Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə31/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   27   28   29   30   31   32   33   34   ...   327

İdarəetmə mədəniyyəti

edilməsi  üçün  çox  əhəmiyyətlidir.  İdarəetmə  mədəniyyəti  sahəsinə  ideolo- 

giya məsələləri,  idarəetmənin elmi prinsipləri və metodları,  strateji planlaş- 

dırma və proqnozlaşdırma, məqsədlərin müəyyənləşdirilməsi, idarəetmə üs- 

lubu,  danışıq prosesi,  innovativ  fəaliyyət,  qərarların  qəbul edilməsi üsulları 

və  onların  icra  keyfiyyəti,  idarəetmə  monitorinqi  daxildir.  Buraya,  həmçi- 

nin  hüquqi  reqlament,  təşkilati  və  informasiya  təminatı,  insan  kapitalı  və 

maddi-texniki  vəsaitlərin  formalaşdırılması  və  düzgün  istifadəsi,  ictimaiy- 

yətlə  səmərəli  əlaqələrin təmin  edilməsi və  s.  aiddir.  Müasir  şəraitdə bütün 

bu məsələlərin  effektiv həlli üçün idarəetmə  fəaliyyətinin kulturoloji meto- 

dologiya,  texnologiya  və  metodlarından  düzgün  istifadə  edilməsinin  mü- 

hüm  əhəmiyyəti  vardır.  İdarəetmə  mədəniyyətinin  obyekti  - peşəkar fəaliy- 

yət,  dövlət idarəçiliyi  sisteminin  siyasətçi və  inzibatçılarının,  biznes-mene- 

cerlərin, bələdiyyələrin və qeyri-hökumət təşkilatları liderlərinin etik və hü- 

quq  mədəniyyəti,  həmçinin  ailə  idarəçiliyi  və  özünüidarə  məsələləridir. 

İdarəetmə mədəniyyətinin predmeti  - dövlət quruculuğu və beynəlxalq mü- 

nasibətlərin aktual problemlərinin tədqiqi, sosial tərəqqi və milli təhlükəsiz- 

liyi,  şəxsiyyətin inkişafını,  cəmiyyətin rifahı və həyat keyfiyyətinin yüksəl- 

dilməsini təmin edən effektiv idarəetmə texnologiyalarının işlənib hazırlan- 

masıdır.

İdarəetmə  mədəniyyətinin mühüm  komponenti  olan  idarəetmə  texnolo- 



giyası  -  qoyulmuş  siyasi, iqtisadi və ya sosial məqsədlərə çatma üsullarının 

məcmusudur.  İdarəetmə  texnologiyasının  dəyəri,  qoyulmuş  məsələnin həl- 

lində yüksək effektivliyə nail olmanı təmin edən  qabiliyyətlə müəyyən edi- 

lir.  Öz növbəsində,  idarəetmə  sistemində  innovatıv texnologiyaların işlənib 

hazırlanması və reallaşdırılmasının dərəcə və ölçüləri bürokratların mədəni- 

lik  səviyyəsi, universal kulturoloji bilikləri və liderlik keyfiyyətləri,  onların 

biliyi, bacarığı,  mütəşəkkilliyi və mənəviyyatı  ilə  şərtlənir.  Peşə bacarıqları 

və təcrübəsi  ilə yanaşı, məsuliyyət mədəniyyəti,  şəxsiyyətə hörmət,  dürüst- 

lük  və  obyektivlik  -  demokratik  dövlət məmurlarının  fəaliyyətinin  qiymət- 

ləndirilməsinin mühüm meyarıdır.



Yüksək demokratik idarəetmə mədəniyyəti -  öz missiyasını yerinə yetir- 

məyə, üzərinə götürdüyü öhdəliklərə,  dövlət quruculuğu və idarəetmə  sahə- 

sində  yaradıcı  fəaliyyətin  templəri  və  keyfiyyətinə  görə  bütün  səviyyələr- 

dən olan vəzifəli  şəxslərin və ölkə vətəndaşlarının məsuliyyət mədəniyyəti- 

nin  artırılmasını  nəzərdə  tutur.  O,  yalnız  proqramları  düzgün  tərtib  etmək 

və birtərəfli qərarlardan uzaqlaşmaq qabiliyyətini deyil, həm də öz səhvləri- 

ni  görmək və  onları vaxtında düzəltmək, yanlış və təhlükəli  qərarların vax- 

tında  qarşısını  ala  biləcək  mexanizmlər  hazırlamaq  bacarığını  da  nəzərdə 

tutur.  Dövlət idarəçiliyi effektivliyinin baza şərtlərindən biri insanlarla işlə- 

mək, onların yaradıcı fəaliyyətini təşkil etmək və düzgün yönəltmək bacarı-

67



ğıdır.  “Sosial dövlətdə” demokratik idarəetmə mədəniyyəti,  şəxsiyyətin hər- 

tərəfli inkişafının, cəmiyyətin sosial-mədəni tərəqqi və rifah təminatının za- 

mini kimi,  milli  dövlətçiliyin möhkəmləndirilməsi üçün insanın  qabiliyyət- 

lərinin  azad  inkişafı  və  onun  istedadının,  enerjisinin  və  yaradıcı  fəaliyyət 

nəticələrinin istifadəsi üçün şəraitin təmin edilməsini nəzərdə tutur.

Demokratik idarəetmənin effektivliyi üçün insanların - həm dövlət struk- 

turları işçilərinin, həm də ruhi və maddi istehsalın müxtəlif sahələrində çalı- 

şan bütün ölkə vətəndaşlarının qiymətləndirilməsi sisteminin prinsip və me- 

yarları başlıca əhəmiyyət daşıyır.  Onlar ədalətli xarakter daşımalı, “qiymət- 

ləndirmənin  qızıl  qaydası”  hesabıyla  qurulmalı,  həm  fərdi,  vətəndaş,  həm 

də  ümummilli  maraqlara cavab verməlidir.  Məsələn,  demokratik  idarəetmə 

mədəniyyətinə malik rəhbər peşə fəaliyyəti və xidmətlərinin konkret nəticə- 

lərinin  açıq müzakirəsi  əsasında əməkdaşların mükafatlandırılması,  kollek- 

tivin fikrini nəzərə  almaq,  səriştəli əməkdaşları  qərarların  qəbuluna cəlb  et- 

mək haqqında qərar qəbul edir.  Demokratik prinsiplərə  zidd,  avtoritar idarə 

üslubu üçün xarakterik olan ədalətsizlik, mənəvi və  siyasi məsuliyyətsizlik, 

işdə  qeyri-şəffaflıq,  məxfilik,  idarəetmədə  volyuntarizm və  favoritizm  süni 

ziddiyyətlər  doğurur  və  istehsalın  səmərəliliyini  azaldır,  buna  görə  demo- 

kratik dövlətlərdə qəbuledilməz hesab edilir.

Dövlət  idarəçiliyinin  effektivliyinə  qoyulan  vacib  tələblərdən  biri  qa- 

baqlayıcı  təkrar  istehsal,  maddi  və  ruhi  rifahın  əsas  istehsal  mənbəyi  olan 

alimlərin,  müəllimlərin və mütəxəssislərin düzgün  qiymətləndirilməsi,  mo- 

tivasiyası və istifadəsidir.  Demokratik ölkələrdə rəqabət qabiliyyətini  qoru- 

yan  dövlət  siyasəti  və  dövlət  idarəçiliyinin  ciddi  vəzifəsi  siyasətçilərdə  və 

məmurlarda  alimlərin  elmi  nailiyyətlərinə,  innovasiyalarına  və  ixtiralarına 

vaxında reaksiya vermək və layiqincə  qiymətləndirmək,  onların erkən əmə- 

li tətbiqi üçün şərait yaratmaq bacarığını təmin etməkdir.  Cəmiyyətin həyat 

fəaliyyətinin  müxtəlif  sahələrində  proqressiv  texnoloji  dəyişikliklərə  yar- 

dım  edən  intellektual  potensialın  və  mədəni  təşəbbüslərin  əhəmiyyəti  və 

strateji rolunun dövlət tərəfindən adekvat qiymətləndirilməsi bacarıqsızlığı, 

dövlətin milli  inkişafında bu başlıca mənbənin  itkisinə  aparır.  Düzgün,  hə- 

yat  qabiliyyətli  ideyalar və  layihələr  ekspertlərin  rəyini  almalı  və  vaxtında 

həyata  keçirilməlidir.  Bu  isə  öz  növbəsində,  dövlət  idarəçiliyi  sahəsində 

universal  kulturoloji  biliklərə,  strateji  və  taktik  idarəetmə  problemlərinin 

sistemli və  situativ təhlili üçün metodoloji  imkanlar və kulturologiyanın ən 

yeni  nailiyyətlərindən  istifadə  etmək bacarığına malik yüksək ixtisaslı  mü- 

təxəssislərin  peşəkar  hazırlığını  və  yenidən  hazırlığını  tələb  edir.  Ölkənin 

intellektual  potensialının  lazımınca  qiymətləndirilməməsi,  həmçinin  zehni 

fəaliyyət  və  mədəni  innovasiyaların  nəticələrindən  əməli  istifadənin  çatış- 

mayan  sürəti  eynilə  zəmanəsini  qabaqlayan tərəqqipərvər  alimlərin  şəxsiy-



Fuad Məmmədov

68



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə