Microsoft Word fm idar?Etm? M?Diniyy?Ti 2013. doc



Yüklə 9,32 Mb.
Pdf görüntüsü
səhifə15/327
tarix08.09.2018
ölçüsü9,32 Mb.
#67187
1   ...   11   12   13   14   15   16   17   18   ...   327

Idarəetmə mədəniyyəti

bağlı olan hadisələr,  faktlar və insanlar haqqında informasiyaya yiyələnmə- 

lidirlər.  Milli və  dünya mədəniyyətinin  mahiyyətini,  xüsusiyyətlərini,  tarixi- 

ni  və nailiyyətlərini  bilmək,  ictimai  inkişafın  qanunlarını  və  texnologiyala- 

rını  düzgün  başa  düşmək,  faktları,  hadisələri  və  insanları  düzgün  qiymət- 

ləndirmək qabiliyyəti hər bir mədəni insan,  hər bir siyasətçi və idarəçi üçün 

norma olmalıdır.

Hazırkı əsər idarəetmə sahəsində - şəxsiyyət,  ailə, kollektiv, dövlət, dün- 

ya birliyi kimi bütün səviyyələrdə biliklərin və bacarıqların, yaradıcı fəaliy- 

yətdəki,  həyat  rifahı  və  keyfiyyətinin  yüksəldilməsindəki  uğurların  müəy- 

yən  edildiyi  biliklərin təkmilləşdirilməsinə  elmi  rəhbər kimi  nəzərdə  tutul- 

muşdur.  Təcrübə  göstərir  ki,  effektiv  idarəetməyə  və  həyat  keyfiyyətinin 



yüksəldilməsində  müvəffəqiyyətə  nail olma  üçün  yalnız  biliklər,  bacarıqlar, 

mütəşəkkillik və yaradıcı  fəaliyyət kifayət deyil.  Motivasiya  (istək)  və  im- 

kanlar  (hakimiyyət səlahiyyətləri və maddi resurslar)  da lazımdır.  Böhranlı 

situasiyalardan  çıxışın  axtarıldığı  şəraitdə,  hər bir  lider öz  gücünə  inam və 

idarəetmə  müvəffəqiyyəti  əldə  etmək  üçün  psixoloji  qeyri-müəyyənlik  və 

daxili ziddiyyətlər vəziyyətini aradan qaldırmaq qabiliyyətinə malik olmalı- 

dır.  Bu qayda, özünüidarənin -  qoyulmuş məqsədlərə çatmanı,  şəxsiyyətlər- 

arası  və  ailə  münasibətlərini  tənzimləməyin  labüd  şərti  olan  şəxsi  və  ailə 

həyatında da ədalətlidir.

İnsanın azadlığına və xoşbəxtliyinə,  “xilasa”, milli həmrəyliyə, tərəqqi- 

yə,  kamilliyə,  sülhə, rifaha yol  açan effektiv idarəetmə - yüksək ruhi  mədə- 

niyyət olmadan  mümkün deyil.3 Cahillik-  şər və miskinlik,  mədəniyyət isə - 

bilik,  inkişaf və rifahdır.  İlk növbədə,  sosial təzahür olan, insanların cahilli- 

yi ilə  şərtlənən şəri  azaltmaq və dəf etmək - yüksək ruhi mədəniyyətin inki- 

şaf etdirilməsi  və yayılması  yolu  ilə  mümkündür.  Burada  çox  şey uşaq və 

gənclərin  düzgün tərbiyə  edilməsindən,  elmi nailiyyətlərə  əsaslanan,  elmin 

və  təhsilin insana verdiyi yüksək mədəni  dəyərlər imkanı üzərində  qurulan 

məntiqi  dəlillər  əsasında  yaşlı  insanları  inandırmaq  bacarığından  asılıdır. 

Yüksək  ruhi  mədəniyyət  -  praqmatik  dəyərlərə  əsaslanan,  təfəkkür  stereo- 

tipləri  ilə  şərtlənən,  müasir dünya  sivilizasiyasının iqtisadi,  sosial-siyasi  və 

ekoloji  qeyri-sabitliyi  ilə  bağlı  böhranların  aradan  qaldırılması  üçün  geniş 

imkanlar  açan mənbədir.  Böhran  şəraitində yaşamaq və həyat şəraitini per-

3  “M ədəniyyət”  anlayışının  yaranması  və  onun  haqqında  dəyişdirici  fəaliyyət,  əqli,  etik  və 

estetik  inkişaf kimi  təsəvvürlərin  genişlənməsi  -  Böyük  Porsiya  Katon  (  b.e.ə.234-149-cu 

illər), Mark  Tuli  Siseron (b.e.ə.  106-43-cü illər),  Samuel Pufendorf (1632-1694), Avropanın 

m aarif xadimləri  İ.K.Adelunq  (1732-1806),  İ.Q.Herder  (1744-1803),  D.M.Vellanski  (1774- 

1847),  N.A.Berdyayev  (1874-1948),  P.A.Florenski  (1882-1943),  N.K.Rerix  (1847-1947), 

O.Şpenqler (1880-1936), A.Belıy (1880-1934) və başqalarının adları  ilə bağlıdır.

35



manent olaraq yaxşılaşdırmaq,  sülh və həyat qabiliyyətli sivilizasiya forma- 

laşdırmaq üçün  insana -  özünün,  dövlətin,  cəmiyyətin,  bəşəriyyətin,  indiki 

və gələcəK zamanın qarşısında yüksək məsuliyyət mədəniyyəti gərəkdir.

Kitabın məqsədlərindən biri mədəniyyət haqqında “iqtisadiyyat üzərində 

üstqurum”  olması  kimi  köhnəlmiş  ictimai  təsəvvür  stereotiplərinin  aradan 

qaldırılmasına və  onun yaradıcı  proses və bütöv  sosial  sistem kimi  düzgün 

başa düşülməsinə kömək etməkdir.  Bütün cəmiyyət tərəfindən yaradıcı pro- 

ses  olan  mədəniyyətin  mahiyyətinin,  onun  əsas  vəzifələrinin,  universal 

funksiyaları  və  dəyişdirici  imkanlarının,  ideoloji  və  koordinasiya  rolunun 

dərk  edilməsi,  dövlət  quruluculuğu  və  idarəçiliyi  üçün  kulturologiyanın 

strateji  əhəmiyyətinin  qiymətləndirilməsi  bir  çox  siyasi  və  sosial  problem- 

lərin həllini  asanlaşdırır,  ziddiyyətlərin  aradan  qaldırılmasına və  destruktiv 

proseslərin qarşısının alınmasına imkan verir.

Ruhi mədəniyyətin strukturu, prioritetləri və hərəkətverici qüvvələri icti- 

mai tərəqqi üçün həlledici  əhəmiyyətə malikdir.  Hər bir milli mədəniyyətin 

effektivliyi onun strukturundan  asılıdır.  Dünya mədəniyyəti və  sivilizasiya- 

sının inkişaf təcrübəsi göstərdi ki, yüksək rifah halı və həyat keyfiyyəti yal- 

nız, mədəniyyətin bütöv  sisteminin başlıca hərəkətverici  qüvvəsi intellektu- 

al mədəniyyət:  elm, təhsil, maarif və elmtutumlu informasiya olan ölkələrdə 

təmin  olunur.  Real  müstəqilliyə  gedən  yol  yüksək  mədəniyyətdən,  vətən- 

daşların ümumi  maraqlarına  əsaslanan  mədəni  inkişafdan,  ilk növbədə,  in- 

tellektual inkişafdan keçir. Incanın  dəyəri onun milli mənşəyi,  silki mənsu- 

biyyəti, maddi vəziyyəti və ya dini məzhəbi ilə deyil, şəxsi ruhi mədəniyyə- 

ti  -  humanizmi  və  insanların rifahı  naminə  yaradıcı  fəaliyyəti  ilə  müəyyən 



edilir.  Başqa sözlə, insanın həqiqi dəyər meyarı şəxsiyyət mədəniyyətidir.  O 

isə müəyyən hədlərdə,  onun inkişaf və nailiyyətlərini müəyyənləşdirir.  Bu- 

na görə  də  öz ölkəsinin və bütün bəşəriyyətin həyatına biganə  olmayan hər 

bir mədəni insan ruhi mədəniyyətin yüksəldilməsinə, biliklərin və insan ali- 

cənablığının  inkişafına  yardım  etməli,  gənc  nəslə  dünya  sivilizasiyasının 

pozitiv təcrübəsini ötürməlidir.  Ruhi mədəniyyətin inkişafı -  eyni  zamanda 

insanın  şəxsi  ad-sana nail  olması yoludur.  Şəxsi  ad-san  irsidən həmişə  üs- 

tündür, çünki irsən qazanılmış ad-sanı insan hələ qorumağı və özünün həyat 

şəraitdən  asılı  olmayaraq,  şəxsi  ləyaqəti  və  alicənab xarakteri  ilə  təsdiq et- 

məyi bacarmalıdır.  Qazanılmış ad-san isə onun şəxsi keyfiyyətlərinin, ruhu- 

nun aristokratlığı, qabiliyyətlərinin və yaradıcı fəaliyyətinin nəticələri, onun 

insanlar,  Vətən  və  Bəşəriyyət  qarşısında  şəxsi  xidmətlərinin  ifadəsidir. 



Dünyanı  qatı  eqoizmdən və ksenofobiyadan,  iztirablardan və  daim böhran- 

lara  məruz  qalan  texnogen  sivilizasiyanın  dağıdıcı  proseslərindən  yalnız 



yüksək ruhi mədəniyyət xilas edə bilər.

Ömür  qısadır və  insanlar bu reallığı müxtəlif cür başa düşürlər.  Bəziləri



Fuad Məmmədov

36



Yüklə 9,32 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   327




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə