Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə18/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   14   15   16   17   18   19   20   21   ...   327

İdarəetmə mədəniyyəti

strateji  varıdır,  onu  adekvat  qiymətləndirmək,  hər  vasitə  ilə  qorumaq,  sə- 

mərəli istifadə etmək, fasiləsiz inkişaf etdirmək zəruridir.

Müasir dünya sivilizasiyasının inkişaf vektoru  - yüksək bilik və peşəkar 

fəaliyyət mədəniyyyətini,  beynəlxalq idarəçiliyin nəticələrinə  görə  bəşəriy- 

yət  qarşısında  daşıdığı  məsuliyyət  mədəniyyətini,  etik  və  dini  dəyərlərin 

harmoniyası  və  dünya xalqları  maraqlarının uyğunlaşdırılmasına əsaslanan 

yüksək  əxlaqi  prinsipləri  özündə  birləşdirən  ruhi  mədəniyyətlə  müəyyən 

olunmalıdır.  Bunun üçün dünya mədəniyyəti və  sivilizasiyasının həyat fəa- 

liyyətini təmin edən elmi biliklərə, humanist etika və yaradıcılığa,  qarşılıqlı 

anlaşmaya,  mədəniyyətlərin  və  maraqların  harmoniyasına,  davamlı  inkişaf 

məqsədilə  həmrəyliyə  və  qarşılıqlı  əməkdaşlığa  əsaslanan  dünya birliyinin 

sosial- mədəni mühitini müntəzəm olaraq təkmilləşdirmək lazımdır.  Dünya 

mədəniyyəti  tarixçisi  N.İ.  Konrad  ümumi  inkişaf qanunlarının  xas  olduğu 

ümumdünya tarixi prosesin vəhdətini  qeyd edirdi.  Humanizmi -  intellektual 

və  etik  mədəniyyətin  vəhdəti  və  bəşəriyyətin  inkişaf meyarı  kimi,  insanın 

ruhi  azadlığı  və  inkişaf təzaharü  kimi  yüksək  qiymətləndirərək,  alim  şərə 

qarşı  mübarizə  üsulunu  humanizmin  bütün  dünyada yayılmasında  görürdü 

ki, onun da ayrılmaz hissəsi kimi intellektual fəaliyyət çıxış edirdi.

Məlum olduğu kimi, xaos nəzəriyyəsinə uyğun olaraq, kompleks sistem- 

lərin  təkamülü  nizam  və  ya  xaosla  xarakterizə  edilən  sabit  və  qeyri-sabit 

dövrlərin təbii  növbələşməsini  nəzərdə  tutur.  Bununla bərabər,  tendensiya- 

lar  (arxasınca  xaos  nöqtəsi  gələn)  “inkişaf həddinə”  malikdir  və  bir  çox 

amillərin  -   fərdi  və  sosial  münasibətlərin,  siyasətin,  təbii  resurslarla  təmi- 

nat,  elmi  kəşflər,  ziddiyyətlər,  müharibələrin və  s.  dəyişməsindən  asılı  ola- 

raq,  öz vektorunu  dəyişə  bilərlər.  Sinergetikası  insanın  şüurundan,  yeni  tə- 

şəbbüslər və fəaliyyətlərdən asılı  olan, bir çox  cəhətdən xaotik “cəlb  edən” 

adlandırılan  amillərlə  təyin  olunan  təkamül  sistemləri  dinamikası  sosial- 

mədəni  sistemlərin nisbətində  çətin təyin  olunandır.  Dünya sivilizasiyasına 

müvafiq olaraq bu proseslərin sinergetikası  -  insanın ağlı və iradəsinə  əsas- 

lanan təbii, texniki və  sosial elmlərin ən yeni nailiyyətlərinə, xüsusən, müa- 

sir kulturologiyanın innovasiyaları hesabına, düzgün idarəetmə  qərarları va- 

sitəsilə məqsədyönlü şəkildə tənzimlənməli və yönəldilməlidir.

Professorlar Ervin Laslo və Mixael Laytman bəşəriyyətin mənəvi mədə- 

niyyətinin  inkişafı,  insan  şüurunun  pozitiv  dəyişdirilməsi,  bütün  dünyada 

eqoizmin  azaldılması  və  altruizmin  möhkəmləndirilməsi  vasitəsilə  müasir 

sivilizasiyanın  dəyişdirilməsi  zəruriliyi  haqqında  danışırlar.  Professor  Mi- 

xael  Laytman  bioloji  həyatın  və  insan  orqanizminin  müqayisəli  təhlilini 

apararaq  qeyd  edir  ki,  eqoizm  bəşəriyyət  üçün  məhvedicidir,  altruizm  isə 

təbii ehtiyatlardan düzgün istifadənin, sivilizasiyanın ümumi harmoniyasına 

nail olmanın, yaşamanın şərtidir. Bu fikri, hər bir təkamül prosesinə fərdiləşmə,

41



münaqişələr və rəqabət mərhələlərinin daxil olduğunu, nəticədə fərdlərin ümu- 

mi  harmonik  sistemdə  birləşdiyini  hesab  edən  Elizabet  Satorisin  nöqteyi- 

nəzəri də təsdiq edir.

Budapeşt  klubunun  banisi  və  prezidenti,  tanınmış  alim  E.  Laslo,  daha 

harmonik və təhlükəsiz  gələcək maraqlarında,  bizim təfəkkür və  davranışı- 

mızın  dəyişdirilməsi,  dünya  birliyinin  inkişafı  ilə  idarəetmə  proseslərinin 

nəzarəti  və  təkmilləşdirilməsi  yolu  ilə  texnogen  sivilizasiyanın  dəyişdiril- 

məsi  vacibliyinə  diqqət yetirir.  Söhbət,  məlum  olmayanın  məharətlə  idarə 

edilməsi, şəxsiyyətin yeni, eqoizm rasionalizmi stereotiplərindən azad, yük- 

sək  intellektual  mədəniyyətə,  kulturoloji  təfəkkürə  və  problemlərin  həllinə 

yanaşmaya əsaslanan dərrakəli  şüurlu  seçmə yolu ilə  arzu olunanı həqiqətə 

çevirmə bacarığından gedir.

Beləliklə,  aydın olur ki,  insanın xilası,  onun yaradıcı həyat fəaliyyətinin 

bütün  qarşılıqlı  əlaqəli  sahələrini  əhatə  edən yüksək ruhi  mədəniyyətdədir. 

İnsan dəyərinin əsil meyarı milli və dini mənsubiyyəti deyil,  şəxsiyyətin ru- 

hi  mədəniyyəti  -   bilikləri,  bacarıqları,  mütəşəkkilliyi,  xeyirxahlığı,  məsu- 

liyyəti, möhkəm iradəsi, yaradıcı fəaliyyəti,  insanlara xidmətidir.  Şəxsiyyə- 

tin mədəni potensialını reallaşdırmaq üçün bilik və bacarıqlar kifayət deyil, 

bunun üçün siyasi və maliyyə  dəstəyi, yaradıcı nəticələrin və mütəxəssislə- 

rin özlərinin milli və beynəlxalq maraqlarını  nəzərə  alaraq,  düzgün istifadə 

edilməsi də zəruridir.  Bu isə artıq idarəetmə mədəniyyəti problemidir.  Döv- 

lət idarəçilik  orqanları yaradıcı  şəxsiyyətin  potensialını  düzgün  qiymətlən- 

dirməyə  qabil  olmalı,  ondan  insanın,  cəmiyyətin  və  dövlətin  maraqlarında 

istifadə etmək üçün əlverişli  şərait yaratmalıdır.  Hər bir ölkə  siyasətinin so- 

sial-mədəni məqsədi insanların cahilliyi, bacarıqsızlığı və qeyri-mütəşəkkil- 

liyinin  aradan  qaldırılması,  cəmiyyətin fəaliyyətinin müxtəlif sahələri üçün 

mütəxəssislərin  hazırlanması,  vətəndaşların  pozitiv  tərbiyəsi,  onların  bilik 

və  bacarıqlarının  inkişaf etdirilməsi,  onların  ictimai maraqlara cavab  verən 

fəal yaradıcı fəaliyyətə  cəlb  edilməsidir.  Həmçinin, xeyirxah istək və  insan 

dəyərlərinin  prioriteti,  sülh  mədəniyyəti  və  müxtəlif xalqların  və  dinlərin 

nümayəndələrinin sağlam düşüncəyə əsaslanan əməkdaşlığını,  qarşılıqlı  an- 

laşma və mədəniyyətlərin harmonizasiyasını təmin edən beynəlxalq mədəni 

siyasətin işlənməsi və həyata keçirilməsi vacibdir.

Elm  və  təhsilin  inkişaf  prioritetlərinə,  informasiya  texnologiyalarının 

geniş  istifadəsinə  əsaslanan  “Biliklər  cəmiyyəti”,  müasir  dünyada  mədəni 

mübadilə,  qarşılıqlı  anlaşma və əməkdaşlıq üçün  Qərb və  Şərq sivilizasiya- 

ları  arasında  geniş  imkanlar  açır.  O,  C.  Bernalın təsvir  etdiyi  gələcəyin  iki 

variantı  olan “Arzu” və  “Tale”  arasında düzgün seçim etməyə  imkan verir, 

şüuru  arzunun  seçilməsinə  və  bu  arzunun  həyata  keçirilməsinə  istiqamət- 

lənmiş kreativ fəaliyyətə yönəldir.



Fuad Məmmədov

42



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə