Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə28/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   24   25   26   27   28   29   30   31   ...   327

İdarəetmə mədəniyyəti

zarəti  mühüm  yeri  tutur.  Parlament  müvəkkilinin  vasitəçilik  institutu  qa- 

nunverici və icra hakimiyyətləri  arasında ziddiyyətləri  aradan  qaldırıb, mü- 

nasibətləri harmonizasiya etmək iqtidarındadır.

Məlumdur ki, milli,  sosial və ümumbəşəri dəyərlərin və ölkə vətəndaşla- 

rının maraqlarının əsas konsolidasiya forması olan hüquqi dövlətdə  - dövlə- 

tin  məqsədləri  və  iradəsi  inzabati-dövlət  idarəetmə  sisteminin  köməyi  ilə 

reallaşdırılır.  İnzibati  dövlət idarəçiliyi termini  ilk dəfə,  1986-cı ildə  demo- 



kratik  hökuməti  elmi  idarəetmə  metodları  olmayan,  səriştəsiz  elan  edən 

ABŞ-ın  respublika partiyasının proqramına  daxil edilmişdir.  1990-cı  ildən 

dövlət  inzibatçılığı  ABŞ-ın  və  Qərbi  Avropanın  aparıcı  ali  məktəblərində 

tədris  proqramlarının  bir  hissəsi  oldu.  İdarəetmə  mədəniyyətinin  tədqiqat 

prinsipləri  kimi,  elmdə  qəbul  olunmuş  -   analiz və  sintez,  induksiya və  de- 

duksiya,  müqayisə  və ümumiləşdirmə  prinsiplərindən  istifadə  edilir.  Meto- 

doloji baxımdan,  idarəetmə mədəniyyəti problemlərinin nəzəri təhlili üçün, 

kulturologiyada  tətbiq  edilən,  təhlilin  müxtəlif  metodlarını  nəzərdə  tutan 

sistemli  yanaşmadan  istifadə  edilir.  Bu  metodların  məcmusu  siyasi,  sosial 

və iqtisadi xarakterli  strateji  qərarların hazırlanması və qəbul edilməsi üçün 

praktik əhəmiyyət daşıyır.  Dövlət qulluğu, idarəetmə elminə istinad edərək, 

cəmiyyətin rifahı və  təhlükəsizliyinin,  sosial tərəqqinin və  dövlətin özünün 

həyat qabiliyyətinin asılı olduğu strateji məsələlərin həllini təmin edir.



Müasir demokratik ölkələrdə dövlət idarəçiliyi - insanların maddi rifahı- 

nın  və  həyat  keyfiyyətinin  yüksəldilməsinin,  ictimai  tərəqqinin  və  xalqın 

təhlükəsizliyinin təmin  edilməsi  məqsədini  daşıyan,  cəmiyyətin  istehsal  və 

sosial həyat fəaliyyətinin təşkili üzrə  dövlət aparatının fəaliyyətidir.  Dövlət 

idarəçiliyi  dövlət  quruculuğunun  bütün  başlıca proseslərinin  (iqtisadi  inki- 

şaf,  elm,  təhsil,  maarif,  incəsənət,  texnika,  texnologiya və  insanların  digər 

fəaliyyət sahələrinin) elmi əsaslar üzrə planlaşdırılmasını və dünya siviliza- 

siyasının  zaman  və  məkan  çərçivəsində  ölkənin  gələcək  inkişafının  proq- 

nozlaşdırılmasını  nəzərdə  tutur.  Dövlət  idarəçiliyinin  mühüm  prinsiplərin- 

dən biri  -  məmurlarım  məsuliyyət mədəniyyətinə  əsaslanan,  qanunların  də- 

qiq və  şərtsiz icrasını,  dövlət aparatının fəaliyyətində nizamın və  dövlət in- 

tizamının  qorunmasını  nəzərdə  tutan  qanunilikdir.  Dövlət  quruculuğu  və 

dövlət idarəçiliyində  qanunilik prinsipinə  riayət edilməsi,  -  dövlət orqanla- 

rının ölkə konstitusiyasına ciddi uyğunluqda yaradılması; hər bir orqanın və 

müəssisənin səlahiyyət hədlərinin dəqiq müəyyən edilməsi; dövlət hakimiy- 

yətinin  ali  orqanları  tərəfindən  qəbul  edilən  dövlət normativ  aktlarının  qa- 

nunlara tam uyğunluğu;  vəzifəli  şəxslər və  ölkə vətəndaşları tərəfindən  qa- 

nunun tələblərinin və digər normativ aktların yerinə yetirilməsinin məcburi- 

liyi ilə  şərtlənir.  Demokratik ölkələrdə  ölkənin idarə edilməsində  dövlət or-

61



qanları  ilə  yanaşı  qeyri-hökumət  təşkilatları,  həmkarlar  ittifaqları  və  digər 

ictimai birliklər də iştirak edir.

Dövlət müstəqilliyi, davamlı inkişaf, rəqabət qabiliyyəti və dövlətin təh- 

lükəsizliyi  ilə  şərtlənən  ruhi  və  maddi  istehsalın  bütün  sahələrində  inkişaf 

sürəti və fəaliyyət keyfiyyəti dövlət idarəçiliyi effektivliyindən həlledici də- 

rəcədə  asılıdır.  Qeyri-məhsuldar dövlət idarəçiliyi bağışlanılmaz vaxt itkisi- 

nə,  insanın,  maliyyə  və  xammal  ehtiyatlarının  özünü  doğrultmayan  (bəzən 

isə əvəzedilməz) israfına gətirib çıxara bilər.



Demokratik idarəçilik mədəniyyətinin əsas  tələblərindən  biri,  demokra- 

tik dövlətlərin malik olduğu  idarəçilik  strukturlarının  -  hakimiyyət səlahiy- 

yətlərinin,  inzibati,  maliyyə  və hüquqi  vəsaitlərin  cəmiyyətin  inkişafı,  rifa- 

hın və həyat keyfiyyətinin yüksəldilməsi maraqlarında düzgün istifadə edil- 

məsidir.  Sovet  dövründən  irsən  keçmiş  köhnəlmiş  mədəniyyət  sistemi  və 

quruluşu,  dövlət idarəetmə mexanizmlərinin qeyri-mükəmməlliyi - kulturo- 

loji  innovasiyalar üzərində  qurulmuş,  dünya  sivilizasiyasının  inkişaf təcrü- 

bəsini  yaradıcılıqla  istifadə  edən  demokratik  idarəetmənin  yeni  texnologi- 

yalarının köməyi ilə aradan qaldırıla bilər və aradan qaldırılmalıdır.

İctimai  münasibətlərin  möhkəmləndirilməsi  və  tənzimlənməsinin  mü- 

hüm  xidmət vasitəsi  olan hüquq,  -  dövlətçilik və  dövlət idarəçiliyinin  inki- 

şafında böyük rol oynayır.  Demokratik ölkələrdə hüquq obyektiv tarixi xa- 

rakter daşıyır, müəyyən sosiumların korporativ maraqlarını əks etdirən sosi- 

al  sifarışlərin icra vasitəsinə  deyil,  bütün cəmiyyətin ümummilli  həmrəylik 

maraqlarına xidmət edir.  Məlumdur ki, tarixi  səciyyəsindən asılı olmayaraq, 



hər  bir  dövlət  mütləq  onun  iradəsini  ifadə  edən  hüquq  yaradır  və  istifadə 

edir,  onun köməyi  ilə  öz  funksiyalarını  həyata keçirdiyi  qanunları təyin və 

tətbiq  edir,  hökumət  orqanları  ilə  qarşılıqlı  münasibətləri  tənzimləyir,  və- 

təndaşların  hüquqları  və  vəzifələrini  müəyyənləşdirir.  Beləliklə,  heç  bir 

dövlətçilik  dövlət tərəfindən  qurulmayan,  tətbiq edilməyən və  qorunmayan 

hüquq  olmadan  keçinə  bilməz.  Hüququn  sosial  mahiyyəti  dövlətin  ruhi  və 



maddi  mədəniyyəti,  rəhbərlərin  şüuru  və  iradəsi,  cəmiyyətin  tarixi  şəraitlə 

şərtlənən  tələbatları,  onun inkişafının ideoloji istiqamətləri,  siyasi və iqtisa- 

di xüsusiyyətləri ilə müəyyən edilir.

Tarixi inkişaf prosesində insan münasibətləri mədəniyyətinin təsiri altın- 

da  dövlətin  və  hüququn  xarakteri  dəyişir.  Əgər  quldarlıq və  feodal  cəmiy- 

yətlərində,  həmçinin  kapitalist  və  sosialist  dövlətçiliyinin  ilkin  mərhələlə- 

rində  dövlət  və  hüquq  -  bəzi  siniflərin  digər  siniflər  üzərində  diktatura  və 

monopoliya  hökmranlığı  vasitəsi  kimi  nəzərdən  keçirilirdisə,  müasir  de- 

mokratik  ölkələrdə  bu,  sosial  institutların təkamül  inkişafının  -  şəxsiyyətin 

və cəmiyyətin maraqlarının  ahəngdarlıq vasitələri kimi nəzərdən keçirilmə- 

si qəbul edilmişdir.

Fuad Məmmədov

62



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə