  əsasını  təşkil  edən fundamental mədəni  dəyər- 

lər  sistemi  və  milli  mədəniyyət  birliyi  özündə  yalnız  xalqın  özünəməxsus 

milli ənənələri, xüsusiyyətləri və ideallarını əks etdirməli deyil.  O həm də -  

azadlıq,  ədalət,  qanunun  və  insan  hüquqlarının  aliliyi,  xüsusi  mülkiyyətin 

toxunulmazlığı,  xeyirxahlıq,  şəxsiyyət ləyaqətinə  hörmət,  düzlük,  sosial və 

siyasi məsuliyyət kimi universal  demokratik mədəniyyət dəyərlərini  də  nə- 

zərdə tutur. Demokratik dövlətçiliyin mədəni dəyərlərinin əsasını insanın ən 

yüksək dəyər kimi qəbul edilməsi təşkil edir, dövlətin bütün fəaliyyəti onun 

əsasında və onun naminə qurulur.

Demokratik ölkələrin dövlət quruluşunun əsas  formaları unitar və federa- 

tiv  quruluşdur.  Kapitalist  cəmiyyətinin  inkişaf  qanunauyğunluqlarına  daha

Fuad Məmmədov

56



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə