Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə23/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   19   20   21   22   23   24   25   26   ...   327

nəlxalq  əməkdaşlığı,  mədəniyyət  və  maraqların  harmonizasiyasını  təmin 

edən mədəniyyət və sivilizasiyaların məhsuldar dialoqunu həyata keçirmək.

Dövlət  quruculuğu  və  idarəçiliyində,  siyasi,  inzibati,  sosial,  iqtisadi  və 

beynəlxalq fəaliyyət üçün şəxsiyyət və liderlərin hazırlığında bu strateji  el- 

min  inkişafına  Rusiya  Federasiyası  Prezidenti  yanında  Dövlət  Qulluğu 

Akademiyasında  verilən  diqqət,  kulturologiyanın  artan  rolunun  sübutların- 

dan biridir.  2000-ci  ildən etibarən Akademiyada “Kulturologiya və  işgüzar 

kommunikasiyalar”  kafedrası  uğurla  fəaliyyət  göstərir.  Kafedra  idarəetmə 

proseslərinin təhlili  və proqnozlaşdırılmasına  sistemli kulturoloji yanaşma- 

ya malik,  ictimai  inkişaf qanunauyğunluqları,  mədəniyyətin bütöv  sistemi- 

nin  müxtəlif sahələrinin  inkişaf spesifikasını,  həyat  fəaliyyətinin  təşkili  və 

tənzimlənməsi  haqqında universal  kulturoloji  biliklərə  malik mütəxəssislər 

hazırlayır.  Akademiyanın  Beynəlxalq  dövlət  qulluğu  və  idarəçiliyi  institu- 

tu,-  beynəlxalq təcrübədən yaradıcı  istifadə,  dövlət  qulluğu  islahatları  üzrə 

dünya təcrübəsinin öyrənilməsi və onun cəmiyyətin sosial-iqtisadi  inkişafı- 

na  təsirinin  qiymətləndirilməsi  əsasında  dövlət  idarəçiliyi  effektivliyinin 

yüksəldilməsinə istiqamətlənən sistemli kulturoloji tədqiqatları həyata keçi- 

rir.  Görünür,  kulturologiyanın  strateji  əhəmiyyətinin  kifayət  qədər  dərk 

edilmədiyi  ölkələrdə  bu  təcrübənin  yayılması  barədə  düşünmək  lazımdır. 

Əgər ölkə beynəlxalq idarəetmənin obyekti deyil,  subyekti olmaq istəyirsə, 

o,  kulturologiyanın  (dünya mədəniyyəti  və  sivilizasiyasının tarixi  və  nəzə- 

riyyəsi),  insanın və sosial inkişaf qanunlarının öyrənilməsinə çox ciddi fikir 

verməli,  müasir milli və  beynəlxalq kulturoloji  idarəetmə texnologiyalarını 

mənimsəməli və permanent olaraq təkmilləşdirməlidir.

Dünya  sivilizasiyası  inkişaf tendensiyalarını nəzərə  alaraq,  demokratiya 

yoluna qədəm qoymuş ölkələr özlərinə xas ən yaxşı mədəni nailiyyətləri və 

zəngin mədəni  irsi  qorumaq və inkişaf etdirmək şərti ilə, “ənənəvidən” “in- 

novativ”  cəmiyyətə  keçid  tempini  artırmalıdırlar.  Müasir  kulturologiyanın 

fundamental nailiyyətləri üzərində  qurulmuş  sosial-mədəni  siyasətin bu ya- 

naşmanın əsasını təşkil  etməsi  məqsədəuyğundur.  Belə  siyasət mədəniyyə- 

tin müxtəlif sosial institutlarının balanslaşdırılmış  inkişafını,  ideoloji və in- 

formasiya təminatını,  qloballaşma şəraitində milli tərəqqinin hüquqi və etik 

tənzimlənməsini  təmin  etmək  iqtidarındadır.  Kulturologiyanın  strateji  əhə- 

miyyətini  nəzərə  alaraq,  inkişaf etməkdə  olan  dövlətlərin milli maraqların- 

dan  çıxış  edərək,  kulturologiyanı  ümumi  orta,  orta peşə  təhsili  və  ali  mək- 

təb təhsilinə fəal  surətdə tətbiq etmək, xüsusi təhsil institutları, fakultələr və 

kafedralar,  tədqiqat  institutları,  universitetlər,  maarif  və  məsləhət-ekspert 

kulturoloji mərkəzləri, kulturologiya akademiyaları yaratmaq zəruridir.

Kulturologiyanın beynəlxalq əhəmiyyətinin artması da aşkardır.Yer üzündə 

həyatın qorunması və yaxşılaşdırılması naminə xalqların və dövlətlərin qar-



İdarəetmə mədəniyyəti

51



şılıqlı təsiri, həmrəyliyi və sosial-mədəni əməkdaşlığı zamanın alternativsiz 

tələbidir.  Lakin bu vəzifənin həyata keçirilməsində  müvəffəqiyyət,  çox za- 

man  onların,  müxtəlif xalqlar və  dövlətlər  arasında  qarşılıqlı  anlaşma,  hör- 

mət və inama səbəb olan ruhi mədəniyyət səviyyəsindən asılıdır.  Dünya iq- 

tisadi böhranının qarşısını  alan ən yaxşı modellərin axtarışı və dünya iqtisa- 

diyyatında balansın pozulmasını  aradan qaldırmağa qadir olan yeni maliyyə 

arxitekturasının  yaradılması  yalnız  iqtisadi  sahə  ilə  məhdudlaşa  bilərmi? 

Yoxsa o da qarşılıqlı əlaqəli bütöv  sosial  sistemin hərəkətverici  qüvvəsi ki- 

mi,  ruhi  mədəniyyətin  həyat  qabiliyyətinin  inkişafını  tələb  edir?  Şübhəsiz 

ki,  ikinci suala müsbət cavab vermək lazımdır.  Bunun həyata keçirilmə  şər- 

ti  şəxsiyyət mədəniyyətinin,  hər bir  ailədə,  hər bir  şəhərdə  və  kənddə,  hər 

bir küçədə,  hər bir kollektivdə,  hər bir cəmiyyətdə  - bütün dünyada yüksək 



əqli və mənəvi  mədəniyyətin  inkişaf etdirilməsidir.  Bu, konkret situasiya və 

ümumi qanunauyğunluqlarını nəzərə  alaraq,  qlobal səviyyədə  qərarların qə- 

bulunun təkmilləşdirilməsinin  elmi  əsası  kimi,  kulturologiyanın  inkişafının 

beynəlxalq əhəmiyyətini bir daha qeyd edir.  Belə yanaşma insan münasibət- 

ləri və  beynəlxalq münasibətlər mədəniyyətinin norma və  dəyərlərinin tən- 

zimlənməsini,  universal  prinsiplərin  düzgün  tətbiqini  və  müasir  dünyanın 

daimi  dəyişiklikləri  şəraitində  hadisələrin,  faktların,  şəxsiyyətlərin  və  nai- 

liyyətlərin obyektiv qiymətləndirilməsini tənzimləməyə kömək edəcək.

Demokratik dövlətçilik mədəniyyəti haqqında

Kulturologiyanın  aktual  tədqiqat  obyektlərindən  biri  dövlətçilik  mədə- 



niyyətidir.  Mədəniyyətin  sosial  institutu və  cəmiyyətin  siyasi təşkilatı  olan 

dövlət,  müxtəlif siniflər və  sosial  qrupların maraqları  ilə  sıx bağlıdır.  Müx- 

təlif sinifli  cəmiyyətlərə  -  quldarlıq,  feodalizm,  kapitalizm,  sosializm  kimi 

müxtəlif dövlətçilik  tipləri  aiddir.  Tarixi  tipindən  asılı  olmayaraq,  hər  bir 

dövlət,  -  vasitəsilə  cəmiyyətin  idarə  edilməsini  həyata keçirən  siyasi təşki- 

lat kimi, özünün məzmunu, funksiyalarının qarşılıqlı münasibəti, fəaliyyəti- 

nin forma və metodları ilə  fərqlənir.  Milli konsolidasiya və milli dövlətçili- 

yin  möhkəmləndirilməsi  prosesi  gedən  inkişaf etməkdə  olan  ölkələrdə,  bir 

qayda olaraq,  vahid milli mədəniyyətin inkişafı əsasında etnik və nəsli-  qə- 

bilə  ayrılığının aradan qaldırılma vasitəsi kimi dövlət quruculuğunun unitar 

formasına üstünlük verirlər.

Cəmiyyətin  idarə  edilməsi  və  onun  strukturlarının  qorunmasını  həyata 

keçirən əsas  siyasi təşkilat kimi,  dövlətin  sabitliyi  dövlətçilik mədəniyyətin- 

dən,  ideologiyanın düzgünlüyündən,  daxili və xarici  siyasətdən, beynəlxalq 

münasibətlərdən,  sosial  və  iqtisadi  inkişafın  effektivliyindən,  təhlükəsizlik 

sistemindən xeyli dərəcədə asılıdır. Dövlətçilik forması,  idarə üsulu forması,

Fuad Məmmədov

52



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə